Məhkəmə qərarları › İş №e-2-2(121)-3346/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3346/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3346/2025 18.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8190 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə tərəflərin mübahisənin barışıq sazişi bağlamaq yolu ilə həll edilməsini və mübahisə üzrə işin icraatına xitam verilməsini arzu etdiklərini, bununla bağlı tərtib olunmuş xx.xx.2025-ci il tarixli barışıq sazişini təsdiq olunması məqsədi ilə məhkəməyə təqdim etdiklərini bildirmişdir. İş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 və Cavabdeh öz aralarında mübahisənin barışıq yolu ilə həll edilməsinə dair razılığa gəldiklərini, bu barədə barışıq sazişi tərtib edərək imzaladıqlarını bildirdilər və barışız sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Barışıq sazişi”nin şərtlərinə görə:

1. Cavabdeh 8190 (səkkiz min yüz doxsan) manat borcunun bu sazişin təsdiq edildiyi tarixidən etibarən 24 (iyirmi dörd) ay ərzində hər ay 341,25 AZN həcmində hissə-hissə iddiaçı "xxxx" MMC-yə ödənilməsi öhdəliyini üzərinə götürür.

2. İddiaçı "xxxx" MMC isə Cavabdeh tərəfindən 8190 (səkkiz min yüz doxsan) manat borcunun ödənilməsi müqabilində Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(121)-3346/2025 nömrəli iş üzrə iddia tələbindən imtina edilməsi öhdəliyini üzərinə götürür.

3. Tərəflər qəbul və təsdiq edirlər ki, bu Saziş imzalandıqdan və məhkəmə qaydasında təsdiq edildikdən sonra Sazişin şərtləri ilə bağlı gələcəkdə biri-birilərinə qarşı hər hansı bir iddia və tələbi olmayacaqdır.

4. Bu Sazişin bütün müddəaları tərəflərin iradə ifadəsinə uyğun şəkildə tərtib edilmişdir və götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir.

5. Bu Sazişin şərtlərinin pozulması halında hər iki tərəf öz təqsirli hərəkətinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeyd-şərtsiz məsuliyyət daşıyır.

6. Bu Saziş azərbaycan dilində, üç nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı andan məhkəmənin işə xitam verməsi üçün əsas hesab olunur, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, digəri isə məhkəmədə iş materiallarında saxlanılır.

7. X3 məhkəmə qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir və Tərəflərin bu Sazişdən irəli gələn öhdəliklərinin tam yerinə yetirilənədək qüvvədə qalır. Məhkəmə barışıq sazişinin məzmununu və şərtlərini müzakirə edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52-ci, 191-ci, 261.0.5-ci, 262-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qəraraaldı:

İddiaçı ilə Cavabdeh arasında 18 dekabr 2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh 8190 (səkkiz min yüz doxsan) manat borcunun bu sazişin təsdiq edildiyi tarixidən etibarən 24 (iyirmi dörd) ay ərzində hər ay 341,25 AZN həcmində hissə-hissə iddiaçı "xxxx" MMC-yə ödənilməsi öhdəliyini üzərinə götürür.

2. İddiaçı "xxxx" MMC isə Cavabdeh tərəfindən 8190 (səkkiz min yüz doxsan) manat borcunun ödənilməsi müqabilində Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(121)-3346/2025 nömrəli iş üzrə iddia tələbindən imtina edilməsi öhdəliyini üzərinə götürür.

3. Tərəflər qəbul və təsdiq edirlər ki, bu Saziş imzalandıqdan və məhkəmə qaydasında təsdiq edildikdən sonra Sazişin şərtləri ilə bağlı gələcəkdə biri-birilərinə qarşı hər hansı bir iddia və tələbi olmayacaqdır.

4. Bu Sazişin bütün müddəaları tərəflərin iradə ifadəsinə uyğun şəkildə tərtib edilmişdir və götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir.

5. Bu Sazişin şərtlərinin pozulması halında hər iki tərəf öz təqsirli hərəkətinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeyd-şərtsiz məsuliyyət daşıyır.

6. Bu Saziş azərbaycan dilində, üç nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzalandığı andan məhkəmənin işə xitam verməsi üçün əsas hesab olunur, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, digəri isə məhkəmədə iş materiallarında saxlanılır.

7. X3 məhkəmə qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir və Tərəflərin bu Sazişdən irəli gələn öhdəliklərinin tam yerinə yetirilənədək qüvvədə qalır. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar