Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-349/2023 16.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 işirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borc tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən icra edilməmiş öhdəliyə görə 369 204,43 (üç yüz altmış doqquz min iki yüz dörd manat 43 qəpik) manat məbləğində əsas borc və 1.755.795 (bir milyon yeddi yüz əlli beş min yeddi yüz doxsan beş) manat məbləğində cərimə, 1853 manat ödənilmiş dövlət rüsumu, cəmi 2.126.852,43 (iki milyon yüz iyirmi altı min səkkiz yüz əlli iki manat 43 qəpik) manat pulun alınıb iddiaçı "xxxx" QSC-yə ödəniməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh metal satışı, vaqon təmiri və yükdaşıma xidmətləri ilə bağlı əməliyyatların aparılması zamanı xx.xx.2022-ci il tarixinə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında metal satışı üzrə 310 775,53 (üç yüz on min yeddi yüz yetmiş beş manat 53 qəpik) manat, vaqon təmiri üzrə 58 102,50 (əlli səkkiz min yüz iki manat 50 qəpik) manat və yükdaşıma xidmətləri üzrə 326,40 (üç yüz iyirmi altı manat 40 qəpik) manat olmaqla, cəmi 369 204,43 (üç yüz altmış doqquz min iki yüz dörd manat 43 qəpik) manat məbləğində borc öhdəliyi yaranmışdır. Metal satışı üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx.xx.2020-ci il tarixli, hüq.539 nömrəli, xx.xx.2018-ci il tarixli, hüq.137 nömrəli, xx.xx.2018-ci il tarixli, hüq.507 nömrəli, xx.xx.2018-ci il tarixli, hüq.680 nömrəli və xx.xx.2018-ci il tarixli, hüq.801 nömrəli alqı-satqı müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə metal satışına görə alıcı Cavabdeh Satıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında 310.775,53 (üç yüz on min yeddi yüz yetmiş beş manat 53 qəpik) manat məbləğində borc öhdəliyi yaranmışdır. Bildiririk ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixinə 234.823,48 (iki yüz otuz dörd min səkkiz yüz iyirmi üç manat 48 qəpik) manat borc öhdəliyinin təşkil etməsi barədə xx.xx.2020-ci il tarixində üzləşmə aktı imzalanmışdır. Bundan başqa, Satıcı ADY ilə Alıcı Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli hüq.680 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.507 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.801 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.137 nömrəli, xx.xx.2017-ci il tarixli hüq.515 nömrəli, xx.xx.2017-ci il tarixli hüq.653 nömrəli, xx.xx.2020-ci il tarixli hüq.539 nömrəli, xx.xx.2018ci il tarixli hüq.08 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.392 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.801 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.845 nömrəli, xx.xx.2019-cu il tarixli hüq.339 nömrəli, metal qırıntısının alqı-satqısı müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə yaranmış borc öhdəliyinin icrası Cavabdeh MMC tərəfindən gecikdirilməklə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Məcəlləyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər (maddə 421.2). Əgər Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur (maddə 598.2). "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü yarımbəndinə əsasən dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. xx.xx.2018-ci il tarixli hüq.137 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.392 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.08 nömrəli, xx.xx.2017-ci il tarixli hüq.653 nömrəli, xx.xx.2017-ci il tarixli hüq.515 nömrəli, xx.xx.2020ci il tarixli hüq.539 nömrəli müqavilələrin 5.2-ci, xx.xx.2019-cu il tarixli hüq.339 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.845 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.801 nömrəli, xx.xx.2018ci il tarixli hüq.507 nömrəli və xx.xx.2018-ci il tarixli hüq.680 nömrəli müqavilələrin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, Alıcı hər bir gecikdirilmiş gün üçün Satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. Cavabdeh MMC tərəfindən müqavilələr üzrə öhdəliklər vaxtında icra edilməməsi səbəbindən 1 755 795,0(bir milyon yeddi yüz əlli beş min yeddi yüz doxsan beş) manat əlavə olaraq penya hesablanmışdır. Beləliklə, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri icra etməmiş və borclu olduğu metalın dəyərini, vaqon təmirinin və yükdaşıma xidmətlərinin dəyərini bugünədək ödəməyərək "xxxx" QSC-nin hüquqlarını kobud şəkildə pozmuşdur. Tələbin icrası üçün cavabdehə xx.xx.2022-ci il tarixində pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb indiyədək təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək cavabdehə satılmış metalın bir tonunun qiymətinin 220 manat olduğunu, cavabdehə metalın təmiz çəkisinə uyğun metal satıldığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 noyabr 2018-ci il tarixli, hüq.801 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 340.250 (üç yüz qırx min, iki yüz əlli) manat təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 26 noyabr 2018-ci il tarixli, hüq.845 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 37.600 (otuz yeddi min, altı yüz) manat təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 25 may 2018-ci il tarixli, hüq.392 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş balansdan silinmiş əsas vəsait hesab edilməyən çən vaqonun çələrindən ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 50 (əlli) ədəd çən vaqonun çənidir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 16 yanvar 2018-ci il tarixli, hüq.08 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 5000 (beş min) ton qara metaldan – 3%-dək itki nəzərə alınmaqla ibarətdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 23 noyabr 2017-ci il tarixli, hüq.653 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 2000 (iki min) ton təkər cütləri oxla, 1 (bir) ton mis qırıntılarından, 50 (əlli) ədəd çən vaqonun çənindən ibarətdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 29 sentyabr 2017-ci il tarixli, hüq.515 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 5000 (beş min) ton qara metaldan – 3%-dək itki nəzərə alınmaqla, 2000 (iki min) ton təkər cütləri oxla – faizsiz, 50 (əlli) ton latunb qırıntılarından - faizsiz ibarətdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 12 iyul 2018-ci il tarixli, hüq.507 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 232.500 (iki yüz otuz iki min, beş yüz) manat təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 04 oktyabr 2018-ci il tarixli, hüq.680 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 300.000 (üç yüz min) manat təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 16 mart 2018-ci il tarixli, hüq.137 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından və təkər cütlərindən ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 2000 (iki min) ton qara metaldan – 3%-dək itki nəzərə alınmaqla, 2000 (iki min) ton təkər cütləri oxla ibarətdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 17 may 2019-cu il tarixli, hüq.339 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 692.500 (altı yüz doxsan iki min, beş yüz) manat təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 24 avqust 2020-ci il tarixli, hüq.539 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya təhvil verməyi, alıcı isə malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəyib malı qəbul edməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, mal müqabilində müqavilə üzrə satıcıya ümumi məbləğ tətbiq edilən qanunvericiliyə əsasən ƏDV və digər xərclər daxil olmaqla Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə №1-də göstərilənlərə uyğun olaraq 1.100.000 (bir milyon yüz min) manat təşkil edir. Həmin müqaviləyə edilmiş 1 saylı Əlavədən görünür ki, tərəflər qara metalın 1 tonunun qiymətinin 220 manat olması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 83,040 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 83,350 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMCnin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 1036,471 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMCnin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 131,300 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 82,670 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 109,120 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 319,75 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 138,710 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 70,10 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.801 saylı müqaviləyə əsasən 53,65 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 30,500 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 24,300 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 77,900 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 7,760 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 10,640 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 24,450 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 47,200 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.08 saylı və xx.xx.2018-ci il tarixli, hüq.137 saylı müqavilələrə əsasən 143,500 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.08 saylı və xx.xx.2018-ci il tarixli, hüq.137 saylı müqavilələrə əsasən 114,600 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.08 saylı və xx.xx.2018-ci il tarixli, hüq.137 saylı müqavilələrə əsasən 120,100 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.08 saylı və xx.xx.2018-ci il tarixli, hüq.137 saylı müqavilələrə əsasən 128,050 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.08 saylı və xx.xx.2018-ci il tarixli, hüq.137 saylı müqavilələrə əsasən 277,450 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.680 saylı müqaviləyə əsasən 237,85 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.680 saylı müqaviləyə əsasən 96,20 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.680 saylı müqaviləyə əsasən 61,05 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.680 saylı müqaviləyə əsasən 110,80 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan EBAV seriyalı, 230356 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 14.957,80 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAT seriyalı, 306856 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 68.235,20 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAS seriyalı, 826668 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 23.288,12 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAS seriyalı, 887392 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 29.600,78 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAR seriyalı, 835432 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 17.635,20 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAR seriyalı, 834908 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 28.010,40 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAQ seriyalı, 340534 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 217.080,46 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAD seriyalı, 651185 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 68.560,95 manat məbləğində vaqonların əsaslı və depo təmiri xidməti təqdim edilmişdir. İş materiallarında olan EBAA seriyalı, 069433 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 67,96 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan EAAY seriyalı, 507392 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 113,28 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan EAAX seriyalı, 072569 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 22,65 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan EAAV seriyalı, 749517 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 45,31 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan EAAP seriyalı, 274882 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 90,52 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan EAAO seriyalı, 429883 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 45,31 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan 09 oktyabr 2020-ci il tarixli “Üzləşdirmə Aktı”nın surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında metal satışı, vaqon təmiri və yük daşıma üzrə xx.xx.2020-ci il tarixinə üzləşmə aparılmış və Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə yük daşıması üzrə 336,40 manat, vaqon təmiri üzrə 58.102,50 manat və metal satışı üzrə 161.233,78 manat olmaqla, ümumilikdə ödənilməmiş ƏDV daxil 234.823,48 manat məbləğində qalıq borcu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 154865 saylı arayışdan görünür ki, xx.xx.2018-xx.xx.2022-ci illər ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş yük daşıma, vaqon təmiri və metal satışı xidmətlərinə görə yaranan debitor borc 369.204,43 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında metal satışı, vaqon təmiri və yükdaşıma xidmətləri ilə bağlı müqavilə bağlanılmış, iddiaçı tərəfindən cavabdehə qara metal satılmış, o cümlədən yük daşıması və vaqon təmiri üzrə xidmətlər göstərilmişdir. Cavabdehə yük daşıması və vaqon təmiri üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri 58.428,90 manat təşkil etmişdir (yük daşıması üzrə 326,40 manat, vaqon təmiri üzrə 58.102,50 manat). Bundan başqa, tərəflər arasında rəsmiləşdirilən aktlara əsasən iddiaçı tərəfindən cavabdehə bir tonunun qiyməti 220 manat olmaqla xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi ƏDV daxil 310.775,53 manat dəyərində qara metal satılmışdır. İddiaçı tərəfindən göstərilmiş xidmətlər, o cümlədən həm qaimə fakturalara, həm də elektron qaimələrə əsasən satılan mallar cavabdeh tərəfindən təhvil alınsa da cavabdeh təhvil aldığı malların və xidmətlərin dəyərini tam ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 09 oktyabr 2020-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akt tərəflərin nümayəndələri tərəfindən imzalanaraq müəssisələrin möhürləri ilə də təsdiq edilmişdir. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya 09 oktyabr 2020-ci il tarixə 234.823,48 manat borcunun olması əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan borcunun 234.823,48 manat hissəsini 09 oktyabr 2020-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə etiraf etmişdir. Cavabdehin iddiaçıya olan borcunun 134.380,95 manat hissəsi isə iş materiallarında olan aktlarla, elektron qaimələrlə tam təsdiq olunur. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış xidmətləri və metal satışını icra edərək cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş pulu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçı tərəfindən görülmüş işləri təkzib edəcək və ya borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan 369.204,43 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, iddianın 1.755.795 manat cərimə ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericiliyin normalarını, işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 50.000 manat məbləğində cərimə (dəbbə pulu) tutulmalıdır. Məhkəmə, iddianın 400 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş və məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 1.853 manat olduğundan, iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən, bununla da iddiaçı dövlət rüsumunu 400 manat məbləğində ödəməkdən azad olunduğundan, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 1453 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 369.204,43 manat məbləğində əsas borc, 50.000 manat məbləğində cərimə borcu və 1.853 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 421.057,43 (dörd yüz iyirmi bir min əlli yeddi manat qırx üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-349/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-349/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver