Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-367/2021 30.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndələri X6 və X4, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı 01 iyun 2019-cu il tarixli, ph 068 nömrəli tur agent müqaviləsi üzrə yaranmış 4.673,07 manat borcun, 4.905,06 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi (həcminin artırılması) barədə ərizə ünvanlanaraq, iddia tələbinə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 01 iyun 2019-cu il tarixli, ph 068 nömrəli tur agent müqaviləsi üzrə yaranmış 4.673,07 manat borcun, 4.905,06 manat cərimənin, ödənilmiş 30 manat dövlət rüsumunun və işə baxılması ilə əlaqədar xərclənmiş 450 manat məsrəflərin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi (həcminin artırılması) barədə ərizə onunla əsaslandırılmışdır ki, 01 iyun 2019-cu il tarixdə, iddiaçı ilə cavabdeh arasında ph 068 saylı müqavilə imzalanmışdır. 15 oktyabr 2019-cu il tarixində cavabdeh tərəfindən TPG sistemi vasitəsi ilə 3 rezervasiya/bronlaşdırma edilmişdir (Fİ28129098, Fİ28129099, Fİ********). 25 oktyabr 2019-cu il tarixində iddiaçı tərəfdən cavabdehin vizaya müraciət etmələri üçün biletlər göndərilmişdir. Bu biletlərdə çarter reysinə aid olması və uçuş saatlarının dəyişə biləcəyi ilə bağlı qeydlər vardır. Uçuşdan 24 saat öncə uçuş saatlarının yoxlanılması bildirilmişdir. 13 dekabr 2019-cu il tarixində uçuş saatlarının dəyişilməsi ilə bağlı TPG sistemi vasitəsi ilə şəxsi kabinetə mesaj/ismarıc göndərilmişdir. Bu mesaj/ismarıc şəxsi kabinetdə əks olunarkən, avtomatik olaraq şəxsi kabinetə bağlı olan elektron ünvanada (email: Elektron ünvan 1ə məxsus olan elektron ünvan) eyni mətnli mesaj/ismarıc göndərilir. 20 dekabr 2019-cu il tarixdə cavabdeh tərəfindən reservasiyaların/bronların ödənişi həyata keçirilsə də, biletlər yoxlanılmadan müştərilərə/turistlərə göndərilmişdir. 28 dekabr 2019-cu il tarixində müştərilər/turistlər Kiyev şəhərində olarkən uçuş saatı dəyişdiyi üçün gecikmə yaşamış, bu gecikməni normal gecikmə sayaraq, məsələni iddiaçıya çatdırmamışlar. 04 yanvar 2020-ci il tarixdə, müştərilər/turistlər oteldən transfer olunarkən reysin gec qalxacağını və nəticədə Kiyev-İzmir uçuşuna çatmayacaqlarını anlamışlar. İddiaçıya məlumat verilmişdir ki, təyyarə reysi məhz həmin günü dəyişmişdir və müştərilər/turistlər Kiyev-İzmir təyyarə reysinə yetişə bilmirlər. Həmin tarixdə cavabdeh yaranmış problemin həllinə kömək edilməsi üçün elektron zəmanət məktubu yazaraq, iddiaçıdan kömək edilməsini xahiş etmişdir. Yeni il ərəfəsi olduğu üçün biletlərin tapılması çətin olmuş, həmin an üçün GDS sistemində X11 reysində cəmi 10 yer, səfər edən müştəri/turist sayı isə 11 olmuş, 10 yer biletlər əldə edilən zaman daha bir yer sistemdə çıxmış və nəticədə iddiaçı tərəfindən müştərilərə/turistlərə bilet əldə olunmuşdur. Əlavə olaraq müştərilər/turistlər İzmir istiqamətinə 2 gün sonra baş tutacağını nəzərə alaraq, iddiaçı mövcud biletlərlə yanaşı 2 gecəlik Kiyev şəhərində otel də rezervasiya/bron edilmişdir. İddiaçı müştəri məmnuniyyətini əsas tutduğu üçün, müştərilə/turistlərə və onların ailə üzvlərinə yeni ilin ilk günlərində də yüksək səviyyədə xidmət göstərmişdir. Cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyi üçün 4.673,07 manat borc yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.4.3-cü bəndini rəhbər tutaraq, cavabdehə ödəniş müddətindəki ləngimələrə görə hər gecikdirilmiş gün üçün turun dəyərinin 0,5%-i həcmində, yəni 4.905,06 manat cərimə sanksiyası tətbiq edilmişdir. Cavabdehin borcu ümumi olaraq 9.578,13 manat təşkil edir. 03.12.2020-ci il tarixdə cavabdehlə əlaqədar AR DİN Baş DYP İdarəsinə və digər qurumlara sorğu, 03.12.2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh borcu ödəməmişdir. Həmçinin iddiaçı işə baxılması ilə əlaqədar xərclənmiş 450 manat məsrəflərin də Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı nümayəndələri X9 və X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etmədiyini və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 iyun 2019-cu il tarixli, ph 068 saylı tur agent müqaviləsinə əsasən, cavabdeh ödəniş müqabilində iddiaçının tapşırığına əsasən və iddiaçı tərəfindən formalaşdırılmış 2019 Çarter və qeyri-Çarter məhsulunun və həmçinin TPG və digər onlayn rezervasiya sistemlərində mövcud olan Bakıdan və başqa istiqamətlərdən uçuşlar ilə, digər səyahət məhsulların satışını iddiaçının adından və onun nəzarəti altında müqavilənin şərtlərinə uyğun qaydada həyata keçirir. İş materiallarında olan 24.04.2020-ci il tarixli, 2556 saylı hesab fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 4.673,07 manat pulun ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə hesab faktura təqdim edilmişdir. İş materiallarında olan e-mail yazışmalarından çıxarışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi X3 İddiaçı MMC-nin nümayəndəsi X5 göndərdiyi 04.01.2020-ci il tarixli e-maildə qeyd olunur ki, yaranan problemə görə turistlərin avia biletlərinin təsdiqlənməsi, 1-ci iş günü ərzində yaranan problemin turist, Cavabdeh, tpg, pasha travel və s.şəxslər tərəfindən araşdırılacağı, səhvi olan agentliyin bu cəriməni ödəyəcəyi, həmçinin Cavabdeh olaraq əgər səhv onlarındırsa, vəsaitin təmin edilməsi barədə zəmanət verdiyini və bunun nəzərə alınaraq, onların turistlərinə kömək edilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin nümayəndəsi X7 tərəfindən Cavabdeh MMCnin nümayəndəsi X2 və digərlərinə göndərilmiş 03.02.2020-ci il tarixli e-maildə qeyd olunur ki, daha öncə məlum məsələdə yaşanan problemin araşdırılıb, yanlış etmiş tərəfin cərimənin ödənilməsini öhdəliyinə götürəcəyi bildirildiyi, hal-hazırda onların rəsmi tərəfdaşı olan TPG şirkəti ilə problemi aydınlaşdırıldığı və onların üzərinə düşən öhdəliklərin yerinə yetirildiyi, onlar tərəfdən də lazım olan tədbirlərin görüldüyü, vizaya müraciət etmək üçün oktyabr ayında təqdim edilmiş biletlərdə, çarter reysinin üçün saatlarının dəyişə biləcəyini və uçuşların 24 saat qalmış yoxlamaq lazım olduğu haqda məlumat qeyd edildiyi, turislərin tam ödənişi bitirdikdən sonra təqdim olunmuş biletləri yoxlamadıqları və nəticədə onların İzmir biletlərinin dəyişmək və ya daha öncəki Kittila-Kiyev reysində dəyişiklik mümkün deyildir. Pasha Travel-in öz tərəfindən üzərinə düşən öhdəliklərini tam yerinə yetirdiyi, buna baxmayaraq turistlərin geri dönüş gününün bayram olmasının nəzərə alınmasını, bununla yanaşı turistlərin azyaşlı uşaqlarla səfər etməsini anlayaraq, 3.676 azn miqdarında bilet və 998 azn (587 usd) məbləğində otel bron edildiyi, 04.01.2020 saat 24:00-a qədər cəriməsiz qaytarılma şərtləri ilə Orxan və Hacıməmməd bəyin qarantiya məktubu əsasında, biletlər və otel əldə edildiyi, onların öz tərəflərindən bu xoşagəlməz halı anlayışla qarşıladığı və turistlərin əlavə xərcə düşəcəyini bilərək, otel üçün ödənilmiş məbləğin xoş bir jest olaraq üzərilərinə götürməyə hazır olduqlarını, həftə sonuna qədər geri qalan məbləğin ödənilməsinin təmin edilməsi qeyd olunmuşdur. İş materiallarında olan TPG sistemindən çıxarışlardan görünür ki, TPG sistemi vasitəsilə 28.12.2019-cu il tarixli (Kiyev-Kittilya) və 04.01.2020-ci il tarixli (Kittilya-Kiyev) aviareyslərin uçuş vaxtlarının dəyişdirilməsi barədə məlumat 13.12.2019-cu il tarixdə sistemə yerləşdirilmişdir. İş materiallarında olan aviabiletlərdən görünür ki, cəmi 11 nəfər turistə (müştəriyə) 28.12.2019-cu il tarixdə Kiyev-Kittilya və 04.01.2020-ci il tarixdə Kittilya-Kiyev aviareysləri üçün biletlər alınmışdır. Biletlərin üzərində uçuş vaxtlarının 1 gün əvvəlcədən yoxlanılmasına dair qeyd mövcud olmuş, çarter reyslərinin uçuşa 24 saat qalmış onlayn qaydada yoxlanılmasının mümkün olduğu barədə məlumat verilmişdir. İş materiallarında olan vauçerlərdən və çıxarışlardan görünür ki, 04.01.2020- 06.01.2020-ci il tarixlərində (2 gecə) Kiyev şəhəri, X10maq (yerləşmək) üçün 587 (418,72 + 168,28) ABŞ dolları (999,37 manat) və 11 ədəd (Kiyev-İzmir) aviabiletə görə 3.673,7 manat olmaqla, cəmi 4.673,07 manat ödənilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh MMC-yə ünvanladığı 03.12.2020ci il tarixli, 076/2020 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-yə 01 iyun 2019-cu il tarixli, ph 068 saylı müqavilə üzrə yaranmış borcun və cərimənin 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 iyun 2019-cu il tarixli, ph 068 saylı Tur Agent müqaviləsi bağlanmış, bağlanmış müqaviləyə əsasən, cavabdeh ödəniş müqabilində iddiaçının tapşırığına əsasən və iddiaçı tərəfindən formalaşdırılmış 2019 Çarter və qeyri-Çarter məhsulunun və həmçinin TPG və digər onlayn rezervasiya sistemlərində mövcud olan Bakıdan və başqa istiqamətlərdən uçuşlar ilə, digər səyahət məhsulların satışını iddiaçının adından və onun nəzarəti altında müqavilənin şərtlərinə uyğun qaydada həyata keçirmişdir. İş materiallarından və tərəflərin nümayəndələrinin izahatlarından müəyyən olunur ki, 11 nəfər turist (müştəri) Yeni il bayramını Finlandiyada keçirmək məqsədilə İzmir-Kiyev-Kittilya-Kiyev- İzmir reysləri üzrə aviabiletlər əldə etmişlər. Həmin aviabiletlərin Kiyev-Kittilya və Kittilya-Kiyev reysləri Cavabdeh MMC tərəfindən onlara (11 nəfər turistə) satılmışdır. Həmin şəxslərin uçuş reyslərində dəyişiklik baş vermiş və nəticədə onlar Kiyev-İzmir aviareysinə çatmamışlar. Bununla bağlı Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə müraciət olunmuş və İddiaçı MMC tərəfindən qeyd olunan şəxslərin oteldə yerləşməsi və Kiyev-İzmir aviabiletlərinin alınması üçün 4.673,07 manat ödənilmişdir. Həm otel həm də aviabiletlərə görə İddiaçı MMC tərəfindən 4.673,07 manat xərcin çəkilməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclasında tərəflərin nümayəndələri qeyd olunan halı təsdiq etmişlər. Hazırda İddiaçı MMC Cavabdeh MMC-dən 01 iyun 2019-cu il tarixli, ph 068 nömrəli tur agent müqaviləsi üzrə yaranmış 4.673,07 manat borcun, 4.905,06 manat cərimənin, ödənilmiş 30 manat dövlət rüsumunun və işə baxılması ilə əlaqədar xərclənmiş 450 manat məsrəflərin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış Tur Agent müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilsə də, Cavabdeh MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2019-cu il tarixli, ph 068 saylı tur agent müqaviləsinin 1.8-ci bəndinə əsasən, www.tpg.ua və digər onlayn rezervasiya sisteminə daxil olmaq üçün və Tur Operatorun 2019 Çarter və qeyri-Çarter məhsulunu və həmçinin TPG və digər onlayn rezervasiya sistemində mövcud olan Bakıdan və başqa istiqamətlərdən uçuşlar ilə digər səyahət məhsullarını eksklusiv sifariş etmək üçün fərdi istifadəçi adları və parolları X17 Operator tərəfindən veriləcəkdir. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən, X15 ətraflı məlumatlandırmağa borcludur. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən, Tur Agent tərəfindən verilmiş sifarişdə və Tur Operator tərəfindən Tur Agentin sifarişinin təsdiq olunmasından sonra hər hansı bir dəyişiklik haqqında, X16 Agent tərəfindən ona məlumat verilməsini tələb edir. Bu Bu halda tur Agent hazırki müqavilənin 4.9-4.20-ci bəndlərində göstərilən qaydada məsuliyyət daşıyır. Həmin müqavilənin 2.4.3-cü bəndinə əsasən, X16 Agentdən ödəniş müddətindəki ləngimələrə görə hər gecikdirilmiş gün üçün turun dəyərinin 0,5%-i həcmində cərimə tutmaq hüququna malikdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflərdən biri öz öhdəliklərini yerinə yetirmədiyi halda, o biri tərəfə dəymiş zərəri ödəməyə borcludur. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müştəriyə turizm məhsulu ya da turizm xidməti barədə məlumatın verilməməsi yaxud düzgün verilməməsi üçün Tur Agent məsuliyyət daşıyır. Həmin müqavilənin 4.12-ci bəndinə əsasən, müştərilərin səyahət, qeydiyyat və ya baqaj daşıma, otellərdə qonaqlama və ya ziyarət etdikləri ölkənin qanunvericiliyini pozmaları nəticəsində vurulan zərərlər, tətbiq edilən cərimələr Tur Agentdən nəqliyyat şirkətinin, otelin və ya müştərinin ziyarət etdiyi ölkənin dövlət orqanlarının müəyyən etdiyi həcmdə və qaydada tutulur. Həmin müqavilənin 4.19-cu bəndinə əsasən, müqavilənin müddətinin bitməsi və ya qüvvədən düşməsi tərəfləri götürülmüş öhdəliklərin icrası ilə bağlı məsuliyyətdən azad etmir. İş materiallarından və tərəflərin nümayəndələrinin izahatlarından müəyyən olunur ki, tərəflər arasında 01 iyun 2019-cu il tarixli, ph 068 saylı tur agent müqaviləsi bağlanıldıqdan sonra, iddiaçı tərəfindən cavabdehə www.tpg.ua və digər onlayn rezervasiya sisteminə daxil olmaq üçün və Tur Operatorun 2019 Çarter və qeyri-Çarter məhsulunu və həmçinin TPG və digər onlayn rezervasiya sistemində mövcud olan Bakıdan və başqa istiqamətlərdən uçuşlar ilə digər səyahət məhsullarını eksklusiv sifariş etmək üçün fərdi istifadəçi adları və parolları verilmişdir. Aviareyslərdə baş verən dəyişikliklər (reysin təxirə salınması, uçuş vaxtının dəyişdirilməsi və s.) barədə sözügedən TPG sistemi vasitəsilə turizm şirkətlərinə məlumat verilir. 28.12.2019-cu il tarixli (Kiyev-Kittilya) və 04.01.2020-ci il tarixli (Kittilya-Kiyev) aviareyslərin uçuş vaxtlarının dəyişdirilməsi barədə məlumat 13.12.2019-cu il tarixdə TPG sisteminə yerləşdirilmişdir. Həmçinin sistemə yerləşdirilməsindən əlavə, həmin məlumat əlavə olaraq, həmin sistemdə qeydiyyatdan keçən turizm şirkətlərinə məxsus elektron poçt ünvanlarına (e-mail) da avtomatik olaraq göndərilir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında mailto:goodtravelhm@gmail.comElektron ünvan 2 elektron poçt ünvanının onlara məxsus olduğunu, aviareyslərdə baş verən dəyişikliklərin həmin e-mail ünvanına mütəmadi olaraq avtomatik qaydada gəldiyini, lakin hazırki mübahisə ilə bağlı aviareyslərdə baş verən dəyişikliklərə dair məlumatların həmin e-mailə gəlmədiyini, həmçinin aviareyslərin uçuş vaxtlarının dəyişdirilməsi ilə bağlı məlumatlarının olmadığını, bununla bağlı məsuliyyət daşımadıqlarını bildirmişdir. Yuxarıda göstərilənlərlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər müxtəlif hüquqi və fiziki şəxslərə turizm sahəsində xidmətlərin göstərilməsi ilə məşğul olur. Cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımı qaydada və vicdanla yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən 11 nəfər turistin (müştərinin) 04.01.2020-06.01.2020-ci il tarixlərində (2 gecə) Kiyev şəhəri, X10ması (yerləşdirilməsi) üçün 999,37 manat və onlar üçün 11 ədəd (Kiyev-İzmir) aviabiletin alınmasına görə 3.673,7 manat olmaqla, cəmi 4.673,07 manat xərc çəkilmişdir. Belə ki, qeyd olunan şəxslərin aviareyslərində olan dəyişikliklər barədə 13.12.2019-cu il tarixdə TPG sisteminə yerləşdirilməsinə və bununla bağlı cavabdehə avtomatik qaydada müvafiq e-mail göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən xidmətin lazımı qaydada təşkil edilməməsi, vicdanla yerinə yetirməməsi və laqeyd münasibət göstərməsi səbəbindən həmin məlumatları yoxlamamış, bundan başqa, biletlərin üzərində olan qeydlərə əsasən, uçuş vaxtlarının 1 gün əvvəlcədən yoxlanılması da təmin edilməmişdir. Bundan başqa, Cavabdeh MMC-nin nümayəndəsi X3 tərəfindən İddiaçı MMC-nin nümayəndəsi X5 04.01.2020-ci il tarixli e-mail göndərilərək, yaranan problemə görə turistlərin avia biletlərinin təsdiqlənməsi, 1-ci iş günü ərzində yaranan problemin turist, Cavabdeh, tpg, pasha travel və s.şəxslər tərəfindən araşdırılacağı, səhvi olan agentliyin bu cəriməni ödəyəcəyi, həmçinin Cavabdeh olaraq əgər səhv onlarındırsa, vəsaitin təmin edilməsi barədə zəmanət verdiyini və bunun nəzərə alınaraq, onların turistlərinə kömək edilməsi xahiş edilmişdir. Digər tərəfdən, məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X3 tərəfindən İddiaçı MMC-nin nümayəndəsi X5 göndərilmiş səs yazısı tədqiq edilmişdir. Həmin səs yazısında deyilir “Mən Orxanla danışacağam. Mənə vaxt verin, o ödəməsə mən ödəyəcəyəm”. Qeyd olunan səs yazısının Cavabdeh MMC-nin nümayəndəsi X2 məxsus olduğu onun özü tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəflər arasında bağlanılmış 01 iyun 2019-cu il tarixli, ph 068 saylı tur agent müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vicdanla həyata keçirməmiş və nəticədə iddiaçıya 4.673,07 manat manat məbləğində ziyan dəymişdir ki, həmin ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 4.905,06 manat cərimənin tutulmasına dair hissəyə münasibət bildirirək hesab edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 2.4.3-cü bəndinə əsasən, X16 Agentdən ödəniş müddətindəki ləngimələrə görə hər gecikdirilmiş gün üçün turun dəyərinin 0,5%-i həcmində cərimə tutmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 4.905,06 manat məbləğində deyil, 300 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə həmçinin işə baxılması ilə əlaqədar xərclənmiş 450 manat məsrəflərin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassız olduğu üçün təmin edilməməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçı tərəfindən işə baxılması ilə əlaqədar 450 manat xərclənməsinə dair məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15,12 manatı iddiaçıya aid edilməli, 14,88 manatı isə Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 4.673,07 manat əsas borc, 300 manat cərimə borcu (dəbbə pulu) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14,88 manat olmaqla, cəmi 4.987,95 (dörd min doqquz yüz səksən yeddi manat, doxsan beş qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 4.673,07 manat əsas borc, 300 manat cərimə borcu (dəbbə pulu) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14,88 manat olmaqla, cəmi 4.987,95 (dörd min doqquz yüz səksən yeddi manat, doxsan beş qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-367/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-367/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver