Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3746/2025 11.03.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X4 və qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi Babaşov Vurğun Sitam oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair ilk, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ”Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən istixanada təbii qazdan istifadə etdiyinə görə **********00019 və **********00020 nömrəli abonent kodları üzrə yaranmış ümumilikdə 87853,11 manat məbləğində əsas borc məbləğinin, 353,56 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli AMX-1375/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh müqavilənin şərtlərini pozaraq Sabirabad rayonu ərazisində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2025-ci il tarixə **********00019 nömrəli abonent kodu üzrə 3289,82 manat, xx.xx.2025-ci il tarixə **********00020 nömrəli abonent kodu üzrə 84563,29 manat, ümumilikdə qeyd olunan abonent hesabları üzrə İddiaçınə 87853,11 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesabfaktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, **********00020 nömrəli abonent kodu üzrə olan borcundan 21200 manat ödəniş etmiş, 84563,29 manat qalıq borcunu ödəməmişdir. **********00019 nömrəli abonent kodu üzrə olan 3289,82 manat borcunu isə ödəməmişdir. Bununlada kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Borcun yaranmasına səbəb cavabdeh tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "X1rşı qarşılıqlı iddia ərizəsi verərək, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "X5 tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə məxsus Sabirabad rayonu Nizami kəndində yerləşən istixananın qaz sərfiyyatına görə hesablanmış **********0002001 ve **********0001901 abonent kodlu sayğaclar üzrə cəmi 87853,11 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh "Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə müraciət edərək Cavabdeh **********0002001 abonent kodlu sayğaca üzrə 84563,3 manat və **********0001901 abonent kodlu sayğac üzrə isə 3289,81 manat borcunun olduğunu bildirmişdir. Bu hesablamalar "Azəriqaz” İstehsalat Birliyinin tərtib etdiyi "xxxx" MMC-yə məxsus **********0002001 saylı və **********0001901 saylı abonent saldolarında göstərilmişdir. Lakin Sabirabad rayon Nizani kəndində yerləşən "xxxx" MMC-yə məxsus istixana "Azəriqaz” İstehsalat Birliyinin saldosunda borc kimi göstərilən qədər qaz istifadə etməmiş, göstərilən həmin sərfiyyat "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən şişirdilərək artırılmışdır. Buna görə də "xxxx" MMC-yə əlavə olaraq ümumilikdə 87853,11 manat borc hesablanmışdır. Həmin borc məbləğı qanunsuz hesablandığı üçün ödənilməmiş və bu səbəbdən də "xxxx" MMC-yə verilən qaz təchizatı dayandırılmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi Babaşov Vurğun Sitam oğlu məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli AMX-1375/21 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir. İş materiallarında olan abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə **********0002001 abonent kodu üzrə 84563,29 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə **********0001901 abonent kodu üzrə 3289,81 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan İddiaçı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, İddiaçı tərəfindən Cavabdehnə iş və xidmətlər göstərilmişdir. İş materiallarında olan debitor borcunun ödənilməsi barədə pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqaviləyə əsasən yaranmış 87853,11 manat debitor borcunun 10 gün müddətində tam şəkildə ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Şirvan Filialı tərəfindən məhkəmə sorğusuna cavab olaraq məhkəməyə təqdim olunmuş xx.xx.2026-cı il tarixli mütəxəssiz rəyindən görünür ki, X2 Agentliyinin Şirvan filialına daxil olmuş, "xxxx" MMC-yə məxsus istixananın qaz hesabında yaranmış borc məbləğinin araşdırılması ilə əlaqədar ray verilməsi ilə bağlı Şirvan Kommersiya Məhkəməsinin müraciətinə baxılmışdır. Təqdim edilən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan məlum olur ki, istixananın qaz xətti üzərində G1000 markalı 83052698 nömrəli qaz sayğacı quraşdırılmış və "xxxx" MMC adına **********00020 nömrəli fərdi qaz hesabı açılmışdır. Həmin bu sənədə əsasən qaz sayğacının quraşdırılarkən göstəriciləri mexaniki və elektron hissədə 450 m³ olmuşdur, qaz hesabında istehlakçının borcu olmamışdır. Saldoya əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sayğacla müəyyənləşən sərfiyyatlara əsasən ******* m³ qaz sərfinin dəyəri dövr üçün qüvvədə olan tarif qiymətlərinə uyğun 786039,58 manat məbləğində hesablanaraq saldoya daxil edilmiş, 701476,29 manat məbləğində ödəniş edilmiş, xx.xx.2025-ci il tarixinə 84563.29 manat məbləğində borc yaranmışdır. Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* nomrəli akta əsasən məişət qaz qurğularında təbii qazdan istifadə olunması üçün qaz xətti üzərində G-16 markalı 77057040 nömrəli qaz sayğacı quraşdırılmış, "xxxx" MMC adına **********00019 nömrəli fərdi qaz hesabı açılmışdır. Quraşdırılarkən göstəriciləri mexaniki və elektron hissədə 3 kub.metr olmuşdur, qaz hesabında istehlakçının borcu olmamışdır. Saldoya əsasən xx.xx.2021-ci il tarixdən 01 .09.2025-ci il tarixədək sayğacla muüəyyənləşən sərfiyyata əsasən 67618 m3 qaz sərfinin dəyəri dövr üçün daxil olan tarif qiymətlərinə uyğun 17273,72 manat məbləğində borc hesablanaraq saldoya daxil edilmiş, 13983,90 manat məbləğində ödəniş edilmiş, xx.xx.2025-ci il tarixinə 3289,82 manat məbləğində borc yaranmışdır. Umumilikdə "xxxx" MMC-nin qaz hesablarında 87853,11 manat məbləğində borc yaranmışdır. Məhkəmə, iş materiallarına əsasən müəyyən edir ki, tərəflər arasında təbii qazın alqısatqısına dair razılıq əldə olunmuşdur və həmin razılığı 21 dekabr 2021-cı il tarixli, AMX- 5703/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı”na dair müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqavilənin şərtlərinə görə iddiaçı (Paylayıcı) cavabdehi (İstehlakçını) keyfiyyətli qazla təmin edir, cavabdeh isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İlk İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edərək cavabdehi təbii qazla fasiləsiz təmin etdiyini, lakin cavabdehin istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmədiyini və nəticədə cavabdehin qazdan istifadəyə görə ödənilməmiş 87853,11 manat məbləğində borcunun qaldığını iddia edir. İlk iddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, abonentin saldosunda olan məlumatlara, həmçinin borcun ödənilməsi ilə əlaqədar cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Qarşılıqlı iddiaçı isə ilk iddiaçı tərəfindən sərfiyyatın düzgün hesablanmadığını iddia edir. Məhkəmə hesab edir ki, ilk iddiaçının irəli sürdüyü pul tələbinə dair subyektiv hüququnun mövcudluğu və həmin hüququn cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulması iş materiallarında olan sənədlərlə tam sübut olunur. Qarşılıqlı iddiaçının isə sərfin düzgün hesablanmaması barədə iddiası məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdı. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin şərtlərinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək cavabdehin (qarşılıqlı iddiaçının) müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə aiddir. Lakin işdə olan cavabdehin abonent saldosunda olan məlumatlardan görünür ki, cavabdehin (qarşılıqlı iddiaçının) təbii qazdan istifadəyə görə ilk iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, təbii qazdan istifadəyə görə tələb olunan borcun ilk iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin (qarşılıqlı iddiaçının) üzərinə düşməsinə baxmayaraq, qarşılıqlı iddiaçı tərəfindən öz tələbinin əsası kimi istinad etdiy hallarla bağlı sübut məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, istehlak edilmiş təbii qaza görə sərfiyyatın düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədi ilə verilmiş məhkəmə sorğusuna cavabdeh olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi tərəfindən verilmiş müətəxəssis rəyində sərfiyyatın düzgün hesablandığı qeyd olunmuşdur. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, abonentin saldosunda olan məlumatları və iş üzrə müəyyən edilmiş digər halları nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən hesablanmış qazın dəyərinin şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır, ilk iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək istehlakçını qazla təmin etmiş, lakin cavabdeh (qarşılıqlı iddiaçı) aldığı qazın dəyərini tam ödəməmişdir və nəticədə onun ilk iddiaçıya 87853,11 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, ilk iddiaçının Cavabdeh MMC-nə qarşı 87853,11 manat məbləğində istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsinə dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia təmin olunduğu üçün iddia ərizəsinin verilməsinə görə ilk iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən (qarşılıqlı iddiaçıdan) tutularaq ilk iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 87853,11 manat məbləğində əsas borc və ödənilmiş 353,56 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 88206,67 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3746/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3746/2025
11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver