Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-448/2024 30.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı – 17.892,83 manat əsas borcun, Konstitusiya məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən əldən çıxmış fayda olaraq borcun əsas borc mənbləğinin 5 faizi olan 894 manatın, 5.000 manat əldən çıxmış faydanın, 200 manat mediasiya və 500 manat vəkilə ödənilmiş haqqın ümumilikdə 24.486,83 manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı nümayəndəsi-vəkili “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia ərizəsininin xahiş etdim hissəsində mexaniki səhv olaraq iddiaçının adı İddiaçı MMC əvəzinə "xxxx" MMC kimi cavabdehin adı isə "xxxx" MMC əvəzinə "xxxx" MMC kimi qeyd edilmişdir. Hazırki ərizə ilə iddia ərizəsində cavabdehdən göstərilən borc məbləğininn cavabdeh "xxxx" MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iş üzrə barışıq sazişində göstərilən şərtlərlə razı olduqlarını və barışıq sazişini nəzərə alaraq icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Barışıq sazişi”ndən görünür ki, İddiaçı MMC-nin nümayəndəsi-vəkili (“Birinci tərəf”) ilə Cavabdeh MMC-nin direktoru X1 (“İkinci tərəf”) arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişin 2.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in “Birinci tərəf”ə olan borcu 17892,83 manat əsas və 700 manat mediasiya vəkilə çəkilmiş xərc hissəsi olmaqla cəmi 18.592,83 manat təşkil edir. Həmin sazişin 2.2-ci bəndində qeyd edilmişdir ki, “İkinci tərəf” borc məbləğinin 01 may 2024-cü il tarixindən başlayaraq hər ay, ayın 1-dən 5-dək 500 manat olmaqla, 38 ay müddətinə, 01 iyul 2024-ci il tarixinədək ödəməyi öhdəsinə götürür. Ödəniş nağdsız qaydada sazişin 4.2-ci bəndində göstərilən “İkinci tərəf”ə aid bank hesabından 4.1-ci bəndində “Birinci tərəf”ə aid bank hesabına nağdsız qaydada köçürüləcəyini tərəflər təsdiq edir. Tərəflərin biri-birini ödəmə vaxtında 10 gün öncədən məlumatlandırma şərti ilə ödəməni nağd qaydada müvafiq təhvil qəbzi ilə də həyata keçirmək barədə razılığa gəldiklərini tərəflər təsdiq edir. Həmin sazişin 2.3-cü bəndindəqeyd edilir ki, Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcəyini tərəflər təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən və tərəflər arasında artıq mübahisə mövcud olmadığından işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Bundan əlavə, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52-ci, 191-ci, 261.0.5-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı (“Birinci tərəf”) ilə Cavabdeh MMC (“İkinci tərəf”) arasında bağlanmış 19 aprel 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər razılaşırlar ki, “İkinci tərəf”in “Birinci tərəf”ə olan borcu 17892,83 manat əsas və 700 manat mediasiya vəkilə çəkilmiş xərc hissəsi olmaqla cəmi 18.592,83 manat təşkil edir.
2. “İkinci tərəf” borc məbləğinin 01 may 2024-cü il tarixindən başlayaraq hər ay, ayın 1-dən 5-dək 500 manat olmaqla, 38 ay müddətinə, 01 iyul 2024-ci il tarixinədək ödəməyi öhdəsinə götürür. Ödəniş nağdsız qaydada sazişin 4.2-ci bəndində göstərilən “İkinci tərəf”ə aid bank hesabından 4.1-ci bəndində “Birinci tərəf”ə aid bank hesabına nağdsız qaydada köçürüləcəkdir. Tərəflərin biri-birini ödəmə vaxtında 10 gün öncədən məlumatlandırma şərti ilə ödəməni nağd qaydada müvafiq təhvil qəbzi ilə də həyata keçirmək barədə razılığa gəlirlər.
3. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. İddiaçı Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Elşən Abdullayev