Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4191/2025 05.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi Sakhıl Amirovun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı - pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – 7.104,08 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 91,05 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh bağlanmış xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş təhvil-qəbul aktlarına və elektron qaimə-faktura sənədlərinə əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə tədarük edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə cəmiyyətə 7.104,08 manat məbləğində qalıq borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq qalıq borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, onun borcu təxmini 2.000 manat məbləğindədir. Belə ki, iddia ərizəsində göstərilən qeyd edilən mallar ona verilmişdir. Ancaq geri qaytarmaq istədikləri mallar iddiaçı tərəfindən təhvil alınmamış, bununla da həmin malların yararlılıq müddəti ötmüşdür. Malların geri götürülməsi ilə əlaqədar iddiaçıya zəng edilmiş və məktub göndərilmişdir. 1.939,53 manat məbləğində iddiaçıya məxsus mallar onlarda qalmışdır, lakin iddiaçı həmin malları təhvil almır. Göstərilənlərə əsasən məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Sakhıl Amirov məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, o, cavabdehin əridir. 7.104,08 manat dəyərində mallar cavabdehə verilmişdir. Lakin geri qaytarmaq istədikləri mallar iddiaçı tərəfindən təhvil alınmamış, bununla da həmin malların yararlılıq müddəti ötmüşdür. Sonradan mağazaları bağlanmışdır. Bundan sonra dəfələrlə malların geri götürülməsi iddiaçıdan xahiş edilmişdir. Hətta, 1.036,43 manat dəyərində malların geri götürülməsi ilə əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. 1.939,53 manat məbləğində iddiaçıya məxsus mallar onlarda qalmışdır, lakin iddiaçı həmin malları təhvil almır. Cavabdehin iddiaçıya təxminən 2.000 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 23546 STAS/2023-2901 nömrəli, xx.xx.2023-cü il tarixli “alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, əgər alıcıda elə bir əsaslı qənaət olsa ki, hər hansı malın satışı alıcı və ya müştərilər üçün təhlükə yaradır və ya ziyan vurur və ya qanunvericiliyin tələblərinə pozulmasına gətirib çıxarır, həmçinin mala dair müştərilərdən şikayətlər alıcıya daxil olduğu hallarda, alıcı ən tez zamanda malların mağazalarda satışını dayandırmalı, malları mağazalardan yığışdırmalı, satıcıya məlumat verməli və malların ticarət dövriyyəsindən kənar edilməsi və/və ya malların müştərilərdən geri alınmasını (bundan sonra "Geri Çağırma") təşkil etməli və malların satıcı tərəfindən geri alınmasını tələb etməlidir. Qeyd edilən müqavilənin 7.1-ci bəndindən görünür ki, satıcıdan alıcıya keyfiyyətsiz (satışa yararsız) mal daxil olduğu halda satıcı həmin malı keyfiyyətli malla əvəz edir, bu mümkün olmadıqda, satıcı onu geri qaytarır. Bunun ilə bağlı satıcının məsuliyyəti tərəflər arasında müvafiq akt tərtib edildiyi andan yaranır. Göstərilən müqavilənin 7.2-ci bəndindən görünür ki, alıcı tərəfindən kəmiyyət ilə bağlı iradlar malların təhvil-təslimi zamanı, keyfiyyət ilə bağlı iradlar isə mallar təhvil alındıqdan sonra 24 saat ərzində bildirilməlidir. Alıcı tərəfindən malların əksik çatdırılması ilə bağlı iradlar öz təqdiqini taparsa alıcı çatdırılmış malları qəbul etməli və tərəflərin razılışmásına əsasən həmin əskik sayda mallar satıcı tərəfindən daha sonra təmin edilməlidir. İş materiallarında olan sənədlərdən (təhvil-qəbul aktları və elektron qaimə fakturaların surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh mallar satmışdır. Cavabdehin 7.104,08 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilən maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə 7.104,08 manat məbləğində borcu vardır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində sistem üzərindən iddiaçıya 1.036,43 manat məbləğində iadə yazılmış, lakin təsdiqlənmədiyi üçün sistem tərəfindən ləğv edilmiş, 3 iş günü ərzində iadələr götürülməzsə, aktlaşdırılıb, borc məbləğindən azaldılacaqdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli malların tədarükçüyə qaytarılması barədə imzalanmamış təhvil-təslim aktından görünür ki, 1.939,53 manat məbləğində mallar İddiaçı MMC-yə qaytarılması üçün “Zal-Maqazin” anbarında saxlanılır. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatları ilə, habelə işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiacı qeyd edilən müqavilə üzrə malları cavabdehə təhvil vermiş olsa da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və malların dəyərini iddiaçıya tam şəkildə ödəmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən elektron qaimələrdə göstərilən 10.211,48 manatlıq (iddia tələbi üzrə tələb edilən 7.104,08 manatlıq) malların cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, qeyd edilən müqavilə əsasında mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh həmin malların yararlılıq müddətinin ötməsi, mağazanın bağlanması və malların iddiaçı tərəfindən geri götürülməməsinə əsaslanaraq iddiaya etiraz edir. Halbuki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində malların hansı hallarda və hansı müddətdə geri qaytarılması müqavilənin 4.1, 7.1 və 7.2-ci bəndlərində aydın şəkildə göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 91,05 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 7.104,08 manat məbləğində pul vəsaiti və 91,05 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-4191/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4191/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver