Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-304/2021 31.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9.956 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 9.986 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə əsasən, İddiaçı MMC İmişli rayonu, Məzrəli kəndində yerləşən və Cavabdeh məxsus 1,2 ha torpaq sahəsində şəkər çuğunduru istehsalını stimullaşdırmaq məqsədilə Cavabdeh aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, cavabdeh isə şəkər çuğunduru əkəcəyi sahədən hər bir hektar üzrə orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və əldə olunan məhsulu Cəmiyyətə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında şəkər çuğunduru istehsalının, təhvilinin və alışının xüsusi şərtlərini müəyyənləşdirən Müqaviləyə 1 saylı əlavə imzalanmışdır. Əlavədə təhvil alınmalı kənd təsərrüfatı məhsulu olan şəkər çuğundurunun çəkisi və şəkərlilik dərəcəsi, ümumi itki faizi, daşınma və təhvil şərtləri, alış qiyməti və digər şərtlər qarşılıqlı olaraq razılaşdırılmışdır. İddiaçı ilə Cavabdeh arasında Müqaviləyə 2 saylı Əlavə imzalanmışdır. Əlavədə əkin sahələrində həyata keçirilməli olan aqrotexniki işlərin siyahısı və qiymətləri qarşılıqlı olaraq razılaşdırılmışdır. Müqavilənin icrasını təmin etmək məqsədilə tərəflərindən cavabdeh E.Cəfərova 1.100 manat dəyərində gübrə və toxum verilmiş, aqrotexniki xidmətlər həyata keçirilmiş, 565 manat məbləğində isə avans ödənilmiş, ümumilikdə, müqavilənin icrası üçün 1.665 manat məbləğində maddi vəsait xərclənmişdir. Buna müvafiq olaraq Cavabdeh tərəfindən Cəmiyyətə 2.482 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Təhvil verilən şəkər çuğundurunun dəyəri çəkilən maddi vəsaitdən artıq olduğu üçün aradakı fərq olan 817 manat məbləğində pul vəsaiti ödənilməli olduğu halda, texniki (riyazi) yanlışlıq əsasında ümumilikdə 10.773 manat pul vəsaiti köçürülmüşdür. Cəmiyyətin Cavabdeh olan 817 manat borcu çıxıldıqdan sonra belə qənaətə gəlmək mümkündür ki, 9.956 manat məbləğində pul vəsaiti artıq köçürülmüşdür. İddiaçı ilə Cavabdeh və cavabdeh Zamin Cabir oğlu arasında imzalanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən, cavabdeh Zamin Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilə əsasında Cavabdeh öhdəliklərinin tamamilə icra edilməsini öz öhdəsinə götürmüşdür. Bununla bağlı cavabdehlərə REF-183/2020 saylı, xx.xx.2020-ci il tarixli pretenziya məktubları ünvanlayaraq artıq ödənilmiş 9.956 manat məbləğində pul vəsaitinin geri ödənilməsi tələb olunsa da, bugünə qədər hər hansı ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Zamin məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə cavabdeh Zamin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin və Cavabdeh nümayəndəsi və vəkilinin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan İmişli rayonu, Məzrəli kəndi ərazisində yerləşən 1,20 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər madditexniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin 11-ci ayının sonunadək İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh və Zamin arasında bağlanılmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi birgə zaminlər (Cavabdeh və Zamin) öhdələrinə götürürlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış elektron qaimələrdən (cəmi 13 ədəd) görünür ki, görülmüş işlərə görə ümumilikdə 1.100,2 manat pulun ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixdə 84 manat, xx.xx.2019-cu il tarixdə 147 manat, xx.xx.2019-cu il tarixdə 220 manat, xx.xx.2019-cu il tarixdə 54,40 manat, xx.xx.2019-cu il tarixdə 59,40 manat olmaqla, cəmi 564,80 manat pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, Cavabdeh tərəfindən təhvil verilmiş 37,882 ton məhsulun dəyəri olan 2.482,85 manat İddiaçı MMC-dən tələb edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixdə 5.817,85 manat və xx.xx.2019-cu il tarixdə 4.956,41 manat olmaqla, “şəkər çuğunduru pulu” təyinatı ilə cəmi 10.774,26 manat ödənilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh və Zamin ünvanlanmış xx.xx.2020-ci il tarixli, REF-183/2020 saylı pretenziya məktublarından görünür ki, cavabdehlərdən arıtq ödənilmiş 9.956 manat pulun 15 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh və Zamin məlumatlandırılmışlar. İş materiallarında olan Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçı Cavabdeh 1.100 manat dəyərində gübrə və toxum verdiyini qeyd etsə də, bunu təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmasa da, iddiaçı 565 manat dəyərində avans ödədiyini qeyd edir. Müqavilədə nəzərdə tutulmuşdur ki, “Əkinçiyə” pul təhvil verdiyi çuğundurun müqabilində olacaqdır (3.3 bənd). Qeyd edir ki, əkinçiliklə məşğul olan Cavabdeh çuğundur əkməsini iddiaçının nümayəndələri təklif etmişdir. Belə ki, o, kənd adamı olaraq, müasir texnalogiyalardan uzaq adamdır. Onun adına açılan VÖEN, elektron imza və sair tələb olunanların hamısı iddiaçı tərəfindən təşkil edilmişdir. Yəni onun adından aparılan elektron əməliyyatlardan məlumatı olmamışdır. Onun işi çuğunduru əkib təhvil vermək olmuşdur ki, bunu da edərək çuğundurunu təhvil verib pulunu almışdır. Nə çuğundur təhvil veriləndə, nə də ki, xidmətlər və borclar barədə qarşılıqlı razılaşma imzalanmamışdır. Hazırda isə iddiaçı çuğundurun təhvil verilməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq cavabdehə artıq pul ödədiyini bildirir. İddiaçı iddianın hüquqi tərəfini Mülki Məcəllənin 58-ci fəslində nəzərdə tutulmuş əsasız varlanma ilə bağlı müddəaları ilə əsaslandırmışdır. Həm iddiaçının qeyd etdiyi Mülki Məcəllənin 58-ci fəsli, həm də, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının ödədiyi pulu geri tələb etməsi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, göstərilən xidmətlərin borclanma sənədləri əkinçinin imzasına təqdim olunmalı, bütün təhvil-təslimlər aktlaşdırılmalı və imzalanmalıdır. Hazırki halda iddiaçı “xxxx” artıq ödədiyi iddia edilən pul vəsaitinə dair hər hansı bir sənədi iddiaçının imzasına təqdim etməmişdir. Cavabdehin əsaslı olaraq borclanması üçün onun vaxtında bundan məlumatı olmalı idi, yəni tərəflər arasında qarşlılıqlı razılaşma olmalı idi. Başqa sözlə iddiaçı qaytarılmalı olan məbləğin qaytarılacağına da əmin olmalı idi. Göründüyü kimi, Mülki Məcəlləyə, həm də, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının ödədiyi pulu geri tələb etməsi əsassızdır. Belə ki, iddiaçı “xxxx” MMC-nin əməkdaşları artıq ödədikləri qeyd olunan pul məbləğinin qaytarılmasının qeyri-mümkün olduğunu əvvəlcədən bilirdilər və bunu bilməmələri mümkün deyil. Eyni zamanda bu halın kütləvi surətdə baş verməsi qeyd etdiklərinin sübutudur. Belə olduğu halda iddia rədd edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan İmişli rayonu, Məzrəli kəndi ərazisində yerləşən 1,2 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin 12-ci ayının sonunadək İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. Həmçinin İddiaçı MMC ilə Cavabdeh və Zamin arasında xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi birgə zaminlər (Cavabdeh və Zamin) öhdələrinə götürmüşlər. İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 1.100,2 manat dəyərində işlər görülmüş, həmçinin ona işlərin görülməsi üçün 564,8 manat avans, həmçinin 10.774,26 manat pul köçürülmüşdür. Bunun müqabilində Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2.482,85 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh və Zamin pretenziya məktubları göndərilərək 9.956 manat pulun 15 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh və Zamin məlumatlandırılmışlar. Lakin pul ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 1.100,2 manat dəyərində işlər görülmüş, həmçinin ona işlərin görülməsi üçün 564,8 manat avans, həmçinin 10.774,26 manat pul köçürülmüş (cəmi 12.439,26 manat) Bunun müqabilində isə Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2.482,85 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Yəni, iddiaçı tərəfindən Cavabdeh səhvən 9.956,41 manat artıq (12.439,26 – 2.482,85) pul ödənilmişdir. Hazırda isə iddiaçı 9.956 manat pulun cavabdehlərdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi 9.956 manat artıq ödənilmiş pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində iddia qismən, yəni pul vəsaitinin cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh tutulması hissəsində təmin edilməli, iddia həmin hissədə Zamin münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Cavabdeh 10.774,26 manat pul ödənilmişdir. İddiaçı qeyd olunan artıq ödənilmiş 9.956 manat məbləğin Cavabdeh ödənilməsini texniki (riyazi) yanlışlıqla əlaqələndirir. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Cavabdeh artıq ödənilmiş 9.956 manat pul vəsaitinin tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi və zaminlik müqaviləsi ilə bağlılığı yoxdur. Həmin pul vəsaiti texniki səhv nəticəsində Cavabdeh hesabına köçürülmüşdür. Belə olan halda isə Zamin 9.956 manat pul vəsaitinin qaytarılmasına münasibətdə heç bir öhdəliyi yoxdur. Ona görə də, qeyd olunan artıq ödənilmiş pul məbləği Zamin tutula bilməz. Məhkəmə həmçinin qeyd edir ki, hazırda tələb olunan artıq ödənilmiş 9.956 manat pul vəsaiti Cavabdeh ödənildiyindən və həmin pul məbləğinin tərəflər arasında bağlanmış müqavilələrə aidiyyəti olmadığından, yəni həmin ödənişin texniki yalnışlıq olmaqla, qanuni və müqavilə əsası olmadığından, qeyd olunan pul vəsaiti cavabdehlərdən müştərək qaydada deyil, qanunvericliyini aşağıda qeyd olunan normalarına əsasən, Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh artıq ödənilmiş 9.956 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 9.986 (doqquz min doqquz yüz səksən altı) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-304/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-304/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver