Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-347/2022 14.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı – 15.11.2017-ci il tarixli 1646-L/17 nömrəli müqavilə üzrə 7.178 manat gecikdirilmiş əsas borc və 1.797.60 manat cərimə borcu, 27.06.2018-ci il tarixli 800-L/18 nömrəli müqaviləyə əsasən 2.432 manat gecikdirilmiş əsas borc və 651.50 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, mediasya xərci üçün ödənilmiş 200 manat, cəmi: 12.609,1 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair işə Masallı Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı – 15.11.2017-ci il tarixli 1646-L/17 nömrəli müqavilə üzrə 7.178 manat gecikdirilmiş əsas borc və 1.797.60 manat cərimə borcu, 27.06.2018-ci il tarixli 800-L/18 nömrəli müqaviləyə əsasən 2.432 manat gecikdirilmiş əsas borcu və 651.50 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi: 12.409,1 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 15.11.2017-ci il tarixli 1646-L/17 nömrəli müqavilə üzrə 7.178 manat gecikdirilmiş əsas borc və 1.797.60 manat cərimə borcu, 27.06.2018-ci il tarixli 800-L/18 nömrəli müqaviləyə əsasən 2.432 manat gecikdirilmiş əsas borcu və 651.50 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, mediasya xərci üçün ödənilmiş 200 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 15.11.2017-ci il tarixli 1646-L/17 nömrəli, 27.06.2018-ci il tarixli 800- L/18 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 08.09.2021-ci il tarixə 15.11.2017-ci il tarixli 1646-L/17 nömrəli müqavilə üzrə 7.178 manat gecikdirilmiş əsas borcu və 1.797,60 manat cərimə borcu, 27.06.2018-ci il tarixli 800-L/18 nömrəli müqaviləyə əsasən 2.432 manat gecikdirilmiş əsas borcu və 651,50 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o(onlar), məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 1646-L/17 saylı 15.11.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə apardıqdan sonra (“Belarus-1221” markalı traktor) mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İş materiallarında olan 5487/ü saylı 15.11.2017-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 1646-L/17 saylı 15.11.2017-ci il tarixli lizinq müqaviləsinin rəsmiləşdirilməsi məqsədilə “Belarus-1221” markalı traktor lizinqə verilməsi qərara alınmışdır İşə əlavə olan 17.11.2017-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, kənd təsərrüfatı texnikaları “Belarus-1221” markalı traktor Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 800-L/18 saylı 27.06.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə apardıqdan sonra (“AGHBM-N24” markalı taxılsəpən gübrəsəpən) mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İş materiallarında olan 3157/ü saylı 27.06.2018-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 800-L/18 saylı 27.06.2018-ci il tarixli lizinq müqaviləsinin rəsmiləşdirilməsi məqsədilə “AGHBM-NM” markalı taxılsəpən gübrəsəpən lizinqə verilməsi qərara alınmışdır. İşdə olan 08.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 1646-L/17 saylı 15.11.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə 7.178 manat gecikdirilmiş əsas borc və hesablanmış 1.797,60 manat cərimə borcu, 800-L/18 saylı 27.06.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə 2.432 manat gecikdirilmiş əsas borc və hesablanmış 651,50 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə 1646-L/17 saylı 15.11.2017-ci il tarixli müqaviləyə əsasən 7.178 manat gecikdirilmiş əsas borc və hesablanmış 1.797,60 manat cərimə borcu, 800-L/18 saylı 27.06.2018-ci il tarixli müqaviləyə əsasən 2.432 manat gecikdirilmiş əsas borc və hesablanmış 651,50 manat cərimə borcu yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh oğluna xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 dekabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan 472/ü saylı 25.01.2018-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1646-L/17 saylı 15.11.2017-ci il tarixli lizinq müqaviləsinə xitam verilmiş və 5487/ü saylı 15.11.2017-ci il tarixli əmr qüvvədən düşmüş hesab edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17.01.2018-ci il tarixli 53-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən Traktor Belarus-1221 güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən ona lizinqə verilmişdir. İş materiallarında olan 4124/ü saylı 24.08.2018-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 800-L/18 saylı 27.06.2018-ci il tarixli lizinq müqaviləsinə xitam verilmiş və 3157/ü saylı 27.06.2018-ci il tarixli əmr qüvvədən düşmüş hesab edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.08.2018-ci il tarixli 1033-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən ona lizinqə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 1646- L/17 saylı 15.11.2017-ci il tarixli və 800-L/18 saylı 27.06.2018-ci il tarixli müqavilələr təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tələbin hüquqi əsasını təşkil edən tərəflər arasında bağlanılmış 1646-L/17 saylı 15.11.2017-ci il tarixli və 800-L/18 saylı 27.06.2018-ci il tarixli müqavilələrlə müvafiq olaraq 472/ü saylı 25.01.2018-ci il tarixli və 4124/ü saylı 24.08.2018-ci il tarixli əmrlərlə xitam verilmiş, cavabdeh ilə xitam verilmiş müqavilələrdə qeyd olunan kənd təsərrüfatı texnikalarına dair yeni güzəşt tətbiq edilməklə 17.01.2018-ci il tarixli 53-GL/18 nömrəli və 24.08.2018-ci il tarixli 1033-GL/18 nömrəli lizinq müvavilələri bağlanmış, texnika qalıq dəyəri ilə yenidən ona lizinqə verilmişdir. Yeni lizinq müqavilələri bağlandığı andan 1646-L/17 saylı 15.11.2017-ci il tarixli və 800-L/18 saylı 27.06.2018-ci il tarixli müqavilələr üzrə cavabdehin öhdəlikləri xətm edilmiş sayılmışdır. Odur ki, tələbin hüquqi əsası olan 1646-L/17 saylı 15.11.2017-ci il tarixli və 800- L/18 saylı 27.06.2018-ci il tarixli müqavilələrə xitam verildiyindən iddia təmin edilməməlidir. İddia tələbi təmin olunmadığı üçün iddianın hüquqi yardımla bağlı ödənilmiş 350 manat, mediasya xərci üçün ödənilmiş 200 manat hissəsi də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı – 15.11.2017-ci il tarixli 1646-L/17 nömrəli müqavilə üzrə 7.178 manat gecikdirilmiş əsas borc və 1.797.60 manat cərimə borcu, 27.06.2018-ci il tarixli 800-L/18 nömrəli müqaviləyə əsasən 2.432 manat gecikdirilmiş əsas borc və 651.50 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, mediasya xərci üçün ödənilmiş 200 manat, cəmi: 12.609,1 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi dair iddia tələbi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-347/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-347/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver