Məhkəmə qərarları › İş №e-2-2(121)-2956/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2956/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-2956/2022 02.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu İddiaçı Cavabdeh qarşı lizinq müqviləsi üzrə borcun tutulması, lizinq obyektinin boşaldılaraq qaytarılması və s. tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - cavabdeh X1 ilə bağlanmış xx.xx.2019-cu il tarxli D050 saylı X2 üzrə yaranmış 86.216 manat lizinq mükafatı və cərimə üzrə hesablanmış 28.800 manat olmaqla cəmi 115.016 manat lizinq borcunun, həmçinin mediasiya xərci kimi ödənilmiş 410 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı ş. Nizami r. Məmmədli Şərifli küçəsi, 2524 məhəllə, ev1, mənzil 13, Yeni qaydalarla:AZ 1118, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə dair qətnamə çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh asında xx.xx.2019-cu il tarixli D050 saylı X2 bağlanmış və həmin lizinq müqaviləsinin predmeti olan mənzilin alınması ilə əlaqədar (Bakı ş. Nizami r. Məmmədli Şərifli küçəsi, 2524 məhəllə, ev1, mənzil 13, Yeni qaydalarla:AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli küçəsi 239, M3, m6) Elçiyeva Durdanə ilə xx.xx.2019-cu il tarixli, AN-İ N ******* saylı“daşınmaz əmlakın alqı-satqısımüqaviləsi bağlanmışdır. İddiaçı MMC-nin xx.xx.2019cu il atrixli, AN-İ № ******* saylı Alqı-satqı müqaviləsinə əsasən Bakı ş. Nizami r. Məmmədli Şərifli küçəsi, 2524 məhəllə, ev1, mənzil 13, Yeni qaydalarla: AZ 1118, ünvan 1 ünvanında yerləşən mənzilimülkiyyətçi Durdanə Elçiyevadan alaraq Cavabdeh lizinqə vermişdir. Müqavilə şərtlərinə baxmayaraq cavabdeh üzərlərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki,Cavabdeh tərəfindən İddiaçı MMC-ə lizinq müqaviləsi üzrə götürülmüş öhdəlikləri 12 ay müddətində, 11 ay 5 308 manat, sonuncu ay isə 102 900 AZN ödəməklə öhdəliklərini tam icra edib başa çatdırmalı idi. Lakin müqavilə bağlandığı tarixdən cəmi 21 200 manat ödəniş edilmiş, həmin məbləğin 9886.35 mantıəsas, 11313.65 manatı isə faiz borcuna silinmişdir. Hazırda cavabdehin xx.xx.2019cu il tarixli D050 saylı X2 üzrə lizinq predmetindən istifadə edildiyi dövr üçün hesablanmış 86 216 manat lizinq mükafatı və gecikdirilmiş günlər üçün müqavilə bitən günə qədər 28 800 manat həcmində cərimə olmaqla ümumilikdə 115 016 manat borcu mövcutdur. Lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi həcmində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödənişi ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin lizinq obyektinimübahisəsiz qaydada gerialmaq hüququ vardır. Cabadehə dəfələrlə şifahi xəbərdarlıq və yazılı bildirişlər edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yeriə yetirməkdən imtina etmişdirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə lizinq müqaviləsindən irəli gəlir. İddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxsdir. Lizinq müqaviləsindən görünür ki, həmin müqavilənin predmeti və lizinq obyekti mənzildir. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Qeyd olunan Məcəllənin 14-cü maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarının məzmunundan görünür ki, vətəndaşların daimi yaşaması üçün yararlı olan ayrıca sahə yaşayış sahəsi hesab olunur. Əsas təyinatı insanların yaşaması olan yaşayış sahələri, o cümlədən mənzil, mənzil hüququnun obyektidir. Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli D050 saylı X2nin 1.1-ci bəndinə əsasən lizinq verən Bakı ş., Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 məhəllə, ev.1, mənzil 13 (Yeni qaydalarla AZ1118, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.1-ci və 4.1.3-cü maddələrinə əsasən lizinq alan lizinq predmetindən təyinatı üzrə müstəqil şəkildə istifadə etmək və lizinq predmetinin təyinatını və mühəndis-texniki vəziyyətini dəyişmədən ona müvəqqəti əlavələr etmək hüququna malikdir. Məhkəmə, eyni zamanda Mənzil Məcəlləsinin 14.2-ci maddəsinin tələblərini müqavilə şərtlərinə münasibətdə qeyd etməyi zəruri hesab edərək bildirir ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtləri Cavabdeh (lizinq alanın) həmin mənzildən fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinin mümkünlüyü istisna etmişdir. Belə olduğu təqdirdə cavabdeh lizinq obyekti olan mənzildən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış lizinq müqaviləsi əsasında iddiaçının cavabdehdən tələb etdiyi pul onların cavabdehlə aralarında mövcud olan və ya mövcud olmuş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən irəli gəlmir. İddiaçının mənzilin mülkiyyətçisi ilə bu sferada münasibətlərinin olması belə mənzil üzərində sahiblik və istifadə hüququ olan hazırki cavabdehə münasibətdə nəzərə alına bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin fərdi sahibkar statusuna malik olsa da iddiaçı ilə onun arasında mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində mənzilin yaşayış sahəsi olaraq qeyd edilməsi və mənzil üzərində sərəncam vermək hüququ olmayan şəxsin həmin mənzildən özünün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlərdə həmin münasibətlərin predmeti olaraq istifadə etməsi qeyri-mümkündür. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, hazırki iş üzrə 3-cü meyar olan “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı lizinq müqviləsi üzrə borcun tutulması, lizinq obyektinin boşaldılaraq qaytarılması və s. tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar