Məhkəmə qərarları › İş №e-2-2(121)-436/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-436/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-436/2021 13.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 606,83 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən GSM müqaviləsinə əsasən 606,83 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu “xxxx” MMC arasında bağlanmış GSM müqaviləsinə əsasən, sonuncu Cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 606 manat 83 qəpik məbləğində borcu yaranmışdır Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını İddiaçı MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesabfakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, İddiaçı MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Mobil rabitə xidmətlərinin göstərilməsinə dair xx.xx.2016-cı il tarixli, 86-2016 saylı müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında müqavilə bağlanmışdır. İddiaçı MMC abunəçiyə bu müqavilənin müddəalarına uyğun olaraq, “Korporativ Abunəçi”yə mobil rabitə xidmətləri göstərməyi, “Korporativ Abunəçi” isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ tarif əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini öhdələrinə götürmüşlər. Müqavilənin 3-cü bəndinə əsasən, bu müqavilə üzrə təqdim edilən xidmətlərin qiyməti korporativ tarif planında, digər xidmətlərin dəyəri isə bu müqavilənin müvafiq əlavələrində göstərilib və ödəniş hesaba köçürmə yolu ilə, yaxud “Şirkət”in müəyyən etdiyi digər qaydada, hər növbəti ayın 30-dan gec olmayaraq həyata keçirilməlidir. Əgər korporativ abunəçi tərəfindən hazırki müqavilə üzrə ödəniş şərtləri pozularsa korporativ abunəçi gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,05% həcmində, lakin əsas borcun 20%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. İş materiallarında olan hesab fakturanın surətindən görünür ki, abonent “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin göstərilmiş rabitə xidmətlərinə görə İddiaçı MMC-yə 606,83 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx xxxx 2019-cu il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən yaranmış borcunun ödənilməsi tələb olunmuş və həmin borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuşdur. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildiriş xx.xx.2021ci il tarixində qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada mobil rabitə xidmətlərinin göstərilməsinə dair xx.xx.2016-cı il tarixli, 86-2016 saylı müqavilənin, hesab fakturanın, pretenziya məktubunun və digər sənədlərın surətləri məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə abunəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mobil rabitə xidmətlərinin göstərilməsinə dair xx.xx.2016-cı il tarixli, 86-2016 saylı GSM müqaviləsi bağlanmışdır. Borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı MMC ilə bağladığı müqaviləyə əsasən korporativ abunəçi kimi İddiaçı MMC-nin rabitə xidmətlərindən istifadə etmiş, istifadə etdiyi rabitə xidmətlərinin dəyirini ödəmədiyindən 606,83 manat xidmət haqqı borcu yaranmış, lakin borc ödənilməmişdir. Borcun könüllü ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilməsinə baxmayaraq, mübahisə məhkəmədənkənar qaydada həll edilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddia tələbinə qarşı əsaslandırılmış etiraz, həmçinin etirazın əsasladığı sənəd və sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (maddə 284-5.3). Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi təmin edilməli, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair xx.xx.2016-cı il tarixli, 86-2016 saylı müqavilə üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 606,83 manat xidmət haqqı borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 636,83 manat cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü, 357-ci və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. 606,83 manat xidmət haqqı borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 636,83 manat (altı yüz otuz altı manat, səksən üç qəpik) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar