Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3235/2025 20.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı MMC oğlu nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7417,21 məbləğində pulun və 95 manat məbləğində rüsumun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış ***-**** nömrəli 31 avqust 20223-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh İddiaçı MMC-dən mal və materiallar almışdır. Əldə etdiyi mal və materialların dəyərini ödəmədiyinə görə xx.xx.2025- ci il tarixinə Cavabdeh borcu 7417,21 manat təşkil edir. Bu məbləğin 6029,21 manatı əsas borc, 1388 manatı isə müqavilənin 2.2.3 bəndinə əsasən hesablanmış 0.1 faiz cərimə təşkil edir. Bununla əlaqədar olaraq cavabdehə iddia ərizəsinə əlavə edilmiş elektron qaimələr və təhvil-təslim aktları əsasında mallar təhvil verilmişdir. Bu müqavilənin 3.4.1 -ci bəndinə əsasən, cavabdeh, “Unimac AZ“ MMC-dən təhvil aldığı mal və materilların dəyərini satıcıya ödəməli idi. Müqavilə üzrə Cavabdeh öhdəliklərini icra etməmiş və xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə 7417,21 manat borcu yaranmışdır. İddia ərizəsi və pretenziya Cavabdeh Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi və Azəri Expres vasitəsilə çatdırılmışdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2023-cü il tarixli ***-**** nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə müqavilə”nin 7.6-cı bəndinə əsasən, tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələrin qarşılıqlı razılıq əsasında, razılıq əldə edilmədikdə isə həmin mübahisələrin Bakı Kommersiya Məhkəməsi tərəfindən həll edilməsi razılaşdırılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş Neftçala şəhəri, Heydər Əliyev prospektində qeydiyyatda olsa da, tərəflər öz aralarında müqavilə ilə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən mübahisənin ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılması üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, müqavilə aidiyyəti qaydalarının müəyyən edilməsi fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının və qanunla qorunan mənafeyinin məhkəmə müdafiəsini daha asan həyata keçirməyə imkan verir. Belə olan halda tərəflərin ərazi baxımından özləri üçün əlverişli olan məhkəməni seçmək hüququ olur. Tərəflər arasındakı sazişin yazılı şəkildə ifadə edilməsi ya əsas müqavilənin bir bəndi şəklində, ya da ayrıca sazişin bağlanması yolu ilə həyata keçirilir. Birinci halda əsas müqavilə bağlanarkən bu müqavilə üzrə gələcəkdə yaranacaq mübahisəyə hansı məhkəmə orqanında baxılması, ikinci halda isə artıq yaranmış mübahisənin hansı məhkəmə orqanına verilməsi imkanları nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, tərəflər 31 avqust 2023-cü il tarixli ***-**** nömrəli müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış mübahisənin hansı məhkəmədə baxılacağına dair ərazi aidiyyəti ilə bağlı artıq razılığa gəlmişlər. Bununla yanaşı, iş materiallarından tərəflər arasında mübahisənin ərazi aidiyyətinin dəyişdirilməsinə dair sazişin olduğu müəyyən olunmur. Eyni zamanda qeyd olunmalıdır ki, hazırki mübahisə üçün müstəsna aidiyyət də nəzərdə tutulmamışdır. İddiaçı MMC oğlu nümayəndəsi X3 iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş məhkəmənin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edilmədiyindən, iş Şirvan Kommersiya Məhkəməsinin baxışından çıxarılmalı və baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyətinə dair normalarının tələblərinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir (40.1-ci maddə). Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır (40.2-ci maddə). Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər (40.3-cü maddə). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunan Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 40, 44, 45, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3235/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3235/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver