Məhkəmə qərarları › İş №e-2-2(121)-325/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-325/2020

05.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-325/2020 05.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və xx xxxx 2019-cu il tarixli, 1 saylı və xx xxxxxx 2019-cu il tarixli, 2 saylı əlavələrə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 20.332 manat, 1.057 manat penya, habelə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat xidmət haqqının, ümumilikdə 21.919,40 manatın cavabdehdən tutularaq İddiaçı MMC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, xx xxxx 2019-cu il tarixli alqısatqı müqaviləsinə və xx xxxx 2019-cu il tarixli, 1 saylı və xx xxxxxx 2019-cu il tarixli, 2 saylı əlavələrə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 19.749 manat, 1.057 manat penya, habelə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat xidmət haqqının, ümumilikdə 21.337,30 manatın cavabdehdən tutularaq İddiaçı MMC -yə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMCilə Cavabdeh MMCarasında xx xxxx 2019-cu il tarixdə 6777-11 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Arqentina mənşəli soya şrotunu alıcı Cavabdeh MMC-yə xx xxxx 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən satmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin xx xxxx 2019cu il tarixli 1 saylı və xx xxxxxx 2019-cu il tarixli 2 saylı əlavələrinə əsasən ümumi dəyəri 52.119,40 (əlli iki min yüz on doqquzmanat, 40 qəpik ) olan soya şrotu Cavabdeh MMC-yə satılmış və mallar göndərilmişdir. Müqavilə üzrə qeyd olunan malların satılması və cavabdehə göndərilməsi elektron qaimələrə əsasən (seriya: EAAY№035610, xx.xx.2019 – elektron qaimə, seriya: EAAY №881872, xx.xx.2019 – elektron qaimə, seriya: EAAZ№305978, xx.xx.2019 – elektron qaimə, seriya: EBAA№590817, xx.xx.2019)təsdiqini tapır. Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Müqavilənin yuxarıda qeyd olunmuş 1 və 2 saylı Əlavələrinin 3.1-ci maddəsinə sasən faktiki göndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 35 təqvim günü müddətində həyata keçirilir. Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə xx xxxxxx 2020-ci il tarixə cavabdehin İddiaçı MMC-yə müqavilə üzrə ümumilikdə 20.332 (iyirmi min üç yüzotuziki manat) manat borcu yaranmışdır. Borcun tam olaraq ödənilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə cavabdehə pretenziya məktubu göndərilsədə cavabdeh borc məbləğinin tam ödənilməsini təmin etməmiş və pretenziyaya cavab verilməmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx xxxxxx 2019-cu il tarixə ümumilikdə 29.379,80 (iyirmi doqquzmin üç yüzyetmiş doqquzmanat, 80 qəpik) borcunun olması təsdiq edilmişdir. Üzləşmə aktı təsdiq edildikdən sonra cavabdeh tərəfindən müqavilə üzrə yaranmış borc məbləğindən xx xxxxxx 2019-cu il tarixdə 2.000 (iki min) manat və xx xxxxxx 2019-cu il tarixdə 7.000 (yeddi min) manat, daha sonra xx xxxx 2020-ci il tarixdə 582,10 manat ödənilmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 2019/6777-11 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Məhdud MMC ilə Cavabdeh MMC arasında soya şrotunun satışı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, tərəflər arasında razılaşdırılmış qiymət, dəqiq miqdar, keyfiyyət və malların göndərilmə müddətinə əsasən satıcı, yəni İddiaçı MMC Arqentina mənşəli soya şrotunu alıcı Cavabdeh MMC-yə satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/6777-11 saylı müqaviləyə xx.xx.2019-cu il tarixli, 1 saylı əlavədən görünür ki, 1 tonunun qiyməti 930 manat, ümumi məbləğ 18% ƏDV daxil olmaqla 111.600 manat olan 120 ton soya şrotunun satılması barədə İddiaçı MMC ilə Cavabdeh” MMC razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/6777-11 saylı müqaviləyə xx.xx.2019-cu il tarixli, 2 saylı əlavədən görünür ki, 1 tonunun qiyməti 920 manat, ümumi məbləğ 18% ƏDV daxil olmaqla 110.400 manat olan 120 ton soya şrotunun satılması barədə İddiaçı MMC ilə Cavabdeh” MMC razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli (9.300 manat), xx.xx.2019-cu il tarixli (11.811 manat), xx.xx.2019-cu il tarixli (10.676,40 manat), xx.xx.2019-cu il tarixli (20.332 manat) elektron elektron qaimələrdən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə verilmiş soya şrotunun dəyəri, cəmi 52.119,40 manat cavabdehdən tələb edilmiş, həmin elektron qaimələr cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarında olan üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixə İddiaçı MMC-yə 29.379,80 manat məbləğində borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş, imzalanmış və möhürlənmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 03/10-06 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh MMC aralarında bağlanılmış xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi və xx xxxx 2019-cu il tarixli, 1 saylı və xx xxxxxx 2019-cu il tarixli, 2 saylı əlavələr əsasında aldığı mallara görə 29.379,80 manat ödənişi gecikdirilmiş borc olması barədə xəbərdar edilmişdir. Xəbərdarlıqlara baxmayaraq bugünə qədər borc məbləğini ödəmədiyi, qanunun tələblərinə uyğun olaraq ondan 29.379,80 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən və xx.xx.2019-cu il tarixli, 696272/00305 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə arasında hüquqi yardımın göstərilməsi haqqında 2527 saylı müqavilə bağlanılmış, İddiaçı MMC tərəfindən 18 saylı Vəkil Bürosunun hesabına həmin müqavilə üzrə 500 manat pul köçürülmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Məhdud MMC ilə Cavabdeh MMC arasında soya şrotunun satışı barədə xx xxxx 2019-cu il tarixli, 2019/6777-11 saylı alqı-satqı müqaviləsi, o cümlədən həmin müqaviləyə xx xxxx 2019-cu il tarixli, 1 saylı və xx xxxxxx 2019-cu il tarixli, 2 saylı əlavələr bağlanmışdır. Müqaviləyə əsasən, tərəflər arasında razılaşdırılmış qiymət, dəqiq miqdar, keyfiyyət və malların göndərilmə müddətinə əsasən satıcı, yəni İddiaçı MMC Arqentina mənşəli soya şrotunu alıcı Cavabdeh MMC-yə satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2019cu il tarixli, 03/10-06 saylı pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri xx xxxx 2019-cu il tarixli, 2019/6777-11 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə xx xxxx 2019-cu il tarixli, 1 saylı və xx xxxxxx 2019-cu il tarixli, 2 saylı əlavələrdən irəli gəlir. Beləliklə, cavabdehin xx xxxx 2019-cu il tarixli, 2019/6777-11 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə xx xxxx 2019-cu il tarixli, 1 saylı və xx xxxxxx 2019-cu il tarixli, 2 saylı əlavələrə əsasən, iddiaçıya 19.749,90 manat borclu olması iş materialları ilə tam təsdiq olunduğundan, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddianın 1.057 manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanılmış xx xxxx 2019-cu il tarixli, 2019/6777-11 saylı alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən tərəflərin bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədikləri halda cərimə sanksiyaları nəzərdə tutulur. Birinci gündən etibarən hər gecikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2%-i miqdarında penya öz öhdəliyinin müqavilə üzrə tərəf tərəfindən faktiki icra edilənədək hesablanır. İddiaçı 1.057 manat dəbbə pulunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 50 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu, həmçinin hüquqi yardım üçün 500 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu və İddiaçı MMC tərəfindən hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 19.749,90 manat əsas borc, 50 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat, hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat xidmət haqqı olmaqla, cəmi 20.330,30 (iyirmi min üç yüz otuz manat, otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar