Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3097/2025 24.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh MMC-yə qarşı – pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh MMC-yə qarşı – cavabdeh tərəfindən lazımi keyfiyyətli olmayan nasosun xx.xx.2023-cü il tarixli 14- 2-5/3-xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsinə uyğun lazımi keyfiyyətli nasos ilə əvəz edilməsi, müqaviləyə uyğun nasos ilə əvəz olunması mümkün olmadıqda alqı-satqı müqaviləsinin nasosun alqı-satqısı hissəsində ləğv edilməsi, nasos üçün ödənilmiş 82.325,95 manat pul məbləğinin qaytarılması, 4.235 manat məbləğində dəbbə pulunun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 349,68 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə Məhəmmədhüseyn oğlu məhkəməyə xx.xx.2026-cı il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 14-2-5/3-xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsinin nasosun alqı-satqısı hissəsində ləğv edilməsi, nasos üçün ödənilmiş 82.325,95 manat pul məbləğinin qaytarılması, 4.235 manat məbləğində dəbbə pulunun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 349,68 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2026-cı il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, 2.1. cavabdeh "xxxx" MMC xx.xx.2026-cı il tarixinədək NK 200x370 tipli nasosu zavod (pasport) göstəricilərinə uyğun saz vəziyyətə gətirməyi, yəni texniki parametrlərə (nominal məhsuldarlıq –200 m³/saat, nominal təzyiq – 370 m, digər göstəricilər - istehsalçı pasportuna əsasən) uyğun təmir etməyi və nasosun uyğunluğunu sınaq yolu ilə təsdiq etdikdən sonra iddiaçıya təhvil verməyi və 349,68 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsini öhdəsinə götürür; 2.2. nasosun sınaq işləri (texniki ölçmələrin aparılması, parametrlərin qeydə alınması və nəticələrin sənədləşdirilməsi) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin və cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı ilə "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsinin akkreditasiya bazasında müvafiq sertifikatı qüvvədə olan hər hansı bir təşkilatın sınaq laboratoriyasında aparılır və sınağın nəticələri müvafiq rəylə rəsmiləşdirilir; 2.3. sınaq nəticəsində qeydə alınmış parametrlər bu Sazişin 2.1-ci bəndində göstərilən göstəricilərə uyğun olduqda, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən qəbultəhvil aktı imzalanır və həmin andan etibarən nasos iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsiniə təhvil verilmiş hesab olunur; 2.4. sözügedən nasosun müəyyən edilmiş müddətdə və ya göstərilən texniki parametrlərə uyğun şəkildə təmir edilərək təhvil verilməsi mümkün olmadıqda, cavabdeh "xxxx" MMC ödənilmiş əsas məbləğ 82.325,95 manatın, dəbbə pulu 4.235 manatın və ödənilmiş dövlət rüsumu 349,68 manatın, cəmi 86.910,63 manat məbləğində pulun 10 iş günü ərzində iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin hesabına ödəməyi şərtsiz öhdəsinə götürür; 2.5. tərəflər bəyan edir ki, bu Saziş üzrə öhdəliklər tam və vaxtında icra edildiyi halda, "Tərəflər"in bir-birinə qarşı həmin müqavilədən və predmetdən irəli gələn əlavə tələb və ya iddiaları yoxdur və olmayacaqdır. İş materiallarında olan iddiaçının nümayəndəsi Nümayəndə Məhəmmədhüseyn oğlu tərəfindən xx.xx.2026-cı il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. İş materiallarında olan cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2026-cı il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq olunması xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında mübahisə mövcud deyildir. Buna görə də iddianın məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya qeyd edilən hissədə mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata göstərilən hissədə xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış aşağıdakı məzmunlu xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh "xxxx" MMC xx.xx.2026-cı il tarixinədək NK 200x370 tipli nasosu zavod (pasport) göstəricilərinə uyğun saz vəziyyətə gətirməyi, yəni texniki parametrlərə (nominal məhsuldarlıq –200 m³/saat, nominal təzyiq – 370 m, digər göstəricilər - istehsalçı pasportuna əsasən) uyğun təmir etməyi və nasosun uyğunluğunu sınaq yolu ilə təsdiq etdikdən sonra iddiaçıya təhvil verməyi və 349,68 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsini öhdəsinə götürür.
2. Nasosun sınaq işləri (texniki ölçmələrin aparılması, parametrlərin qeydə alınması və nəticələrin sənədləşdirilməsi) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin və cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı ilə "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsinin akkreditasiya bazasında müvafiq sertifikatı qüvvədə olan hər hansı bir təşkilatın sınaq laboratoriyasında aparılır və sınağın nəticələri müvafiq rəylə rəsmiləşdirilir.
3. Sınaq nəticəsində qeydə alınmış parametrlər bu Sazişin 2.1-ci bəndində göstərilən göstəricilərə uyğun olduqda, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən qəbultəhvil aktı imzalanır və həmin andan etibarən nasos iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsiniə təhvil verilmiş hesab olunur.
4. Sözügedən nasosun müəyyən edilmiş müddətdə və ya göstərilən texniki parametrlərə uyğun şəkildə təmir edilərək təhvil verilməsi mümkün olmadıqda, Cavabdeh ödənilmiş əsas məbləğ 82 325,95 manatın, deqqe dnln 4 235,00 manatın və ödənilmiş dövlət rüsumu 349,68 manatın, cəmi 86 910,63 (səksən altı min doqquz yüz on manat altımış üç qəpik) manat məbləğində pulun 10 (on) iş günü ərzində iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin hesabına ödəməyi şərtsiz öhdəsinə götürür.
5. Tərəflər bəyan edir ki, bu Saziş üzrə öhdəliklər tam və vaxtında icra edildiyi halda, "Tərəflər"in bir-birinə qarşı həmin müqavilədən və predmetdən irəli gələn əlavə tələb və ya iddiaları yoxdur və olmayacaqdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Namidar Misirzadə