Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2914/2025 25.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – 39.000 manat məbləğində pulun və 207 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iri buynuzlu heyvanların südünün alışı və satışı ilə məşğul olur. Cavabdehi uzun müddətdir ki, tanıyır. Ona tonlarla süd satmış, satdığı südlərin pulu yığılır, sonradan ödənişləri etməyə başlayırmış. 2023-cü ilin mart ayından sentyabr ayına kimi cavabdehin ona 100.000 manat süd pulu borcu yaranmışdır. Borcundan 61.000 manatını ödəmiş yerdə qalan 39.000 manat borcunu isə ödəməmişdir. Dəfələrlə cavabdehə borcunu ödəməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Hətta bu barədə cavabdehin valideyinlərinə, qardaşına xəbərdarlıq etməsinə baxmayaraq, nəticə əldə edə bilməmişdir. Məcburiyyət qarşısında qalaraq cavabdehdən Lənkəran rayon polis şöbəsinə şikayət etmişdir. Şikayət araşdırılmış, mülki xarakterli olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, məhkəməyə müraciət etmək barədə hüquqları izah edilmişdir. Cavabdeh polis şöbəsində izahat verərək borcunu tam şəkildə etiraf etmişdir. Cavabdehə elektron məhkəmə sistemi ilə pretenziya və iddia ərizəsi göndərilmişdir. Həmçinin cavabdehin VÖEN hesabına vergi xidmətinin sistemi ilə pretenziya və iddia ərizəsi göndərilmiş, lakin cavabdeh borcunu ödəməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Lənkəran şəhər-rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı X1 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı izahatında (həmçinin qeyd edilən materiallara əlavə edilmiş izahatında) göstərmişdir ki, təxminən 20 ildir ki, özünə məxsus Mitsubishi L200 markalı avtomobillə Lənkəran və Astara rayonlarının ərazisində ayrı- ayrı şəxslərdən süd yığımı ilə məşğul olub sataraq ailəsinin dolanışığını təmin edir. Südun 1 litrini 0.4 manata alıb, 0,45 manata satır. Belə ki, hər 1 litr südün satışından 5 qəpik qazanc əldə edir. Lənkəran rayonu Boladi kənd sakini Cavabdeh təxminən 5-6 ildir ki, tanıyır. Aralarında əvvəllər narazılıq və ziddiyyət olmamışdır. Belə ki, Talehin atası Mirtəbibi təxminən 20 ildir ki, tanıyır. Oğlu Talehi də atasına görə tanımışdır. 10 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh 1 litrini 0,55 manata satmışdır. 2023-cu ilin mart ayına qader Cavabdehlə aralarında heç bir problem olmamış, sonuncu borclu qalsa da, hissəhissə həmin borclarını ödəmişdir. 2023-cü ilin mart ayının sonlarında Cavabdeh gündəlik orta hesabla 1.500 litr süd vermişdir. Həmin ərəfələrdə südün qiyməti düşdüyünə görə 1 litrini 0,45 manata vermişdir. Qabaqcadan razılaşmışlar ki, 10 gündən bir pullarını verəcək. Buna görə də hər gün orta hesabla Talehə 1.500 litr süd vermişdir. Elə gün olmuşdur ki, 1300-1400 litr, elə günlərdə olmuşdur ki, 1600-1700 litr Talehə süd vermişdir. Orta hesabla Taleh hər 10 gündən bir təxminən 7000 manat ona pul verməliymiş. Lakin Cavabdeh vaxtıvaxtında pulunu verməyib onu yubatmışdır. Belə ki, Cavabdeh borclu olduğu pulun müəyyən hissəsini, təxminən 30 faizini vermiş, qalanını isə verəcəyini demişdir. Bu qaydada 2023-cü ilin avqust ayının sonuna kimi hər gün orta hesabla 1500 litr, bundan sonra isə 10 sentyabr 2023-cü il tarixə kimi isə orta hesabla gündəlik 30-40 litr süd vermişdir. 2023-cü ilin mart ayının sonlarından həmin ilin avqust ayının sonuna kimi gündelik orta hesabla 1500 litr Cavabdeh süd vermişdir Həmin südün 1 litrini 0,45 manata satmışdır. Belə ki, Cavabdeh təxminən 100.000 manatlıq süd satmışdır. Cavabdeh ondan aldığı südün təxminən 51.000 manatını hissə-hissə ödəmiş, lakin yerdə qalan 49.000 manat məbləğində südün pulunu ona verməmişdir. Pulunu Cavabdeh tələb etsə də, Taleh ona pulunu verəcəyini demişdir. Dəqiq yadında qalmayan tarixdə Cavabdeh borclu olduğu 49.000 manat puldan 10.000 manatını 2 dəfəyə oğlu Rüstəm Əsgərlinin kartına göndərmiş, lakin 39.000 manat pulu hazıradak ona geri qaytarmamışdır Hər dəfəsində Talehden pulunu istəsə də, sonuncu qaytaracağını deyib pulu qaytarmamışdır. Son vaxtlarda isə zənglərini açmamışdır. Cavabdeh ona borclu olduğu 39.000 manat məbləğində pulu geri qaytarmadığına görə məcbur olub 01 may 2024-cü il tarixdə ərizə ilə polisə müraciət etmişdir. Cavabdeh ona ümumilikdə 39.000 manat məbləğində pul borcludur. Cavabdeh südü satarkən hər 10 gündən bir pulunu verəcəyi ilə razılaşmışlar. Cavabdeh vəziyyəti yaxşı deyil və ya başqa hər hansı üzrlü səbəbdən pulunu az-az verir. Lakin sonradan borcun məbləği artdığından məcbur olub Talehə süd satışını dayandırmışdır. Sonra isə Taleh barədə maraqlandıqda digər şəxslərin pulunu vaxtında verdiyini öyrənmişdir. Buna görə də Talehin onun pulunu qəsdən vermədiyini bilib ona süd satışını dayandırmışdır. Cavabdeh süd satması və ona borclu qalması barədə qeydiyyat dəftərinin sürətini ilkin izahatına əlavə etmişdir. Qeyd olunan proseslərin hamısında oğlu Rüstəm Əsgərli də iştirak etmişdir. Cavabdeh göstərdikləri tamamilə yalandır. Cavabdeh ona 39.000 manat borcludur. Həmin pulu da geri qaytarmamışdır. Cavabdeh 2 dəfəyə hər dəfəsinə 5000 manat olmaqla oğlunun kart hesabına göndərmiş, bundan sonra 39.000 manat borclu qalmışdır. Qeyd edilən qərardan həmçinin görünür ki, X2 atası Adil Əskərovun izahatı ilə mahiyyətcə eyni məzmunlu izahat verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Göstərilən qərardan eyni zamanda görünür ki, Cavabdeh izahatında (həmçinin qeyd edilən materiallara əlavə edilmiş izahatında) göstərmişdir ki, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla orada yaşayır. Təxminən 6-7 ildir ki, süd satışı ilə məşğul olur. Bununla bağlı vergi uçotuna alınmış və qazancına görə gəlir vergisi ödəyir. Masallı rayonu, Sirəbil kənd sakini İddiaçı təxminən 15 ildir ki, tanıyır. Təxminən 5 nəfər şəxsdən gündəlik süd alır. Hər bir nəfərdən orta hesabla 500 litr va ya 1000 litr südü 0,45 manata alıb müxtəlif zavodlara Mercedes Ateco markalı avtomobillə daşıyaraq 0,47 manata satır. İddiaçı ayrı-ayrı fermerlərdan 0,40 manata süd alıb idarə etdiyi Mitsubishi L200 markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyıb 0,45 manata satır. 2022-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq İddiaçı ona gündəlik orta hesabla 1500 litr süd satmağa başlamışdır. İddiaçı 2023-cü ilin təxminən avqust ayının sonlarına, sentyabr ayının əvvəllərinə kimi ona süd satmışdır. Adillə razılaşmışlar ki, hər 10 gündən bir Adilin pulunu versin. Bəzi hallarda gecikmələr olmuş, 20 gündən bir Adilin pulunu vermişdir. 2023-cü ilin mart ayında süd satdığı şirkətlər süddə problem olduğunu demiş, bu barədə bütün sudçülərə, o cümlədən İddiaçı bildirmişdir. Bundan sonra süd düzəlmişdir. 2023-cü ilin mart ayının sonlarında İddiaçı gündəlik orta hesabla 1500 litr süd almışdır. İddiaçı hər gün orta hesabla 1500 litr süd almışdır. Elə gün olmuşdur ki, 1300-1400 litr, elə günlər də olmuşdur ki, 1600-1700 litr südü Adildən almışdır. Orta hesabla Adilə hər 10 gündən bir təxminən 7000 manat pul verməli imiş. Həmin ərəfələrdə işlərində müəyyən axsamalar olmuş və bəzi hallarda satdığı südün pulunu ala bilməmişdir. Buna görə də süd aldığı şəxslərə, eyni zamanda İddiaçı südün pulunu vaxtında verə bilməmişdir. Belə ki, borc yığıldıqca İddiaçı borclu olduğu pulun müəyyən hissəsini, təxminən 40-50 faizini verir, qalanını isə verəcəyini demişdir. Bu qaydada 2023-cü ilin avqust ayının sonuna kimi hər gün orta hesabla 1500 litr, bundan sonra isə 2023-cü ilin sentyabr ayının əvvəllərinə kimi isə Adil Əgərovdan orta hesabla gündəlik 30-40 litr süd almışdır. 2023-cü ilin mart ayının sonlarından həmin ilin avqust ayının sonuna kimi gündəlik orta hesabla 1500 litr İddiaçı süd alımışdır. Belə ki, həmin dövr ərzində İddiaçı təxminən 100.000 manatlıq süd almışdır İddiaçı aldığı südün təxminən 51.000 manatını hissə-hissə ödemiş, lakin yerdə qalan 49.000 manat məbləğində südün pulunu ödəyə bilməmişdir Səhv etmirsə 2023-cü ilin oktyabr-dekabr aylarından da İddiaçı borclu olduğu 49.000 manat puldan 10.000 manatını 2 dəfəyə Adilin oğlu Rüstəmin kartına göndərmişdir, lakin 39.000 manat borcunu hazıradak geri qaytara bilməmişdir. 2023-cü ilin mart ayının sonlarından həmin ilin sentyabr ayının əvvəllərinə kimi İddiaçı gündəlik orta hesabla 1500 litr həcmində süd almışdır. Belə ki, həmin dövr ərzində İddiaçı ümumilikdə 100.000 manat dəyərində süd almış, həmin 100.000 manat puldan hissə-hissə 61.000 manatını ödəmiş, lakin yerdə qalan 39.000 manat məbləğində pul borcunu İddiaçı geri qaytara bilməmişdir. Hazırda həmin vəsaiti ödəməyə maddi imkanı yoxdur, lakin gələcəkdə həmin məbləğdə pulu hissəhissə ödəyəcəkdir. İddiaçı 2023-cü ilin mart ayından həmin ilin sentyabr ayına kimi ümumilikdə 100.000 manat dəyərində sud almış, həmin puldan 61.000 manatını ödəmış, 39000 manatını hazıradək ödəyə bilməmişdir. İddiaçı süd alarkən və ya bundan sonra onu aldatmaq niyyəti olmamışdır. Həmin borclu olduğu 39.000 manatı Adıl Əsgərova hissə-hissə ödəyəcəkdir. Göründüyü kimi, cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə cavabdehin iddiaçıya 39.000 manat məbləğində borcunun olduğunu etiraf etməsi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə Lənkəran şəhər-rayon Polis Şöbəsinin İB-nin müstəntiqinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını Azərbaycan Respublikası MPM-nin 80 və 81-ci maddələrinə əsasən sübutların aidliyi və mümkünlüyü nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, cavabdehin iddiaçıya borcunun olması məhz göstərilən qərarla sübuta yetirilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə məhsullar (süd) nisyə satılmışdır. Lakin, cavabdeh tərəfindən məhsulların dəyəri iddiaçıya tam şəkildə ödənilməmişdir. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göstərilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsinin bağlanması üçün isə ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət olmadığından, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğ(lər)in qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 207 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 39.000 manat məbləğində borc və 207 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2914/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2914/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver