Məhkəmə qərarları › İş №e-2-2(121)-4189/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4189/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4189/2025 16.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alqı-satqı müqaviləsi üzrə 8502,65 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 105,03 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra “iddiaçı”) X6 (şəxsiyyət vəsiqəsi: AZE17748879, VÖEN: **********) arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş təhvil-qəbul aktlarına və elektron qaimə-faktura sənədlərinə əsasən, cavabdeh X6 tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə tədarük edilmişdir. Həmçinin alqı-satqı münasibətlərinin yekununda tərəflər arasında son haqqhesabın və qalıq borcun dəqiqləşdirilməsi məqsədilə üzləşmə aktı tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən, İddiaçı MMC-nin uçot məlumatları üzrə X4 Cəmiyyətə 9347,65 manat, X4 uçot məlumatlarına əsasən 9302,65 manat qalıq borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Lakin alıcı müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, X6 İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 8502,65 manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki İddiaçı MMC ilə X6 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X4 İddiaçı MMC-yə 8502,65 manat əsas borcu mövcuddur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq qalıq borcun ödənilməsi təmin edilməmişdir. Təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, Rusiya Federasiyası, Moskva şəhərində vəfat etmiş, ölüm faktı Lənkəran regional ASAN Xidmət Mərkəzi tərəfindən qeydə alınmışdır. Bundan sonra onun həyat yoldaşı, hazırki iş üzrə cavabdeh – Muradova X2 regional ASAN Xidmət Mərkəzinə müraciət edərək ona çatası miras payını qəbul etmiş, adına vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh adına Lənkəran regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verilən miras əmlaklar siyahısında aşağıdakılar qeyd olunmuşdur: Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD442611 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi - mühərrikin nömrəsi D4DC8379375 və buraxılış ili 2008-ci il olan HYUNDAİ HD72 YÜK markalı 42BO332 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD442612 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi - mühərrikin nömrəsi D4DC9391622 və buraxılış ili 2009-cu il olan HYUNDAİ HD72 YÜK markalı 42BT332 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD442613 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi - mühərrikin nömrəsi D4DCA429196 və buraxılış ili 2010-cu il olan HYUNDAİ HD65 YÜK markalı 42BS502 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, mərhum X4 adına Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.0147 ha torpaq sahəsi; Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0.08 ha torpaq sahəsi; Lənkəran rayonu, Mamusta kəndində 0.22 ha torpaq sahəsi qeydiyyata alınmışdır İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə mərhum X6 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, 83090 nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi,alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndində əsasən, Alıcı təsdiq edir ki, bu Müqaviləyə əsasən malları satıcıdan təhvil alan o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və ya imzalayan, Alııcya məxsus eynuləşdirmə kodu vasitəsi ilə ( bundan sonra eyniləşdirmə kodu) Online Sifariş verilməsini həyata keçirən hər hansı şəxs Alıcınln nümayəndəsi və Alıcının adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur. Satıcı bu cür şəxslərin Alıcının adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və Alıcı bu sənədləri çatdıran (müşahidə edən) təhvil verən və alanşəxsin etibarnamə üzrə buna və ilkin uçot sənədlərinə o cümlədən qaimələrə və aktlara imza etməyə səlahiyyətli olduğuna təminat verir. İş materiallarında olan malların təhvil qəbul aktlarının surətindən görünür ki, İddiaçı MMC tərəfindən mərhum X5 mallar təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşmə aktı”ndan görünür ki, İddiaçı MMC-ni nümayəndələri və X6 həmin aktı tərtib etməklə 27 yanvar 2020-ci il tarixli, 83090 nömrəli alğı-satqı müqaviləsinə əsasən X4 xx.xx.2023-cü il tarixə 9302,65 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, X4 27 yanvar 2020ci il tarixli, 83090 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə borcu 8502,65 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə X6 arasında 27 yanvar 2020-ci il tarixli, 83090 nömrəli alqısatqı müqaviləsinə əsasən yaranmış 8502 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində vəfat etmiş, ölüm faktı Lənkəran regional ASAN Xidmət Mərkəzi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə”dən görünür ki, X4 həyat yoldaşı Cavabdeh mərhumun qanun üzrə vərəsəsi kimi tanınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən notariat ofisinə verilmiş ərizədən görünür ki, xx.xx.2024-cü ildə vəfat etmiş X3 qalmış miras əmlaka, o cümlədən ona çatan paya vərəsəliyi qəbul etmişdir. Adına vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, o cümlədən ona çatan ½ mülkiyyət hüququndan imtina etmişdir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları mərhum X1 ilə razılaşdırılmış miqdarda onun mülkiyyətinə verməyə, X6 isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları X5 təhvil verdiyini, X4 isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, iddiaçı ilə mərhum X6 arasında malların nisyə satışını nəzərdə tutan alğısatqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların mərhum X5 təhvil verilməsi (malların təhvil-qəbul aktlarına əsasən), təhvil veriliş mallara görə X4 xx.xx.2023-cü il tarixə 9302,65 manat məbləğində borcunun olması işin mübahisəsiz hallaırını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını mərhum X6 tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı X4 təhvil aldığı mallara görə ödənilməmiş 8502,65 manat borcunun qaldığını iddia edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə belə sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktları, elektron qaimələri, üzləşmə aktını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi mərhum X6 tərəfindən alınan malların qiymətini təşkil edən 8502,65 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğısatqı obyekti olan malları mərhum X4 mülkiyyətinə vermişdir, lakin mallar təhvil alınsa da, dəyəri tam ödənilməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, Cavabdeh mərhum əri mərhum X4 prosessual hüquq varisi kimi tanınaraq iş üzrə iddiaya cavab verməli şəxs olmasının faktiki və hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında şərh olunmuşdur ki, “Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, “Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin qərarlarında sərgilənən hüquqi mövqedən belə nəticə hasil olur ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirasdan imtina etməyərək mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu halda isə, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçının Cavabdeh qarşı pul tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 8502,65 manat məbləğində borc və ödənilmiş 105,03 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 8607,68 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar