Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3153/2024 02.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu İddiaçı ASCnin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış pul tələbi barədə iddia ərizəsini Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GL1132 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd bitki qalıqlarını xırdalayan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılmasını və 766.33 manat gecikdirilmiş əsas borcun, 62.07 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə görə saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GL1132 saylı lizinq müqaviləsinin 23.2-ci bəndinə əsasən tərəflər lizinq müqaviləsi üzrə hər hansı bir mübahisə və yaxud anlaşılmazlıq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müqavilənin icra yeri üzrə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsində həll olunacagı barədə razılığa gəlmişlər. Həmin müqavilənin 23.3-cü bəndində isə müqavilənin icra yerinin lizinq verənin yerləşdiyi ünvan olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış hüquqi şəxs haqqında məlumatdan görünür ki, iddiaçı (lizinq verən) "xxxx" ASC-nin (VÖEN: **********) hüquqi ünvanının olduğu yer Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, M.Araz, ev.1965 ünvanında yerləşən “X1”nin 1-ci mərtəbəsidir. Göründüyü kimi, tərəflər aralarında bağlanmış müqaviləyə əsasən mübahisənin müqavilənin icra yeri üzrə aidiyyəti məhkəmədə həll olunması, habelə müqavilənin icra yerinin lizinq verənin yerləşdiyi ünvan olması ilə bağlı razılığa gəldiklərindən, lizinq verənin ünvanının isə Bakı şəhəri olduğundan hazırki mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, müqavilə aidiyyəti qaydalarının müəyyən edilməsi fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının və qanunla qorunan mənafeyinin məhkəmə müdafiəsini daha asan həyata keçirməyə imkan verir. Belə olan halda tərəflərin ərazi baxımından özləri üçün əlverişli olan məhkəməni seçmək hüququ olur. Tərəflər arasındakı sazişin yazılı şəkildə ifadə edilməsi ya əsas müqavilənin bir bəndi şəklində ya da ayrıca sazişin bağlanması yolu ilə həyata keçirilir. Birinci halda əsas müqavilə bağlanarkən bu müqavilə üzrə gələcəkdə yaranacaq mübahisəyə hansı məhkəmə orqanında baxılması, ikinci halda isə artıq yaranmış mübahisənin hansı məhkəmə orqanına verilməsi imkanları nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməli və Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış pul tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı ASC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-3153/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3153/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver