Məhkəmə qərarları › İş №e-2-2(121)-416/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-416/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-416/2021 17.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndələri X3 və Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.264,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı aparatının inzibati binasının elektrik enerjisi ilə daha da keyfiyyətli təmin edilməsi məqsədilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31.05.2016-cı il tarixdə 16012758 nömrəli SMS sayğac quraşdırılmış, daha sonra 27.09.2019-cu il tarixdə həmin sayğac **********83 nömrəli müasir tipli smart kart sayğac ilə əvəz edilmişdir. 04.10.2019-cu il tarixdə rayon İcra Hakimiyyətinə EİQ pozulması səbəbinə görə akt tərtib edilərək 2.571,39 manat cərimə yazılmış və həmin məbləğ tərəflərindən ödənilmişdir. 29.10.2019-cu il tarixdə abonentlərin ayrılması səbəbi göstərilərək İddiaçınə 5.264,20 manat məbləğində borc hesablanmışdır. Lakin, İddiaçı **********9 abunə kodunun və **********83 sayğac göstəricilərinə əsasən 01.06.2016-cı il tarixdən 11.08.2020-ci il tarixədək İddiaçı elektrik enerjisinin sərfiyyat məbləği 45.131,87 manat, 04.10.2019-cu il tarixdə isə 2.571,39 manat cərimə təşkil etmişdir. Göstərilən illər ərzində elektrik enerjisinin sərfiyyatı 04.10.2019-cu il tarixdə yazılan cərimə ilə birlikdə 47.703,26 manat təşkil etmişdir. 09.06.2020-ci il tarixdən 28.07.2020-ci il tarixədək İddiaçı tərəfindən 50.020,04 manat miqdarında ödəniş həyata keçirilmişdir. Bu göstəricilərdən məlum olur ki, İddiaçı 4 il 2 ay müddət ərzində heç bir qalıq borcu olmamış və tərəflərindən sayğacın hesabına 2.316,78 manat sərfiyyatdan artıq pul köçürülmüşdür. 29.10.2019-cu il tarixdə abonentlərin ayrılması səbəbi göstərilərək İddiaçınə 5.264,20 manat məbləğində borc hesablanmasının səbəbləri məlum olmadığı üçün həmin məbləğin yazılmasını qanunsuz hesab edirlər. Göstərilən borcun nə vaxt və hansı səbəbə yazılmasını təsdiq edən heç bir hüquqi sənəd onlara təqdim olunmamışdır. İddiaçı **********83 nömrəli sayğacına köçürülən ödəmələrdən, sərfiyyatdan və yazılan cərimələrdən məlum olur ki, bu göstərilən borc 4 il 2 ay müddətində yığılmamışdır. Həmin borcun mövcudluğu barədə məlumat onlara 29.10.2019-cu il tarixdə verilmişdir. Bununla əlaqədar olaraq 2020-ci il ərzində onların hesabından elektrik enerjisinin sərfiyyatından əlavə 5.264,20 manat artıq pul tutulmuşdur. Mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması məqsədilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə 09.09.2020-ci il tarixdə rəsmi müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Odur ki, 5.264,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı nümayəndələri X5 və Qanuni nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavadeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavadeh “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndələrinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18.01.2021-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında elekrtik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin **********41001 saylı kod üzrə abunə haqqında məlumatından görünür ki, İddiaçı 07.10.2015-ci il tarixdən 30.05.2016-cı il tarixədək 7.647,18 manat dəyərində X1 edilmiş, 174,96 manat transformator itkisi hesablanmış, 2.557,96 manat ödəniş edilmiş və nəticədə 5.264,20 manat borcu qalmışdır. İş materiallarında olan “xxxx” ASC-nin **********12166 saylı kod üzrə abunə haqqında məlumatından görünür ki, İddiaçı “xxxx” ASC-yə borcu yoxdur. İş mateiallarında olan “xxxx” ASC-nin 26.09.2019-cu il tarixli, NDQ № 006503 saylı saylı aktında qeyd edilmişdir ki, “E.E.İ.Q.”-na uyğun olaraq baxış keçirən zaman məlum oldu ki, sayğac yanıb və elektrik işlədiciləri şəbəkəyə birbaşa qoşulmuşdur. Sayğac yenisi ilə əvəz edilsin. İş materiallarında olan 04.10.2019-cu il tarixli icra vərəqindən görünür ki, 26.09.2019cu il tarixli, NDQ № 006503 saylı akt üzrə İddiaçınə 24436 kvts : 65 gün x 76 gün = 28571 kvts X 0,09 = 2.571,39 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış məktubun surətində qeyd olunur ki, İddiaçı aparatının inzibati binasının elektrik enerjisi ilə daha da keyfiyyətli təmin edilməsi məqsədilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31.05.2016-cı il tarixdə 16012758 nömrəli SMS sayğac quraşdırılmış, daha sonra 27.09.2019-cu il tarixdə həmin sayğac **********83 nömrəli müasir tipli smart kart sayğac ilə əvəz edilmişdir. 04.10.2019-cu il tarixdə rayon İcra Hakimiyyətinə EİQ pozulması səbəbinə görə akt tərtib edilərək 2.571,39 manat cərimə yazılmış və həmin məbləğ ödənilmişdir. 29.10.2019-cu il tarixdə abonentlərin ayrılması səbəbi göstərilərək, İddiaçınə 5.264,20 manat məbləğində borc hesablanmışdır. Lakin, İddiaçı **********9 abunə kodunun və **********83 sayğac göstəricilərinə əsasən, 01.06.2016-cı il tarixdən 11.08.2020-ci il tarixədək İddiaçı elektrik enerjisinin sərfiyyat məbləği 45.131,87 manat, 04 10.2019-cu il tarixdə isə 2.571,39 manat cərimə təşkil etmişdir. Göstərilən illər ərzində elektrik enerjisinin sərfiyyatı 04.10.2019-cu il tarixdə yazılan cərimə ilə birlikdə 47.703,26 manat təşkil etmişdir. 09.06.2020-ci il tarixdən 28.07.2020-ci il tarixədək İddiaçı tərəfindən 50.020,04 manat miqdarında ödəniş həyata keçirilmişdir. Bu göstəricilərdən məlum olur ki. İddiaçı 4 il 2 ay müddət ərzində heç bir qalıq borcu olmamış və sayğacın hesabına 2.316,78 manat sərfiyyatdan artıq pul köçürülmüşdür. 29.10.2019-cu il tarixdə abonentlərin ayrılması səbəbi göstərilərək İddiaçınə 5.264,20 manat məbləğində borc hesablanmasının səbəbləri məlum olmadığı üçün həmin məbləğin yazılmasını qanunsuz hesab edirlər. Göstərilən borcun nə vaxt və hansı səbəbə yazılmasını təsdiq edən heç bir hüquqi sənəd təqdim olunmamışdır. İddiaçı **********83 nömrəli sayğacına köçürülən ödəmələrdən, sərfiyyatdan və yazılan cərimələrdən məlum olur ki, bu göstərilən borc 4 il 2 ay müddətində yığılmamışdır. Həmin borcun mövcudluğu barədə məlumat 29.10.2019-cu ii tarixdə vermişdir. Bununla əlaqədar olaraq, 2020-ci il ərzində hesablarından elektrik enerjisinin sərfiyyətından əlavə 1.862 manat artıq pul tutulmuş və 3.402 manat isə qalıq borc göstərilir. Hazırda İddiaçı tərəfindən ödənilən vəsaitlərin 40%-i mübahisələndirilən borca, 60%-i isə **********83 nömrəli sayğaca yüklənir. Odur ki, İddiaçı **********83 nömrəli sayğacına “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılma səbəbi bilinməyən, heç bir hüquqi sənəd təqdim etmədən minimum 4 il 2 ay əvvəl yığılan və 29.10.2019-cu il tarixdə bildirilən 5.264,20 manat borcun hesablarından çıxılmış 1.862 manat pulun geri qaytarılması, həmçinin 3.402 manat qalıq borcu iddia müddətinin keçməsi ilə bağlı silinməsi barədə göstəriş verilməsi xahiş olunur. İş materiallarında olan cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd olunur ki, İcra Hakimiyyətinin abunə haqqında məlumatdan da göründüyü kimi istehlakçının hesabından heç bir əlavə çıxılmış pul olmamışdır. Belə ki, 07.08.2015-ci il tarixdən istehlakçı **********9 abunə kodu ilə X1 etmişdir. İddiaçının da qeyd etdiyi kimi 31.05.2018-ci il tarixdə 16012758 saylı SMS sayğac quraşdırılmış və yeni abunə kodu (**********9) açılmışdır. Beləliklə yeni abunə kod açılarkən köhnə kodda (**********9) olan 5.264,20 manat məbləğində enerji haqqı yeni abunə koduna (**********9) keçid edilməmişdir. Bu səbəbdən də müasir tipli Smart kart sayğacı ilə əvəz olunduqdan sonra 5.264,20 manat məbləğində enerji haqqı yeni abunə koduna (**********9) qeyd edilmişdir. Bundan əlavə tərtib olunmuş akta əsasən hesablanmış 2.571,39 manat enerji haqqı iki dəfə hesablandığı üçün 06.11.2019-cu il tarixdə yenidən baxılaraq həmin məbləğin biri hesabdan silinmişdir. Eyni zamanda Azərenerji dövründən yaranan 1.096 manat məbləğ dondurulmuşdur. Göründüyü kimi İddiaçı hesabında olan enerji haqqı “xxxx” ASC dövründə istifadə olunmuş enerjinin dəyəridir və heç bir əlavə hesabdan çıxılmış pul məbləği mövcud deyildir. Eyni zamanda mübahisələndirilən enerji haqqı sayğac göstəricisinə əsasən İcra Hakimiyyətinin istifadə etdiyi enerji dəyəridir. “EEİQ”-nın tələbində əsasən enerji təchizat müəssisəsinə onunla təkrar hesablaşma aparılması hüququnu verir. Beləliklə, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğu üçün həmin tələblərə etiraz edir və hesab edirlər ki, tələb məhkəmə tərəfindən təmin olunmamalıdır. İddiaçı iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. 01.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş X4 izahatında bildirmişdir ki, tərəflərindən təhlil aparılarkən abonentə məxsus iki kod olduğu müəyyən edilmişdir. Bunlardan biri SMS tipli sayğacdan əvvəlki koddur. Abonentə yeni Smart sayğac quraşdırılarkən əvvəlki kod üzrə hesablanmış borc yeni quraşdırılan sayğacın kodu üzərinə keçirilmişdir. 5.264,20 manat borc İddiaçı faktiki istifadə etdiyi elektrik enerjisinin dəyəridir. Məhkəmə müəyyən etdi ki, İddiaçınə 29.10.2019-cu il tarixdə abonentlərin ayrılması qeydi ilə 5.264,20 manat borc hesablanmışdır. Həmin borcun hesablanmasının səbəbləri onlara məlum olmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, sözügedən borcun silinməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin **********41001 saylı kod üzrə abunə haqqında məlumatından görünür ki, İddiaçı 07.10.2015-ci il tarixdən 30.05.2016-cı il tarixədək 7.647,18 manat dəyərində X1 edilmiş, 174,96 manat transformator itkisi hesablanmış, 2.557,96 manat ödəniş edilmiş və nəticədə 5.264,20 manat borcu qalmışdır. Daha sonra iddiaçıya 31.05.2016-cı il tarixdə E350 (SMS) tipli sayğac və 27.09.2019cu il tarixdə PAUD-MP306 (Smart) tipli sayğac quraşdırılmış, həmin sayğaclardan yeni **********12166 saylı abonent kodu ilə istifadə edilmiş, əvvəlki **********41001 saylı kod üzrə qalıq 5.264,20 manat borc yeni abunə koduna əlavə edilməmişdir. Qeyd olunan hal yalnız 27.09.2019-cu il tarixdə Smart tipli sayğac quraşdırıldıqdan sonra aydın olmuş və 29.10.2019-cu il tarixdə həmin məbləğ, yəni əvvəlki abunə kodu üzrə hesablanmış 5.264,20 manat qalıq borc yeni abonent koduna “Abonentlərin ayrılmasına görə” qeydi ilə əlavə edilmişdir. Həmçinin **********12166 saylı abonent kodu üzrə abunə haqqında məlumatdan görünür ki, İddiaçı borcu yoxdur. Yəni mübahisələndirilən 5.264,20 manat borc da daxil olmaqla, bütün borc İddiaçı tərəfindən ödənilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, 26.09.2019-cu il tarixli, NDQ № 006503 saylı akta əsasən, İddiaçınə 2.571,39 manat borc yanlış olaraq, 2 dəfə abonent saldosuna əlavə edilmiş, daha sonra həmin məbləğlərdən biri silinmiş, 2.571,39 manat borc saxlanılmış və həmin borc İddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunan akt hazırki mübahisə predmeti deyildir. Göründüyü kimi, hazırda mübahisələndirilən və silinməsi tələb olunan 5.264,20 manat borc İddiaçı tərəfindən faktiki istifadə olunmuş elektrik enerjisinə görə hesablanmış və yeni kod üzrə abonent saldosuna 29.10.2019-cu il tarixdə “Abonentlərin ayrılmasına görə” qeydi ilə əlavə edilmişdir. Başqa sözlə, həmin borc qanuni şəkildə hesablanmışdır və sözügedən borcun silinməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir Həmin Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14.-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cari elektrik enerjisi sərfiyyatına görə və transormator itkisi kimi hesablanmış borcun ödənilməsi hazırki iş üzrə iddiaçının vəzifəsi olduğundan və həmin borc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar