Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3796/2024 16.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı MMC-nin Cavabdeh qarşı - pul tələbi barəsində kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – 1.927,07 manat məbləğində borcun, 190 manat məbləğində cərimənin və 41,17 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barəsində kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə (iddia ərizəsi) ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh(lər)in Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etiraz(lar)ı məhkəməyə daxil olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iş üzrə mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ərizənin qaytarılması barəsində ərizə verdiyindən, mövcud ərizə əsasında işin mahiyyəti üzrə baxılmasına zərurət və əsas yoxdur. Odur ki, mövcud kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə (iddia ərizəsi) baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin (iddia ərizəsinin) baxılmamış saxlanılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizəsinin baxılmamış saxlanılmasına dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, mövcud kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə (iddia ərizəsi) baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin hesabına 41,17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264, 266-268-ci və 284-5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı - pul tələbi barəsində kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 41,17 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-3796/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3796/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver