Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-348/2022 23.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixə alaraq xx.xx.2016-cı il tarixli 1442-GL/16 nömrəli müqavilə üzrə 3060 manat gecikdirilmiş əsas borc və hesablanmış 1373.94 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 55-LD/18 nömrəli müqavilə üzrə 24332.85 manat gecikdirilmiş əsas borc və 5604.71 manat hesablanmış cərimə borcu, xx.xx.2018-ci il tarixli 80-LD/18 nömrəli müqavilə üzrə 10679.85 manat gecikdirilmiş əsas borc və 3000.42 manat hesablanmış cərimə borcu və xx.xx.2018-ci il tarixli 1296-L/18 nömrəli müqavilə 2958 manat gecikdirilmiş əsas borc və hesablanmış 1446.13 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 52.805,9 ( əlli iki min səkkiz yüz beş manat, 90 qəpik) manat pul vəsaitinin cavabehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixə alaraq xx.xx.2016-cı il tarixli 1442-GL/16 nömrəli müqavilə üzrə 3060 manat gecikdirilmiş əsas borc və hesablanmış 1373.94 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 55-LD/18 nömrəli müqavilə üzrə 24332.85 manat gecikdirilmiş əsas borc və 5604.71 manat hesablanmış cərimə borcu, xx.xx.2018-ci il tarixli 80-LD/18 nömrəli müqavilə üzrə 10679.85 manat gecikdirilmiş əsas borc və 3000.42 manat hesablanmış cərimə borcu və xx.xx.2018-ci il tarixli 1296-L/18 nömrəli müqavilə 2958 manat gecikdirilmiş əsas borc və hesablanmış 1446.13 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və mediasiya xərci olaraq ödənilmiş 400 (dörd yüz) manat vəsaitin, cəmi 53.205,9 ( əlli üç min iki yüz beş manat, 90 qəpik) manat pul vəsaitinin cavabehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 1442-GL/16 nömrəli, xx.xx.2018-ci il tarixli 55-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 80-LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli 1296-L/18 nömrəli müqavilələrə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə cins damazlıq heyvanlar və kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə alaraq xx.xx.2016-cı il tarixli 1442-GL/16 nömrəli müqavilə üzrə 3060 ( üç min altmış ) manat gecikdirilmiş əsas borc və hesablanmış 1373.94 ( min üç yüz yetmiş üç manat, 94 qəpik) manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 55-LD/18 nömrəli müqavilə üzrə 24332.85 ( iyirmi dörd min üç yüz otuz iki manat 85 qəpik) manat gecikdirilmiş əsas borc və 5604.71 ( beş min altı yüz dörd manat 71 qəpik) manat hesablanmış cərimə borcu, xx.xx.2018-ci il tarixli 80-LD/18 nömrəli müqavilə üzrə 10679.85 (on min altı yüz yetmiş doqquz manat 85 qəpik ) manat gecikdirilmiş əsas borc və 3000.42 ( üç min manat 42 qəpik) manat hesablanmış cərimə borcu və xx.xx.2018-ci il tarixli 1296-L/18 nömrəli müqavilə 2958 ( iki min doqquz yüz əlli səkkiz ) manat gecikdirilmiş əsas borc və hesablanmış 1446.13 (min dörd yüz qırx altı manat, 13 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl prosedura riayət olunmuş və nəticədə mediasiya proseduru ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2021-ci il tarixli MŞİH-02834 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Mediasiya proseduruna iddiaçı tərəfindən 400 manat məbləğində vəsait xərclənmişdir. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək iddianı qismən qəbul etdiyini, 09 iyun 2016-cı il tarixli 1442-GL/16 saylı lizinq müqaviləsinə iddia müddəti tətbiq edilərək iddianın həmin hissədə rədd edilməsini və müqavilələr üzrə hesablanmış 11.425 manat məbləğində cərimə borcu hissəsində iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bütün sübutların məhkəməyə elektron qaydada təqdim edildiyini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2016-cı il tarixli, 1442-GL/16 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikası mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixli, 55- LD/18 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikası mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixli, 80- LD/18 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikası mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixli, 1296-L/18 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikası mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1442-GL/16 saylı müqaviləyə əsasən X2 həmin müqavilə üzrə 3.060 manat gecikdirilmiş əsas borc və 1.373,94 manat cərimə borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 55-LD/18 saylı müqaviləyə əsasən X2 həmin müqavilə üzrə 24.332,85 manat gecikdirilmiş əsas borc və 5.604,71 manat cərimə borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 80-LD/18 saylı müqaviləyə əsasən X2 həmin müqavilə üzrə 10.679,85 manat gecikdirilmiş əsas borc və 3.000,42 manat cərimə borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1296-GL/16 saylı müqaviləyə əsasən X2 həmin müqavilə üzrə 2.958 manat gecikdirilmiş əsas borc və 1.446,13 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış müqavilələrə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X3 xəbərdarlıq edilmişdir. İş materiallarında olan cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd edilmişdir ki, 9 iyun 2016-cı il tarixli 1442-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən təmsil etdiyim şəxsə verilmiş kənd təsərrüfatı texnikalarının dəyərinin ödənilməsinə dair iddia müddəti keçmişdir. Belə ki, iş materiallarından da görünür ki, göstərilən müqavilə üzrə alınmış “Otbiçən rotorlu asma RM2-165” və “Kotan 4 gövdMİ AG-14- 4” texnikalarının ödəmə müddəti 1 il müəyyən edilmiş və müqavilə müddətləri 09 iyun 2017-ci il tarixdə bitmişdir. Hesab edirəm ki, göstərilən texnikalar üzrə tələb etmə müddətləri ötürülmüşdür. Ona görə də iddia tələbinin həmin hissəsində iddia müddəti tətbiq olunmalı və iddia tələbi rədd olunmalıdır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Həmçinin sübutların qiymətləndirilməsi ilə yanaşı cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə də qiymət verilməlidir. Belə ki, iddiaçının tələbi təsdiq olunmur, iddianın təmin olunması üçün mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda iddia tələbində göstərilən dəlillər subuta yetirilsə də belə, iddiaçı qanunla müəyyən edilmiş tələb etmə müddətini ötürmüşdür. Azərbaycan Respublikasının MM-nin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MMin 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia ərizəsindən görünür ki, iddiaçının iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da iddiaçı tərəfindən tələb etmə müddətini də ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı iddia tələbində cavabdehdən 11425.20 manat cərimə borcu tələb edir. Hesab edirəm ki, cərimə borcu cavabdehdən tutularsa cavabdehin maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaqdır. Hesab edirəm ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı xx.xx.2016-cı il tarixli, 1442- GL/16 nömrəli, xx.xx.2018-ci il tarixli, 55-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli, 80-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli, 1296-L/18 nömrəli lizinq müqavilələri üzrə hesablanmış borcu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2016-cı il tarixli, 1442-GL/16 nömrəli, xx.xx.2018-ci il tarixli, 55-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli, 80-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli, 1296-L/18 nömrəli lizinq müqavilələri əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi xx.xx.2016-cı il tarixli, 1442-GL/16 nömrəli, xx.xx.2018-ci il tarixli, 55- LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli, 80-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli, 1296-L/18 nömrəli lizinq müqavilələri üzrə əsas borcun tutulması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissələri qismən əsaslıdır. Belə ki, həmin tələblər tərəflər arasında bağlanılmış lizinq müqavilələrindən irəli gəlir. Yəni, xx.xx.2016-cı il tarixli, 1442-GL/16 nömrəli, xx.xx.2018-ci il tarixli, 55-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli, 80-LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli, 1296-L/18 nömrəli lizinq müqavilələrin 4.2-ci bəndlərinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, iddiaçı cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2016-cı il tarixli, 1442-GL/16 nömrəli müqavilə üzrə 70 manat, xx.xx.2018-ci il tarixli, 55-LD/18 nömrəli müqavilə üzrə 280 manat, xx.xx.2018-ci il tarixli, 80-LD/18 nömrəli müqavilə üzrə 150 manat, xx.xx.2018-ci il tarixli, 1296-L/18 nömrəli müqavilə üzrə 80 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, eyni zamanda qeyd edir ki, hazırki iş üzrə cavabdehin nümayəndəsi və vəkili tərəfindən 09 iyun 2016-cı il tarixli, 1442-GL/16 saylı lizinq müqaviləsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məvəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 09 iyun 2016-cı il tarixli, 1442- GL/16 saylı lizinq müqaviləsinə əsasən həmin müqavilənin spesifikasiyasında qeyd olunmuş texnikalar cavabdehə lizinqə verilmişdir. Həmin texnikalar cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş və həmin texnikalar hal-hazırda cavabdehin istifadəsindədir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik müəyyən edilmiş müddət ərzində başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnu müdafiə edir ki, müqavilə münasibətlərində bu müddət 3 (üç) il təşkil edir. Müddətin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır və həmin andan şəxs öz hüququnun pozulduğunu bilməlidir. Hazırki işdə texnikaların iddiaçıya təhvil verilməsi, sözügedən müqavilənin ləğv olunduğu və ya müqaviləyə xitam verildiyi müəyyən olunmur. Eyni zamanda, məhkəmə qeyd edir ki, 09 iyun 2016-cı il tarixli, 1442- GL/16 saylı lizinq müqaviləsində hər bir texnika üçün xüsusi ödəniş qaydası nəzərdə tutulmamışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı başlamamışdır. Məhkəmə iddia müdətinin tətbiqi barədə cavabdehin nümayəndəsinin və vəkilinin dəlillərini əsassız hesab edərək hesab edir ki, işin hallarına və sadalanmış normaların məzmununa əsasən iddia müddəti ötürülməmişdir. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 350 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan 24 dekabr 2021-ci il tarixli, 1529 saylı “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin və xx.xx.2021-ci il tarixli, 000İPX********** saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 350 manat müəyyən olunmaqla Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 200 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2016-cı il tarixli, 1442-GL/16 nömrəli müqavilə üzrə 3.060 manat gecikdirilmiş əsas borc, 70 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 55-LD/18 nömrəli müqavilə üzrə 24.332,85 manat gecikdirilmiş əsas borc, 280 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 80-LD/18 nömrəli müqavilə üzrə 10.679,85 manat gecikdirilmiş əsas borc, 150 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 1296-L/18 nömrəli müqavilə üzrə 2.958 manat gecikdirilmiş əsas borc, 80 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 200 manat və mediasiya xərci olaraq ödənilmiş 400 manat, ümumilikdə 42.210,70 (qırx iki min iki yüz on manat, yetmiş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-348/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-348/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver