Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3084/2025 03.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi tələbinə dair” işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, AD-016/24 saylı, 21 fevral 2024-cü il tarixli “Alqı-satqı Müqaviləsi”nə əsasən yaranmış 8768 AZN məbləğində pul məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 107,68 AZN məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair tərəfimizdən verilmiş iddiaya sadələşdirilmiş icraat qaydasında baxaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖE6N5:********) arasında AD-016/24 saylı, 21 fevral 2024-cü il tarixli Alqı-satqı Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı Cavabdehə müvafiq X6 nəzərdə tutulmuş 22 ton qarğıdalı dəni məhsulunu satmağı, Alıcı isə həmin malı almağı və Malın alışı üzrə nəzərdə tutulmuş ümumi məbləği - 8800 AZN məbləğində vəsaiti Satıcıya tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin xx.xx.2024-cü il tarixli 1 saylı X1 əsasən, malın 1 (bir) tonunun qiyməti 400 (dörd yüz) AZN, müqavilənin ümumiməbləği isə 8800 (səkkiz min səkkiz yüz) AZN təşkiledir. Sözügedən Müqavilə üzrə Satıcı tərəfindən mallar xx.xx.2024-cü il tarixində Alıcıya ümumi çəkisi 21920 kq təşkil edən 8,768.00 (səkkiz min yeddi yüz altmış səkkiz) AZN məbləğində, qarğıdalı dəni faktiki olaraq tam şəkildə təhvil verilməsinə baxmayaraq, Alıcı tərəfindən heç bir ödəniş edilməmişdir. Dəfələrlə Cavabdehlə aramızda Müqavilə öhdəliklərini icra etməsi, müqavilə üzrə qalıq borc məbləğinin tam ödənilməsi ilə bağlı danışıqlar və yazışmalar aparılmağına və Cavabdehə pretenziya qaydasında yazılı müraciət edilməsinə baxmayaraq, təəssüf ki, heç bir müsbət nəticə əldə olunmamışdır. Sonuncu dəfə cavabdehə öhdəliyin tam icra edilməsi ilə bağlı 23 may 2025-ci il tarixli pretenziya məktubu ilə onlayn kargüzarlıq vasitəsilə xəbərdarlıq ünvanlanaraq, öhdəliyin 5 (beş) təqvim günü ərzində icrası tələb edilmişdir. Lakin Cavabdeh nə pretenziyaya cavab vermiş, nə də indiyədək borcunu ödəmişdir.
İddia ərizəsinə etiraz:
3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
6. İş materiallarında olan (“Alıcı”) Cavabdeh MMC və (Satıcı) İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli AD-016/24 nömrəli Müqavilənin: 1.1-ci bəndinə əsasən “Satıcı” müqailənin ayrılmaz tərkib hissəsi olan X3 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları razilaşdırılmış qaydada satmağı və “Alıcı”-ya təhvil verməyi, “Alıcı” isə,həmin malları, “Satıcı” tərəfindən malla birlikdə təqdim olunan yük-buraxlış sənədinə əsasən qəbul edərək almağı və Müqavilədə, habelə Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X2 göstrilən qaydada dəyərini ödəməyi öz öhdəsinə götürür. 1.2-ci yarımbəndinə əsasən X4 qeyd olunan malların satışı “Alıcı”nın yazılı sifarişlərinə əsasən həyata keçrilir. 2.1.1-ci yarımbəndinə əsasən Malları müqavilə ilə məyyən edilmiş qaydada “Alıcı”nın mülkiyyətinə vermək: 2.1.3-cü yarımbəndinə əsasən ”Alıcı”ya tərəflər arsında bu Müavilə ilə razılaşdırılmış çeşiddə, ölçüdə, miqdarda, müddətdə, keyfiyyətdə olan mal vermək: 2.1.4-cü yarımbəndınə əsasən “Alıcı” mallarla birgə qanunvericilikdə tələb olunan və həmçinin digər zəruri və düzgün məlumatlarla (gigiyenik, uyğunluq, serfikatları və s.) təmin etmək; 3.1-ci yarımbəndinə əsasən müqavilə qüvvədə olduğu müddətdə, mallar Müqavilənin ayrılmaz tərkib hisələri olan X3 göstərilən ünvanda “Satıcı” tərəfindən “Alıcı”ya təhvil veriləcəkdir. 3.2-ci yarımbəndinə əsasən “Satıcı” malın təhvil verilməsi ilə birlikdə yük-buraxlış sənədini və digər zəruri sənədləri ”Alıcı”ya təqdim etməlidir. 4.1-ci yarımbəndinə əsasən Malın qiyməti, miqdarı və ödəniş şərtləri Müqavilənin ayrılmaz tərkib hissələri olan X7 ilə müəyyənləşdirilir.
7. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli AD016/24 saylı müqavilə üzrə X5 görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə çəkisi 22 ton olan 8800 manat məbləğində qarğıdalı dənləri müqavilənin şərtlərinə uyğun olaraq “Satıcı” tərəfindən satılacaq və “Alıcı” tərəfindən alınacaqdır. Həmin mallar “Alıcı”ya təhvil verildikdən sonra dəyəri xx.xx.2024-cü il tarixədək “Alıcı” tərəfindən “Satıcı”ya ödəniləcək.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, İddiaçı ərazisindən ümumi çəkisi 21920 kq təşkil edən Qarğıdlı dəni məhsulunu **-GG-*** dövlət nömrə nişanlı yük maşnına yüklənib ərazidən çıxarılmışdır.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, Seriya: EBEA, 148047 nömrəli, ”Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”dan görünür ki, xx.xx.2024-cü il tarixli AD-016/24 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən Cavabdeh MMC-yə 8768,00 manat dəyərində qarğıdalı dəni təqdim olunmuşdur.
10. xx.xx.2025-ci il tarixli Maliyyə arayışınan görünür ki, Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə 8768,00 manat yekun borcu qalmışdır.
11. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinə dair cavabdehə xəbərdarlıq edilmişdir.
12. **********82 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı 107,68 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. -600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. -600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
c) Məhkəmənin mövqeyi:
15. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
16. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” (iddiaçı) müqailənin ayrılmaz tərkib hissəsi olan X3 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları razilaşdırılmış qaydada satmağı və “Alıcı”-ya təhvil verməyi, “Alıcı” isə,həmin malları, “Satıcı” tərəfindən malla birlikdə təqdim olunan yük-buraxlış sənədinə əsasən qəbul edərək almağı və Müqavilədə, habelə Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X4 göstrilən qaydada dəyərini ödəməyi öz öhdəsinə götürür. Ona görə də, məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə mülki qanunvericiliyin alqı-satqı müqaviləsini tənzimləyən müddəaları tətbiq edilməlidir.
17. Məhkəmə, ilk öncə tərəflər arasında bağlanmış müqavilənin etirbarlılığına hüquqi qiymət verilməsini zəruri hesab edir və qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarlıdır və etibarsız hesab olunması üçün qanunda nəzərdə tutulan əsaslar yoxdur.
18. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olduğundan, müqavilə üzrə “Satıcı”ya aid vəzifələrin yerinə yetirildiyini sübut etmək vəzifəsi iddiaçıya, “Alıcı”ya aid vəzifələrin yerinə yetirildiyini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
19. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, iddiaçı tərəf iddianın əsaslarını sübut etdiyindən, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. “Elekton Məhkəmə” İnformasiya Sistemindən görünür ki, cavabdehin “Elektron kabineti” vardır və həmin kabinet vasitəsi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmişdir. Lakin, cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.
20. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə üzrə risk dairəsinə daxil olan öhdəliklərini lazımınca icra rtməmiş, nəticədə cavabdehin iddiaçıya olan borcu 8768 manat təşkil etmişdir.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 8768 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
23. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 107,68 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
Nəticə:
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdehndən 8768 (səkkiz min yeddi yüz altmış səkkiz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 107,68 (bir yüz yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev