Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-37/2021 24.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh-yə qarşı pul tələbinə dair ilk iddia ərizəsinə, iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qaşılıqlı iddia ərizəsinə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh-yə qarşı Cavabdeh-dən 12.04.2018-ci il tarixli müqavilə üzrə yaranmış 364.200 avro məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 18.210 avro məbləğində əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı MMC tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə ünvanlanaraq, Cavabdeh-dən 12.04.2018-ci il tarixli müqavilə üzrə yaranmış 364.200 avro məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 36.420 avro məbləğində əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması xahiş edilmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə onunla əsaslandırılmışdır ki, “X3 və Konyak Zavodu” MMC-nin adı dəyişdirilərək dövlət reyestrində İddiaçı MMC kimi qeyd olunmuşdur. “X3 və Konyak Zavodu” MMC ilə Cavabdeh arasında 12 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı 5 illik üzüm çaxırının emal olunmamş distilləsini alıcıya satmağı, nəqliyyat vasitələrinə yükləməyi və alıcıya çatdırmağı öhdəsinə götürür. Alıcı isə həmin malları almağı, dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən, malın hər 1 litri üçün nəzərdə tutulmuş qiymət 1,55 avro təşkil edir. Müqavilədə nəzərdə tutulmuş malların ümumi dəyəri 564.200 avro təşkil edir. Alıcı malların ümumi dəyərindən 200.000 avro məbləğində hissəsini dərhal ödəməyi öhdəsinə götürür. Qalan məbləğ isə malların alıcı tərəfindən qəbul edilməsindən sonra 3 ay müddətində ödəniləcəkdir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəflərindən tam icra olunmuş, mallar cavabdehə təhvil verilmişdir. Lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmiş, malların dəyəri tam olaraq onlara ödənilməmişdir. Cavabdehə dəfələrlə müraciət edərək, alınmış malın dəyərinin ödənilməsi xahiş olunmuşdir. Lakin cavabdeh onlara ünvanladığı pretenziya ərizəsində bir sıra halları qeyd edərək, malların dəyərinin ödənilməyəcəyini bildirmişdir. Cavabdeh pretenziya məktubunda aralarında imzalanmış 12 aprel 2018-ci il tarixli müqaviləyə istinad edir və qeyd edir ki, müqavilənin şərtləri İddiaçı MMC tərəfindən pozulmşdur, satılan mala dair keyfiyyət sertifikatı müqavilənin şərtlərinə uyğun deyildir və mallar lazımı keyfiyyətdə olmamışdır. Lakin aralarında imzalanmış 12 aprel 2018-ci tarixli müqaviləyə uyğun olaraq, alqı-satqı predmeti olan tərkibindəki spirt səviyyəsi 63% olan və 5 illik üzüm çaxırının emal olunmamış distilləsi keyfiyyət standartlarına uyğun şəkildə cavabdehə təhvil verilmişdir. Belə ki, həmin malların keyfiyyətli olmasına dair 21.05.2018-ci il tarixli sertifikat, 23.05.2018-ci il tarixli sınaq protokolu və forma A keyfiyyət sertifikatı mallarla birlikdə cavabdehə təqdim edilmişdir. Müqavilənin heç bir şərti və bəndi tərəflərindən pozulmamış, müqavilə üzrə öhdəliklər tərəflərindən tam yerinə yetirilmişdir. Bundan əlavə, cavabdeh öz pretenziya müraciətində 618.024 avro məbləğində zərərə uğradığını və həmin zərərə görə onların müəssisənin məsuliyyət daşıdığını qeyd etmişdir. Lakin cavabdeh öz tələblərini əsaslandıra bilməmişdir. Belə ki, ilk öncə cavabdeh həmin zərərə uğradığını əsaslandırmalı və buna dair sübutları, dəlilləri onlara təqdim etməlidir. Əgər həmin zərərə uğramaqları təsdiq olunsa belə, bu zərərin məhz onların təqsirli hərəkətlərinin və müqavilə şərtlərinin pozulması nəticəsində əmələ gəlməsini sübut etməlidirlər. Lakin belə sübutlar onlara təqdim edilməmiş və bu barədə məlumat verilməmişdir. Tərəflərindən 12 aprel 2018-ci il tarixli müqavilənin şərtləri pozulmamış, müqavilə üzrə öhdəlikləri yerinə yetirmişlər. Müqaviləyə əsasən malları vaxtında və keyfiyyət standartlarına uyğun olaraq cavabdehə təqdim etmişlər. Əksinə müqavilənin şərtləri cavabdeh tərəfindən tam icra edilməmiş, malların dəyəri tam ödənilməmişdir. Cavabdehə son olaraq 02.08.2019-cu il tarixli pretenziya məktubu ilə müraciət olunmuş və müqavilə üzrə öhdəliklərin tam icra olunması, 364.200 avro məbləğində pulun ödənilməsi xahiş olunmuşdur. Lakin pretenziya məktubları cavabsız qalmışdır. İddia ərizəsinə əlavə olunmuş sübutlardan müəyyən olunur ki, pretenziya məktubu 12.09.2019-cu il tarixində cavabdeh tərəfindən qəbul edilmişdir. Odur ki, Cavabdeh-dən 12.04.2018-ci il tarixli müqavilə üzrə yaranmış 364.200 avro məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 36.420 avro məbləğində əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması xahiş olunmuşdur. Həmçinin Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim olunaraq, ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia üzrə Cavabdeh-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiasının təmin olunması, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 12.04.2018-ci il tarixli, 2-2018 saylı müqavilənin ləğv olunması, İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində Cavabdeh-yə göndərilmiş 6 vaqon malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə dəymiş 160.000 avro zərərin, “Latviya Balzams” Səhmdar Cəmiyyətinin anbarında 6 vaqon malın uzun müddət saxlanmasına görə Cavabdeh-yə dəymiş 532.077,17 avro zərərin, İddiaçı MMC tərəfindən keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malın göndərilməsi nəticəsində Cavabdeh-yə vurulmuş 163.319,57 avro zərərin, Cavabdeh-nin müqavilə üzrə avans (ilkin ödəniş) kimi İddiaçı MMC-yə ödədiyi 200.000 avronun və Cavabdeh-yə məxsus 200.000 avronu 2 iİ 4 aylıq dövr üçün qanunsuz saxladığından illik 5% nəzərə alınmaqla 12.563 avronun İddiaçı MMC-dən alınaraq Cavabdeh-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir (Qeyd: 17.07.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh-nin nümayəndəsi və vəkili tərəfindən nümunə kimi təqdim edilmiş ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiasının təmin olunması, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 12.04.2018-ci il tarixli, 2-2018 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh-nin müqavilə üzrə avans (ilkin ödəniş) kimi İddiaçı MMC-yə ödədiyi 200.000 avronun geri qaytarılması və Cavabdeh-yə məxsus 200.000 avronu qanunsuz olaraq, 1 il 2 aylıq dövr üçün saxladığından illik 5% nəzərə olmaqla 11.666 avronun İddiaçı MMC-dən alınaraq Cavabdeh-yə ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir – 1-ci cild, i.v. 57-62). Sonradan Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddianın dəyişdirilməsi barədə təqdim olunaraq, ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia üzrə Cavabdeh-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiasının təmin olunması, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 12.04.2018-ci il tarixli, 2-2018 saylı müqavilənin ləğv edilməsi, İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində Cavabdeh-yə göndərilmiş 6 vaqon malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə dəymiş 160.000 avro zərərin, İddiaçı MMC tərəfindən keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malın göndərilməsi nəticəsində Cavabdeh-yə vurulmuş 179.663,85 avro zərərin, Cavabdeh-nin müqavilə üzrə avans (ilkin ödəniş) kimi İddiaçı MMC-yə ödədiyi 200.000 avronun geri qaytarılması, Cavabdeh-yə məxsus 200.000 avronu 2 iİ 4 aylıq dövr üçün qanunsuz saxladığından illik 5% nəzərə alınmaqla 12.563 avronun və Cavabdeh-nin "xxxx" Şirkətində keçirilmiş laborotoriya tədqiqatına görə ödədiyi 3.184,51 avronun İddiaçı MMC-dən alınaraq, Cavabdeh-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə növbəti ərizə təqdim edilərək, ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh-yə qarşı 12.04.2018-ci il tarixli müqavilə üzrə yaranmış 364.200 avro məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 36.420 avro məbləğində əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manatın İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbinin rədd olunması, Cavabdeh-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiasının təmin olunaraq, İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində Cavabdeh-yə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə dəymiş 160.000 avro zərərin, İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində Cavabdeh-yə dəymiş 179.694,27 avro zərərin, Cavabdeh-nin 12.04.2018-ci il tarixli, 2- 2018 saylı müqavilə üzrə İddiaçı MMC-yə avans formasında ödədiyi 200.000 avronun, Cavabdeh-yə məxsus 200.000 avronu 2 illik dövr üçün qanunsuz saxladığından illk 5% nəzərə alınmaqla, 20.000 avro əldən çıxmış faydanın, Cavabdeh-nin İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3.184,51 avronun, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin 15.08.2019-cu il tarixdən - 13.08.2020ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə Cavabdeh tərəfindən "xxxx" MMCyə ödənilmiş 75.351,93 avronun, İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə Cavabdehnin "xxxx" SC-yə ödədiyi 44.266,75 avronun, Cavabdeh-nin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) ödədiyi 75.511,63 avronun, Cavabdeh-nin hüquqi yardımla bağlı "xxxx" MMC-yə ödədiyi 62.778,92 avronun, Cavabdeh-nin iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödədiyi 5.390,37 avronun və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödədiyi 359,28 avronun İddiaçı MMC-dən alınaraq Cavabdeh-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddianın dəyişdirilməsinə dair ərizələr onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında 12.04.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı 5 illik üzüm çaxırının emal olunmamış distilləsini “Alıcı”ya satmağı, nəqliyyat vasitələrinə yükləməyi və müqavilədə göstərilmiş ünvana çatdırmağı, “Alıcı” isə həmin malları almağı, qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə malın hər 1 litrinin qiyməti 1.55 avro, malların ümumi dəyəri 564.200 avro təşkil etmişdir. Müqaviləyə görə “Alıcı” malların ümumi dəyərindən 200.000 avro məbləğində hissəsini “Satıcı”ya avans şəkilində ödəmək, qalan məbləğin isə malların “Alıcı” tərəfindən qəbul edildikdən sonra 3 ay müddətində “Satıcı”ya ödənilməsi nəzərdə tutulmuşdur. “Alıcı" müqavilə üzrə ilkin ödənişi, 200.000 avronu 16.04.2018-ci il tarixdə “Satıcı”ya ödəmiş və 25.05.2018-ci il tarixdə “Satıcı” tərəfindən 6 sistern üzüm distilliyyatı adı altında malı dəmir yolu vasitəsi ilə müqavilə üzrə yükalanın malın çatdırlma ünvanı kimi göstərilmiş Riqa şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus gömrük anbarına göndərilmişdir. Rusiya Federasiyası sərhəddinədək həmin 6 sisternin daşınması Satıcı tərəfindən icra olunmuş, Rusiya sərhədindən Riqa şəhərində yerləşən yükalanın yerləşdiyi ünvanına həmin 6 sisternin daşınmasını "xxxx" MMC həyata keçirmişdir (əslində həmin yükün daşınması “Alıcı” tərəfindən daşıyıcı şirkəti olan "xxxx" MMC-yə tapşırılmış ("xxxx" MMC ilə Cavabdeh arasında 01.11.2012-ci il tarixli, A0112-43 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinə” dair müqaviləyə əsasən) və "xxxx" MMC ilə "xxxx" MMC arasında olan 01.11.2015-ci il tarixli, 092-AT/OB saylı “Nəqliyyat-ekspedisiya” müqaviləsinə əsasən, qeyd olunan yüklərin daşınması "xxxx" MMC tərəfindən icra olunmuş, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 30.08.2018-ci il tarixli “Zaminlik” müqaviləsinə əsasən, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan 01.11.2015-ci il tarixli, 092-AT/OB saylı “Nəqliyyat-ekspedisiya” müqaviləsinə görə yaranacaq bütün məsuliyyəti "xxxx" MMC özü zamin olaraq öz üzərinə götürmüşdür və Alıcı tərəfindən qeyd olunan yüklə bağlı daşıma haqqı 12.07.2018-ci il tarixli, ********** nömrəli qarşılıqlı hesablaşmalar aktına əsasən 35.539,90 avro "xxxx" MMC-yə ödənilmişdir). 10.06.2018-ci il tarixdə Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə yuxarıda qeyd edilən çaxır distilliyyatı yüklənmiş sisternlər Rusiya Federasiyası gömrük əməkdaşları tərəfindən saxlanmış, malın eyniləşdirilməsi məqsədi ilə 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan mala gömrük baxışı keçirilmişdir (gömrük nəzarəti keçirilməsinin səbəbi onunla izah olunur ki, “10.06.2018-ci ildən 13.06.2018-ci il tarixədək olan müddət ərzində Pskov gömrüyünün Posin DYBM-nin gömrük postunda gömrük əməkdaşları tərəfindən Gömrük İttifaqının gömrük sərhədi vasitəsilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan malların qeyri-dəqiq gömrük bəyannaməsi” olmuşdur). Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsi ekspertlərinin 12411002/0020790 nömrəli, 19.07.2018-ci il tarixli; 12411002/0020791 nömrəli, 19.07.2018-ci il tarixli; 12411002/0020788 nömrəli, 18.07.2018-ci il tarixli; 12411002/0020793 nömrəli, 20.07.2018-ci il tarixli; 12411002/0020794 nömrəli, 20.07.2018-ci il tarixli; 12411002/0020785 nömrəli, 18.07.2018-ci il tarixli ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, 77302644, 77311082, 77326585, 77329308, 77331361 və 77331379 nömrəli dəmir yolu sisternlərindən götürülmüş nümunələr üzərində aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunur ki, həmin sisternlərdəki mal, həmin malları müşayət edən sənədlərdə göstərilənlərə uyğun deyil, “Mal nümunəsində qeyri-üzüm mənşəli spirt olması və qida xammalından hazırlanması aşkar edilmişdir”, yəni həmin malın qeyri-üzüm mənşəli spirt olması təsdiq olunmuşdur. Bu səbəbdən də fakt üzrə Pskov gömrük xidmətində 03.09.2018-ci il tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə **********3000057 №-li cinayət işi başlanmış, 25.02.2019-cu il tarixdə həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmuş (18.03.2019-cu il tarixdə cinayət işinə xitam verilməsi barədə qərar ləğv olunmuş, sonra yenidən istintaq aparılmış və həmin cinayət işinə 06.05.2019-ci il tarixdə yenidən xitam verilmişdir). 11.03.2019-cu il tarixdə İddiaçı MMC “Sebej” DYS-ə məktubla müraciət edərək, göndərdiyi malın üzüm spirtindən deyil, qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsul olmasını təsdiq etmiş və həmin malın əvvəlki kodunu 22089077 (08) dəyişmiş və həmin malın kodu dəyişdirildikdən sonra, dəmir yolu sisternləri Latviya Respublikasına göndərilmiş, 22.03.2019-cu il tarixdə həmin sisternlər yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul olunmuş və gömrük nəzarətinə götürülmüş, Latviya Respublikası Dövlət gəlirləri xidmətinin gömrük əməkdaşlarının 10.04.2019-cu il tarixli 27.21.3-4/91 nömrəli yoxlama aktına əsasən, 6 ədəd (77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli) dəmir yolu sisternlərinin plombları yoxlanıldıqdan sonra, həmin sisternlərin müşayətedici sənədləri ilə sisternlərdə olan malın eyni olmasını müəyyən etmək üçün sisternlərdən nümunələr götürülmüş, gömrük təşkilatının icazəsi olmadan mallara giriş və ya malların eyniləşdirilmə vasitələrinin çıxarılması "xxxx" MMC-nin rəhbərliyinə qadağan olunmuşdur. Latviya Respublikası Dövlət gəlirləri xidmətinin gömrük əməkdaşlarının qeyd olunan 6 sisterndə olan mallar malın müşayətedici sənədlərinə uyğun olmadığından, həmin maldan "xxxx" SC-nin (Cavabdeh həmin malı "xxxx" SC-yə tədarük etmək (satmaq) üçün almışdır) imtina etdiyindən 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri dolu halda 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni 30 aprel 2019-cu il tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisternlərdə olan mallar "xxxx" MMC-yə təhvil verilənədək (27.07.2020-ci il tarixdək) həmin limanda saxlanmışdır. İddiaçı MMC-nin rəhbərliyinin Cavabdeh-yə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin mal barəsində Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsinin ekspertlərinin rəyi, fakt üzrə cinayət işinin başlanmasından və sairdən məlumatlı olmuş, hətta cinayət işi üzrə İddiaçı MMC-nin nümayəndələri ifadələr vermiş, cinayət işinin araşdırılması zamanı İddiaçı MMC-nin direktoru T.Quliyev rəhbərlik etdiyi müəssisənin hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X1 10.08.2018-ci il tarixli, 1/35 nömrəli ilə etibarnamə vermişdir. İddiaçı MMC-nin rəhbərliyinin xahişi (tapşırığı) əsasında Cavabdeh "xxxx" MMC ilə hüquqi yardımla bağlı müqavilə bağlamış və 3 (üç) dəfəyə "xxxx" MMC-nin bank hesabına 57.000 avro ödəmişdir. Cinayət işinin araşdırılması zamanı, yəni ekspertiza rəyləri ilə İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi malın üzüm spirti deyil, digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair ərzaq məhsullarından) çəkilmiş spirt olması Cavabdeh-yə bəlli olduqdan sonra, Cavabdeh-nin rəhbərliyi telefonla danışaraq həmin maldan imtina etdiyini İddiaçı MMC-nin rəhbərliyinə bildirilmiş, lakin İddiaçı MMC-nin rəhbərlinin Cavabdeh-nin rəhbərliyindən şifahi surətdə xahiş etmişdir ki, İddiaçı MMC Cavabdeh-yə bu 6 sistern malla bağlı dəymiş və dəyə biləcək bütün zərərlərin əvəzini ödəyəcəyinə söz verir, bir şərtlə ki, həmin 6 sistern geri qaytarılmasın, həmin sisternlər geri qaytarılacağı halda, Azərbaycan Respublikasında da İddiaçı MMC-nin rəhbərliyinin bərəsində cinayət işi başlanılacaq. Cavabdeh İddiaçı MMC arasında olan uzunmüddətli işgüzar münasibətləri nəzərə almış, onlara inanmış, cinayət işinin istintaqı aparalarkən həmin maldan imtina etməmişdir. Həmin sisternlər (mal) Riqa ərazisinə çatdırıldıqdan bir müddət sonra, yəni 2019-cu ilin may ayının əvvəllərində Cavabdeh İddiaçı MMC-yə şifahi müraciət edərək, ona dəymiş zərəri qarşılamağı tələb etmiş, İddiaçı MMC zərəri ödəməkdən imtina etdikdən sonra, yəni 08.05.2019-cu il tarixdə Cavabdeh İddiaçı MMC-nin elektron poçt ünvanına pretenziya göndərərək, İddiaçı MMCdən 617.731 avro ziyanı, 200.000 avro avans şəkilində ödədiyi pulu, 42.000 avro malın satıcıya (İddiaçı MMC-yə) qaytarılması xərcini tələb etmişdir. İddiaçı MMC-nin Cavabdehnin elektron ünvanına 09.05.2019-cu il tarixdə göndərdiyi məktubda Cavabdeh-nin tələblərini qəbul etmədiklərini və malın pulunu tələb etdiklərini bildirmişlər. Bundan sonra Cavabdeh İddiaçı MMC-yə 22.07.2019-cu il tarixli pretenziya göndərərək, həmin pretenziyada ona dəymiş ziyana görə satıcıdan 618.024 avro və ona göndərdiyi keyfiyyətsiz malı götürməyi təklif etmiş, malın götürülmədiyi halda, həmin malı hərracdan satacağını bildirmişdir. Həmin pretenziyaya İddiaçı MMC 02.08.2019-cu il tarixli cavabında Cavabdeh qarşısında hər hansı borcunun olmamasını və əksinə “Alıcı”dan 364.000 avro pul tələb etmişdir. İddiaçı MMC-nin Cavabdeh-yə ünvanladığı 29.10.2019-cu il tarixli, 29 nömrəli pretenziyaya Cavabdeh-nin 19.12.2019-cu il tarixli cavabında onlara göndərilmiş malların keyfiyyətinin aralarında bağlanmış müqavilənin tələblərinə uyğun olmamasını əsaslandırmaqla yanaşı, cavabdehə tədarük etdikləri məhsulların keyfiyyəti ilə bağlı mübahisələri həll etmək məqsədilə birgə nümunələr götürmək və müstəqil Avropa laboratoriyasında malların keyfiyyətini yoxlamaq üçün İddiaçı MMC-nin nümayəndəsini Riqaya göndərməyi təklif etmişdir. Lakin, İddiaçı MMC bu təklifi də qəbul etməmişdir, bu səbəbdən Cavabdeh tədqiqat aparılması üçün 6 sisterndən (77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri) ayrı-ayrılıqda götürülmüş nümunələri öz təşəbbüsü ilə 06.08.2020-ci il tarixdə İspaniyaya göndərmiş, 19.08.2020-ci il tarixli rəylərə əsasən, tədqiqat aparılmış mal nümunələrinin üzüm mənşəli olmaması müəyyən olunmuşdur. İddiaçı MMC aralarında olan danışıqların və yazışmaların heç bir nəticə vermədiyini görən Cavabdeh Dövlət gömrük nəzarəti altında "xxxx" MMCnin icarəsində olan Riqa azad ticarət limanında saxlanılan 6 sistern malın "xxxx" SC-yə satılması ilə bağlı yenidən danışıqlar aparmağa başlamış ("xxxx" SC və Cavabdeh arasında olan 07.06.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, üzüm distilliyatının 1 deka litrini 31,5 avroya razılaşdırılmış, lakin həmin mal Riqaya gətirildikdən sonra "xxxx" SC-yə məlum olmuşdur ki, həmin mal keyfiyyət baxımından onların sifariş etdiyi mal deyildir, ona görə də "xxxx" SC Cavabdeh-dən həmin malı almaqdan imtina etmişdir) və nəticədə həmin sisternlərdə olan malın 22.08.2019-cu il tarixli, LV 2019/08/008 nömrəli yeni “Tədarük” müqaviləsinə əsasən, "xxxx" SC-yə satılması barədə razılığa gəlmişlər. "xxxx" SC və Cavabdeh arasında bağlanmış LV 2019/08/008 saylı, 22.08.2019-cu il tarixli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə görə həmin malın 4.014 deka litrini 24,70 avroya, qalan hissəsini isə 23,40 avroya satılması razılaşdırılmış və həmin sisternlərdə olan mal 6 dəfəyə (hər dəfə 1 sistern), birinci sistern 10.09.2019-cu il tarixdə, sonuncu sisterni isə 02.07.2020-ci il tarixdə Gömrük nəzarəti altında "xxxx" SC-yə təhvil verilmişdir. "xxxx" SC və Cavabdeh arasında olan 07.06.2018ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin icrasının gecikməsinə görə "xxxx" SC Cavabdeh-yə 44.266,75 cərimə sanksiyası tətbiq etmiş və həmin məbləğ RS000000027 nömrəli, 04.08.2020-ci il tarixli qarşılıqlı hesablaşmalar aktına əsasən, Cavabdeh tərəfindən "xxxx" SC-nin hesabına ödənilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 12.04.2018-ci il tarixli, 2-2018 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” ən azı 5 il saxlanılmış çaxır distillyatını alıcıya satmağı, nəqliyyat vasitələrinə yükləməyi və alıcıya çatdırmağı öhdəsinə götürür. “Alıcı” isə həmin malları almağı, dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, satıcı zəmanət verir ki, mal yükalan - "xxxx" MMC-nin anbarına 20.06.2018-ci ildək təhvil veriləcək. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, Satıcı tərəfindən təqdim olunmuş invoys əsasında alıcı 200.000 avro məbləğində avans ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” təchiz etməyi öhdəsinə götürür. Tərəflərin arasında olan müqavilə şərtlərindən göründüyü kimi, “Satıcı” satdığı malı “Alıcı”ya "xxxx" MMC-nin anbarına 20.06.2018-ci ildək təhvil verməsinə zəmanət versə də, həmin mal 22.03.2019-cu il tarixdə Riqa şəhərinə çatmış və Riqada gömrük nəzarətinə götürülmüşdür. Yəni, “Satıcı” müqavilə öhdəlikləri üzrə “Alıcı” qarşısında öhdəliyi yerinə yetirməmiş və nəticədə həmin mal “Alıcı”ya müqavilə üzrə müəyyən olunmuş tarixdən təxminən 9 ay sonra çatdırılmışdır. İddia ərizəsinə əlavə olunmuş Pskov gömrük xidmətində 03.09.2018-ci il tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə **********3000057 №-li cinayət işi başlanması, 25.02.2019-cu il tarixdə həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərarları ilə müəyyən olunur ki, 10.06.2018ci il tarixdən 13.06.2018-ci il tarixədək olan müddət ərzində Pskov gömrüyünün Posin DYBM-nin gömrük postunda gömrük əməkdaşları tərəfindən Gömrük İttifaqının gömrük sərhədi vasitəsilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan malların qeyri-dəqiq gömrük bəyannaməsi olmuşdur. Malın “Alıcı”ya müqavilə üzrə müəyyən olunmuş tarixdən 9 ay sonra çatdırlmasının “Satıcı”nın təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsi ekspertlərinin ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, 77302644, 77311082, 77326585, 77329308, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərindən götürülmüş nümunələr üzərində aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunur ki, həmin sisternlərdəki mal, həmin malları müşayət edən sənədlərdə göstərilənlərə uyğun deyil, “Mal nümunəsində qeyri-üzüm mənşəli spirt olması və qida xammalından hazırlanması aşkar edilmişdir”, yəni həmin malın qeyri-üzüm mənşəli spirt olması təsdiq olunmuşdur. Göründüyü kimi, “Satıcı” “Alıcıya” ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” (üzüm spirti) verməli olduğu halda, malların sənədlərini saxtalaşdırmış və nəticə etibarilə məlum olmuşdur ki, Alıcıya satılmış mal (spirt məhlulu) üzümdən deyil, digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair bitkilərdən) çəkilmiş spirtdir. Bu hal öz təsdiqini qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş, Rusiya Federasiyasının Pskov gömrük xidmətində 03.09.2018-ci il tarixdə **********3000057 nömrəli cinayət işi başlanması barədə qərarla, ekspertiza rəyləri ilə, 25.02.2019-cu il tarixdə **********3000057 nömrəli cinayət işinə xitam verilməsi barədə qanuni qüvvəsini almış qərarla və 11.03.2019-cu il tarixli İddiaçı MMC-nin “Sebej” DYS rəisinə göndərdiyi müraciət ilə tapmışdır. Bu öz təsdiqini 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərindən ayrı-ayrılıqda götürülmüş nümunələr üzrə İspaniyanın "xxxx" Şikətində keçirilmiş laborotoriya tədqiqatlarının 19.08.2020-ci il tarixli rəyləri (analtik hesabatlar) ilə də tam sübuta yetirilir. Həmin rəylərdə göstərilmişdir ki, aparılan tədqiqatın nəticələrinə əsasən, təqdim olunmuş mal nümunələri şərabın mənşəyinə uyğun gəlmir. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 12.04.2018-ci il tarixli, 2-2018 №-li müqavilənin 4.1-ci maddəsinə əsasən, “Satıcı” “Alıcı”ya ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” təchiz etməyi öhdəsinə götürmüşdür. Satıcı tərəfindən müqavilə öhdəlikləri tələbləri pozulmuş, müqavilə üzrə şərtləşdirilmiş mal deyil, keyfiyyəti müqavilə tələblərinə uyğun olmayan başqa mal verilmişdir. "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı 25 mart 2020-ci il tarixli petenziyanın (zərərə görə 160.000 avro) surətindən, göründüyü kimi "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160.000 avro məhkəmə qaydasında tələb etmiş, bu səbəbdən də "xxxx" MMC həmin 160.000 avronu Cavabdeh-dən tələb etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı 07.01.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 14 təqvim günü ərzində 160.000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. Bu səbəbdən Cavabdeh 02.02.2021-ci il tarixdə 6 sisternin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə "xxxx" MMC-nin bank hesabına 160.000 avronu ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş müqavilələrin surətlərindən göründüyü kimi İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi 6 sistern malın Azərbaycan Respublikası sərhədindən Riqa şəhərinə daşınmasını "xxxx" MMC ilə Cavabdeh arasında 01.11.2012-ci il tarixli, A0112-43 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinə” dair müqaviləyə əsasən, "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC ilə "xxxx" MMC arasında olan 01.11.2015-ci il tarixli, 092-AT/OB saylı “Nəqliyyat-ekspedisiya” müqaviləsinə əsasən, qeyd olunan yüklərin daşınması "xxxx" MMC tərəfindən icra olunmuş, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 30.08.2018-ci il tarixli “Zaminlik” müqaviləsinə əsasən, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan 01.11.2015-ci il tarixli, 092-AT/OB saylı “Nəqliyyat-ekspedisiya” müqaviləsinə görə yaranacaq bütün məsuliyyəti "xxxx" MMC öz üzərinə götürmüş və Cavabdeh tərəfindən qeyd olunan yüklə bağlı daşıma haqqı 12.07.2018-ci il tarixli, ********** nömrəli qarşılıqlı hesablaşmalar aktına əsasən 35.539,90 avro "xxxx" MMC-yə ödənilmişdir ("xxxx" MMC-yə daşımaya görə ödənilmiş 35.539,90 avro ilə bağlı hər-hansı mübahisə yoxdur). Eyni zamanda 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri (mal) 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni (mal) 30 aprel 2019-cu il tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" ASC-yə təhvil verilənədək (27.07.2020-ci il tarixədək) həmin limanda saxlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 12 ədəd fesab-fakturalarla və qarşılıqlı hesablamalar aktları ilə müəyyən olunur ki, həmin 6 sisternanın daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə 15.08.2019-cu il tarixdən - 13.08.2020-ci il tarixədək Cavabdeh tərəfindən "xxxx" MMC-yə 75.351,93 avro ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" SC və Cavabdeh arasında bağlanmış 05.01.2015-ci il tarixli “Niyyət razılaşmasına” əsasən, Cavabdeh "xxxx" SC-yə şərab (konyak) spirti tədarük etməyi, "xxxx" SC isə Cavabdeh-dən həmin malı qəbul etməyi və almağı öhdəsinə götürür. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC tərəfindən 6 sistern mal Cavabdeh-yə göndərildikdən sonra, "xxxx" SC və Cavabdeh arasında 07.06.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən, həmin malın (həmin malın həcmi 36.236 deka litr olmuş, mütləq spirt təmizləndikdən sonra 22.828,7 deka litr qalır) 1 deka litrini (1 deka litr = 10 litr) alıcıya ("xxxx" SC-yə) 31,5 avroya satmalı idi. İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilən mal, vaxtında və razılaşdırılmış keyfiyyətdə çatdırıldığı halda, həmin malı Cavabdeh "xxxx" SC ilə razılaşdırılmış qiymətə sata bilərdi. Lakin, həmin mal bəlli səbəblərdən Riqa şəhərinə 9 ay gec çatdırıldığından və Riqa şəhərinə gətirilmiş malın keyfiyyəti müqavilə üzrə şərtlərə uyğun olmadığından, "xxxx" SC həmin maldan imtina etmişdir. Tərəflər arasında aparılmış uzunmüddətli danışıqlardan sonra "xxxx" SC və Cavabdeh arasında olan LV2019/08/008 nömrəli, 22.08.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavəyə görə, həmin malın 4.014 deka litrini 24,70 avroya, qalan hissəsini isə 23,40 avroya tədarük olunması razılaşdırılmışdır. "xxxx" SC və Cavabdeh arasında olan 07.06.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsi və 22.08.2019-cu il tarixli, 2019/08/008 nömrəli “Tədarük” müqaviləsindəki malların qiymətləri arasındakı ciddi fərq yaranmasının səbəbi onunla izah olunur ki, İddiaçı MMC-nin Cavabdeh-yə “Çaxır Distilliyatı” əvəzinə, digər ərzaq mallarından hazırlanmış spirt göndərdirmişdir. Nəticə etibarilə, Cavabdeh 22.828,7 deka litr malı 31,5 avroya "xxxx" SC-yə sataraq, "xxxx" SC-dən cəmi 719.104,05 avro almalı olduğu halda İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi səbəbindən, 22.828,7 deka litr malın 4.014 deka litrini 24,70 avroya (4.014 X 24,70 = 99.145,80), 18.814,7 deka litrini 23,40 avroya (18.714,7 x 23,40 = 440.263,98), cəmi 539.409,78 avroya satmışdır. Nəticə etibarilə, Cavabdeh-yə qeyd olunan alqı-satqı müqaviləsi nəticəsində (719.104,05 – 539.409,78 = 179.694,27) 179.694,27 avro zərər dəymişdir. Yuxarıda qeyd olunan hal, yəni Cavabdeh-nin "xxxx" SCyə ümumi həcmi 36.236 deka litr, təmizləndikdən sonra 22.828,7 deka litr malın 4.014 deka litrni 24,70 avroya, qalan hissəsini isə 23,40 avroya təhvil verilməsi xüsusatı, iddia ərizəsinə əlavə olunmuş Cavabdeh və "xxxx" SC-nin təsdiq etdikləri 10.09.2019-cu il tarixli, ROL 2858 saylı qaimə (77331379 nömrəli sistern: 62.883,71 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.942,18 deka litr; qiyməti 24,70 avro; ümumi məbləğ sisternə görə 97.371,85 avro), 02.10.2019-cu il tarixli, ROL 2859 saylı qaimə (77329308 nömrəli sistern: 62.779,31 litr; təmizləndikdən sonra mütləq spirtin miqdar 3.959,49 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 92.652,07 avro), 30.10.2019-cu il tarixli, ROL 2860 saylı qaimə (77326585 nömrəli sistern: 62.900,8 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.930,04 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 91.962,94 avro), 27.11.2019-cu il tarixli, ROL 2861 saylı qaimə (77311082 nömrəli sistern: 52.886,1 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.347,48 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 78.331,03 avro), 16.03.2020-ci il tarixli, ROL 2862 saylı qaimə (77331361 nömrəli sistern: 62.678,6 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.953,14 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 92.503,48 avro), 02.07.2020-ci il tarixli, ROL 2863 saylı qaimə (77302644 nömrəli sistern: 53.760 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.387 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 79.255,80 avro) təsdiq olunur (qeyd: sonuncu sisternin nömrəsi Azərbaycan dilinə yanlış tərcümə olunmuş 77302644 əvəzinə, 77331361 nömrəli sistern yazılmış, çəkisi 47.304 kq əvəzinə, 56.563,05 kq yazılmışdır. İş materialına sonradan əlavə olunmuş eyni tarixli, eyni nömrəli qaimənin surətindən görünür ki, əvvəlki qaimədə "xxxx" SC-nin möhürü, malın qəbul edən şəxsin imzası yoxdur, sonrakı qaimə isə qəbul edən şirkətin möhürü və məsul şəxsin imzası ilə təsdiq olunur. Sonrakı qaimədə qeyd olunan sisterndəki mal 53.760 litr deyil, 53.884,9 litr olması göstərilir, təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.387 deka litr deyil, 3.408 deka litr, ümumi məbləğ isə sisternə görə 79.255,80 avro deyil, 79.752,35 avro göstərilmişdir). "xxxx" SC və Cavabdeh arasında olan 07.06.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin 5.2-ci bəndinə əsasən, “Satıcı malları müqavilənin 1.1-ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, Alıcıya vaxtında çatdırılmamış keyfiyyətli malların dəyərinin 0,5 %-i miqdarında cərimə olunur”. Həmin müqaviləyə əlavə olunmuş 15.06.2018-ci il tarixli razılaşmanın 2-ci bəndində göstərilir ki, “Tərəflər razılığa gəlirlər ki, "xxxx" SC-nin istehsal planı və texnolji prosesə nəzərə alınmaqla Satıcı bu razılaşmanı imzaladığı tarixdən etibarən 45 təqvim günü ərzində, yəni 31 iyul 2018-ci il tarixədək malları (Azərbaycan mənşəli şərab distilliatı) Alıcıya 22.828,7 deka litr mütləq spirt miqdarında çatdırmağı öhdəsinə götürür”. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində Cavabdeh həmin malları müqavilə ilə şərtləşdirilmiş zamanda "xxxx" SC-yə tədarük edə bilməmiş, bu səbəbdən də "xxxx" SC Cavabdeh-yə tədarük olunacaq malın gecikməsinə görə, aralarında olan işgüzar münasibətləri və sair nəzərə almaqla minimum həddə 44.266,75 cərimə sanksiyası tətbiq etmiş, həmin cərimə Cavabdeh tərəfindən "xxxx" SC-yə ödənilmişdir, bu hal iddia ərizəsinə əlavə olunmuş 03.08.2020-ci il tarixli faktura sənədləri, 04.08.2020-ci il tarixli, RS000000027 nömrəli qarşılıqlı hesablaşmalar aktı və "xxxx" SC-nin vəkil sorğusuna cavabı ilə təsdiq olunur. Göründüyü kimi, İddiaçı MMC-nin qanunsuz hərəkətləri nəticəsində (müqavilə öhdəlikləri üzrə malı vaxtında Alıcıya çatdırmadığından), Cavabdeh-yə 44.266,75 avro zərər dəymişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 12.04.2018-ci il tarixli, 2-2018 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçı MMC Cavabdeh-yə satdığı malları 20.06.2018-ci il tarixədək "xxxx" MMC-nin Latviya Respublikası, Riqa şəhəri, Rensenu küçəsi, 10 A ünvanındakı gömrük anbarına təhvil verməli idi. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh və "xxxx" MMC arasında olan 02.05.2005-ci il tarixli, TL 01 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, anbar sahibi yüklərin qəbulu, saxlanması, yükləmə-boşaltma, malların daşınması, ekspedisiya xidmətləri, nəqliyyat xidmətləri, gömrük rəsmiləşdirilməsi, anbara qəbul olunmuş malın sığortalanması və sair xidmətləri göstərir ki, həmin xidmətlərə görə ödənişlər Sifarişçi tərəfindən həyta keçirilir. İddiaçı MMC-nin göndərdiyi mal 22.03.2019-cu il tarixdə yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul olunmuş və gömrük nəzarətinə götürülmüş, 6 sisterndə olan mal müşayiətedici sənədlərinə uyğun olmadığından, həmin malın alıcısı olan "xxxx" SC-nin həmin maldan imtina etdiyindən 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri (mal) 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisternləri (mal) 30 aprel 2019-cu il tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisternlərdə olan mallar "xxxx" SC-yə təhvil verilənədək (27.07.2020-ci il tarixdək) Riqa azad ticarət limanda saxlanmışdır. İddiaçı MMC-nin Alıcıya göndərdiyi mal İddiaçı MMC ilə Cavabdeh arasında 12.04.2018-ci il tarixli, 2-2018 nömrəli müqavilənin (malın keyfiyyəti və sairlə bağlı) tələblərinə uyğun olduğu halda, həmin mal yük alan "xxxx" MMC-nin gömrük anbarına qəbul etdiyi gündən 15 gün ərzində malın alıcısı "xxxx" SC-yə təhvil verilməli idi. Lakin, həmin mal müqavilə tələblərinə uyğun olmadığından, uzun müddət "xxxx" MMC-nin gömrük anbarında (22.03.2019-cu il tarixdən - 30 aprel 2019-cu il tarixədək) və "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanmışdır (29 aprel 2019-cu il tarixdən - 27.07.2020-ci il tarixdək) ki, buna görə də, "xxxx" MMC həmin malın sığortası üçün nəzərdə tutulduğundan əlavə xərclər çəkmişdir ki, həmin xərclər Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, "xxxx" MMC-nin Cavabdeh -yə göndərdiyi 28.07.2020-ci il tarixli, T 166 saylı hesab-fakturanın surətindən göründüyü kimi, yuxarıda qeyd olunan 6 sisternin sığortasına görə 88.000 avro çəkdiyi xərci 5 gün ərizində ödənilməsini tələb etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında olan 05.08.2020-ci il tarixli, RS ********* saylı qarşılıqlı hesablaşmalar aktına əsasən, həmin məbləğdən 60.184,96 avro "xxxx" MMC-nin hesabına ödənilmişdir. 28.07.2020-ci il tarixli, T 166 saylı hesab-fakturaya əlavənin surətində 27.05.2018-ci il tarixdən 27.07.2020-ci il tarixədək olan dövr üçün 6 sisternin aksiz vergisinin ümumi təmin edilməsi üçün sığorta xərcləri dəqiq göstərilmişdir. Həmin hesab-fakturaya əlavə ilə müəyyən olunur ki, "xxxx" MMC 6 dəmir yolu sisternin (77331379 nömrəli dəmir yolu sisternin 471 günə sığorta xərci 10.833 avro, 77329308 nömrəli dəmir yolu sisternin 503 günə sığorta xərci 11.569 avro, 77326585 nömrəli dəmir yolu sisternin 532 günə sığorta xərci 12.236 avro, 77311082 dəmir yolu sisternin 559 günə sığorta xərci 11.180 avro, 77331361 dəmir yolu sisternin 669 günə sığorta xərci 15.387 avro, 77302644 nömrəli dəmir yolu sisternin 777 günə sığorta xərci 14.306 avro) sığorta xərci cəmi, 75.511,63 avro ödənmişdir (Qeyd: Latviya Respublikası qanunvericiliyinə (Latviya Respublikası “Latviya Respublikası Dövlət Gəlir Xidməti haqqında” və Gömrük haqqında Qanunun) əsasən, alkoqollu içkilər üçün sığorta zəmanəti almadan, həmin mallar gömrük anbarına qəbul oluna bilməz, aksiz vergisinin təmin edilməsi üçün sığorta zəmanəti, idxal olunan mal ölkə ərazisinə daxil olanadək ödənməlidir). İş materiallarından göründüyü kimi, qeyd olunan 6 sistern “Çaxır Distilliyatı” 20.06.2018-ci il tarixədək "xxxx" MMC-nin anbarına təhvil verilməli olduğundan "xxxx" MMC 27.05.2018-ci il tarixdən sonuncu sistern 77302644 nömrəli dəmir yolu sisterni "xxxx" SC-yə təhvil verilən tarixədək sığorta zəmanəti ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş 03.05.2019-cu il tarixli, aksiz vergisinin ümumi təmin edilməsi üçün 1531838GİM19001 saylı kredit təşkilatının zaminliyinə dair sənədin surətindən göründüyü kimi, aksiz vergisinin ümumi təmin edilməsi üçün “Citadele Bank” SC "xxxx" MMC-nin 380.000 avro sığorta zəmanəti təminatı vermişdir. Latviya Respublikası Dövlət Gəlir Xidməti "xxxx" MMC-yə LV **********7 nömrəli “Aksiz vergisinin ümumi təminatının vəsiqəsi”i vermişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh-nin 02.12.2020-ci il tarixli, RS000000044 nömrəli qarşılıqlı hesablaşmalar aktının surətindən göründüyü kimi, 15.565,12 avro Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödəmişdir (05.08.2020-ci il tarixli, RS ********* saylı qarşılıqlı hesablaşmalar aktına əsasən, 60.184,96 avro, hazırda isə 15.565,12 avro, cəmi 75.511,63 avro ödənmişdir). İddiaçı MMC-nin rəhbərliyinin Cavabdeh-yə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin mal barəsində Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspertkriminalistik gömrük idarəsi ekspertlərinin rəyi, fakt üzrə cinayət işinin başlanmasından və sairdən məlumatlı olmuş, hətta cinayət işi üzrə İddiaçı MMC-nin nümayəndələri ifadələr vermiş, cinayət işinin araşdırılması zamanı İddiaçı MMC hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X1 10.08.2018-ci il tarixli, 1/35 saylı, 21 nömrəli ilə etibarnamə vermişdir. İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında Cavabdeh 10.08.2018-ci il tarixdə Rusiya Federasiyasının Pskov şəhərində "xxxx" MMC ilə “Hüquqkonsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC-nin "xxxx" MMC-yə göndərdiyi və Rusiya Federasiyasının Pskov şəhərində saxlanılmış 6 sistern üzüm distilliyatı ilə bağlı Rusiya Federasiyası Gömrük, İstintaq Komitəsində və digər orqanlarda "xxxx" MMC hüquqi yardım göstərməli idi. "xxxx" MMC tərəfindən edilmiş hüquqi yardıma bağlı Cavabdeh-yə 57.000 avronun (15 saylı, 28.03.2019-cu il tarixli akta əsasən 15.500 avro, 18 saylı, 01.04.2019-cu il tarxli akta əsasən 22.500 avro, 29 saylı, 04.07.2019-cu il tarxli akta əsasən 19.000 avro) ödənilməsi ilə bağlı sənədlər göndərilmişdir. “Citadele Bank” SC-nin beynəlxalq ödəniş sənədlərinin surətindən göründüyü kimi, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına 26.04.2019-cu il tarixdə 38.000 avro, 11.07.2019-cu il tarixdə 19.000 avro cəmi, 57.000 avro ödənilmişdir. Hüquq şirkəti olan "xxxx" MMC ilə Cavabdeh arasında hüquqi yardımla bağlı müqavilə İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında olmuşdur. Razılaşmaya görə Cavabdeh-nin hüquqi yardıma görə "xxxx" MMC-yə ödəyəcəyi məbləğ, malın pulundan, yəni Cavabdeh-nin İddiaçı MMC-yə qalan borcundan çıxılmalı idi. Göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin sisternlərdə olan malın müşayiətedici sənədlərə uyğun olub-olmaması ilə hüquq mühafizə orqanlarında aparılan araşdırmalarla bağlı İddiaçı MMC-nin şifahi tapşırığı əsasında Cavabdeh "xxxx" MMC ilə hüquqi yardımla bağlı müqavilə bağlamış və nəticə etibarilə göstərilmiş hüquqi yardıma görə, "xxxx" MMC-yə 57.000 avro ödəmişdir. Həmin 57.000 avro İddiaçı MMC tərəfindən Cavabdeh-yə qaytarılmalıdır. Eyni zamanda "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160.000 avro məhkəmə qaydasında tələb etmiş, həmin iş Riqa şəhəri Lataqaliya rayon Məhkəməsinin icraatında olmuşdur. Həmin məhkəmə mübahisəsinə görə "xxxx" MMC-nin qarşısında Cavabdeh məsuliyyət daşıdığından, bu işlə bağlı "xxxx" MMC-yə göstərilən hüquqi yardıma görə 5.778,92 avro ödəniş Cavabdeh tərəfindən həyata keçirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi mal tərəflər arasında olan müqavilə tələblərinə uyğun olduğu halda, "xxxx" SC və "xxxx" MMC arasında həmin sisternlərin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə 160.000 avroluq məhkəmə mübahisəsi yaranmazdı və Cavabdeh də həmin mübahisəyə görə "xxxx" MMC-yə hüquqi yardımın əvəzini, 5.778,92 avronu ödəməzdi. Ona görə də "xxxx" MMC-yə Riqa şəhəri Lataqaliya rayon Məhkəməsində (iddiaçı "xxxx"ın iddiası üzrə) göstərilən hüquqi yardıma görə Cavabdeh-nin ödədiyi 5.778,92 avro İddiaçı MMC-dən tutularaq, Cavabdeh-yə ödənilməlidir. İşin mübahisə yaratmayan halı ondan ibarətdir ki, (12.04.2018-ci il tarixli, 2- 2018 №-li müqavilə, həmin ilkin iddia, həm də qarşılıqlı iddia ərizəsi ilə müəyyən olunur) Cavabdeh bu müqavilə üzrə ilkin ödənişi, 200.000 avronu İddiaçı MMC-yə 16.04.2018-ci il tarixdə ödəmişdir. İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində həmin müqavilənin tələbləri kobud surətdə pozulmuşdur. Belə olduğu halda Cavabdeh-nin müqavilə üzrə avans kimi İddiaçı MMC-yə ödədiyi 200.000 avro geri qaytarılmalıdır. Göründüyü kimi, Cavabdeh-nin mala görə avans ödədiyi 200.000 avronu müqavilə bağlanan zaman İddiaçı MMC-yə ödəmişdir və İddiaçı MMC həmin 200.000 avronu 3 ildir ki, qanunsuz olaraq özündə saxlamasına baxmayaraq, mal Rusiya Federasiyası ərazisində saxlanılan zaman Cavabdeh-yə bəlli olmuşdur ki, mal keyfiyyət baxımından tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun deyildir. Bu səbəbdən İddiaçı MMC-nin Cavabdeh-yə məxsus 200.000 avronu qanunsuz olaraq saxlamağı ilə bağlı illik beş faiz nəzərə alınmaqla hesablanması, Satıcının Alıcının məhkəmyədək pretenziya qaydasında müraciətinə cavab verdiyi tarixdən, 09.05.2019-cu il tarixdən hesablanmalıdır. Yəni, Cavabdeh-yə məxsus 200.000 avronu qanunsuz olaraq, iki il özündə saxladığından illk beş faiz nəzərə olmaqla, 200.000 avrodan əlavə, 20.000 avro İddiaçı MMC-dən alınaraq Cavabdeh-yə ödənilməlidir. Yuxarıda göstərildiyi kimi, 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərindən (həmin mallar “Baltijas Balzams” SC-yə təhvil verilən zaman) ayrı-ayrılıqda götürülmüş nümunələr Cavabdeh-nin təşəbbüsü ilə (bu barədə öncədən İddiaçı MMC-nin pretenziyasına Cavabdeh-nin 19.12.2019-cu il tarixli cavabında İddiaçı MMC-yə məlumat verilmişdir) İspaniyanın "xxxx" Şikətində keçirilmiş laborotoriya tədqiqatlarının 19.08.2020-ci il tarixli rəyləri ilə müəyyən olunmuşdur ki, aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş mal nümunələri şərabın mənşəyinə uyğun gəlmir. Cavabdeh keçirilmiş bu tədqiqata görə "xxxx" şirkətinə cəmi, 3.184,51 avro ödəmişdir ki, həmin məbləğ İddiaçı MMC-dən tutularaq, Cavabdeh-yə ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş sənədlərin surətindən göründüyü kimi, həmin sənədlər rus, latış və ispan dillərindən Azərbaycan dilinə tərcümə olunmuş və notariat qaydasında təsdiq olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş 20.06.2020-ci il tarixdən 15.09.2020-ci il tarixədək sənədlərin rus, latış və ispan dillərindən Azərbaycan dilinə tərcümə olunmasına və notariat qaydasında təsdiq olunmasına görə, 3.259 avro, 22.09.2020-ci il tarixdən - 15.02.2021-ci il tarixədək (qeyd: Cavabdeh-yə təqdim olunmuş “Hesab dövriyyəsi haqqında çıxarış”dan göründüyü bu çıxarış 14.09.2020-ci il tarixdən 15.02.2021-ci il tarixədək olan dövrü deyil, 22.09.2020-ci il tarixdən 15.02.2021-ci il tarixədək olan dövrü əhatə edir) 2.131,37 avro, cəmi 5.390,37 avro Cavabdeh tərəfindən Sjadristijs Sergejsin (qeydiyyat nömrəsi **********1 olan) bank hesabına ödənilmişdir. Eyni zamanda qeyd olunan sənədlərin Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə 01.12.2020-ci ildən 31.12.2020-ci il tarixədək 86,65 avro, 01.01.2021-ci il tarixdən 31.01.2021-ci il tarixədək (qeyd: tərcümədə 31.01.2021-ci il tarixi yanlış olaraq, 31.12.2021-ci il göstərilmişdir) 272,63 avro, cəmi 359,28 avro "xxxx" MMC-nin (UPS-in Latviyadakı səlahiyyətli təmsilçisi) bank hesabına ödənilmişdir. Cavabdeh-nin bu işlə bağlı sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariatda təsdiq olunmasına çəkdiyi 5.390,37 avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərmə xərci 359,28 avro "xxxx" MMC-dən tutularaq Cavabdeh-yə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçınin nümayəndəsi və vəkili Vəkil Vəli oğlu məhkəmə iclasında izahat verərək, ilk iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, “X3 və Konyak Zavodu” MMC (hazırda İddiaçı MMC) ilə Cavabdeh arasında 12 aprel 2018-ci il tarixli, 2-2018 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı ən azı 5 il saxlanılmış çaxır distillyatını satmağı, onu nəqliyyat vasitəsinə yükləməyi və çatdırmağı, alıcı isə çaxır distillyatını, almağı, ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, malın kodu XİFMN C – 22082040, istehsalçı ölkə - Azərbaycan, mal 6 dəmir yolu sisternində olmalı, ГОСТ 31493 – 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmalı, tərikibində azı 63% alkoqol olmalı, mal 364 ton və ya 36.400 dekalitr (20 dərəcə C temperaturunda) olmaqla 01.06.2018-ci il tarixdən 20.06.2018-ci il tarixədək təchiz edilməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən, təchizat şərtləri – CPT, Samur (İNKOTERMS 2010) kimi nəzərdə tutulmuşdur (yəni, mal Samur gömrük-sərhəd buraxılış məntəqəsində təhvil verilməlidir). Müqavilənin 2.2-ci bəndinə əsasən, mal yola salındığı zaman beynəlxalq mal (yük) – nəqliyyat qaimələri, invoys, ixrac gömrük bəyannaməsi və malın keyfiyyətini təsdiq edən sənədlərlə müşayiət edilməlidir. Müqavilənin 2.3-cü bəndinə əsasən, satıcı malın 20.06.2018-ci il tarixədək "xxxx" MMC-nin anbarına tədarük ediləcəyinə zəmanət verir. Müqavilənin 3.1-ci bəndinə əsasən, malın 1 litrinin (ən azı 63% alkoqol tərkibli və 20 dərəcə C temperaturda) dəyəri 1,55 avro müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı malın təchizatına görə satıcı tərəfindən təqdim edilmiş invoys əsasında 200.000 (iki yüz min) avro məbləğində ilkin ödəniş ödəyir. Qalan məbləğ malın "xxxx" MMC-nin Latviya Respublikası, Riqa şəhəri, Rensenu küç, 10 A ünvanında yerləşən anbarında almasından sonra 3 ay ərzində köçürülür. Müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı alıcıya ГОСТ 31493 – 2012 keyfiyyətinə uyğun olan olan “Çaxır distillyat. Texniki şərtlər” təchiz etməyi öhdəsinə götürür. Təchiz edilən mal əvvəllər təqdim edilmiş nümunələrə və sertifikatlara uyğun olmalıdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı malın keyfiyyəti və mənşəyi haqqında Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən verilmiş malın uyğunluq və gigiyenik sertifikatları, istehsalçı zavodun keyfiyyət sertifikatı (və ya istehsalçının keyfiyyət vəsiqəsi), malın keyfiyyət göstəricilərinə və ГОСТ 31493 – 2012 “Çaxır distillyatı. Texniki şərtlər” uyğunluğuna dair sınaq protokolları, radiasiya nəzarəti nəticələrinə dair rəy, malın bəyan edilmiş tündlüyünə uyğunluğunun müayinə sənədləri, malın aromatizatorların olmasına dair müayinə sənədləri, həmçinin malın keyfiyyətini təsdiq edən digər sənədləri alıcıya təqdim etməlidir. Müqavilənin 4.4-cü bəndinə əsasən, malın qəbulu "xxxx" MMC-nin anbarının ərazisində həyata keçirilir və nəticədə akt tərtib olunur. Müqavilənin 4.5-ci bəndinə əsasən, malın alınması zamanı alıcı malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analiz aparır. Əgər malın keyfiyyətinin ГОСТ 31493 – 2012 “Çaxır distillyatı. Texniki şərtlər” uyğun olmadığı müəyyən edilərsə, alıcı 2 iş günü ərzində akt tərtib edir və bu barədə yazılı şəkildə satıcıya məlumat verir. Müqavilənin 6.1-ci bəndinə əsasən, hazırki müqavilə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi fors-major vəziyyətlərin, satıcının və ya alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən digər obyektiv məhdudiyyətlərin nəticəsidirsə, tərəflər hazırki müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilirlər. Müqavilənin 6.3-cü bəndinə əsasən, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökümət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birilərinə 14 təqvim günü əvvəl bildirməklə hazırki müqaviləyə xitam vermək hüququna malikdir. Müqavilənin 7.1-ci və 7.2-ci bəndlərinə əsasən, tərəflərin müqavilənin şərtlərinin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə görə bir-birilərinə iradlarına digər tərəfin iradı göndərdiyi tarixdən 15 gün ərzində baxmalıdır. Keyfiyyətsiz malın təchiz edilməsinə, həmçinin malın tam təchiz edilməməsinə görə maddi məsuliyyət tamamilə satıcının üzərinə qoyulur. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, 16.04.2018-ci il tarixli hesabfakturaya əsasən, Cavabdeh tərəfindən 18.04.2018-ci il tarixdə “X3 və Konyak Zavodu” MMC-yə (hazırda İddiaçı MMC) 200.000 avro ödənilmişdir. İş materiallarında olan 21.05.2018-ci il tarixli, 01, 02, 03, 04, 05 və 06 saylı spesifikasiyalardan görünür ki, “X3 və Konyak Zavodu” MMC (hazırda "xxxx" MMC) tərəfindən Cavabdeh-yə göndərilən 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlarda 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı vardır. İş materiallarında olan məhsulun ГОСТ 31493 – 2012 standartlarına uyğunluğunun sınaq göstəricilərinə dair 21.05.2018-ci il tarixli, 01, 02, 03, 04, 05, 06 saylı sertifikatlardan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh-yə göndərilən 6 sistern çaxır distillyatı standartlara uyğundur. İş materiallarında olan 23.05.2018-ci il tarixli, 74/A saylı sınaq protokolundan görünür ki, 36.236 dekalitr tərkibindəki spirt səviyyəsi 63% olan və 5 illik üzüm çaxırının emal olunmamış distilləsinin ГОСТ 31493 – 2012 standartlarına uyğunluğu yoxlanılmış, malın standartlara uyğun olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Sanitariya-Karantin Müfəttişliyinin radiasiya nəzarətinin nəticələrinə dair 21.05.2018-ci il tarixli, 001777 saylı rəyindən görünür ki, 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlarda mövcud olan 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı radiasiya təhlükəsizliyi normalarına uyğundur. İş materiallarında olan 23.05.2018-ci il tarixli, 001349 saylı uyğunluq sertifikatından görünür ki, “X3 və Konyak Zavodu” MMC (hazırda "xxxx" MMC) tərəfindən istehsal edilmiş 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı ГОСТ 31493 – 2012 standartlarına uyğundur. İş materiallarında olan mənşə sertifikatından görünür ki, “X3 və Konyak Zavodu” MMC (hazırda "xxxx" MMC) tərəfindən Cavabdeh-yə göndərilən 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatına dair 22.05.2018-ci il tarixli, A836600 saylı mənşə sertifikatı verilmişdir. İş materiallarında olan 239805, 239806, 239807, 239808, 239809 saylı qaimələrin dublikatlarından görünür ki, 25.05.2018-ci il tarixdə Azərbaycanın Gömrük Sərhəddindən "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC (hazırda "xxxx" MMC) tərəfindən göndərilmiş 6 vaqon olmaqla, cəmi 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı X4 Xidməti tərəfindən sənədləşdirilmişdir. İş materiallarından görünür ki, 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatına dair gömrük bəyannamələri tərtib edilmişdir. İş materiallarında olan Moskva şəhəri, ekspert-kriminalistik xidmətinin 18.07.2018-ci il tarixli, 12411002/0020788 saylı və 12411002/0020785 saylı, 19.07.2018-ci il tarixli, 12411002/0020790 saylı və 12411002/0020791 saylı, 20.07.2018-ci il tarixli, 12411002/0020793 saylı və 12411002/0020794 saylı gömrük ekspertlərinin rəylərində qeyd olunmuşdur ki, araşdırılan mal nümunəsi palıd ağacı ilə təmasda olan, tərkibində 63,0±0,2% həcmdə etil spirti olan qida xammalının damıtması nəticəsində əldə edilən bir spirt tərkibli məhsuldur. Mal nümunəsində qeyri-üzüm mənşəli spirtlərin olması aşkar edilmişdir. Mal nümunəsi qida xammalından istifadə edərək hazırlanmışdır. İş materiallarında olan 03.08.2018-ci il tarixli və 10.08.2018-ci il tarixli etibarnamələrdən görünür ki, Cavabdeh və "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC (İddiaçı MMC) onların bütün dövlət orqan və idarələrində, o cümlədən Federal gömrük xidmətində təmsil olunma və s. səlahiyyətlər daxil olmaqla X2 etibarnamələr verilmişdir. İş materiallarında olan 03.08.2018-ci il tarixli, **********3000057 saylı qərardan görünür ki, Pskov gömrük idarəsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 200.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə cinayət işinin qaldırılması qərara alınmışdır. İş materiallarında olan 25.02.2019-cu il tarixli cinayət işinə xitam verilməsi haqqında qərardan görünür ki, RF CPM-in 24-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulan əsas üzrə **********3000057 saylı cinayət işinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 06.05.2019-cu il tarixli cinayət işinə xitam verilməsi haqqında qərardan görünür ki, 25.02.2019-cu il tarixli cinayət işinə xitam verilməsi haqqında qərar ləğv edilmiş, daha sonra yenidən RF CPM-in 24-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulan əsas üzrə **********3000057 saylı cinayət işinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC (İddiaçı MMC) tərəfindən Oktyabrsk dəmir yolunun “Sebej” dəmir yolu stansiyasına ünvanlanmış 11.03.2019-cu il tarixli məktubda Beynəlxalq dəmir yolu nəqliyyatı haqqında müqavilənin 15-ci qrafasına növbəti dəyişikliklərin daxil edilməsi xahiş edilmişdir: göndərilmələr № 239804, 239805, 239806, 239807, 239808, 239809, yükün adı: “ən azı 5 il palıd ağacı ilə təmasda olan fermentləşdirilmiş qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsul, 63%”, MVTSN kodu – 593071, UYN kodu ********. İş materiallarında olan 10.04.2019-cu il tarixli yoxlama aktından görünür ki, yoxlama zamanı müəyyən edildi ki, gömrük anbarının və müvəqqəti saxlanma yeri ərazisində 6 ədəd dəmiryol vaqonları (No. 77326585, 77331361, 77331379, 77302644, 77311082, 7732908) yerləşdirilib, müşayiətedici sənədlərə əsasən onların içərisində tərkibi 63% spirt olan çaxır var. Mal tranzit gömrük proseduru keçməsi üçün gömrük bəyannamələrində sifariş edilib: 19LV**********6195, 19LV**********6300, 19LV**********6070, 19LV**********6096, 19LV**********6088, 19LV**********7553, tranzit 09.04.2019 gömrük müəssisənin vaxtında bağlanmayıb və gömrük anbarında uçota götürülməyib. “Talberqs" MMC-nin direktoru Malakov V. tərəfindən izahat alınıb: verilən məlumata əsasən, malın müvəqqəti saxlanma yerində və gömrük anbarında uçota götürülməsi mümkün deyil, çünki müəssisənin tapşırığı kifayət eləmir, onun artırılması isə yubanır, o cümlədən texniki yükün yerini dəyişmək mümkün deyil və müvafiq olaraq, növbəti gömrük prosedurunu tətbiq etmək mümkün deyil (yəni layihə yə fakturalar hazırlanmalıdır). Yoxlama zamanı No. 77326585 saylı sistern, K6657354 və FTS No. 15 ******* saylı dəmiryolu plombu zədələnmədən açılmışdır, malın, müşayiətedici sənədlərlə uyğunlaşmasını yoxlamaq üçün d/y sisterndən malın nümunələri götürülmüşdür, həmin nümunələr 01 saylı, 21.05.2018 il tarixli hesab-fakturada qeyd edilən malın nümunələridir. Məhsul 5 ildir ki oduncaqla reaksiyadadır, 63%, nümunələri "xxxx" MMC-nin işçisi Şahmar Hüseynov vəzifəli şəxslərin iştirakı ilə götürmüşdür, nümunələrə gömrük təminatı qoyulub No. MA-55311, MA-55312, MA-55313. Yekun nümunə No. 55313 saxlanması üçün "xxxx" MMC-nin saxlanmasına verilib. Nümunələr laboratoriyada, testdən keçəndən sonra nəticələr elan olunacaqdır, baxış zamanı pozulmayan təminatlar aşkar edildi, d/y yoxlama zamanı 77326585 satlı sisternə AD652123 plombu, 77331361 saylı sisternə AD652127 plombu, 77331379 saylı sisternə AD652144 plombu, 77302644 saylı sisternə AD652125 plombu, 77311082 saylı sisternə AD652126 plombu, ******* saylı sisternə AD652124 plombu vurulub, yoxlama zamanı ərazi və dəmir yol sisternlərinin şəkilləri çəkilmişdir. İş materiallarında olan "xxxx" SC tərəfindən "xxxx" SİA-ya ünvanlanan 28.02.2020-ci il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, 01 noyabr 2015-ci il tarixdə "xxxx" SİA ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında 092-AT/OB saylı nəqliyyat-ekspedisiya müqaviləsi bağlanmış, ona əsasən icraçının tapşırığı ilə beynəlxalq nəqliyyatda dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı ödəniş müqabilində nəqliyyatekspedisiya xidmətləri göstərməyi öhdəsinə götürür. Nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərinə uyğun olaraq, tərəflər arasında 2018-ci ilin may ayında Azərbaycan dəmir yolu İmişli - Latviya dəmir yolu Riqa-Preçu marşrutu ilə işlənməmiş şərab distilləsinin daşınmasına dair N 111 saylı, 16.05.2018-ci il tarixli sifariş və Rusiya Federasiyası ərazisində yüklü vaqona görə d.y. tarifin ödəyicisi "xxxx" SC olması razılaşdırılmışdır. "xxxx" SC sifarişçi qarşısındakı tarifin tam həcmdə ödənilməsinə dair öhdəliklərini yerinə yetirmişdir. 26.05.2018-ci il tarixində 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlar Azərbaycan dəmir yolu İmişli yükləmə stansiyasından Riqa-Preçu təyinat stansiyasına göndərilmişdir. 10.06.2018, 12.06.2018 va 13.06.2018-ci il tarixində icraçının göndərdiyi vaqonlar Oktyabrsk dəmir yolu Sebej buraxılış stansiyasının sərhəd məntəqəsində olaraq, Pskov gömrüyünün göstərişi ilə baxış üçün açılmışdır. 10.06.2018-ci ildən 09.08.2018-ci ilədək daşınan yükün gömrük nəzarəti aparılmışdır. 10.08.2018-ci il tarixdən 25.02.2019-cu il tarixədək yüklü vaqonlar **********3000057 saylı cinayət işi çərçivəsində müsadirə edilmişdir. 19.03.2019-cu il tarixində yüklü vaqonlar daşıyıcı tərəfindən sərhəd stansiyasından təyinat stansiyasına yönləndirilmişdir. Bütün bu göstərilən müddət ərzində vaqonlar ümumi istifadə olunan yollarda olmuşdur. Vaqonların ümumi istifadə olunan yollarda qaldığı vaxt ərzində "xxxx" ASC "xxxx" SC-yə vaqonların boşdayanmasına görə daşıyıcı tərəfindən 147-жд saylı, 27.12.2007-ci il tarixli müqavilə üzrə "xxxx" SC-nin vahid şəxsi hesabından akseptsiz qaydada silinən 11.112.471,09 rubl məbləğində əlavə ödənişlər hesablamışdır. "xxxx" SC-nin vahid şəxsi hesabından pul vəsaitlərinin cavabdeh tərəfindən silinmə faktı 25.03.2019-cu il tarixli, **********/2013035 saylı, 31.03.2019-cu il tarixli, **********/2013036 saylı göstərilmiş xidmətlər aktları, 25.03.2019-cu il tarixli, 0001008/03007688 saylı, 31.03.2019-cu il tarixli, 0001008/03009809 saylı, 04.03.2019-cu il tarixli, 0001008/03009975 saylı hesabfakturaları ilə, 25.03.2019-cu il tarixli, **********/2019035 saylı, 31.03.2019-cu il tarixli, **********/2019036 saylı ilkin sənədlərin siyahısı və göstərilmiş xidmətlər aktları ilə, eləcə də "xxxx" ASC ilə "xxxx" SC arasındakı hesablaşmalar haqqında, 10.06.2018-ci ildən 11.03.2019-cu ilədək dövr üçün Oktyabrsk dəmir yolu Sebej stansiyasında gecikməyə görə hesablanmış ödənişlər haqqında arayış ilə təsdiq olunur. "xxxx" SC "xxxx" SİA-ya qarşı qeyd olunan pretenziyanı verməzdən əvvəl "xxxx" SİA cəlb edilmədən mübahisəni həll etməyə cəhd etmişdir. "xxxx" SC "xxxx" ASC-yə qarşı Moskva şəhəri Arbitraj məhkəməsinə haqsız zənginləşdirmənin bərpası haqqında iddia ilə müraciət etmişdir, lakin Moskva şəhəri Arbitraj məhkəməsinin 17 fevral 2020-ci il tarixli qərarı ilə iddia rədd edildmişdir. "xxxx" SİA sifarişçilərinin hərəkətlərinə görə əmlak məsuliyyəti daşıyır və "xxxx" SC-yə vaqonların boşdayanmasına görə vurulan ziyanı ödəməyə borcludur. "xxxx" SC ilə "xxxx" SİA və "xxxx" SİA arasında 30 avqust 2018-ci il tarixli zaminlik müqaviləsinə uyğun olaraq, zamin borclunun 092-AT/OB saylı, 01.11.2015-ci il tarixli nəqliyyatekspedisiya müqaviləsi üzrə bütün öhdəliklərini yerinə yetirməsi, o cümlədən sənədlə təsdiq olunmuş zərərlərin ödənilməsinə görə kreditora cavab vermək məcburiyyətindədir. İzah olunanlara əsasən, bağlanmış müqavilənin müddəalarını rəhbər tutaraq, 11.112.471,09 rubl məbləğini 7 təqvim günü ərzində ödənilməsi xahiş edilir. Göstərilən vaxta qədər tələb təmin olunmazsa qeyd olunan məbləğin tutulması üçün zaminin olduğu yer üzrə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı 25.03.2020-ci il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, 16.05.2018-ci il tarixində işlənilməmiş şərab distillatının 2018-ci ilin may ayında Azərbaycan dəmir yolu İmişli-Latviya dəmir yolu marşurutu ilə daşınmasına dair 1 saylı sifariş razılaşdırılmışdır. Rusiya Federasiyasının ərazisində yüklü vaqonun d/y tarifinin ödəyicisi "xxxx" MMC-nin olması razılaşdırılmışdır. "xxxx" MMC sifarişçi qarşısında tarifin tam ödənilməsinə dair öz öhdəliklərini yerinə yetirmişdir. 777331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlar 26.05.2018-ci il tarixində Azərbaycan dəmir yolu İmişli yükləmə stansiyasından Riqa-Preçu təyinat yerinə göndərilmişdir. 10.06.2018, 12.06.2018 və 13.06.2018 yollanması icraçı tərəfindən həyata keçirilən vaqonlar Oktyabrsk dəmir yolunun Sebej keçid stansiyası sərhəd postunda olarkən Pskov gömrüyünün göstərişi ilə yoxlanış üçün açılmışdır. 10.06.2018-ci ildən 09.08.2018-ci ilədək dövrdə daşınan yükün gömrük yoxlanışı aparılmışdır. 10.08.2018-ci ildən 25.02.2019-cu ilədək dövrdə yüklü vaqonlar **********3000057 saylı cinayət işi çərçivəsində müsadirə edilmişdir. 19.03.2019-cu il tarixində cinayət işinin bağlanması ilə əlaqədar, yüklü vaqonlar buraxılmış və daşıyıcı tərəfindən sərhəd stansiyasından təyinat stansiyasına istiqamətləndirilmişdir. Bütün bu göstərilən müddət ərzində vaqonlar ümumi istifadə olunan yollarda olmuşdur. Vaqonların ümumi istifadə olunan yollarda qaldığı vaxt ərzində "xxxx" MMC "xxxx" MMC-yə vaqonların boşdayanmasına görə 160.000 avro məbləğində pretenziya təqdim etmişdir. İş materiallarında olan gömrük anbarı və ekspeditor xidmətlərinin göstərilməsinə dair 02 may 2005-ci il tarixli, TL01 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, malların sahibi xidmətlərin haqqını ödəməyi, anbar sahibi isə yüklərin qəbulu və saxlanılması, yüklərə aid müşayətedici sənədlərin, habelə yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün bütün zəruri sənədlərin tərtib edilməsi, yükləmə-boşaltma işlərinin həyata keçirilməsi, beynəlxalq nəqliyyatda malların daşıması və ekspedisiya xidmətləri və nəqliyyat xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan gömrük anbarı və ekspeditor xidmətlərinin göstərilməsinə dair 01 noyabr 2012-ci il tarixli, A0112-043 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, yük sahibi yüklərin anbara qəbulu və orada saxlanılması, müşayət edici və yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün digər zəruri sənədlərin tərtib edilməsi, yükləmə və yükboşaltma işlərinin görülməsi, beynəlxalq daşımalarda yükdaşıma xidmətləri və ekspeditor xidməti və nəqliyyat xidmətlərini həvalə edir və haqqını ödəməyi öhdəsinə götürür, anbar sahibi isə onları həmin xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, yük sahibi yükləri anbara göndərmədən əvvəl, yük sahibinə anbar sahibindən müəyyən yükü gömrük anbarına qəbul etmək imkanı barədə təsdiq almalıdır. Əks halda, anbar sahibi mümkün boşdayanma və yükü anbara vaxtında qəbul edə bilməməsi səbəbindən yük sahibinin əlavə xərcləri üçün məsuliyyət daşımır. Müqavilənin 3.1-ci bəndinə görə, anbar sahibi yük sahibinin təqdim etməli olduğu bütün lazımi məlumatı və sənədləri aldıqdan sonra, gömrük nəzarəti altında daxil olmaqla yükü saxlama üçün anbara qəbul edir. İş materiallarında olan 05.01.2015-ci il tarixli niyyət razılaşmasından görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında şərab/konyak spirtinin tədarükü və satışı haqqında razılaşma əldə edilmişdir. Razılaşmaya görə Cavabdeh şərab/konyak spirtini tədarük etməyi və satmağı, "xxxx" Səhmdar Cəmiyyəti isə malları qəbul etməyi və almağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 01.11.2015-ci il tarixli, 092-AT/OB nəqliyyat-ekspedisiya müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icraçı sifarişçinin tapşırığı ilə beynəlxalq nəqliyyatda dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı ödəniş müqabilində nəqliyyatekspedisiya xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, icraçı sifarişçinin tapşırığı ilə daşıyıcılarla müəyyən olunmuş qaydada sifarişçi ilə sifarişçinin yüklərinin daşıma boşaldılıb yüklənməsini razılaşdırır. Müqavilənin 2.2.2-ci bəndinə görə, sifarışçi icraçının hazırki müqaviləyə əlavə olunan əlavələrdə qeyd olunan razılaşdırılmış tariflərlə və razılaşdırılmış müddətdə yüklərin daşınmasının təşkilini və nəqliyyat-ekspedisiyası üzrə xidmətlərini və xərclərini ödəyir. İş materiallarında olan 06 dekabr 2016-cı il tarixli, İ 04-03/16-05 saylı gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Yük sahibi” olaraq təmsil edilən SİA “Rolands” aralarında müqavilə bağlamışlar. Müqaviləyə əsasən, yük sahibi yüklərin anbara qəbulu və orada saxlanılması, müşayiət edici və yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün digər zəruri sənədlərin tərtib edilməsi, yükləmə və yükboşaltma işlərinin görülməsi, beynəlxalq daşımalarda yükdaşıma xidmətləri və ekspeditor xidməti, hazırki müqavilə üzrə bütün xidmətlər Latviya Respublikasının normativ aktlarına, beynəlxalq daşıma halında isə - müvafiq xidmətlərin göstərilməsini tənzimləyən beynəlxalq normativ aktlara uyğun olaraq göstərilir, yük sahibinin tapşırığı ilə və tərəflərcə razılaşdırılmış haqq müqabilində öz adından və ya yük sahibi adından anbar sahibi üçüncü şəxslərdə əlavə xidmətlərin göstərilməsinə dair müqavilələr bağlamaq hüququna sahibdir: sığorta, yükün vəziyyət və keyfiyyətinin yoxlanılması, yükləmə və yükboşaltma, saxlanılma, gömrük rəsmiləşdirilməsi və s. xidmətləri həvalə edir və haqqını ödəməyi öhdəsinə götürür və anbar sahibi isə onları göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.06.2018-ci il tarixli, 013-18 saylı tədarük müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcının sifarişi ilə əvvəlcədən razılaşdırılmış həcmdə və hazırki müqavilənin müddəaları ilə müvafiq olaraq Azərbaycan mənşəli şərab spirtini alıcıya satır, alıcı isə hazırki müqavilə ilə müəyyən olunmuş qaydada aldığı malların haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 07 iyun 2018-ci il tarixli əlavədən görünür ki, tərəflər 1 litri 31,5 avro olmaqla, 22.828,7 dekalitr miqdarında Azərbaycan mənşəli şərab spirtinin təhvil verilməsinə dair razılığa gəlmişlər. İş materiallarında olan 10.08.2018-ci il tarixli, 08/02/18-LV saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, icraçı sifarişçiyə hüquq-konsaltinq xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 30 avqust 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" SİA (zamin), "xxxx" SİA (borclu) və "xxxx" ASC (kreditor) ilə arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən 092-AT-OB saylı 01.11.2015-ci il tarixli, 064-AT/OPT saylı 15.05.2018-ci il tarixli nəqliyyat ekspedisiyası haqqında müqavilələr üzrə həm hazırki zaminlik müqaviləsi imzalananadək yaranan və hazırki zaminlik müqaviləsi bağlandıqdan sonra yaranacaq bütün öhdəliklərini yerinə yetirməsinə görə kreditorun qarşısında cavab verməyi öhdəsinə götürmüşdür. Zamin 092- AT-OB saylı, 01.11.2015-ci il tarixli və 064-AT/OPT saylı, 15.05.2018-ci il tarixli nəqliyyat ekspedisiyası müqavilələri üzrə sənədləşdirilmiş zərərlərin kompensasiyası daxil olmaqla borclu ilə eyni miqdarda kreditor qarşısında məsuliyyət daşıyır. Zamin borclunun öhdəliklərinin icrası üçün öz öhdəlikləri kimi məsuliyyət daşıyır. İş materiallarında olan 03.05.2019-cu il tarixli, aksiz vergisinin ümumi təmin edilməsi üçün 1531838GİM19001 saylı kredit təşkilatının zaminliyinə dair sənədin surətindən görünür ki, aksiz vergisinin ümumi təmin edilməsi üçün “Citadele Bank” SC tərəfindən "xxxx" MMC-yə 380.000 avro sığorta zəmanəti təminatı verilmişdir. İş materiallarında olan 22.08.2019-cu il tarixli, LB-2019/08/008 saylı tədarük müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcının sifarişinə əsasən əvvəlcədən razılaşdırılmış miqdarda və hazırki müqavilənin müddəaları ilə müvafiq olaraq Azərbaycan mənşəli şərab distilləsini alıcıya satır, alıcı isə aldığı malların haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, tərəflər Azərbaycan mənşəli şərab distilləsinin 1 litri 24,70 avro olmaqla, 4.014 dekalitrinin 2019-cu ilin sentyabr ayında, 1 litri 23,40 avro olmaqla, 11.415 dekalitrini 2019-cu ilin oktyabr-noyabr aylarında təhvil verilməsinə dair razılığa gəlmişlər. İş materiallarında olan 04.08.2020-ci il tarixli, RS000000027 saylı və 05.08.2020-ci il tarixli RS000000028 saylı qarşılıqlı hesablaşmalar aktlarından görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında 04.08.2020-ci il tarixli, RS000000027 saylı akt üzrə borc məbləği 44.266,75 avro və 05.08.2020-ci il tarixli RS000000028 saylı akt üzrə isə 60.184,96 avro təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 14.08.2019-cu il tarixli, 34/19 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, İmişli rayonu, Telestudiya küçəsi, ev 38 saylı ünvanında yerləşən köhnə adı "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC, yeni adı İddiaçı MMC olan zavoddan 2-2018 saylı, 12.04.2018-ci il tarixli müqaviləyə əsasən, 25.05.2018-ci il tarixdə Azərbaycan Respublikasının İmişli rayonundan Latviya Respublikasının Cavabdeh şirkətinə 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 nömrəli 6 sistern, müddəti 5 (beş) il olan distillə şərabı göndərilmişdir. Vaqonların ümumi çəkisi 36.236 dekalitr olmaqla dəyəri 561.658 avro təşkil edir. Müqavilənin 3.2-ci bəndində qeyd edildiyi kimi, 18.04.2018-ci il tarixdə zavodun "xxxx" ASC-də olan avro hesabına 200.000 avro avans ödənilmişdir. Lakin müqavilənin eyni bəndində qeyd edilən qalıq məbləğin yəni 361.658 avro gedən malın anbara daxil olduğu tarixdən 3 ay sonra ödənilməsi 14.08.2019-cu il tarixə kimi ödənilməmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məhkəməyə qədər pretenziya məktubunda (məktub 08.05.2019-cu il tarixdə e-mail vasitəsilə göndərilmişdir) qeyd olunur ki, satıcının tədarük şərtlərinə əməl etməməsi nəticəsində alıcıya 617.731 avro məbləğində zərər dəymişdir. Həmin məbləğin, həmçinin 200.000 avro avans ödənişinin pretenziyanın alındığı andan 7 gün ərzində tam həcmdə qaytarılması, eləcə də malı alıcının ərazisindən götürülməsi və malın satıcıya qaytarılması ilə əlaqədar bütün xərclərin ödənilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikasının və Latviyanın hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi, məhkəmə icraçıları vasitəsilə malın saxlanılması ilə əlaqədar xərclərin və zərərlərin azaldılması hesabına malı satmaq məcburiyyətində qalacaqları barədə İddiaçı MMC məlumatlandırılmışdır. Həmin pretenziya məktubuna İddiaçı MMC tərəfindən 09.05.2019-cu il tarixdə e-mail vasitəsilə verilmiş cavab məktubunda, məktubda göstərilən məbləğin ödənilməyəcəyi, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam şəkildə yerinə yetirildiyi, malın vaxtında göndərildiyi, Samura qədər çatdıırlma şərtlərinin yerinə yetirildiyi, malın onlar tərəfindən gecikdirilmədiyi bildirilmiş, bu səbəbdən göndərilmiş mala görə pul vəsaitlərinin tam məbləğdə qaytarılması Cavabdeh-dən tələb edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh-yə ünvanlanan 02.08.2019-cu il tarixli pretenziya məktubunda qeyd olunur ki, "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC ilə Cavabdeh arasında 12 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı 5 illik üzüm çaxırının emal olunmamş distilləsini alıcıya satmağı, nəqliyyat vasitələrinə yükləməyı və alıcıya çatdırmağı öhdəsinə götürür. Alıcı isə həmin malları almağı, dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən, malın hər 1 litri üçün nəzərdə tutulmuş qiymət 1,55 avro təşkil edir. Müqavilədə nəzərdə tutulmuş malların ümumi dəyəri 564.200 avro təşkil edir. Alıcı malların ümumi dəyərindən 200.000 avro məbləğində hissəsini dərhal ödəməyi öhdəsinə götürür. Qalan məbləğ isə malların alıcı tərəfindən qəbul edilməsindən sonra 3 ay müddətində ödəniləcəkdir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəflərindən tam icra olunmuş, mallar təhvil verilmişdir. Lakin müqavilə üzrə şərtlər icra edilməmiş, malların dəyəri tam olaraq ödənilməmişdir. 12.04.2018-ci il tarixli müqavilə üzrə yaranmış 364.200 avro məbləğində pulun ödənilməsinin təmin edilməsi, əks halda əsas borcun tutulması, ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar olunmuşdur. İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC-yə (İddiaçı MMC-yə) ünvanlanmış 22 iyul 2019-cu il tarixli pretenziya məktubunda qeyd edilir ki, satıcı malın keyfiyyəti üzrə müqavilə şərtlərini pozmuşdur. 2-2018 saylı müqavilənin 4.1-ci bəndini rəhbər tutaraq, Satıcı Alıcıya ГОСТ (dövlət standartları) 31493-2012 “Şərab distillatı.Texniki şərtlər” keyfiyyətinə uyğun mal tədarük etməli idi. Tədarük edilən Mal daha əvvəl təqdim olunmuş nümunələrə və sertifikatlara uyğun olmalıdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, faktiki olaraq, malın keyfiyyətinin elan edilmiş sənədlərə uyğunsuzluğu qeyd edilmişdir. X6 keyfiyyətini təsdiq edən sənədlər təqdim etməli idi. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən aparılan ekspertiza zamanı satıcı tərəfindən təqdim olunmuş sənədlərin (sertifikatların) Alıcıya tədarük edilən mallara uyğunsuzluğu barədə qeyd edilmişdir. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən alınan Satıcının mal sənədlərinin nəticələrinə görə, eləcə də malın müstəqil ekspertizasına əsasən Alıcı nəticəyə gəlir ki, malın keyfiyyətini təsdiq edən sənədlər saxtalaşdırma xarakteri daşıyır. Malın keyfiyyətini təsdiq edən sənədlərin saxtalaşdırılmasının təsdiqi olaraq, Satıcı Alıcıya əvvəlcə reallığa uyğun olmayan sertifikatlar təqdim etmişdir. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən aparılan malın ekspertiza faktı ilə X6 keyfiyyətinə dair 2-2018 12 aprel 2018-ci il tarixli müqavilənin elan edilmiş şərtlərinə uyğun olmayan başqa sertifikat təqdim etmişdir. Satıcı tərəfindən 2-2018 saylı, 12 aprel 2018-ci il tarixli müqavilənin əsas şərtlərinin pozulması faktına görə Alıcı aşağıdakı itkilərə malikdir: alıcının əsas müştərisinin malı almaqdan imtina etməsi nəticəsində 215.731 avro məbləğində itkilər, Rusiya Federasiyasının ərazisində tranzitə görə 40.000 avro məbləğində itkilər, satıcı tərəfindən alıcının 17 aprel 2018-ci ildə ödədiyi ilkin ödənişdən istifadəsinə görə 12.000 avro (Latviya Respublikasının qanunvericiliyinə əsasən ilkin ödəniş məbləğindən illik 6%) məbləğində itkilər, 160.000 avro məbləğində itkilər - Rusiya Federasiyasının Oktyabrsk dəmir yolu adi (mal) sistemə görə Posin sərhəd stansiyasında (Sebej gömrük postu) hesab təqdim etmişdir, malın 3 il müddətində anbarda saxlanılmasına görə sığorta təminatı (həmin malın Əsas müştəri tərəfindən alınması şərti ilə) olaraq 60.000 avro məbləğində itkilər, vəkil xidmətlərinə görə 130.000 avro məbləğində itkilər, malın Latviya dəmir yollarında dayanması və saxlanılmasına görə 26 mart 2019-cu ildən etibarən günlük 293 avro məbləğində itkilər və itirilmiş mənfəət olmaqla, birbaşa itkilərin yekun məbləği 618.024 avro təşkil edir. Alıcı Satıcıdan ondan malı götürməyi və birbaşa itkilərin yekun məbləğini ödəməyi tələb edir. Satıcı - pretenziyanı aldığı andan 5 gün ərzində alıcının tələblərini yerinə yetirməzsə, alıcı zərərin ödənilməsi üçün malı Latviya Respublikasında auksiona qoymağa məcbur olacaq, o cümlədən Alıcı Azərbaycan Respublikasının Prokurorluğuna (Mal keyfiyyətinin müqavilə üzrə sənədlərə uyğunsuzluğu üzrə) və Arbitraj Məhkəməsinə və ya Azərbaycan Respublikasının İqtisadi Məhkəməsinə müraciət etməyə məcbur olacaqdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1110219/1 saylı pretenziyaya cavab məktubunda qeyd olunmuşdur ki, tərəflər arasında 12.04.2018-ci il tarixdə, 2-2018 saylı müqavilə bağlanılmışdır. “Posin” dəmiryol stansiyasında gömrük nəzarəti zamanı daşınan mallardan Rusiya Federasiyası gömrük orqanları tərəfindən nümunələr götürülmüşdür. X5 xidmətinin Mərkəzi Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin nəticələrinə uyğun olaraq, məhsulun palıd ağacı ilə təmas olunan qida xammalı distilləsindən alınana spirt tərkibli məhsul olduğu aşkarlanmışdır. Hal-hazırda Cavabdehnin ünvanına daxil olmuş mallar gömrük nəzarəti altındadır. Lazımi gömrük rüsumları və aksizlər ödənildikdən sonra, Latviya gömrükçülərinin nəzarəti altında malların nümunələri toplanaraq, onların uyğunluğunun yoxlanılması üçün əlavə araşdırılmaya göndəriləcəkdir. İş materiallarında olan 29.10.2019-cu il tarixli irada cavab olaraq Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 19.12.2019-cu il tarixli, 26 saylı məktubdan görünür ki, göndərilmiş məhsulun keyfiyyəti ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədi ilə birgə prob və nümunələrin seçilməsi və mütəqil Avropa laboratoriyasında malın keyfiyyət ekspertizasının keçirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsinin Riqaya göndərilməsi təklif edilmişdir. İş materiallarında olan 16.03.2019-cu il, 02.07.2019-cu il, 10.09.2019-cu il, 02.10.2019-cu il, 30.10.2019-cu il və 27.11.2019-cu il tarixli qaimələrdən görünür ki, müxtəlif həcmlərdə olan Cavabdeh tərəfindən "xxxx" Səhmdar Cəmiyyətinə satılmış Azərbaycan mənşəli, ± 63 %-lik şərab distilləsinin dəyəri ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, hüquq xidmətlərinə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə cəmi 57.000 (15.500 + 22.500 + 19.000) avro ödənilmişdir. İş materiallarında olan 19.08.2020-ci il tarixli aktlardan (cəmi 6 ədəd) və ödəniş tapşırığından görünür ki, 07.08.2020-ci il tarixdə götürülmüş və Cavabdeh tərəfindən İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinə göndərilmiş şərab nümunələri yoxlanılmış və uyğunsuzluq müəyyən edilmişdir. Həmin yoxlamanın həyata keçirilməsi üçün Cavabdeh tərəfindən “Lüksium Vayns SL” şirkətinə 3.184,51 avro ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh-yə ünvanlanmış 07.01.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 14 təqvim günü ərzində 160.000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. İş materiallarında olan 02.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına 160.000 avro ödənilmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, “X3 və Konyak Zavodu” MMC (hazırda İddiaçı MMC) ilə Cavabdeh arasında 12 aprel 2018-ci il tarixli, 2-2018 saylı müqavilə bağlanılmış, müqaviləyə əsasən, satıcı ən azı 5 il saxlanılmış çaxır distillyatını satmağı, onu nəqliyyat vasitəsinə yükləməyi və çatdırmağı, alıcı isə çaxır distillyatını, almağı, ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, malın kodu XİFMN C – 22082040, istehsalçı ölkə - Azərbaycan, mal 6 dəmir yolu sisternində olmalı, ГОСТ 31493 – 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik, tərikibində azı 63% alkoqol olmalı, mal 364 ton və ya 36.400 dekalitr (20 dərəcə C temperaturunda) olmaqla 01.06.2018-ci il tarixdən 20.06.2018-ci il tarixədək təchiz edilməli, mal Samur gömrük-sərhəd buraxılış məntəqəsində təhvil verilməlidir. Malın 1 litrinin (ən azı 63% alkoqol tərkibli və 20 dərəcə C temperaturda) dəyəri 1,55 avro müəyyən edilmiş, alıcı malın təchizatına görə satıcı tərəfindən təqdim edilmiş invoys əsasında 200.000 avro məbləğində ilkin ödəniş ödəməyi, qalan məbləğin malın "xxxx" MMC-nin anbarında almasından sonra 3 ay ərzində köçürülməli idi. Satıcı alıcıya ГОСТ 31493 – 2012 keyfiyyətinə uyğun olan olan “Çaxır distillyat. Texniki şərtlər” təchiz etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, satıcı müqavilənin 4.2-ci maddəsində nəzərdə tutulmuş sənədləri alıcıya təqdim etməlidir. Cavabdeh tərəfindən 18.04.2018-ci il tarixdə “X3 və Konyak Zavodu” MMC-yə (hazırda İddiaçı MMC) 200.000 avro ödənilmiş, mal müvafiq sənədlərlə birlikdə 25.05.2018-ci il tarixdə Samur gömrük-sərhəd buraxılış məntəqəsində Cavabdeh üçün müvafiq müqavilələrə əsasən, daşıma xidmətini həyata keçirən "xxxx" SC-yə təhvil verilmişdir. Sözügedən mal Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmış, müvafiq ekspert rəylərinə əsasən, malın tərkibində qeyri-üzüm mənşəli spirtlərin olması aşkar edilmiş, nəticədə 03.08.2018-ci il tarixli qərara əsasən, cinayət işi qaldırılmış, 25.02.2019-cu il tarixli qərarla cinayət işinə xitam verilmiş, sonradan 25.02.2019-cu il tarixli cinayət işinə xitam verilməsi haqqında qərar ləğv edilmiş, daha sonra 06.05.2019-cu il tarixdə yenidən cinayət işinə xitam verilməsi qərara alınmışdır. 10.04.2019-cu il tarixdə mal Latviya Respublikasına çatmış, "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş, daha sonra mal Cavabdeh ərəfindən "xxxx" SC-yə satılmışdır. "xxxx" SC tərəfindən "xxxx" SİA-ya, "xxxx" SİA tərəfindən isə Cavabdeh-yə pretenziya məktubları verilərək, məcburi boşdayanmaya görə 160.000 avro məbləğində pulun ödənilməsi tələb edilmiş, həmin məbləğ 02.02.2021-ci il tarixdə Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında çoxsaylı yazışmalar həyata keçirilmiş, İddiaçı MMC Cavabdeh-dən müqavilə üzrə qalıq borcu, Cavabdeh isə İddiaçı MMC-dən ödənilmiş 200.000 avro avansın qaytarılmasını və ona dəymiş ziyanın ödənilməsini tələb etmiş, nəticədə müvafiq ilk və qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. “X3 və Konyak Zavodu” MMC (hazırda İddiaçı MMC) ilə Cavabdeh arasında bağlanılmış 12 aprel 2018-ci il tarixli, 2-2018 saylı müqavilənin şərtləri İddiaçı MMC tərəfindən qismən (təqdim olunmuş malın həcminə münasibətdə) yerinə yetirilmiş, lakin Cavabdeh müqavilə üzrə öz öhdəliklərini tam şəkildə icra etməmişdir (malın qalıq dəyərinin ödənilməsinə münasibətdə). Belə ki, İddiaçı MMC tərəfindən 25.05.2018-ci il tarixdə tərikibində azı 63% alkoqol olan, 36.236 dekalitr (müqavilə üzrə 36.400 dekalitr olmalı idi) həcmdə 5 il saxlanılmış çaxır distillyatı 25.05.2018-ci il tarixdə İddiaçı MMC tərəfindən Samur gömrüksərhəd buraxılış məntəqəsində müvafiq müqavilələrə əsasən, Cavabdeh üçün daşıma xidmətini həyata keçirən "xxxx" SC-yə təhvil verilmişdir. Mal tərəflər arasında bağlanılmış müqavilənin 4.2-ci bəndində qeyd olunan bütün sənədlərlə müşayiət olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisə təqdim olunmuş malın ГОСТ 31493 – 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmaması ilə bağlı Cavabdeh-nin mövqeyindən yaranmışdır. Halbuki, malın ГОСТ 31493 – 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmasına dair hansı sənədlərin təqdim edilməli olması tərəflər arasında bağlanılmış müqavilədə öz əksini tapmış və həmin sənədlər İddiaçı MMC tərəfindən Cavabdeh-yə təqdim edilmişdir. Digər tərəfdən, müqavilənin 4.5-ci bəndinə əsasən, malın alınması zamanı alıcı malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analiz aparır. Əgər malın keyfiyyətinin ГОСТ 31493 – 2012 “Çaxır distillyatı. Texniki şərtlər” uyğun olmadığı müəyyən edilərsə, alıcı 2 iş günü ərzində akt tərtib edir və bu barədə yazılı şəkildə satıcıya məlumat verir. İş materiallarında olan sənədlərdən görünür ki, malın 10.04.2019-cu il tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, Cavabdeh tərəfindən müqavilədə razılaşdırılmış qaydada, yəni 5 iş günü ərzində malın analizi aparılmamış və 2 iş günü ərzində müvafiq akt tərtib edərək, İddiaçı MMC-yə məlumat verməmişdir. Cavabdeh tərəfindən malın ГОСТ 31493 – 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmamasını öncə Moskva şəhəri, ekspert-kriminalistik xidmətinin 18-20 iyul 2018-ci il tarixli gömrük ekspertlərinin rəyləri, daha sonra isə İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinin aktları ilə əsaslandırır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq, 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatının ГОСТ 31493 – 2012 standartlarına uyğun olmasına dair 23.05.2018-ci il tarixli, 001349 saylı uyğunluq sertifikatı verilmişdir ki, İddiaçı MMC tərəfindən də həmin sertifikat Cavabdeh-yə təqdim edilmişdir. Sözügedən müqavilədə bundan başqa, yalnız malın alınmasından 5 iş günü ərzində müvafiq analizin aparılması və aktın tərtib edilməsi nəzərdə tutulmuşdur ki, malın 10.04.2019-cu il tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, həmin analiz yalnız bundan təqribən 1 il 4 ay sonra “Lüksium Vayns SL” şirkəti tərəfindən 19.08.2020-ci il tarixdə aparılmışdır. Başqa sözlə, müqavilənin qeyd olunan şərti Cavabdeh-nin özü tərəfindən pozulmuşdur. Məhkəmə həmçinin “Lüksium Vayns SL” şirkəti tərəfindən 19.08.2020-ci il tarixdə aparılmış analizin nəticələrinə dair tərtib olunmuş aktları da mötəbər sübut kimi qəbul etmir. Belə ki, əvvəla bununla bağlı “Lüksium Vayns SL” şirkətinin aktlarında müvafiq qeydlər olsa da, həmin qeydlər mübahisə artıq məhkəmənin icraatında olduğu zaman maraqlı şəxs olan Cavabdeh-nin məlumatları əsasında yazılmışdır. “Lüksium Vayns SL” şirkətinə təqdim edilmiş nümunələrin məhz İddiaçı MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mallardan götürülməsini təsdiq edən sənədlər iş materiallarında mövcud deyildir. Həmçinin iddiaçı iddia ərizəsində bildirir ki, İddiaçı MMC tərəfindən ona təqdim edilmiş mal 10.09.2019-cu il, 02.10.2019-cu il, 30.10.2019-cu il, 27.11.2019-cu il, 16.03.2020-ci il və 02.07.2020-ci il tarixlərdə "xxxx" SC-yə satılmışdır. Belə olan halda isə həmin nümunələrin sonradan, yəni 06.08.2020-ci il tarixdə götürülməsi ağlabatan və inandırıcı deyildir. Qeyd olunan tarixdə həmin mallar Cavabdeh-nin sərəncamında olmamışdır. Bundan başqa, iddia ərizəsindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilmiş malların Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən, malın tərkibində qeyriüzüm mənşəli spirtlərin olmasından (Cavabdeh-nin mövqeyinə əsasən) 2018-ci ilin iyul ayında Cavabdeh-nin məlumatı olmuş, lakin buna baxmayaraq, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı İddiaçı MMC-yə hər-hansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmiş, daha sonra isə satmışdır. Həmçinin tərəflər arasında bağlanılmış müqavilənin 6.1-ci bəndinə əsasən, hazırki müqavilə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi fors-major vəziyyətlərin, satıcının və ya alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən digər obyektiv məhdudiyyətlərin nəticəsidirsə, tərəflər hazırki müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilirlər. Müqavilənin 6.3-cü bəndinə əsasən, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökümət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birilərinə 14 təqvim günü əvvəl bildirməklə hazırki müqaviləyə xitam vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi, mal Cavabdeh tərəfindən ("xxxx" SC vasitəsilə) Samur gömrük-sərhəd buraxılış məntəqəsində 25.05.2018-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, Latviya Respublikasına 10.04.2019-cu il tarixdə, yəni təqribən 10 aydan artıq müddət keçdikdən sonra çatmışdır. Belə olan halda, müqavilənin 6.3-cü bəndinə əsasən, Cavabdeh-nin 14 təqvim günü əvvəldən məlumat verilməklə müqaviləyə xitam vermək hüququna malik olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, bununla da, faktiki olaraq malı qəbul etdiyini nümayiş etdirmişdir. Digər tərəfdən iş materiallarından göründüyü kimi, malın Latviya Respublikasına 10.04.2019-cu il tarixdə çatmasının səbəbi malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə 03.08.2018-ci il tarixli qərara əsasən, cinayət işi qaldırılması, 25.02.2019-cu il tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan 25.02.2019-cu il tarixli cinayət işinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi, daha sonra 06.05.2019-cu il tarixdə yenidən cinayət işinə xitam verilməsi olmuşdur. Yəni həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlər nəticəsində vaxtında Cavabdeh-yə çatdırılmamışdır ki, belə hallarda müqavilənin 6.1-ci bəndinə əsasən, bu hallar İddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilməsinə əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 586.1-ci maddəsinə əsasən, qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Həmin Məcəllənin 586.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Həmin Məcəllənin 586.3-cü maddəsinə əsasən, əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Həmin Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Həmin Məcəllənin 596.1-ci maddəsinə əsasən, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 627.1-ci maddəsinə əsasən, göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 630.1-ci maddəsinə əsasən, mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. Həmin Məcəllənin 631.1-ci maddəsinə əsasən, mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. Həmin Məcəllənin 631.2-ci maddəsinə əsasən, müqavilədə malların hansı nəqliyyat növü ilə və ya hansı şərtlərlə çatdırıldığının müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü seçmək və ya malların çatdırılması şərtlərini müəyyənləşdirmək hüququ, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur. Həmin Məcəllənin 623.3-cü maddəsinə əsasən, əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. Həmin Məcəllənin 634.1-ci maddəsinə əsasən, alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 634.2-ci maddəsinə əsasən, malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. Həmin Məcəllənin 634.3-cü maddəsinə əsasən, göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan qaydaları gözləməklə qəbul etməlidir. Həmin Məcəllənin 635.1-ci maddəsinə əsasən, göndərmə müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş göndərməyə borcludur. Həmin Məcəllənin 635.2-ci maddəsinə əsasən, mal göndərən alıcının (mal alanın) məsuliyyətlə saxlamağa qəbul etdiyi malı ağlabatan müddətdə aparmağa və ya ona dair sərəncam verməyə borcludur. Əgər mal göndərən mala dair bu müddətdə sərəncam verməzsə, alıcı malı sata bilər və ya mal göndərənə qaytara bilər. Həmin Məcəllənin 635.3-cü maddəsinə əsasən, malın məsuliyyətlə saxlanmağa qəbul edilməsi, satılması və ya satıcıya qaytarılması ilə əlaqədar alıcının çəkdiyi zəruri xərclərin əvəzini mal göndərən ödəməlidir. Bu zaman malın satışından götürülən vəsait alıcıya çatan məbləğ çıxılmaqla mal göndərənə verilir. Həmin Məcəllənin 637.2-ci maddəsinə əsasən, göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 639.1-ci maddəsinə əsasən, lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı (mal alan) mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 639.2-ci maddəsinə əsasən, göndərilmiş malların pərakəndə satışını həyata keçirən alıcı (mal alan) istehlakçının qaytardığı lazımi keyfiyyətli olmayan malın ağlabatan müddətdə dəyişdirilməsini tələb edə bilər, bu şərtlə ki, göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Bununla belə, tərəflər arasında bağlanılmış 12 aprel 2018-ci il tarixli, 2-2018 saylı müqavilənin 1.2-ci bəndinə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh-yə verilməli olan malın həcmi 36.400 dekalitr olmalı olduğuna baxmayaraq, iş materiallarında olan sənədlərdən görünür ki, təqdim olunmuş mal 36.236 dekalitr (362.360 litr) təşkil etmişdir. Həmçinin Cavabdeh tərəfindən İddiaçı MMC-yə avans olaraq 200.000 avro ödənildiyi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin istinad olunan normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış 12 aprel 2018-ci il tarixli, 2-2018 saylı müqavilə üzrə Cavabdeh-nin İddiaçı MMC-yə 361.658 (362.360 X 1,55 = 561.658 – 200.000 = 361.658) avro əsas borcu qalmışdır ki, həmin borc Cavabdeh-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarından göründüyü kimi, malın Latviya Respublikasına 10.04.2019-cu il tarixdə çatmış və tərəflər arasında bağlanılmış müqavilənin 3.2-ci bəndinə əsasən, qalan məbləğ qeyd olunan tarixdən hesablanmaqla 3 ay ərzində ödənilməli olduğu halda ödənilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qalıq borc olan 361.658 avro pulun ödənilməsini gecikdirdiynə görə, 10.07.2019-cu il tarixdən (10.04.2019 + 3 ay) 21.10.2020-ci il tarixədək (iddianın dəyişdirilməsinə dair ərizə məhkəməyə təqdim edilənək) olan dövr üçün (cəmi 1 il, 03 ay, 11 gün) illik 5% hesablanmaqla, 23.086,66 avro faiz borcu Cavabdeh-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qaşılıqlı iddia ərizəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia ərizəsindən görünür ki, qarşılıqlı iddia üzrə tələblər aşağıdakı pul məbləğlərinin İddiaçı MMC-dən alınaraq Cavabdeh-yə ödənilməsindən ibarətdir:
1. İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində Cavabdeh-yə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə dəymiş 160.000 avro zərər;
2. İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində Cavabdeh-yə dəymiş 179.694,27 avro zərər;
3. Cavabdeh-nin 12.04.2018-ci il tarixli, 2-2018 saylı müqavilə üzrə İddiaçı MMC-yə avans formasında ödədiyi 200.000 avro;
4. Cavabdeh-yə məxsus 200.000 avronu 2 illik dövr üçün qanunsuz saxladığından illk 5% nəzərə alınmaqla, 20.000 avro əldən çıxmış fayda;
5. Cavabdeh-nin İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3.184,51 avro;
6. İçərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin 15.08.2019-cu il tarixdən - 13.08.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75.351,93 avro;
7. İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə Cavabdeh-nin "xxxx" SC-yə ödədiyi 44.266,75 avro;
8. Cavabdeh-nin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) ödədiyi 75.511,63 avro;
9. Cavabdeh-nin hüquqi yardımla bağlı "xxxx" MMC-yə ödədiyi 62.778,92 avro;
10. Cavabdeh-nin iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödədiyi 5.390,37 avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödədiyi 359,28 avro. Məhkəmə hesab edir ki, ilk iddianın qismən təmin olunmasına dair əsaslar iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qaşılıqlı iddia ərizəsinin təmin edilməməsi əsasları ilə eynilik təşkil edir. Lakin bununla belə, məhkəmə qarşılıqlıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində Cavabdeh-yə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə dəymiş 160.000 avro zərərin və İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə Cavabdehnin "xxxx" SC-yə ödədiyi 44.266,75 avronun tutulması tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, boşdayanmaya səbəb malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə 03.08.2018-ci il tarixli qərara əsasən, cinayət işi qaldırılması, 25.02.2019-cu il tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan 25.02.2019-cu il tarixli cinayət işinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi, daha sonra 06.05.2019-cu il tarixdə yenidən cinayət işinə xitam verilməsi olmuşdur. Yəni həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlər nəticəsində vaxtında Cavabdeh-yə çatdırılmamışdır ki, belə hallarda müqavilənin 6.1-ci bəndinə əsasən, bu hallar İddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilməsinə əsas olduğundan, qeyd olunan tələblər əsassızdır. Vurulduğu iddia edilən 179.694,27 avro zərərin İddiaçı MMC-dən tutulmasına dair tələbi də məhkəmə əsassız hesab edir. Belə ki, Cavabdeh həmin tələbi onun tələfindən 07.06.2018-ci il tarixli müqavilə üzrə Latvijas Balzams” Səhmdar Cəmiyyətinə satmalı olduğu, lakin nəticədə 22.08.2019-cü il tarixli müqavilə satdığı malların dəyəri arasındakı fərqlə əsaslandırır. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla həmin müqavilələrin predmetinin məhz 12 aprel 2018-ci il tarixli, 2-2018 saylı müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh-yə təqdim oluncaq malın təşkil etdiyi müəyyən olunmur. Həmin müqavilələrdə "xxxx" Səhmdar Cəmiyyəti təqdim olunacaq malın yalnız Azərbaycan mənşəli şərab spirti (distillyatı) olması qeyd olunmuşdur. Yəni həmin şərab spirtinin (distillyatının) məhz İddiaçı MMC tərəfindən təqdim olunacaq mal olması müqavilələrdə qeyd edilməmişdir. Halbuki, Azərbaycan mənşəli məhsulları satan yeganə şəxs İddiaçı MMC deyildir. Həmin məhsulu digər şəxslər də satmış ola bilər. Digər tərəfdən Cavabdeh təqdim olunmuş malın keyfiyyətinin müqaviləyə uyğun olmadığını iddia edirdisə və bu hal ona malın artıq Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən sonra (2018-ci ilin iyul ayında) məlum olmasına baxmayaraq, ağlabatan müddətdə İddiaçı MMC-yə bildiriş verməmiş, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı İddiaçı MMC-yə hər-hansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı MMC-dən 179.694,27 avro zərərin tələb edilməsi əsassızdır. Cavabdeh-nin 12.04.2018-ci il tarixli, 2-2018 saylı müqavilə üzrə İddiaçı MMC-yə avans formasında ödədiyi 200.000 avronun və həmin pul məbləğinin 2 illik dövr üçün saxladığından illk 5% nəzərə alınmaqla, 20.000 avro əldən çıxmış faydanın tutulması tələblərini də məhkəmə əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanılmış 12 aprel 2018-ci il tarixli, 2-2018 saylı müqavilənin 3.2-ci bəndinə əsasən, alıcının malın təchizatına görə satıcı tərəfindən təqdim edilmiş invoys əsasında 200.000 avro məbləğində ilkin ödəniş ödəmək öhdəliyi olmuş və həmin məbləğ 16.04.2018-ci il tarixli hesab-fakturaya əsasən, Cavabdeh tərəfindən 18.04.2018-ci il tarixdə “X3 və Konyak Zavodu” MMC-yə (hazırda İddiaçı MMC) ödənilmişdir. Qeyd olunanlara və ilk iddianın qismən təmin edilməsi əsaslarına görə 200.000 avronun və həmin məbləğin İddiaçı MMC tərəfindən qanunsuz saxlanması müəyyən olunmadığı üçün, həmin məbləğə hesablanmış 20.000 avro əldən çıxmış faydanın (faizlərin) da İddiaçı MMC-dən tutulması tələbi əsassızdır. Cavabdeh-nin İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3.184,51 avronun İddiaçı MMC-dən tutulması tələbini də araşdıraraq məhkəmə hesab edir ki, 12 aprel 2018-ci il tarixli, 2-2018 saylı müqavilənin 4.5-ci bəndində malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analizin aparılması məhz alıcının, yəni Cavabdeh-nin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda isə qeyd olunan məbləğ İddiaçı MMC-dən tələb edilə bilməz. İçərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin 15.08.2019-cu il tarixdən - 13.08.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75.351,93 avronun tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən mal qəbul edildikdən sonra, həmin malın sonrakı müqəddəratı - yəni onun daşınması, saxlanılması, mühafizəsi və s. ilə bağlı İddiaçı MMC hər-hansı məsuliyyət daşıya bilməz. Həmin mal Cavabdeh-nin sərəncamında olmuşdur və qeyd olunan hallarla bağlı yalnız Cavabdeh-nin özü məsuliyyət daşıya bilər. Ona görə də iddia bu hissədə də təmin edilməməlidir. Cavabdeh-nin hüquqi yardımla bağlı "xxxx" MMC-yə ödədiyi 62.778,92 avro məbləğin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair bağlanılmış 10.08.2018-ci il tarixli, 08/02/18-LV saylı müqavilədə "xxxx" MMC tərəfindən hansı məsələ ilə bağlı hüquq-konsaltinq xidmətlərinin göstərilməsi, yəni xidmətin (tapşırığın) mahiyyəti qeyd olunmamışdır. Başqa sözlə həmin müqavilənin məhz hazırki mübahisə əlaqədar, yoxsa Cavabdeh-nin digər işləri ilə bağlı bağlanıldığı müəyyən olunmur. Belə olan halda isə qeyd olunan məbləğin İddiaçı MMC-dən tutulması tələbini məhkəmə əsassız hesab edir. Cavabdeh-nin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) ödədiyi 75.511,63 avronun tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin pulun tutulması qarşılıqlı iddiada (iddianın dəyişdirilməsi barədə ərizədə) əsaslandırılmamış, o cümlədən Cavabdeh-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə izah edilməmişdir. Onun nə məbləğ olduğu, nəyə görə ödənildiyi və nəyə görə İddiaçı MMC-dən tələb edildiyi məlum deyildir. Qeyd olunan məbləğ aksiz vergisidirsə, həmin verginin ödənilməsi yalnız Cavabdeh-nin vəzifəsi ola bilər. Qeyd olunan tələb qeyri-müəyyən olduğundan, məhkəmə hesab edir ki, həmin tələb təmin edilməməlidir. Cavabdeh-nin iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödədiyi 5.390,37 avronun və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödədiyi 359,28 avronun tutulması tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd olunan xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid olmaqla, məhkəmə xərclərinin tərkibinə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia qismən təmin edildiyindən, iş üzrə İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 1,19 manat hissəsi İddiaçı MMC aid edilməli, 28,81 manat hissəsi isə Cavabdeh-dən İddiaçı MMC-nin xeyrinə tutulmalı, qarşılıqlı iddia isə təmin edilmədiyindən Cavabdeh tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh-yə qarşı pul tələbinə dair ilk iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh-dən 361.658 avro əsas borc və ödənişin gecikdirilməsinə görə illik 5%-lə hesablanmaqla 23.086,66 avro faiz borcu, cəmi 384.744,66 avro və ödənilmiş dövlət rüsumuna görə 28,81 manat tutularaq, İddiaçı MMCyə ödənilməli, ilk iddia ərizəsi qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qaşılıqlı iddia ərizəsi təmin isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı MMC-nin Cavabdeh-yə qarşı pul tələbinə dair ilk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh-dən 361.658 avro əsas borc və ödənişin gecikdirilməsinə görə illik 5%-lə hesablanmaqla 23.086,66 avro faiz borcu, cəmi 384.744,66 avro və ödənilmiş dövlət rüsumuna görə 28,81 manat tutularaq, İddiaçı MMC-yə ödənilsin. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qaşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Rafiq İsmayılov