Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-382/2025 06.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Sadiq oğlu, X12 və X6 qarşı lizinq məbləğinin, lizinq faizlərinin və dəbbə borcunun qaytarılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 Sadiq oğlu, X12 və X6 qarşı lizinq məbləğinin, lizinq faizlərinin və dəbbə borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 Sadiq oğlu, X12 və X3 birgə qaydada iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətiхеyrinə 3 280,55 manat əsas borc, 1 184,09 manat faiz borcu və 3 686.69 manat dəbbə borcunu, cəmi isə 8 151,33 manat manat məbləğində lizinq borcunun və işə məhkəmədə baхılması üçün ödənilmiş 102.00 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" 0Məhdud Məsuliyyətli Cəmiyyəti (Lizinq Verən) ilə X9 (Lizinq Alan) arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli ACAM2- 9542-1464 saylı X14 Müqaviləsinə əsasən X4 istifadəsinə xetçbek tipli, ban SB1KC56E00F003756, M.İ.H. 1364 sm3, gümüşü qızılı metallik rəngli, buraxılış ili 2007-ci il, X20 markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 351703 saylı şəhadətnaməsinə əsasən ** AK *** dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 14 758,08 (on dörd min yeddi yüz əlli səkkiz) manat, onlardan 9 190 manat lizinqin məbləği, 2 310 (iki min üç yüz on) manat avans məbləği və 3 258,08 manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 17 yanvar 2023-cü il tarixli ödəniş qrafikinə əsasən 24 ay ərzində X9 tərəfindən aylıq 519 manat ödənilməsimüəyyən olunmuşdur. Eynizamanda əsas öhdəliyin vaxtənda və lazımi qaydada icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Cavabdeh1 Sadiq oğlu, X12 və X4 birgə məsuliyyətini müəyyən edən zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə lizinq predmetini qanunsuz olaraq ələ keçirən X1 şəhəri N. Paşa küçəsində yol-hərəkət qaydalarını pozaraq qəza törətmişdir. Qəza nəticəsində sərnişin Camalov A.İ. oğlu yüngül bədən xəsarəti almış, avtomobil isə faktiki olaraq yararsız vəziyyətə düşmüşdür. İstintaq orqanı X5 əməlində cinayət tərkibi görmədiyindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd etmiş, X10 barədə AR İXM-nin 327.8 və 332.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün Astara rayon məhkəməsinə göndərilmişdir. Bu hadisədən sonra lizinq obyekticavabdehdə qalmışdır. Tərəflər arasında bağlanmış DML müqaviləsinin 10.2.1-ci bəndinə görə “Lizinq оbyеktinin faktiki istifadə еdilməsindən asılı оlmayaraq, habеlə tеxniki xidmət, təmir və ya lizinq оbyеktinin itirilməsi dövründə Lizinq alan lizinq müddətiərzində və ya müqavilənin vaxtından əvvəl ləğv еdilməsianına qədər Lizinq vеrən tərəfindən hеsab təqdim еdilmədən Lizinq ödənişləri qrafiki ilə müəyyən еdilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir”. X9 tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 28 avqust 2024-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 3 280,55 manat cari əsas borc, 1 184,09 manat cari faiz borcu və 3 686.69 manat dəbbə borcunu,cəmi isə 8 151,33 manat borcu ödəməmişdir. X2 iddiaçı tərəfindən bir tərəfli qaydada xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmlşdır. DML Müqavilənin 10.2.1-ci bəndi ilə tərəflər “Lizinq оbyеktinin faktiki istifadə еdilməsindən asılı оlmayaraq, habеlə tеxniki xidmət, təmir və ya lizinq оbyеktinin itirilməsi dövründə Lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv еdilməsi anına qədər Lizinq vеrən tərəfindən hеsab təqdim еdilmədən Lizinq ödənişləri qrafiki ilə müəyyən еdilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödənilməli” olduğunu razılaşdırıblar. X14 Müqaviləsinin 16.1-ci maddəsinə görə, Lizinq Alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1% (bir faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Beləliklə, 17 yanvar 2023-cü il tarixli ACAM2- 9542-1464 saylı X14 Müqaviləsi üzrə İddiaçının cavabdehdən 8 151,33 manat manat pul tələbi qanuni və əsaslıdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X13 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 Sadiq oğlu xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbi ilə qismən razı olduğunu, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər X12 və X9 məhkəmə baxış iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X12 və X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-9542-1464 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən Satıcı, Lizinq alan tərəfindən seçilmiş və xetçbek tipli, ban SB1KC56E00F003756, M.İ.H. 1364 sm3, gümüşü qızılı metallik rəngli, buraxılış ili 2007-ci il, X20 markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Alıcı-Lizinq verənə satır, Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini Lizinq alana lizinqə vennək üçün əldə edir və razılaşdırılmış haqqını Satıcıya ödəyir. 1.2-ci bəndinə əsasən, Lizinq alan barədə məlumat: Cavabdeh3 (Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsi: seriya AA*******). Lizinq alan bu müqaviləni imzalayaraq bu müqavilənin 1.1 bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən, Tərəflər nəqliyyat vasitəsinin qiymətini 11.500,00 AZN (On bir min beş yüz manat 00 qəpik) manat məbləğində müəyyən edirlər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-9542-1464 nömrəli daxili maliyyə lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş xetçbek tipli, ban SB1KC56E00F003756, M.İ.H. 1364 sm3, gümüşü qızılı metallik rəngli, buraxılış ili 2007-ci il, X20 markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini/xüsusi texnikanı/avadanlığı (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-9542-1464 nömrəli daxili maliyyə lizinq müqaviləsinə 2 nömrəli əlavə olan təhvil-təslim aktının surətindən görünür ki, “Alıcı- Lizinqverən”lə “Lizinq alan” arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-9542-1464 saylı X14 və “Satıcı” ilə “Alıcı-Lizinqverən” arasında bağlanmış xx.xx.2023 il tarixli ACAM2- 9542-1464 saylı Lizinq obyektinin Alqı-Satqı müqavilələrinə əsasən “Satıcı” xetçbek tipli, ban SB1KC56E00F003756, M.İ.H. 1364 sm3, gümüşü qızılı metallik rəngli, buraxılış ili 2007-ci il, X20 markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Alıcı- Lizinqverən”in iştirakı ilə “Lizinq alan”a təhvil verir, “Lizinq alan” isə həmin lizinq obyektini qəbul edir. “Alıcı-Lizinqverən” isə təhvil-təslimin baş tutmasını imza və möhürü ilə təsdiq edir. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ACAM2-9542-1464 nömrəli müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə cədvəlinin surətindən görünür ki, X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2- 9542-1464 nömrəli müqaviləyə əsasən borcu 8151,33 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 Sadiq oğlu və X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu Müqavilə “Lizinq alan”ın “Lizinq verən” qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün “Zamin” və “Lizinq alan” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2- 9542-1464 nömrəli X14 müqaviləsi üzrə yaranmış 8151,33 manat borcun xx.xx.2024-cü il tarixədək ödənilməsi xahiş edilmiş, ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında nəqliyyat vasitəsinin lizinqə verilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər xx.xx.2023-cü il tarixli ACAM2-9542-1464 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus nəqliyyat vasitəsinin lizinqə (istifadəyə) verilməsi barədə müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək lizinq obyektini cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin şərtləşdirilmiş haqqın məbləğini ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş borcunun qaldığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən etməyi və ona hüquqi qiymət verməyi zəruri hesab edərək bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarınə əsasən tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı aşkar olunur. Belə ki, baxılan işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə onu iştirakçıları (iş üzrə tərəflər) tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bundan irəli gələrək məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan lizinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməli və iddia həmin normaların tələbləri tətbiq ediləklə qiymətləndirilməlidir. Məhkəmə iddia ərizəsində qeyd olunanları və məhkəmə iclasında tədqiq olunmuş digər sübutları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və lizinq müqaviləsinə dair mülki qanunvericiliyin tələblərinə əsasən sübut edə bilmişdir. Məhkəmə qeyd edir ki, tələb olunan lizinq muzdunun və digər ödənişlərin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Sadiq oğlu və X4 etibarnamə üzrə nümayəndəsi X7 iddianı qismən qəbul etdiklərini bildirmişlər. Digər cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan lizinq müqaviləsi üzrə əsas borcun və digər ödənişlərin cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna münasibətdə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.1, 748-10.2 və 74810.4-cü maddələrinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. İddiaçının lizinq müqaviləsi üzrə ödənişin cavabdehdən tutularaq ona ödənilməsinə dair tələb hüququ həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə lizinq ödənişinin gecikdirilməsi halında cərimə ödəmək öhdəliyini cavabdeh X9 öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdeh X9 tərəfindən lizinq ödənişinin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 17 yanvar 2023-cü il tarixli ACAM2-9542-1464 nömrəli müqavilə üzrə 3686,69 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X6 qarşı lizinq müqaviləsi üzrə pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Sadiq oğlu, X12 və X3 17 yanvar 2023-cü il tarixli ACAM2- 9542-1464 nömrəli müqavilə üzrə 3280,55 manat məbləğində əsas borc, 1184,09 manat məbləğində faiz borcu, 200 manat məbləğində dəbbə borcu və ödənilmiş 102 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4766,64 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-382/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-382/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver