Məhkəmə qərarları › İş №e-2-2(121)-303/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-303/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-303/2021 09.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh və Zamin iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.402 manat məbləğində artıq ödənilmiş və borc pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3.432 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X2 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və Satınalma Müqaviləsi”nə əsasən, İddiaçı MMC İmişli rayonu, Çaxırlı kəndində yerləşən və cavabdeh Ş.Məmmədovaya məxsus 3,5 ha torpaq sahəsində şəkər çuğunduru istehsalını stimullaşdırmaq məqsədilə, cavabdeh Ş.Məmmədovanı aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, cavabdeh isə şəkər çuğunduru əkəcəyi sahədən hər bir hektar üzrə orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və əldə olunan məhsulu Cəmiyyətə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə cavabdeh X2 arasında müqaviləyə şəkər çuğunduru istehsalının, təhvilinin və alışının xüsusi şərtlərini müəyyənləşdirən 1 saylı əlavə imzalanmışdır. Əlavədə təhvil alınmalı kənd təsərrüfatı məhsulu olan şəkər çuğundurunun çəkisi və şəkərlilik dərəcəsi, ümumi itki faizi, daşınma və təhvil şərtləri, alış qiyməti və digər şərtlər qarşılıqlı olaraq razılaşdırılmışdır. İddiaçı MMC ilə cavabdeh X2 arasında müqaviləyə 2 saylı əlavə imzalanmışdır. Əlavədə əkin sahələrində həyata keçirilməli olan aqrotexniki işlərin siyahısı və qiymətləri qarşılıqlı olaraq razılaşdırılmışdır. Müqavilənin icrasını təmin etmək məqsədilə cavabdeh Ş.Məmmədovaya 1.671 manat dəyərində gübrə və toxum verilmiş, aqrotexniki xidmətlər həyata keçirilmiş, 835 manat məbləğində isə avans ödənilmiş, ümumilikdə müqavilənin icrası üçün 2.506 manat məbləğində maddi vəsait xərclənmişdir. Buna müvafiq olaraq cavabdeh Ş.Məmmədova tərəfindən Cəmiyyətə 2.354 manat dəyərində qiymətləndirilən şəkər çuğunduru təhvil verilmişdir. Təhvil verilən şəkər çuğundurunun dəyəri çəkilən maddi xərcdən az olduğu üçün aradakı fərq olan 152 manat borcu yaranmışdır. Bundan əlavə, aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, texniki (riyazi) yanlışlıq əsasında cavabdeh Ş.Məmmədovaya 3.250 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Bununla bağlı cavabdeh Ş.Məmmədovaya REF-187/2020 saylı, xx.xx.2020-ci il tarixli pretenziya məktubu ünvanlanaraq, artıq ödənilmiş 3.250 manat məbləğində pul vəsaitinin və 152 manat borc məbləğinin, ümumilikdə 3.402 manat pul vəsaitinin geri ödənilməsi tələb olunsa da, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı MMC ilə cavabdeh X2 və cavabdeh Zamin arasında imzalanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən, cavabdeh Zamin cavabdeh Ş.Məmmədova ilə İddiaçı MMC arasında bağlanmış müqavilə əsasında, cavabdeh Ş.Məmmədovanın öhdəliklərinin tamamilə icra edilməsini öz öhdəsinə götürmüşdür. Bununla bağlı cavabdeh Zamin REF- 188/2020 saylı, xx.xx.2020-ci il tarixli pretenziya məktubu ünvanlayaraq 3.402 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb olunsa da, bugünə qədər cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasında iddiaya etiraz edərək, onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan İmişli rayonu, Çaxırlı kəndi ərazisində yerləşən 3,5 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər madditexniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin 12-ci ayının sonunadək İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh və Zamin arasında bağlanılmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi birgə zaminlər (Cavabdeh və Zamin) öhdələrinə götürürlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış elektron qaimələrdən (cəmi 12 ədəd) görünür ki, görülmüş işlərə görə ümumilikdə 1.671 manat pulun ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından və hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixdə 126 manat, xx.xx.2019-cu il tarixdə 190,80 manat, xx.xx.2019-cu il tarixdə 360 manat, xx.xx.2019-cu il tarixdə 97,20 manat, xx.xx.2019-cu il tarixdə 61,20 manat və xx.xx.2019-cu il tarixdə 3.250 manat olmaqla, cəmi 4.085,20 manat pul ödənilmişdir. İş materiallarında olan istehsal ehtiyatlarının alış aktlarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 11.426 kq çəkidə 699,27 manat dəyərində, xx.xx.2019cu il tarixdə 11.006 kq çəkidə 680,17 manat dəyərində və 11.183 kq çəkidə 659,80 manat dəyərində, xx.xx.2019-cu il tarixdə 4.983 kq çəkidə 314,93 manat dəyərində (cəmi 2.354,18 manat dəyərində) şəkər çuğunduru İddiaçı MMC-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı MMC-yə borcu 3.402 manat təşkil edir. Cavabdeh 1.670,97 manat məbləğində mal və xidmət satılmış, 835,20 manat avans verilmiş, onun tərəfindən 2.354,17 manat dəyərində çuğundur təhvil verilmiş, həmçinin Cavabdeh 3.250 manat əlavə pul ödənilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh və Zamin ünvanlanmış xx.xx.2020-ci il tarixli, REF-187/2020 və REF-188/2020 saylı pretenziya məktublarından görünür ki, cavabdehlərdən 3.402 manat pulun 15 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh və Zamin məlumatlandırılmışlar. İş materiallarında olan Zamin tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətdə (iddia ərizəsinə etirazda) qeyd olunmuşdur ki, iddia əsassızdır. Cavabdeh AŞİB tərəfindən plastik bank kartı verilmişdir. Həmin kart briqadirə həvalə edilmiş və pul onun tərəfindən çıxarılmışdır. Belə olduğu halda ona aid hissədə iddia rədd edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan İmişli rayonu, Çaxırlı kəndi ərazisində yerləşən 3,5 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin 12-ci ayının sonunadək İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. Həmçinin İddiaçı MMC ilə Cavabdeh və Zamin arasında xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi birgə zaminlər (Cavabdeh və Zamin) öhdələrinə götürmüşlər. İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 1.671 manat dəyərində işlər görülmüş, həmçinin ona işlərin görülməsi üçün 835,20 manat pul, həmçinin 3.250 manat əlavə pul köçürülmüşdür. Bunun müqabilində Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2.354,18 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh və Zamin pretenziya məktubları göndərilərək 3.402 manat pulun 15 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh və Zamin məlumatlandırılmışlar. Lakin pul ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdə müştərək qaydada 3.402 manat məbləğində pul vəsaitini tələb edir. Bu pul vəsaitinin 152 manat hissəsi tərəflər arasında bağlanılmış müqavilə üzrə qalıq borc məbləği, 3.250 manat hissəsi isə Cavabdeh artıq ödənilmiş pul vəsaitidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi 152 manat borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 1.671 manat dəyərində işlər görülmüş, həmçinin ona işlərin görülməsi üçün 835,20 manat pul ödənilmişdir (cəmi 2.506,20 manat). Bunun müqabilində Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2.354,18 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Beləliklə, Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 152,02 manat borcu qalmışdır. İddiaçı isə həmin hissədə 152 manat borcu tələb edir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh və Zamin arasında bağlanılmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi birgə zaminlər (Cavabdeh və Zamin) öhdələrinə götürmüşlər. Belə olan halda, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, 152 manat borcun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasəb, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi 3.250 manat artıq ödənilmiş pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində iddia qismən, yəni pul vəsaitinin cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh tutulması hissəsində təmin edilməli, iddia həmin hissədə Zamin münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh 3.250 manat pul ödənilmişdir. İddiaçı qeyd olunan 3.250 manat məbləğin Cavabdeh ödənilməsini texniki (riyazi) yanlışlıqla əlaqələndirir. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh ödənilmiş 3.250 manat pul vəsaitinin tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi və zaminlik müqaviləsi ilə bağlılığı yoxdur. Həmin pul vəsaiti texniki səhv nəticəsində Cavabdeh hesabına köçürülmüşdür. Belə olan halda isə Zamin 3.250 manat pul vəsaitinin qaytarılmasına münasibətdə heç bir öhdəliyi yoxdur. Ona görə də, qeyd olunan artıq ödənilmiş pul məbləği cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin 152 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada, həmçinin Cavabdeh artıq ödənilmiş 3.250 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar