Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3956/2025 12.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 700.24 manat (yeddi yüz manat, iyirmi dörd qəpik) borcunun, ödənilmiş 30 manat (otuz manat, sıfır qəpik) dövlət rüsumunun - cəmi 730.24 manat (yeddi yüz otuz manat, iyirmi dörd qəpik) məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh (VÖEN: **********, Ş/V FİN kod:xxxxxxx) arasında məhsulların alqı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən, cvabdeh Cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif mallar alınsa da, həmin malların cəmi 700.24 manat (yeddi yüz manat, iyirmi dörd qəpik) dəyərində olan hissəsi hazırki vaxtadək cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün tərəfimizdən cababdehə: 1) 1) 11971780 saylı, xx.xx.2024-cü il tarixli “Elektron qaimə” də göndərilmişdir. Göstərilən məbləğdə malların Cavabdeh tərəfindən qəbul edilməsini xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktında bir daha sübut edir. Bununla bağlı dəfələrlə nümayəndələri vasitəsilə cababdeh Cavabdeh ilə əlaqə saxlanılmış, daha sonra xx.xx.2025-ci il tarixində cavabdehin elekton kabinetinə pretenziya məktubu ilə müraciət edilərək qalan borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin Cababdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir.
İddia ərizəsinə etiraz:
3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) Cavabdeh “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
5. Məhkəmə, xx.xx.2025-ci il tarixli, e-2-2(121)-3956/2025 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
6.İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 759.4952 manat məbləğində Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə Seriya: MT2412 Nömrə: 11971780, xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura təqdim edilmişdir.
7. İş materiallarında olan İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Malların təhvil-qəbul aktı”ndan görünür ki, ƏDV daxil olmaqla, cəmi 759,49 manat məbləğində mallar İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir.
8. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən 700,24 manat borcun 14 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır
9. İş materiallarında olan **********86 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
c) Məhkəmənin mövqeyi:
12. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
13. Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflər arasında faktiki alqı-satqı münasibətləri mövcuddur. Belə ki, iddianın faktiki hüquqi əsasından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif mallar alınsa da, həmin malların cəmi 700.24 manat (yeddi yüz manat, iyirmi dörd qəpik) dəyərində olan hissəsi hazırki vaxtadək cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisəyə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair müddəaları tətbiq edilməlidir.
14. Məhkəmə, həmçinin alqı-satqı müqaviləsinin hüquqi qüvvəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə əlaqədar qeyd olunan maddələrinin tələbindən göründüyü kimi alqı-satqı müqaviləsi üüçün məcburi forma şərti nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı alqı-satqı münsibətləri mövcuddur.
15. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsinin predmeti olan əşyaları cavabdehin mülkiyyətinə verdiyini, cavabdeh isə qəbul etdiyi əşyaların qəbul əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödədiyini sübut etməlidir. Bu baxımdan, iddiaçı alqı-satqı müqaviəsinə müvafiq olaraq öhdəliklərini yerinə yetirməsini sübut etmişdir. Lakin cavabdeh aldığı malın dəyərini nağd və ya köçürmə yolu ilə iddiaçıya ödədiyini sübut etməli olduğu halda, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə, qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə iddiaçı ondan 700,24 manat borcu tələb etməkdə haqlıdır.
Məhkəmə xərcləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
Nəticə:
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 700,24 manat borc və 30 manat dövlət rüsumu, cəmi 730,24 (yeddi yüz otuz manat, iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev