Məhkəmə qərarları › İş №e-2-2(121)-2811/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2811/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2811/2024 26.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Biləsuvar Aqro MMC-yə qarşı – borc tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdeh Biləsuvar Aqro MMC-yə qarşı 430.000 manat pulun və 720 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" (hazırkı adı İddiaçı MMC) ilə "xxxx" MMC arasında GP SF-05/2023 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, "xxxx" MMC-yə müxtəlif yem məhsulları tədarük edilmişdir. "xxxx" MMC tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilməmiş və ödənişlər vaxtında aparılmamışdır. Müqavilə öhdəliklərinin vaxtında icra edilməməsinə görə "xxxx" MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə 865.602,86 manat, xx.xx.2024-cü il tarixə isə 796.728,76 manat borcu yaranmışdır. Eyni zamanda cavabdeh ilə "xxxx" MMC arasında BA/T-056 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən cavabdehə süd məhsulları tədarük edilmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə cavabdehin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixə 347.287,36 manat, xx.xx.2024-cü il tarixə isə 224.157,52 manat borcu yaranmışdır. Mövcud borcların əvəzləşdirilməsi məqsədi ilə tərəflər arasında aparılmış danışıqlar nəticəsində üçtərəfli - İddiaçı MMC, Biləsuvar Aqro MMC və "xxxx" MMC arasında xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixli tələbin güzəşti barədə sazişlər bağlanmışdır. Tələbin güzəşti barədə xx.xx.2024-cü il tarixli sazişə əsasən, "xxxx" MMC Biləsuvar Aqro MMC-yə qarşı mövcud olan 347.287,36 manat məbləğdə tələb hüququnun 300.000 manat hissəsini, xx.xx.2024-cü il tarixli sazişə əsasən isə 224157,52 manat məbləğdə tələb hüququnun 200.000 manat hissəsini (tələb etmək hüququnu) İddiaçı MMC-yə ötürmüşdür. Bununla da, "xxxx" MMC-nin cavabdehə qarşı ümumilikdə 500.000 manat məbləğdə tələb hüququ iddiaçıya keçmişdir. Bundan başqa, cavabdeh sazişin şərtlərinə əsasən, tələbin güzəşti nəticəsində iddiaçıya yaranmış 500.000 manat borc məbləğini 30 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tələbin güzəşti barədə sazişin şərtlərinə əməl etməmiş və ödənişləri vaxtında icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixdə 20.000, xx.xx.2024-cü il tarixdə 20.000, xx.xx.2024-cü il tarixdə 15.000 və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 15.000 manat olmaqla, ümumilikdə 70.000 manat ödəniş etmiş və hazırkı tarixə ödənilməmiş və gecikdirmədə olan qalıq borcun məbləği 430.000 manat təşkil edir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin xəbərdarlıqlara hər hansı münasibət bildirməmiş və borcu ödəməmişdir. İddiaçı sonradan xx.xx.2024-cü il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli sazişə əsasən 300.000 manat, xx.xx.2024-ci il tarixli sazişə əsasən 200.000 manat olmaqla, cəmi 500.000 manat yaranmış borc məbləğindən ödənilmiş 70.000 manat çıxıldıqdan sonra 430.000 manat borcun və 720 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə yenidən “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli sazişə əsasən 230.000 manat, xx.xx.2024-cü il tarixli sazişə əsasən isə 200.000 manat olmaqla, cəmi 430.000 manat borcun və 720 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Biləsuvar Aqro MMC məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak etməmələrinin bəzi daxili problemlər səbəbindən mümkün olmayacağından, iştirak etməmələrini üzürlü səbəb kimi qəbul edərək, iclasın təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsi üzürlü səbəblərlə əlaqədar olmadığından, işə baxılmasını yubatmaq xarakteri daşıdığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC (hazırki İddiaçı MMC) ilə "xxxx" MMC arasında GP SF-05/2023 saylı, xx.xx.2023-cü il tarixli “alqı-satqı” müqaviləsi bağlanmışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Biləsuvar Aqro MMC arasında BA/T-056 saylı, xx.xx.2023-cü il tarixli “alqı-satqı” müqaviləsi bağlanmışdır. İş materialında olan "xxxx"nın surətindən görünür ki, Biləsuvar Aqro MMC -nin xx.xx.2024-cü il tarixə "xxxx" MMC-yə 347.287,36 manat qalıq borcu vardır. İş materialından görünür ki, borclu Biləsuvar Aqro MMC, ilkin kreditor "xxxx" MMC və yeni kreditor İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə “tələbin güzəşti barədə” saziş bağlanmışdır. Həmin saziş üzrə ilkin kreditor müqavilə-1 üzrə borcluya qarşı mövcud olan 347.287,36 manat məbləğdə tələb hüququnun 300.000 manat məbləğində hissəsini tələb etmək hüququnu yeni kreditora ötürmüşdür. İşdən görünür ki, borclu Biləsuvar Aqro MMC, ilkin kreditor "xxxx" MMC və yeni kreditor İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə “tələbin güzəşti barədə” saziş bağlanmışdır. Həmin saziş üzrə ilkin kreditor müqavilə-1 üzrə borcluya qarşı mövcud olan 224.157,52 manat məbləğdə tələb hüququnun 200.000 manat məbləğində hissəsini tələb etmək hüququnu yeni kreditora ötürmüşdür. İş materialında olan "xxxx"larının surətlərindən görünür ki, Biləsuvar Aqro MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə 500.000 manat; xx.xx.2024-cü il tarixə 460.000 manat; xx.xx.2024-cü il tarixə 445.000 manat; xx.xx.2024-cü il tarixə 430.000 manat qalıq borcu vardır. İş materialında olan xəbərdarlıq məktubun surətindən görünür ki, tələbin güzəşti barədə əsasən cavabdehə ödənilməmiş 430.000 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona güzəşt edilmiş tələb əsasında mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Göstərilən Məcəllənin 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tələb sahibi borclunun razılığı olmadan tələbi hazırki iş üzrə iddiaçıya ötürmək (güzəşt etmək) hüququ olduğundan, tələb sahibinin tələbi İddiaçı MMC-yə hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçdiyindən, İddiaçı MMC mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, İddiaçı MMC-nin iddia tələbi qeyd edilən hissədə təmin edilərək, qeyd edilən məbləğlər cavabdehdən tutularaq, iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 720 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC ilə "xxxx" MMC və Biləsuvar Aqro MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “tələbin güzəşti barədə” sazişə əsasən 230.000 manat məbləğində pul vəsaiti Biləsuvar Aqro MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC ilə "xxxx" MMC və Biləsuvar Aqro MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “tələbin güzəşti barədə” sazişə əsasən 200.000 manat məbləğində pul vəsaiti Biləsuvar Aqro MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. 720 manat məbləğində dövlət rüsumu Biləsuvar Aqro MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar