Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3138/2025 10.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdeh Açıq Səhimdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, 303/22 saylı müqavilə üzrə 1864,40 (1580 əsas borc + 284,40 ƏDV) manat məbləğində əsas borcun, 652 manat məbləğində cərimə dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 116,48 manat pulun və 47 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 303/22 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 303/22 saylı Müqavilə üzrə 1864,40 (1580 əsas borc + 284,40 ƏDV) manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş müqavilə, tərəflər arasında tərtib edilmiş qaimələr və xidmətin göstərilməsinə dair olan aktlar ilə təsdiq edilir. Cavabdehə xx.xx.2025-ci il tarixində internet vergi idarəsi sistemi vasitəsi ilə, xx.xx.2025-ci il tarixdə isə məhkəmə kabineti vasitəsilə 3 iş günü müddətində borc məbləğini tələb etdikləri barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pulşirkətə ödənilməmişdir. xx.xx.2022-ci il tarixli, 303/22 saylı Müqavilənin 5.5-ci bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% (bir) miqdarında dəbbə pulu hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 8502,85 təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas məbləğin 35 %-i həcmində, yəni cəmi 652 manat dəbbə pulu tələb edilməkdədir. Həmçinin tərəflər arasında bağlanılmış müqavilənin 5.3-cü maddəsinə görə göstərilmiş xidmət barədə hər ayın sonu daşıyıcı tərəfindən müvafiq təhvil-təslim aktı hazırlanaraq sifarişçiyə göndərilir. Həmin maddədə qeyd edilənlərə uyğun olaraq sifarişçi təhviltəslim aktını 5 gün ərzində imzalamaqla geri qaytarmalıdır, əgər 5 gün ərzində təhviltəslim aktı imzalanaraq daşıyıcıya geri göndərilmirsə, həmin akt təsdiqlənmiş hesab edilir. Belə ki, cavabdehin borclu olduğu qaimələr üzrə aktlar imzalanması üçün ona göndərilsə də, artıq uzun müddətdir ki, imzalanaraq daşıyıcıya geri qaytarılmır və hər dəfə imzalanıb daşıyıcıya göndəriləcəyi bildirilir. Bu hal özlüyündə təsdiq edir ki, təhvil-təslim aktı cavabdeh tərəfindən təsdiq edilir, həmçinin maddənin yuxarıda qeyd edilən məzmunu da bunu özündə ehtiva edir. (aktın imzalanması üçün göndərildiyini təsdiq edən sənədlər əlavə edilir) Beləliklə, göründüyü kimi cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.
İddia ərizəsinə etiraz:
3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-nin elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
5. Məhkəmə, iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 303/22 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən, Daşıyıcı xidmət haqqı müqabilində Sifarişçinin sərəncamında olan yükləri (bundan sonra "Yük" adlandırılacaq) Sifarişçidən və ya Sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və Sifariçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı (bundan sonra "Xidmət" və ya "Xidmətlər" adlandırılacaq) öhdəsinə götürür, Sifarişçi isə bunun müqabilində Daşıyıcıya xidmət haqqını bu Müqavilə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə (bundan sonra "Əlavə № 01" adlandırılacaq) uyğun olaraq ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən, Daşıyıcı Sifarişçinin sifarişi əsasında Sifarişçiyə həmçinin aşağıdakı xidmətləri də təqdim edə bilər: Evakuasiya xidməti; Fəhlə xidməti; Usta xidməti; Təmizlik xidməti; Anbar xidməti; Dezinfeksiya xidməti; Qablaşdırma xidməti və s. 3.1 Sifarişçinin hüquqları: 3.1.1-ci yarım bəndinə əsasən, Daşıyıcıdan xidmətləri nəzərdə tutulmuş formada və müddətdə, lazımi keyfiyyətdə təmin edilməsini tələb etmək; 3.2. Sifarişçinin vəzifələri: 3.2.1.-ci yarımbəndinə əsasən, Daşıyıcı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirmədən ona ödənilməsini təmin etmək; 3.3. Daşıyıcının hüquqları: 3.3.1-ci yarım bəndinə əsasən, Şərtləşdirilmiş keyfiyyətdə və zamanda icra edilmiş işə görə razılaşdırılmış xidmət haqqının ödənilməsini Sifarişçidən tələb etmək. 3.4. Daşıyıcının vəzifələri: 3.4.1-ci yarım bəndinə əsasən, Göstərdiyi xidmətləri müqavilədə nəzərdə tutulmuş formada və müddətdə yerinə yetirmək və onla lazımi səviyyədə və keyfiyyətdə olmasını təmin etmək; 4.2-ci bəndinə əsasən, Daşıyıcı sifarişi qəbul etdikdən sonra ən çoxu 24 saat ərzində daşımanı həyata keçirməlidir. 4.3-cü bəndinə əsasən, Sifarişçi onun təqsirli hərəkətləri nəticəsində sifariş olunmuş avtomobilləri və işçi qüvvəsini yükləmə və boşaltma üçün müəyyən edilmiş vaxtdan artıq gözlətdiyi təqdirdə aşağıdakı qaydada ödəniş etməyə borcludur: a) Ağır tonnajlı (TİR) - 3 saat yükləmə, 2 saat boşaltma üçün; 1 (bir) saat gözlətmə üçün 30 (otuz) AZN b ) 7-8 metrlik - 2 saat yükləmə, 2 saat boşaltına üçün; 1 (bir) saat gözlətmə üçün 20 (iyirmi) AZN c) 3-6 metrlik - 1 saat yükləmə. 1 saat boşaltma üçün; 1 (bir) saat gözlətmə üçün 10 (on) AZN d) d) Özüboşaldan - yükləmə və boşaltma üçün cəmi 3 saat; 1 (bir) saat gözlətmə üçün 15 (on beş) AZN e) Fəhlə müvafiq nəqliyyat vasitəsinin yükləmə və boşaltma müddətinə uyğun olaraq hər əlavə 1 saat gözlətmə üçün 5 (beş) AZN 4.4-cü bəndinə əsasən, Giriş-çıxış saatları, gözlətmə vaxtları yalnız Daşıyıcı tərəfindən yük avtomobillərində quraşdırılmış GPS sistemi məlumatlarına əsaslanır. 5.1-ci bəndinə əsasən, Hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu Müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı (Əlavə № 01) ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə Daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı Manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği Sifarişçi tərəfindən İcraçıya əlavə olaraq ödəniləcəkdir.
8. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli 303/22 N-li müqavilə üzrə xx.xx.2024-ci il tarixli, Seriya: EBEC, 919866 nömrəli **********- Yükdaşıma xidmətinə dair ƏDV daxil 578,20 manat məbləğində və Seriya: EBED, 784369 nömrəli, xx.xx.2024 tarixli nömrəli **********-Yükdaşıma xidmə dair ƏDV daxil 1286.20 manat məbləğində (ümumilikdə 1864,40 manat) elektron qaimə-faktura təqdim edilmişdir.
9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə Arayışı”ndan görünür ki, 8.07,2022-ci İ tarixli, 303/22 nómrali "Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında" müqaviləyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-ya bu günə kimi ümumilikdə 28976 anat (ƏDV daxil) dəyərində xidmət göstərilmişdir. Bu xidmatin qarşılığı olarag "xxxx" MMC tərəfindən 27111,60 manat məbləğində ödəniş olunmuşdur. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük Taksisi.Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 303/22 saylı müqavilə üzrə CavabdehMMC-nin “Yük taksisi.AZ MMC-yə xx.xx.2025-ci il tarixinə 1864,40 manat əsas borc, cərimə borcu 8502,85 manat və gecikdirilmiş vaxt üçün illik 5% hesablamaqla 116,47 manat təşkil edir.
10. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış 1580 manat məbləğində borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir.
11. **********75 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
c) Məhkəmənin mövqeyi:
15. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.
16. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış yükün daşınması xərcinin ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı yükün daşınmasına görə ödənilməmiş 1864,40 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin yük daşınması xidməti üzrə öhdəliyini icra etməyərək göstərilən xidmətin dəyərini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, göstərilmiş xidmətlərin təhvil verilməsi aktlarına, elektron qaimələrə, cavabdehin iddiaçıya ünvanladığı məktuba və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir.
17. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə məxsus olan yükün təyinat yerinə daşınması, yükün təyinat yerində cavabdehə təhvil verilməsi və göstərilmiş daşınma xidmətinin dəyərinin qalıq borc üzrə ƏDV daxil 1864,40 manat məbləğində olması müəyyən edilmişdir.
18. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən istifadəsində olan nəqliyyat vasitəsi ilə cavabdehə məxsus yükün daşınmasının həyata keçirilməsi və həmin yükün cavabdehə təhvil verilməsi, həmçinin göstərilmiş xidmətin ümumi dəyərinin 1864,40 manat təşkil etməsini işdə olan sübut vasitələri ilə, həmçinin cavabdehin etirafı mahiyyətində olan məktubu ilə tam təsdiqini tapmışdır və iddiaçı bu xüsusatları mötəbər dəlillərlə sübut edə bilmişdir.
19. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan yük daşınması xidmətinin göstərilməsi ilə əlaqədar yaranmış borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddianın tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.
20. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə məxsus yükü təyinat yerinə daşıyaraq cavabdehə təhvil vermişdir, lakin cavabdeh daşımanın dəyərini təşkil edən 1864,40 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş xidmət haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Buna görə də, həmin hissədə iddia təmin edilməlidir.
21. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi halında cərimə ödəmək öhdəliyini cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən göstərilmiş xidmət haqqının ödənilməsini gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.
22. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu müqavilə üzrə öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.
23. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 652 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 80 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
23. Məhkəmə geciktirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 116,48 manat gecikdirmə faizinə münasibətdə iddianı AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən əsaslı hesab edir.
22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyləri öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1864,40 manat əsas borc, 80 manat cərimə borcu, geciktirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 116,48 manat pul vəsaiti cavabdehdəb tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
23. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 47 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddinın təmin edilmiş hissəsinə mütənasib olaraq 40,61 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi (6,39 manat) isə iddiaçıya aid edilməlidir.
Nəticə:
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 1864,40 məbləğində əsas borc, 80 manat məbləğində cərimə borcu, geciktirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 116,48 manat gecikdirmə faizi olmaqla, cəmi 2060,88 (iki min altmış manat, səksən səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 40,61 manat pul tutularaq, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 6,39 (altı manat, otuz doqquz qəpik) manat dövlət rüsumu iddiaçı Yük Taksisi.Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev