Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3731/2025 10.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" (hazırkı adı İddiaçı) MMC ilə Cavabdeh MMC arasında bağlanmış GP SF-32/2022 saylı xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsi əsasən yaranmış 194613,75 manat əsas borc və 3000,00 manat gecikdirməyə görə dəbbə pulu olmaqla, cəmi 197613,75 manat borcun və ödənilmiş 488,00 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, "xxxx" (hazırkı adı İddiaçı) MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022/GP SF-29 №-li Distribütorluq müqaviləsinə əsasən yaranmış 194613,75 manat əsas borc və 3000,00 manat gecikdirməyə görə dəbbə pulu olmaqla, cəmi 197613,75 manat borcun və ödənilmiş 488,00 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “GP S TOCK Feed” (hazırkı adı İddiaçıM) MC ilə Cavabdeh MMCarasında GP SF-32/2022 saylı, xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində göstərilən yem məhsullarını istehsal edib Alıcıya satmağı, həmin Müqavilənin 1.2-ci bəndinə əsasən isə, Alıcı həmin məhsulları təhvil alıb digər təsərrüfat və fermalara satmağı öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi və onun müvafiq Əlavələrinə (Qiymətlərin razılaşdırılması protokoluna) əsasən, Malların dəyərinin ödənişi təhvil verilmiş Malların miqdarına uyğun olaraq, Satıcı tərəfindən təqdim edilən hesab faktura və e-qaimələrə əsasən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh təhvil aldığı Malların dəyərinin müəyyən hissəsini qismən ödəmiş, bir neçə Mal partiyasının dəyərini isə ümumiyyətlə ödəməmişdir. Qeyd olunan Alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 525789,75 manat dəyərində Mal tədarük edilmiş, ödənilmiş ümumi məbləğ isə 331176,00 manat təşkil etmişdir. Bununla da, cavabdehin iddiaçıya 194613,75 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə aparılmış hesablaşmalara və tərəflər arasında təsdiqlənmiş eyni tarixli 380 №-li X6ndan da göründüyü kimi, cavabdehin İddiaçı MMC-yə 194613,75 manat məbləğində ödənilməmiş borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin xəbərdarlıqlara hər hansı münasibət bildirməmiş və borcunu ödəməmişdir. Bundan başqa, cavabdehlə iddiaçı arasında mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Cəbrayıl 1 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Lakin, cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etdiyindən, mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Şifahi və yazılı xəbərdarlıqlardan əlavə, borcun ödənilməsi barədə cavabdehə Azərbaycan Respublikası MPM-in 150.2-ci maddəsinin tələblərinə əsasən elektron qaydada vergi kargüzarlığı vasitəsilə xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir.
4. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Alqı-satqı müqaviləsi üzrə borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" (hazırkı adı İddiaçı) MMC ilə Cavabdeh MMC arasında bağlanmış GP SF-32/2022 saylı xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsi əsasən yaranmış 194613,75 manat əsas borc və 3000,00 manat gecikdirməyə görə dəbbə pulu olmaqla, cəmi 197613,75 manat borcun və ödənilmiş 488,00 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunur ki, iddia ərizəsi və əlavə sənədlər məhkəməyə göndərilərkən, yanlışlığa yol verilmiş və səhvən borcun yaranma əsası kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış GP SF-32/2022 saylı xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsinə istinad edilmişdir. Halbuki, mövcud borc adı çəkilən Alqı-satqı müqaviləsi üzrə deyil, cavabdehlə bağlanmış digər müqavilə üzrə - xx.xx.2022-ci il tarixli, xx.xx.2022/GP SF-29 №-li Distribütorluq müqaviləsindən irəli gələn öhdəliklərdən yaranmışdır. Belə ki, tərəflər arasında GP SF-32/2022 saylı xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli, xx.xx.2022/GP SF-29 №-li Distribütorluq müqaviləsi bağlanmış, Alqısatqı müqaviləsi üzrə borc tam bağlanmış, Distribütorluq müqaviləsi üzrə isə ödənilməmiş 194613,75 manat borc qalmışdır.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasının iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X7 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
8. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
9. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
10. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********944400 nömrəli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin çıxarışından görünür ki, Qurumun adı (əvvəlki "xxxx" MMC), Qurumun adı (hazırki) İddiaçı MMC-dir.
12. İş materiallarında olan "xxxx" MMC (“istehsalçı”) ilə Cavabdeh MMC (“Distributor) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022/GP SF-29 saylı Distribütorluq Müqaviləsinə əsasən: 1.1-ci bəndinə əsasən, İstehsalçı yem məhsullarını (bundan sonra “Mal” adlandırılacaq) istehsal edir və satış üçün Distribütora təqdim edir. 1.2-ci bəndinə əsasən, Distribütor İstehsalçının təqdim etdiyi Malları qəbul edir və satışını təşkil edir. 1.3-cü bəndinə əsasən, Distribütor bu Müqavilə üzrə İstehsalçıdan aldığı Malları yalnız Quba, Qusar, Xaçmaz və Xudat rayonları ərazisində (bundan sonra “Ərazi” adlandırılacaq) topdan satış etməli və Distribütor qabaqcadan yazılı razılığı olmadan yuxarıda qeyd olunan ərazi istisna olmaqla Azərbaycan Respublikasının digər ərazisində Malları satmamalı, hər hansı formada realizə etməməlidir.
13. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 29 saylı “X1”ndan görünür ki, "xxxx" MMC (“istehlakçı”) ilə Cavabdeh MMC (“Distributor) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022/GP SF-29 saylı Distribütorluq Müqaviləsi əsasında "xxxx" MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş “X1” tərtib olunmuşdur. Bır tərəfdən "xxxx" MMC və onun İcarçı direktoru X5 və digər tərəfdən " Distributor adlandırılaccaq “Ukrayna Nemətləri" MMC adına təmsilçi X2 yem alqı-satqısında aşağıdakı şəkildə qiymət müəyyənləşdirilməsi haqda razılığa gəldilər.
14. İş materiallarında olan “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturalar”a əsasən 2086187,08 manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
16. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022 - xx.xx.2025 dövr üzrə “Maliyyə Arayışı”ndan görünür ki, 07 Avqust 2025-ci il üçün olan borc 194613,75 manat məbləğində borc təşkil edir.
17. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli 380 nömrəli “X6”ndan görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə xx.xx.2023-cü il üçün olan borcu 194613,75 manat təşkil edir.
18. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 194613,75 manat borcun 15 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
19. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 488 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -15.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
22. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
23. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
24. Əvvəla məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin xususiyyətləri struktur baxımdan alqı-satqı müqaviləsinə uyğun gəlir. Ona görə də, hazırki mübahisəyə alqı-satqı müqaviləsinin müddəaları nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.
25. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, onların dəyərini ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli 380 nömrəli “X6”ndan görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il üçün olan borcu 194613,75 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, həmçinin hüquq və vəzifələrinə dair bildiriş təqdim edilməsinə baxmayaraq, iddianın əsassızlığına yaxud öhdəliklərin icrasından azad olunmasına dair sübutları məhkəməyə təqdim etəmişdir.
27. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 194613,75 manat məbləğində əsas borca münasibətdə əsaslı olduğundan təmin edilməlidir.
28. Məhkəmə, iddia tələbini 3000 manat cərimənin tutulması hissəsində əsassız hesab edir. Ona görə ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər arasında bağlanmış müqavilədə əsas borcun gecikdirilməsinə görə, iddiaçının cərimə hesablamaq hüququ nəzərdə tutulmamışdır.
29. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 194613,75 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
30. Məhkəmə, ödənilmiş dövlət rüsumuna münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 484,61 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 4 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
Nəticə:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 194613,75 (bir yüz doxsan dörd min, altı yüz on üç manat, yetmiş beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 484,61 (dörd yüz səksən dörd manat, altmış bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 4 (dörd manat) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev