Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-39/2023 04.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı “Azsığorta ASC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “Azsığorta ASC Cavabdeh qarşı X2 dəymiş zərərin əvəzi qismində ödənilmiş 2000 (iki min) manat sığorta ödənişi məbləğinin və mediasiya xərcləri üçün ödənilmiş 50 manat rüsumun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ilə birlikdə xx.xx.2023-cü il tarixli barışıq sazişini göndərərək, Cavabdeh ilə mübahisə üzrə barışıq sazişi bağladıqlarını, iddiadan imtina edilməsi barədə ərizəni və barışıq sazişini təsdiq etməklə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək İddiaçı ASC ilə Cavabdeh arasında 13 aprel 2023-cü il tarixli barışıq sazişi imzalandığını, bununla bağlı iddiadan imtina edilməsi barədə ərizəni və barışıq sazişini qəbul etməklə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İcraata xitam verilməsi hüququ bizə aydındır, yəni eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verildiyindən, iş üzrə təyin edilmiş məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 manatı Cavabdeh, 50 manatı isə iddiaçı “Azsığorta ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52-ci, 191-ci, 261.0.5-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı “Azsığorta ASC ilə Cavabdeh arasında 13 aprel 2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. X6 imzalamaqla tərəflər aralarında yaranmış məhkəmə mübahisəsinə son qoyur və iddia predmetinin tərəflərə aid hissəsində mübahisəni barışıqla həll etmək məqsədilə “Cavabdeh” və “İddiaçı” bir-birinə qarşı iddia tələblərindən imtina edirlər.
2. X6 imzaladıqdan sonra “İddiaçı” 10 gün müddətində “Cavabdeh”-in bank hesabına 17.000 (on yeddi min) manat sığorta məbləği köçürür.
3. “İddiaçı” 17.000 (on yeddi min) manat sığorta ödənişini 10 gündən gec ödəyərsə, əlavə olaraq 10.000 (on min) manat “Cavabdehə” cərimə şəklində ödəyəcəkdir.
4. Barışıq Sazişi ilə Tərəflər bəyan və təsdiq edirlər ki, bundan sonra bir-birinə heç bir pul tələbi olmayacaqdır.
5. X4, birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, Tərəflər vicdanla və ləngitmədən bu Saziş üzrə öhdəliklərini və üzərlərinə götürdükləri vəzifələri yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri həyata keçirəcək, müraciətləri, ərizələri və digər sənədləri tərtib edəcək, göndərəcək və ya imzalayacaqlar.
6. X5 bağlanılması, imzalanması və icrası ilə əlaqədar bütün zəruri hərəkətləri Tərəflərin özləri və ya etibarnamə üzrə nümayəndələri həyata keçirə bilərlər.
7. X7 imzalandığı andan qüvvəyə minir.
8. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, X7 qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən mübahisələr üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirdiklərini bilir və barışığın hüquqi nəticələri onlara tam aydındır.
9. Bu Saziş Azərbaycan dilində 2 (iki) autentik nüsxədə tərtib olundu, imzalandı və hərəsində bir nüsxə olmaqla Tərəflərdə və ya onların nümayəndələrində saxlanıldı. İddiaçı “Azsığorta ASC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İş üzrə təyin edilmiş məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 manatı Cavabdeh, 50 manatı isə iddiaçı “Azsığorta ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ
22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Elşən Abdullayev