Məhkəmə qərarları › İş №e-2-2(121)-379/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-379/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-379/2020 29.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli, 127/14-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən3.000 manatın, xx xxxxxx 2016-cı il tarixli, 025/16-GM-S saylı alqısatqı müqaviləsinə əsasən49.314,04 manatın, xx xxxxxxx 2014-cü il tarixli, 0082 GR- AZTT nömrəli ehtiyat hissələrinin alqı-satqı müqaviləsinə əsasən3.461,48 manatın, xx xxxxxx 2012-ci il tarixində TXM-00116C saylı texniki xidmət müqaviləsinə görə yaranmış 4.021,07 manat, gecikdirilmiş günlərə görə hesablanmış 44.915,07 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 104.741,66 manat məbləğində vəsaitin cavabdeh “xxxx” ASC-dən tutularaqİddiaçı MMC-yə ödənilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətləri ilə əlaqədar cavabdeh “xxxx” ASC iləİddiaçı MMC arasında xx xxxxxx 2014-cü il tarixli, 127/14-GM-S saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı” tərəfindən seçilmiş New Holland E135 modelli tırtıllı ekskavator və Palazoğlu boru daşıyan satmağı, “Alıcı” isə əmlakın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü maddəsinə əsasən müqavilənin ümumi məbləği ƏDV ilə birgə 306.000 manat təşkil edir. Lakin cavabdeh qeyd olunan məbləğin yalnız 303.000 manat hissəsini ödəmiş, 3.000 manat borcu isə ödənilməmiş qalmışdır. Bundan əlavə, eyni tərəflər arasında xx xxxxxx 2016-cı il tarixli, 025/16-GM-S saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı” tərəfindən seçilmiş New Holland E135 modelli tırtıllı ekskavator və Palazoğlu boru daşıyan satmağı, “Alıcı” isə əmlakın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü maddəsinə əsasən müqavilənin ümumi məbləği ƏDV ilə birgə 420.047,90 manat təşkil edir. Lakin cavabdeh qeyd olunan məbləğin yalnız 370.733,86 manat hissəsini ödəmiş, 49.314,04 manat borcu isə ödənilməmiş qalmışdır. Alıcının vəzifələrini müəyyən edən müqavilənin 2.1-ci bəndinə əsasən “Alıcı” “Satıcı”nın təqdim etdiyi hesab əsasında “Alıcı” bu müqavilə imzalandığı tarixdən 3 ay müddətinə əmlakın dəyərinin 100%-ini “Satıcı”ya ödəyir. “Satıcı”ya ödəniş köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən isə, “Alıcı” bu müqavilənin 2.1-ci bəndindəki öhdəlikləri vaxtında yerinə yetirmədikdə, öhdəliklərinin icrasının hər gecikdirilmiş günü üçün bu müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətin 1% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür. Beləliklə, ödənişləri gecikdirdiyinə görə cavabdehə hesablanmış dəbbə məbləği 44.915,07 manat təşkil edir. xx xxxxxxx 2014-cü il tarixli, 0082 GR-AZTT nömrəli ehtiyat hissələrinin alğı-satqı müqaviləsinə əsasən isə64.747,09 manat məbləğində ehtiyat hissələri “xxxx” ASC-yə satılmışdır.Cavabdeh “xxxx” ASCxx xxxxxxx 2014-cü il tarixli, 0082 GR-AZTT saylı Ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə əmələ gəlmiş öhdəliklərini yerinə yetirməmiş, həmin məbləğdən “xxxx” ASC bu günədək 61.285,61 manat ödəniş etmiş, 3.461,48 manat borc isə bu günə qədər ödənilməmiş qalmışdır. Həmçinin, tərəflər arasında xx xxxxxx 2012-ci il tarixində TXM-00116C saylı texniki xidmət müqaviləsi bağlanılmışdır. Bu müqavilə əsasında açılmış təmir aktlarına əsasən, “xxxx” ASC üçün 119.754,06 manat məbləğində təmir işləri görülmüşdür. Həmin məbləğdən “xxxx” ASC bu günədək 115.732,99 manat ödəniş etmiş, 4.021,07 manat borcu isə ödənilməmiş qalmışdır. Beləliklə, cavabdeh“xxxx” ASC-nin bu günə qədər İddiaçı MMC-yə olan əsasborcu 59.796,59 manat və gecikdirilmiş günlərə görə hesablanmış cərimə borcu 44.915,07 manat təşkil edir. Lakin, cavabdeh tərəfə dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara, ünvanlanmış pretenziya məktublarına baxmayaraq cavabdehin iddiaçıya olan borcu ödənilmir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir. İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin və iddiaçı tərəfindən təqdim edilmiş mülahizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, mübahisə ilə bağlı məlumatı olmadığından ətraflı izahat verə bilmir, dəbbə pulunun azaldılmasını məhkəmədən xahiş edir, qeyd olunanlara əsasən qanunamüvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (satıcı) “xxxx” ASC (alıcı) arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 127/14-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcı tərəfindən seçilmiş və 1 nömrəli əlavədə göstərilmiş 3 ədəd New Holland E135 modelli tırtıllı ekskavator və 2 ədəd Palazoglu modelli boru daşıyan satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşlər. Bu müqavilə əlavə 1-də göstərilən texniki şərtlərə uyğun olaraq əmlakların alıcıya təqdim olunmasını təmin edir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Palazoqlu 2012” modelli boru daşıyan qoşqu İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə təhvil verilmişdir.Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 025/16-GM-S saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) “xxxx” ASC (alıcı) arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcı tərəfindən seçilmiş 1 ədəd Doosan DX-35Z markalı mini ekskavator, 1 ədəd Doosan DX140W markalı təkərli ekskavator və 1 ədəd Doosan DX190W markalı təkərli ekskavator satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşlər. Bu müqavilə əlavə 1-də göstərilən texniki şərtlərə uyğun olaraq əmlakların alıcıya təqdim olunmasını təmin edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, DOOSAN DX-190W markalı təkərli ekskavator İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə təhvil verilmişdir.Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 188989 saylı qaimə fakturanın kötüyündən görünür ki, 1 ədəd Doosan DX140W markalı təkərli ekskavator və 1 ədəd Doosan DX-35Z markalı mini ekskavator İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə təhvil verilmişdir.Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müxəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 0082 GR-AZTT saylı ehtiyat hissələrinin satışı müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) “xxxx” ASC (alıcı) arasında bağlanılmış ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşlər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 164269 saylı, xx.xx.2017-ci il tarixli 164380 və 164381 saylı qaimə-faktura qaimə fakturaların kötüklərindən görünür ki, 4.916,19 manat dəyərində ehtiyat hissələr İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə təhvil verilmişdir.Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, TXM-00116C saylı “Texniki xidmət müqaviləsindən” görünür ki, İddiaçı MMC (icraçı) “xxxx” ASC (sifarişçi) arasında bağlanılmış müqaviləyə sasən, “İcraçı” “Sifarişçi”yə məxsus olan yeni və yaxud işlənmiş texnikalara servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini, “Sifarişçi” isə bu işin müqabilində tələb olunan haqqı “İcraçı”ya vaxtlı vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 2.8-ci bəndinə əsasən, yerinə yetirilmiş işlər tərəflər arasında imzalanmış akt, qaimə və yaxud sifariş blankı əsasında qəbul edilir. Müqavilənin 4.7-ci bəndinə əsasən, “Sifarişçi” ödənişi gecikdirərsə, gecikdirilmiş hər gün üçün hesablanmış məbləğin 1 (bir) % nisbətində dəbbə pulu ödəməlidir. İş materiallarında olan xx.xx.2017 (2 ədəd), xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 tarixli təmir və texnikanın diaqnostikasına dair aktlardan görünür ki, İddiaçı MMC-nin servis mərkəzi tərəfindən “xxxx” MMC-yə məxsus texnikalara servis xidməti göstərilmiş, göstərilən xidmətlər və onların dəyəri aktlarda öz əksini tapmış, aktlar imzalarla təsdiq olunmuşdur. Həmin aktlar görülmüş işlərin dəyəri 8.913,44 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 0487 saylı və xx.xx.2019-cu il tarixli, 0753 saylı pretenziyalardan görünür ki, təhvil verilmiş ehtiyat hissələrinə və texnikalara görə, o cümlədən texnikalara göstərilmiş təmir xidmətlərinə görə qalıq borcun İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə “xxxx” ASC xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 0811 saylı maliyyə arayışında qeyd olunur ki, “xxxx” ASC ilə İddiaçı MMC arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli, 127/14-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən 306.000 manat məbləğində texnika “xxxx” ASC-yə satılmışdır. Həmin məbləğdən “xxxx” ASC bu günədək 303.000 manat ödəniş etmiş, 3.000 manat borcu isə ödənilməmiş qalmışdır. Eyni tərəflər arasında imzalanmış xx xxxxxx 2016-cı il tarixli, 025/16-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən 420.047,90 manat məbləğində texnika “xxxx” ASC-yə satılmışdır. Həmin məbləğdən “xxxx” ASC bu günədək 370.733,86 manat ödəniş etmiş. 49.314.04 manat borcu isə ödənilməmiş qalmışdır. Bundan başqa, qeyd olunan müqavilənin 4.1-ci bəndinə əsasən ödənişləri gecikdirdiyinə görə hesablanmış penya məbləği 44.915,07 manat təşkil edir. xx xxxxxxx 2014-cü il tarixli, 0082 GR-AZTT saylıehtiyat hissələrinin alqı-satqı müqaviləsinə əsasən isə 64.747,09 manat məbləğində ehtiyat hissələri “xxxx” ASC-yə satılmışdır Həmin məbləğdən “xxxx” ASC bu günədək 61.285,61 manat ödəniş etmiş, 3.461,48 manat borc isə bu günə qədər ödənilməmiş qalmışdır. Bundan əlavə, tərəflər arasında xx xxxxxx 2012-ci il tarixində TXM-00116C saylı texniki xidmət müqaviləsi bağlanılmışdır Bu müqavilə əsasında açılmış təmir aktlarına əsasən, “xxxx” ASC üçün 119.754,06 manat məbləğində təmir işləri görülmüşdür. Həmin məbləğdən “xxxx” ASC bu günədək 115. 732,99 manat ödəniş etmiş, 4.021,07 manat borcu isə ödənilməmiş qalmışdır. Beləliklə, “xxxx” ASC-nin İddiaçınə olan əsas borcu 59.796,59 manat və gecikdirilmiş günlərə görə hesablanmış cərimə borcu 44.915,07 manat təşkil edir. İş materiallarında olan elektron qaimələrin surətlərindən görünür ki, tərəflər arasında bağlanılmış müqavilələr üzrə ödənişin edilməsi üçün İddiaçı MMC tərəfindən “xxxx” MMCyə elektron qaimələr göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 5 müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə müəyyən etdi ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli 127/14-GM-S saylı və xx.xx.2016-cı il tarixli, 025/16-GM-S saylı alqı-satqı müqavilələri, xx.xx.2012-ci il tarixli, TXM-00116C saylı texniki xidmət müqaviləsi, həmçinin xx.xx.2014-cü il tarixli, 0082 GR-AZTT saylı ehtiyat hissələrinin satışı müqaviləsi bağlanılmışdır. Qeyd olunan müqavilələrə əsasən, İddiaçı MMC-yə texnikalar və ehtiyat hissələri verilmiş (satılmış), o cümlədən texniki xidmətlər göstərilmiş, lakin cavabdeh “xxxx” ASC tərəfindən həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam şəkildə yerinə yetirməmişdir. İdda ərizəsindən görünür ki, iddiaçının tələbləri 4 hissədən ibarətdir: 1.xx xxxxxx 2014-cü il tarixli, 127/14-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən3.000 manatın ödənilməsi; 2.xx xxxxxx 2016-cı il tarixli, 025/16-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən49.314,04 manatın və həmin məbləğə hesablanmış 44.915,07 manat dəbbə pulunun ödənilməsi; 3.xx xxxxxxx 2014-cü il tarixli, 0082 GR-AZTT nömrəli Ehtiyat hissələrinin alqı-satqı müqaviləsinə əsasən3.461,48 manatın ödənilməsi; 4.xx xxxxxx 2012-ci il tarixli, TXM-00116C saylı Texniki xidmət müqaviləsinə görə yaranmış 4.021,07 manatın ödənilməsi. Məhkəmə hər bir iddia tələbinə ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. İddia tələbininin birinci hissəsinə, yəni xx xxxxxx 2014-cü il tarixli, 127/14-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən3.000 manatın ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 127/14-GM-S saylıalqı-satqı müqaviləsinə əsasən, satıcı alıcı tərəfindən seçilmiş və 1 nömrəli əlavədə göstərilmiş 3 ədəd New Holland E135 modelli tırtıllı ekskavator və 2 ədəd Palazoglu modelli boru daşıyan satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşlər. Hazırda iddiaçı müqavilə üzrə ƏDV daxil olmaqla dəyəri 3.000 manat olan 1 ədəd Palazoglu modelli boru daşıyana görə pulun ödənilmədiyini bildirərək həmin pul məbləğini tələb edir. Müqavilə üzrə 3 ədəd New Holland E135 modelli tırtıllı ekskavator və digər 1 ədəd Palazoglu mübahisə predmeti deyildir. Bağlanmış müqaviləyə əsasən İddiaçı MMC tərəfindən 3 ədəd New Holland E135 modelli tırtıllı ekskavator və 2 ədəd Palazoglu modelli boru daşıyan təhvil verilməli olsa da, iş materiallarında 08.2014-cü il tarixli təhviltəslim aktından da göründüyü kimi, cəmi 1 ədəd “Palazoqlu 2012” modelli boru daşıyan qoşqu İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə təhvil verilmişdir. İddiaçı isə 1 ədəd Palazoqlu modelli boru daşıyan qoşqunun qiymətinin 3.000 manat olmasını qeyd edərək, həmin qoşqunun pulunu cavabdehdən tələb edir. Məhkəmə iddia tələbinin 1-ci hissəsinə münasibətdə hesab edir ki, tərəflər arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 127/14-GM-S saylıalqı-satqı müqaviləsinə əsasən, verilməli olan 2 ədəd Palazoglu modelli boru daşıyandan hər ikisinin İddiaçı MMC tərəfindən cavabdeh təhvil verilməsi iş materialları ilə müəyyən olunmadığından (cəmi 1 ədəd təhvil verilmişdir ki, həmin texnika mübahisə predmeti deyildir), iddiaçının nümayəndəsi onun əvəzinə başqa texnikaların cavabdehə verildiyini bildirsə də, həmin müqavilə üzrə başqa texnikalar müqavilə predmeti olmadığından və hətta başqa texnikaların cavabdehə təqdim olunması müəyyən olunmadığından iddia həmin hissədə təmin edilməməlidir. İddia tələbininin ikinci hissəsinə, yəni xx xxxxxx 2016-cı il tarixli, 025/16-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən49.314,04 manatın ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx xxxxxx 2016-cı il tarixli, 025/16-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcı tərəfindən seçilmiş 1 ədəd Doosan DX-35Z markalı mini ekskavator, 1 ədəd Doosan DX140W markalı təkərli ekskavator və 1 ədəd Doosan DX190W markalı təkərli ekskavator satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşlər. Bağlanmış müqaviləyə əsasən İddiaçı MMC tərəfindən cavabdehə “xxxx” ASC-yə verilmiş, dəyəri 240.472,80 manat 1 ədəd Doosan DX190W markalı təkərli ekskavator üçün ödənilməmiş qalan 49.314,04 manat pulunu cavabdehdən tələb edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli təhvil-təslim aktından və xx.xx.2016-cı il tarixli, 188989 saylı qaimə fakturanın kötüyündən görünür ki, DOOSAN DX-190W markalı təkərli ekskavator, 1 ədəd Doosan DX140W markalı təkərli ekskavator və 1 ədəd Doosan DX-35Z markalı mini ekskavator İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə təhvil verilmişdir. Lakin iş matrialları ilə qeyd olunan texnikaların dəyərinin tam şəkildə ödənilməsi müəyyən olunmur. Cavabdehin nümayəndəsi də qeyd olunan texnikaların dəyərinin tam şəkildə ödənilməsi ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Beləliklə, cavabdehin xx xxxxxx 2016-cı il tarixli, 025/16-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçıya 49.314,04 manat borclu olması iş materialları ilə tam təsdiq olunduğundan, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. xx xxxxxx 2016-cı il tarixli, 025/16-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən49.314,04 manatın və həmin məbləğə hesablanmış 44.915,07 manat dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, “Alıcı” bu müqavilənin 2.1.1-ci bəndində göstərilən öhdəliklərini yerinə yetirmədikdə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün bu müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 1% nisbətində dəbbə pulunun ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı həmin bəndə istinad edərək, 44.915,07 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi dəbbə pulu hissəsində qismən təmin edilməli, cavabdehdən 1000 manat dəbbə pulu tutulmalıdır. İddia tələbininin üçüncü hissəsinə, yəni xx xxxxxxx 2014-cü il tarixli, 0082 GR-AZTT nömrəli ehtiyat hissələrinin alqı-satqı müqaviləsinə əsasən3.461,48 manatın ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixli, 164269 saylı, xx.xx.2017-ci il tarixli 164380 və 164381 saylı qaimə-faktura qaimə fakturaların kötüklərindən görünür ki, 4.916,19 manat dəyərində ehtiyat hissələr İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə təhvil verilmişdir.Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Lakin İddiaçı MMC verilmiş ehtiyyat hissələrin dəyəri olan 4.916,19 manatın deyil, 3.461,48 manatın ödənilməsini tələb edir. Beləliklə, cavabdehin xx xxxxxxx 2014-cü il tarixli, 0082 GR-AZTT nömrəli ehtiyat hissələrinin alqı-satqı müqaviləsinə əsasən, iddiaçıya 3.461,48 manat borclu olması iş materialları ilə tam təsdiq olunduğundan, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddia tələbininin dördüncü hissəsinə, yəni xx xxxxxx 2012-ci il tarixli, TXM-00116C saylı texniki xidmət müqaviləsinə görə yaranmış 4.021,07 manatın ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan təmir və texnikanın diaqnostikasına dair aktlardan görünür ki, İddiaçı MMC-nin servis mərkəzi tərəfindən “xxxx” MMC-yə məxsus texnikalara servis xidməti göstərilmiş, göstərilən xidmətlər və onların dəyəri aktlarda öz əksini tapmış, aktlar imzalarla təsdiq olunmuşdur. Həmin aktlar görülmüş işlərin dəyəri 8.913,44 manat təşkil edir. İddiaçı isə görülmüş texniki xidmətlərə görə 4.021,07 manatın ödənilməsini cavabdehdən tələb edir. İddiaçı görülmüş işlərin dəyərinin ödənilmədiyini bildirmiş, cavabdeh isə həmin işlərə görə hər-hansı məbləğdə pulun ödənilməsinə dair sənəd və sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının əsas borc məbləğinə münasibətdə iddiaçının dəlillərini əsaslı hesab edir. Belə ki, işlərin görülməsi və görülmüş işlərin dəyəri aktlar ilə sübut olunur. Cavabdeh tərəfindən isə görülmüş işlərə görə xidmət haqqının ödənilməsi iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, əsas borc, yəni 4.021,07 manat hissəsində iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 13,80 manatı iddiaçıya aid edilməli, 16,20 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” ASCdən xx.xx.2016-cı il tarixli, 025/16-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən 49.314,04 manat, xx.xx.2014-cü il tarixli, 0082 GR-AZTT saylı ehtiyat hissələrinin alqı-satqı müqaviləsinə əsasən 3.461,48 manat, xx.xx.2012-ci il tarixli, TXM-00116C saylı texniki xidmət müqaviləsinə əsasən 4.021,07 manat, 1.000 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 16,2 manat olmaqla, cəmi 57.812,79 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən xx.xx.2016-cı il tarixli, 025/16-GM-S saylı alqı-satqı müqaviləsinə əsasən 49.314,04 manat, xx.xx.2014-cü il tarixli, 0082 GR-AZTT saylı ehtiyat hissələrinin alqı-satqı müqaviləsinə əsasən 3.461,48 manat, xx.xx.2012-ci il tarixli, TXM-00116C saylı texniki xidmət müqaviləsinə əsasən 4.021,07 manat, 1.000 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 16,2 manat olmaqla, cəmi 57.812,79 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar