Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4016/2025 03.03.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Ağamirzəyev Fərid Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı - pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – 362.287,32 manat pulun, 32.403,20 manat cərimə məbləğinin və 684,69 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavə protokolda nəzərdə tutulan müxtəlif adda malların satın alınması ilə əlaqədar xx.xx.2021-ci il tarixli, CD85/2021 nömrəli alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən malın miqdarı, dəyəri, çatdırılma müddəti və ödəniş şərtləri hər partiya üzrə tərtib edilərək tərəflər arasında razılaşdırılan və müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavə protokolla tənzimlənir. Cavabdeh malları qəbul etdikdən sonra mövcud müqavilənin 2-ci bəndinə əsasən əlavə protokolda göstərilən öhdəliklərini yerinə yetirməmişdir. Alınmış malların dəyəri vaxtında və tam ödənilməmişdir. Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2025-ci ilin aprel ayından avqust ayınadək “malların təhvil-qəbul aktı”na əsasən müxtəlif adda elektronika malları təhvil verilmişdir. Mallar təhvil verildikdən sonra cavabdehə ödənişlərin həyata keçirilməsi üçün aşağıda göstərilən elektron qaimə-fakturları göndərilmişdir. 1 - xx.xx.2025-ci il tarixli, 11457487 nömrəli elektron qaimə-fakturaya əsasən 101209,19 manat; 2 - xx.xx.2025-ci il tarixli, 12257502 nömrəli elektron qaiməfakturaya əsasən 54518,83 manat; 3 - xx.xx.2025-ci il tarixli, 10006500 nömrəli elektron qaimə-fakturaya əsasən 27030,26 manat; 4 - xx.xx.2025-ci il tarixli, 10568976 nömrəli elektron qaimə-fakturaya əsasən 16574,99 manat; 5 - xx.xx.2025-ci il tarixli, 11448538 nömrəli elektron qaimə-fakturaya əsasən 52784,94 manat; 6 - xx.xx.2025-ci il tarixli, 11769845 nömrəli elektron qaimə-fakturaya əsasən 4335,08 manat; 7 - xx.xx.2025-ci il tarixli, 12005880 nömrəli elektron qaimə-fakturaya əsasən 14874,61 manat; 8 - xx.xx.2025ci il tarixli, 12020712 nömrəli elektron qaimə-fakturaya əsasən 23961,66 manat; 9 xx.xx.2025-ci il tarixli, 12306662 nömrəli elektron qaimə-fakturaya əsasən 1496 manat; 10 xx.xx.2025-ci il tarixli, 12426250 nömrəli elektron qaimə-fakturaya əsasən 4335,08 manat; 11 - xx.xx.2025-ci il tarixli, 10120530 nömrəli elektron qaimə-fakturaya əsasən 1516,39 manat; 12 - xx.xx.2025-ci il tarixli, 11623597 nömrəli elektron qaimə-fakturaya əsasən 5610,02 manat; 13 - xx.xx.2025-ci il tarixli, 11614770 nömrəli elektron qaimə-fakturaya əsasən 25486,33 manat; 14 - xx.xx.2025-ci il tarixli, 11615102 nömrəli elektron qaiməfakturaya əsasən 42720,72 manat; 15 - xx.xx.2025-ci il tarixli, 11923332 nömrəli elektron qaimə-fakturaya əsasən 2295,01 manat; 16 - xx.xx.2025-ci il tarixli, 10047372 nömrəli elektron qaimə-fakturaya əsasən 3238,50 manat; 17 - xx.xx.2025-ci il tarixli, 10381941 nömrəli elektron qaimə-fakturaya əsasən 1870,01 manat; 18 - xx.xx.2025-ci il tarixli, 11330058 nömrəli elektron qaimə-fakturaya əsasən 2040 manat; 19 - xx.xx.2025-ci il tarixli, 12504974 nömrəli elektron qaimə-fakturaya əsasən 6289,99 manat. Göründüyü kimi cavabdehə ümumilikdə 392.187,61 manat dəyərində mal təhvil verilmişdir. Mallar təhvil verildikdən və qəbul edildikdən sonra elektron qaimə göndərilsədə malların ümumi dəyərinin 29.900,29 manat hissəsi ödənilmiş, 362.287,32 manat hissəsi isə bugünədək ödənilməmiş qalmışdır. Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam icra edilməsinin vacibliyi dəfələrlə həm şifahi, həm də yazılı qaydada cavabdehə bildirilmişdir. Lakin malların dəyərinin ödənişi cavabdeh tərəfindən təmin edilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən müvafiq malların qəbul edilməsindən növbəti 60- 90 gün müddətində tam olaraq dəyəri ödənilməlidir. Müqavilənin 5-ci bəndinə əsasən satıcı malın təhvil verilməsini, yaxud alıcı dəyərinin ödənilməsini bu müqavilədə nəzərdə tutulduğu müddətdən gec həyata keçirdikdə hər gecikdirilmiş gün üçün malın dəyərinin və ya ödənişinin 0,1% miqdarda cərimə ödəyir. Həmin cərimə 10%dən artıq ola bilməz. İddia ərizəsinə əlavə edilmiş cədvəldən göründüyü kimi hər satış üzrə gecikdirilmiş ödənişlərin ümumi cərimə məbləği 32.403,20 manat təşkil edir. İddiaçının fəaliyyəti ölkə daxilində müxtəlif növ elektronika mallarının satışından ibarətdir. Satılmış malların dəyərinin ödənilməsi vaxtında həyata keçirilmədikdə digər müştərilərin şifarişlərinin vaxtında çatdırılmasında maneələr yaranır və iddiaçı bu səbəbdən maddi zərərə uğrayır. Bu səbəbdən cavabdeh 362.287,32 manat məbləğində ödənişin gecikdirildiyi hər gün üçün məbləğin 0,1% hissəsini təşkil edən cəriməni də ödəməlidir. Sonradan iddiaçı iddia tələbini azaldaraq, 172.979,63 manat pulun, gecikdirilmiş məbləğin 0,1% hissəsini təşkil edən 10.000 manat cərimə məbləğinin və 684,69 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 183.664,32 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında CD- 85/2021 nömrəli, xx.xx.2021-ci il tarixli “alqı-satqı müqaviləsi” və sazişlər bağlanmışdır. İş materiallarında olan elektron qaimə fakturaların surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mallar satmışdır. Cavabdehin 172.979,63 manat məbləğində borcu qalmışdır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(121)-106/2025 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Cavabdeh MMC-yə məxsus 362.287,32 manat həcmində əmlaklarının (daşınar və daşınmaz əmlaklarının) üzərinə həbs qoyulması, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Cavabdeh MMC-yə məxsus bank hesablarındakı 362.287,32 manat həcmində pul vəsaitlərinin üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlandığından Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 16(106)- 109/2025 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(121)-106/2025 saylı qərardadının ləğv edilməsi, ərizəçi İddiaçı MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə (Cavabdeh MMC) ərizəsinin rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, 1. Tərəflər qəbul edirlər ki, "xxxx" MMC-nin ("İddiaçı"nın) "xxxx" MMC-yə ("Cavabdeh"ə) qarşı 362.287,32 manat məbləğində pulun, 32.403,20 manat cərimə məbləğinin və 684,69 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması tələbi üzrə iddia ərizəsinə dair e-2-2(121)-4016/2025 saylı iş Şirvan Kommersiya Məhkəməsinin icraatındadır. 2. "xxxx" MMC-nin ("Cavabdeh") bu Sazişin imzalanması gününədək "xxxx" MMC-yə ("İddiaçı") qalan borcunun tərkibi aşağıdakılardan ibarətdir: qalıq borcun məbləği 300.757,5; borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə (cərimə) pulunun məbləği - 10.000,0 manat; dövlət rüsümünün məbləği - 684.69,0 manat; cəmi 311.442,19 manat. 3. "Cavabdeh" Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)- 4016/2025 saylı iş üzrə iddia tələbini tam olaraq qəbul edir və yaranmış 300.757,5 manat məbləğində borcu, 10.000 manat cərimə məbləğini və dövlət rüsumuna görə ödənilmiş 684,69 manat pulu, Ümumilikdə 311.442,19 manat məbləğində borcunu xx.xx.2026-cı il tarixədək tam ödəməyi öhdəsinə götürür. 4. Cavabdeh bu Sazişin 3-cü bəndində qeyd olunan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 2025-ci ilin dekabr ayının sonunadək 85.806,15 manat, 2026-cı ilin yanvar ayı ərzində 130.000 manat, 2026-cı ilin fevral ayının 3-dək isə qalan 95.636,04 manat məbləğində pul vəsaitinin iddiaçının hesablaşma hesabına ödəmək öhdəliyini üzərinə götürür. 5. Bu Saziş natorial qaydada təsdiq edildikdən sonra həmin gün "İddiaçı" Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 162.1-ci maddəsinə uyğun olaraq "Cavabdeh"ə qarşı yönəlmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edir. 6. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 ve 261.0.5-ci maddələrinin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər. 7. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir. 8. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin könüllü yerinə yetiriləcəyini nəzərə alaraq, Şirvan Kommersiya Məhkəməsindən Sazişin qəbul edilməsini və xx.xx.2026-cı il tarixinə təyin olunmuş baxış iclasında iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. 9. X1 üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri İddiaçıda, ikincisi Cavabdehdə, üçüncü nüsxə isə notarius ofisində saxlanılır. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin vəkili Vəkil məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, cavabdehin iddiaçıya olan borcu ƏDV daxil 172.979,63 manat (146.888,133 manat + 26.091,5 manat ƏDV) məbləğindədir. Beləliklə, işin həqiqi halları ilə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın borcun və cərimənin tutulması hissələri əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissələri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 684,69 manat dövlət rüsumunun cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 172.979,63 manat borc, 10.000 manat cərimə, cəmi 182.979,63 manat məbləğində pul vəsaiti və 684,69 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-4016/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4016/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver