Məhkəmə qərarları › İş №e-2-2(121)-411/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-411/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-411/2025 04.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Arzu MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Arzu MMC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Arzu MMC Cavabdeh qarşı – 20.715 manat borcun və 152,14 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin fəaliyyət dairəsinə yanacaq doldurma məntəqəsi və bir çox sahələr aiddir. Cavabdeh loqistik şirkəti işlədir və işinin əsasını isə yükdaşıma təşkil edir. Şirkətinə onlarla yük avtomobilləri olan tırlar daxildir. Cavabdeh özü şirkətlə əməşdaşlıq etmək istəmiş, MMC-yə məxsus olan Masallı şəhəri, H.Əliyev prospektində yerləşən X8 avtomobilləri üçün müxtəlif vaxtlarda 19.715 manat dəyərində dizel markalı yanacaq vurduraraq, növbəti reysdən qayıdaraq yanacağın pulunu verəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. MMC-nin şikayəti üzrə polis şöbəsində araşdırma aparılmış, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh MMC-yə vurduğu ziyana görə MMC dizelin pulunu topdan satışçılara ödəmək üçün əlavə kredit götürmüş və 1000 manat ziyana düşmüşdür. Cavabdeh həmin 1000 manatı da ödəyəcəyinə polis şöbəsində verdiyi izahatında öhdəlik götürmüşdür. Yekunda onun MMC-yə 20.715 manat borcu qalmışdır. Borcundan MMC-yə heç bir ödəniş etməmişdir. MMC tərəfindən cavabdehə yazılı, şifahi və elektron qaydada pretenziyalar bildiriş göndərilmiş və heç bir nəticəsi olmamışdır. Həmçinin onlayn kargüzarlıq qaydasında da pretenziya və iddia ərizəsi göndərilsə də, cavabdeh bir nəticə çıxarmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edilmişdir. İddiaçı Arzu MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X11 xx.xx.2024-cü il tarixli qərara əsasən, X2 müraciəti əsasında Masallı RPŞ-də toplanmış xx.xx.2024-cü il tarixli HK-1/2090 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarın surətindən görünür ki, Masallı şəhəri, Arzu MMC X9 direktoru işləyən, Masallı şəhəri, B.Məmmədov küçəsi ev 19 da qeydiyyatda olmaqla yaşayan X7 xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək, əvvəllər tanıdığı Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Cavabdeh ona məxsus olan Masallı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Arzu MMC X8 müxtəlif vaxtlarda, bir neçə ay müddət ərzində “Tır” yük avtomobilləri üçün istifadəyə ümumilikdə 19.715 manat dəyərində dizel markalı yanacaq vurduraraq, növbəti reysdən qayıdaraq yanacağın pulunu verəcəyini vəd edərək, onun etibarından istifadə edərək, lakin Cavabdeh verdiyi vədinə əməl etməyərək, ona qarşı dələduzluq etməsini göstərmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı X7 izahatında göstərmişdir ki, Masallı şəhəri, Arzu MMC X9 direktoru işləyir, Masallı şəhəri, B.Məmmədov küçəsi ev 19 da qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə Masallı rayon prokurorluğuna eyni zamanda poçt vasitəsilə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək, əvvəllər tanıdığı Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Cavabdeh ona məxsus olan Masallı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Arzu MMC X8 müxtəlif vaxtlarda, bir neçə ay müddət ərzində “Tır” yük maşınları üçün istifadəyə ümumilikdə 19715 manat dəyərində dizel markalı yanacaq vurduraraq, növbəti reysdən qayıdaraq yanacağın pulunu verəcəyini vəd edərək, onun etibarından istifadə edərək, lakin Cavabdeh verdiyi vədinə əməl etməyərək ona qarşı dələduzluq edərək, verdiyi vədinə əməl etməmişdir. Qeyd edilən qərardan həmçinin görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, izahatının təhqiqatçı tərəfindən kompüterdə yazılmasına etiraz etməmişdir. Barəsində edilmiş müraciətlə tanış olmuşdur. X5 uzun müddətdir ki, tanıyırmış. Onunla arasında heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 1 il öncə Bəhruzun işlədiyi “Masoil” yanacaqdoldurma məntəqəsinə yaxınlaşmışdır. Bəhruzla razılaşmışlar ki, tırlara yanacaq vuracaq və tırlar xarici ölkədən qayıtdıqdan sonra Bəhruzun yanacaq pulunu verəcəkdir. Tırlar işləmədiyi üçün Bəhruzun yanacağının pulunu verə bilməmişdir. Hətta Bəhruz demişdir ki, bankdan kredit götürüb onun pulunu verəcəkdir. Bankdan da pul götürə bilməmişdir. Bəhruza olan borcu gecikdiyi üçün onunla telefonda razılaşmışdır ki, Bəhruz öz işlərini nizamlamaq üçün ona olan borcu qədər kredit götürüb işini həll etsin və onun kredit faizinidə verəcəkdir. Bəhruz Heydərovdan ümumilikdə 2023-cü il ərzində 19.715 manat miqdarında yanacaq almışdır. Hal-hazırda imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. X3 aldığı yanacağın pulunu ayda 700 manat olmaqla qaytaracaqdır. Ona görə götürdüyü kreditə görə də ona əlavə 1.000 manat pul verəcəkdir. X1 olan 20.715 manat borcunu hər ay ən azı 700 manat olmaqla qaytaracaqdır. Qərardan eyni zamanda görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Masallı şəhəri, B.Məmmədov küçəsi ev 19 da qeydiyyatda olmaqla yaşayan X4 xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək, əvvəllər tanıdığı Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Cavabdeh ona məxsus olan Masallı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Arzu MMC X8 müxtəlif vaxtlarda, bir neçə ay müddət ərzində “Tır” yük avtomobilləri üçün istifadəyə ümumilikdə 19.715 manat dəyərində dizel markalı yanacaq vurduraraq, növbəti reysdən qayıdaraq yanacağın pulunu verməmişdir. Mobil telefon vasitəsi ilə şifahi olaraq razılaşmışlar ki, X14 Ağayevdən alacağı pulun dəyərində kredit götürün və həmin kredit faizini də Cavabdeh verəcəkdir. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş 20.715 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, araşdırma zamanı cavabdehin dizel yanacağının alınması ilə əlaqədar iddiaçıya 19.715 manat borcunun qalması müəyyən edilmişdir. Bundan başqa, tərəflər şifahi olaraq razılaşmışlar ki, götürülmüş kreditin faizi kimi əlavə olaraq 1000 manat pul vəsaiti də cavabdeh tərəfindən ödəniləcəkdir. Belə ki, bu hallar iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Masallı RPŞ-nin TB-nin tədqiqatçısının xx.xx.2024-cü il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən hallar cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hal məhkəmə üçün məcburidir və göstərilən hallar yenidən sübut edilməməlidir. Belə olan halda, iddiaçı bu halları sübut etmək yükündən azad olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göründüyü kimi, tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə dizel yanacağı nisyə satılmışdır. Lakin, cavabdeh tərəfindən dizel yanacağının dəyəri iddiaçıya ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göstərilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsinin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət olmadığından, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan dizel yanacağı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin dizel yanacağının qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında dizel yanacağı almasına dair hüququndan istifadə etmiş, lakin həmin dizel yanacağının dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsindən yaranmış 19.715 manat borcu və götürülmüş kreditin faizi kimi əlavə olaraq cavabdeh tərəfindən ödənilməli olan 1.000 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı nisyə alqı-satqı müqaviləsindən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, kredit götürülməsi ilə əlaqədar iddiaçıya əlavə zərər vurmuşdur. Odur ki, nisyə alqı-satqı müqaviləsi üzrə borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddiaçının çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 152,14 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 20.715 manat məbləğində borc və 152,14 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Arzu MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar