Məhkəmə qərarları › İş №e-2-2(121)-31/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-31/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-31/2020 10.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 28.474,00 AZN məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 3440,60 AZN pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün 30 AZN ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı dördüncü redaksiyada olan nizamnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçı xx.xx.2004-cü il tarixdə “xxxx” MMC kimi dövlət qeydiyyatına alınmış, təsisçinin xx.xx.2015-ci il tarixli qərarına əsasən “X1” MMC adlandırılmış və xx.xx.2018-ci il tarixli qərara əsasən ”İddiaçı” MMC adlandırılmışdır. Həmçinin nizamnamədə qeyd edilmişdir ki, idarə heyətinin sədri qanuni təmsilçilik funksiyasına malikdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin dövrdə artıq iddiaçının adı ”İddiaçı” MMC olmasına baxmayaraq, iddia ərizəsi “X1” MMC-nin icraçı direktoru tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsi məhkəməyə daxil olan zaman “X1” MMC adlı bir hüquqi şəxs olmamışdır. Həmçinin ”İddiaçı” MMC-nin nizamnaməsinə əsasən qanuni təmsilçilik funksiyasına icraçı direktor deyil, idarə heyətinin sədri malikdir. Göründüyü kimi, iddia ərizəsi artıq mövcud olmayan hüquqi şəxsin buna səlahiyyəti olmayan vəzifəli şəxsi, başqa sözlə, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-ci, 260.1-ci, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar