Məhkəmə qərarları › İş №e-2-2(121)-457/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-457/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-457/2022 05.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı – pul tələbi barədə ilk iddia tələbinə, iddiaçı Cavabdeh İddiaçı qarşı – tərəflər arasında bağlanmış podrat müqaviləsinin ləğv edilməsi, cavabdehə ödənilən 3.850 manatın cavabdeh tərəfindən ödənilməsi tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanmış 10.10.2020-ci il tarixli, 01 saylı müqavilə üzrə ödənilməli olan 14.000 manat məbləğində pulun və müqavilə öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə iddiaçıya dəymiş 12.000 manat məbləğində maddi ziyanın, ümumilikdə 26.000 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 10.10.2020-ci il tarixli 01 №-li müqaviləyə əsasən icraçı İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və müqavilə üzrə 2 saylı əlavədə göstərilən bütün işləri görmüşdür. Bununla bağlı tərəflər arasında 03.11.2020-ci il tarixdə təhvil-təslim aktıda imzalanmışdır. Cavabdehlə bağlanmış 10 oktyabr 2020-ci il tarixli 01 saylı müqaviləyə əlavə edilmiş 01 saylı əlavəyə əsasən icraçının gördüyü işlərə görə ümumilikdə 14.000 manat pul ödənməli idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq işlər tam şəkildə təhvil verildiyi halda ödənilməli olan məbləği ödəməmişdir. Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış podrat müqaviləsinin ləğv olunması, ödənilən 3.850 manatın İddiaçı tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ilə "xxxx" MMC arasında formal olaraq 10 oktyabr 2020-ci il tarixdə podrat müqaviləsi bağlanaraq, sifariş əsasında müqavilədə göstərilən xidmələrin yerinə yetirilməsi barədə razılığa gəlinmişdir. Çünki bu tarixdən ǝvvəl tərəflər arasında şifahi formada podrat müqaviləsi bağlanmışdı. Sadəcə olaraq sənədləşmə baxımından formal olaraq müqavilə bağlanmışdır. Müqavilənin predmeti olaraq müqaviləyə 2 nömrəli Əlavə ilə təsbit edilmiş xidmətlərin icrasını icraçı öz üzərinə götürmüşdür. Sifarişçi olaraq MMC isə müqavilə ilə razılaşdırılmış qaydada xidmət haqqını tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə görüləcək işlərin dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəsinə əsasən 14.000 manat (ƏDV-siz) təşkil edir. Müqavilanin 2.1.1 bəndinə əsasən icraçının göstərəcəyi xidmətlərin göstərilməsi tələb etməyi sifarişçinin hüququ olaraq göstərilmişdir. Müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilmişdir ki, icraçı müqavilə üzrə özü 30 gün ərzində icra etməli və icra etdiyi işlərə 3 ay zamanət verməlidir. İcraçı nəinki şifahi formadakı bağlanan müqaviləyə, hətta formal yazılı müqaviləyə uyğun işi icra etməyib. İstinad edilmiş hallarla bağlı “Whatsapp” yazışmaları və səs yazıları mövcuddur. Tərəflər arasında bağlanan müqavilənin şərtlərinə icraçı tərəfindən əmǝl olunmamış və işlərin icrası cüzi şəkildə yerinə yetirilmişdir. Təhvil-təslim aktına icraçı tərəfindən aldadılaraq müqavilədə təhvil təslim işlərinin müəyyən edildiyi tarixdən bir neçə ay sonra imzalanmışdır (bununla bağlı səs yazısını məhkəməyə təqdim edilmişdir). Səbəb o olub ki, icraçının dediyinə görə müddətin bitməsinə az vaxt qalmış və vergi orqanları ilə bu müqaviləyə görə problem yarana bilər. İcraçıya gördüyü işin müqabilində ödəniş qaydasında 2.700 manat ödənilib. Bundan əlavə icraçının natamam xidməti nəticəsində MMC nəzərdə tutduğu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmişdir. Nəticədə əldən çıxmış fayda isə 75.000 manat olmuşdur. İşin natamamlığını təsdiq edən sübutlardan biri ekspert tərəfindən veriləcək rəy olacaqdır. Bu faktın təsdiqi üçün isə, müvafiq ekspertiza keçirilməlidir. Bundan əlavə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıla MMC arasındakı tanışlıq MMC-nin təsisçisi İsmayılov Kainatın qardaşı Rəşad İsmayılov vasitəsi ilə olmuşdur. X4 şirkətdə baş verən nasazlıqları aradan qaldıra biləcək mütəxəssis şirkət axarışı üçün internet saytı olan Tap.az səhifəsində İddiaçı mobil nömrəsini götürmüş və onunla əlaqə saxlamışdır. Rizvan ona şirkətinin İT sahəsində peşəkar olduqlarını demiş vǝ İsmayılov Rəşad ona məsələnin nə yerdə olduğunu izah etmişdir. Rizvan da onun şirkətinin bu məsələni həll edə biləcəyini söyləmişdir. Sonra isə Rəşad mütəxəssis Rizvanın nömrəsini MMC-nin təsisçisi Kainata vermişdir. İki gündən sonra Rizvan işçisi ilə Lənkəran şəhərinə gəlmiş və şirkətin əməkdaşı Tahirov X1rşılamışlar. Rizvanı və işçisini şirkətin baza stansiyası və şəbəkə ilə tanış etmiş, Rizvan özünü fəaliyyət göstərdiyi şirkətin təsisçisi kimi tanıtmış və şirkəti ölkənin nüfuzlu təşkilatlarının işlərini apardığını söyləmişdir. Sonra ilkin olaraq bilinq proqramının yazılmağının lazım olduğunu söyləmişdir. İki gün sonra Kainat və qardaşı Rəşad Rizvanla onların Bakı şəhərində yerləşən ofisində görüşəcəkmişlər, lakin Rizvan onları Bakı şəhərində hospitalın yanında qarşılayaraq şirkətin ofisi dəyişdiyinə görə onları küçədə qarşıladığını bildirmiş. İlkin olaraq onlardan 200 manat pul istəmiş ki, kiçik həcmli bilinq yazsın, şirkətin 500 müştərisi həddində normal işləsin. Rizvanın istədiyi 200 manatı vermişlər. İki gündən sonra Rizvan zəng edərək pulu köçürüb və proqramı alıb, lakin proqram işləməyib, müştəriləri dəstəkləməyib. Rizvan gördüyü iş ilə bağlı heç bir qəbz və proqram yazılmasını təsdiq edən sübut göstərməmişdir. Sonradan yenidən şəbəkədə görüləsi vacib olan işlərin siyahısını vermişdir: 1.antenlərin bucaqlarının nizamlanması; 2.stansiyada olan kabellərin dəyişdirilməsi; 3.kabellərin qoşulma sxeminin tərtib edilməsi; 4.sviçlərin sıfirlanması və elanların yazılması; 5. routerin sıfırlanması və yenidən yazılması; 6.yeni serverin alınması; 7.biling proqramının alınması; 8.Windows proqramının alınması; 9.DNS yaradılması; 10.kalector proqramının yazılması; 11.müştərilərdə olan modemlərə uzaqdan qoşulma. Bütün bu işlər üçün Rizvan 25.000 manat pul istəmiş, lakin şirkət məbləğin çox olmasına görə razılaşmamışdır. Yuxarıda göstərilən 6, 7, 8, 9, 10, 11ci bəndləri xidmətlər siyahısından çıxartmış və Rizvana veriləcək məbləğ qismən azaldılaraq 14.000 manat olmuşdur. İddiaçı bu işləri hissə-hissə ödənilməsi şərti ilə görəcəklərini bildirmiş. Bu razılaşma 2020-ci ilin avqust ayında olmuşdur. Lakin işə başlanması razılaşması 2020-ci ilin sentyabr ayında olmuşdur. Rizvan işçiləri ilə birlikdə işə başladıqdan on gündan sonra Rizvan və işçisi olan Orxan adlı şəxs Lənkəran şəhərində serverə proqram yazdıqlarını bildirmişlər. İşçilərinin maaşını vermək adı ilə Rizvanın verdiyi hesaba 1.500 manat köçürmüşdür. Serveri gətirdiklərində Rizvan özü ilə görüləsi işlərin smetasını gətirməli olduğu halda özünün adına tərtib edilmiş müqaviləni gətirmişdir. MMC yalnız şirkətlə müqavilə bağlamaq istədiyini bildirdikdə Rizvan bu müqavilənin formal olduğunu demiş, bundan sonra smeta və yekun müqavilə olacağını, niyə şəxsi adda müqaviləni yazdığını soruşduqda şirkətinin vergi ilə problemi olduğunu və gəlirlərini göstərmək istəmədiklərini bildirmişdir. Müqavilədə proqramın hansı ünvanda yerləşən və hansı adresli avadanlığa yazıldığı belə qeyd olunmaması, giriş kodlarının qeyd olunmaması, ilkin şifahi razılaşmada işlərin görülməsinin öz əksini tapmaması bu müqavilənin formal xarakter daşıdığının bariz nümunəsidir. Rizvan şəbəkəni serverə keçirtdikdən sonra işlərin qalan hissəsini görməyə başlamalı idi. İşlərin qalan hissəsinin nə vaxt tamamlanacağını soruşduqda, bir aya tamamlanacağını demişdir. Rizvan ödənişlərin qrafik üzrə ödənilməsini istəmişdir. Bir ayın tamamında yazılan proqramın işləmədiyi müəyyən olunmuşdur. Rizvan bildirmiş ki, əvvəl ödəniş edilməli, sonra isə proqrama baxılmalıdır. MMC tərəfindən ödəniş edilmiş və Rizvan Orxan adlı işçisi ilə birlikdə bir gün işləmişlər. Orxanın zəhmət haqqının 200 manat olduğunu və bu məbləğin müqaviləyə aid olmadığını, problemin MMC-nin svicində olduğunu bildirmişdir. MMC deyilən 200 manatı vermişdir. Bir ay keçməsinə baxmayaraq heç bir irəliləyiş olmamış, müştərilərdə qoşulma çətinliyi olduğu kimi qalmışdır. Əvvəlki görüşdə olduğu kimi Rizvan öncə ödəniş sonra iş prinsipini bildirmişdir. Yenidən ödəniş olunduqdan sonra Rizvan təhvil-təslim aktı serverin işi üçün imzalanmalı olduğunu bildirmişdir. Problemin həll olmadığı, 2020-ci ilin oktyabr ayında serverin işə düşdüyü, müqaviləyə görə 30 günə işlərin tamamlanmalı olduğu müzakirə edilmişdir. 2020-ci ilin dekabr ayında heç bir problemin həll olmamışdır. Sonradan Rizvan təhvil-təslim aktını imzalanmasını, rəhbərliyinə serverdə işinin bitdiyini göstərməsini və proqramda olan bütün problemləri həll etməsini bildirmişdir. 2021-ci ilin yanvar ayın axırlarında MMC məcburiyyət qarşısında qalaraq Aktı imzalamış, lakin aktın tarixinə baxılmamışdır. Əsl həqiqətdə isə Rizvan müqaviləni bilərəkdən köhnə tarixə tərtib etmişdir, çünki müqavilə şərtlərinə görə o, işləri bir ay müddətinə icra etməli idi. Müqavilə imzalandıqdan sonra Rizvan getmiş və problemi Bakıdan qoşularaq həll edəcəyini demişdir. Bir neçə gündən sonra ödənişlə bağlı zəng etmiş, MMC isə işlər tamamlanmazsa, ödəniş olmayacağını bildirmişdir. Rizvan isə işini bitirdiyini, müqavilə və aktın olduğunu bildirmişdir. Şirkətə məxsus serverǝ yazılan proqramın heç bir lisenziyasının olmaması, müəllifinin kim olmasının bilinməməsi və bu günə kimi giriş kodlarının yazılmış formada təqdim olunmaması Rizvanın MMC-ni ilk gündən aldatmaq niyyətində olmasının bariz nümunəsidir. Rizvan serverdə Windows proqramına sadəcə kiminsə proqramının kopiyasını əlavə etmiş, bu hal isə MMC üçün şirkət olaraq ciddi problemdir. Əgər yoxlama olarsa, proqramın lisenziyasını istəniləcək və olmadığı halda MMC cərimələnəcək, hətta fəaliyyəti dayandıra bilər. Rizvan şirkət rəhbərinin etibarından istifadə edərək saxta Akt imzalatdırmaqla cinayət məcəlləsinin müvafiq maddəsini pozmuş və məsuliyyətdən qorunacağına arxayın olaraq həmin sənədi məhkəməyə təqdim etmişdir. Bütün sadalananları nəzərə alaraq, Aktın etibarsız olduğunu hesab edilməsini və Rizvanın vurduğu ziyanın ödənilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə ilkin İddiaçı tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin rədd edilməsini, ilkin iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslanlandırılmışdır ki, iş üzrə cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağlanmış podrat müqaviləsinin ləğv edilməsini və ödənilmiş 3700 manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizasi tamamilə qanunsuz olduğundan rədd edilməlidir. İlk növbədə "xxxx" MMC ilə bağlanmış 10 oktyabr 2020-ci il tarixli 01 saylı müqavilə İddiaçı tərəfindən tam şəkildə icra edilmişdir və görülmüş işlər ilkin iddia üzrə cavabdeh tərəfindən təhvil-təslim aktına əsasən qəbul edilmişdir. İlkin iddia üzrə cavabdehin görülmüş işlərə görə 14.000 manat pul ödəməli olması 17.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə təqdim edilmiş, İddiaçı və ilkin iddia üzrə cavabdeh tərəfindən təsdiq edilmiş 2021-ci ilin aprel ayında bağlanmış razılaşmada ilkin iddia üzrə cavabdeh görülən işlərə görə 14.000 manat pul ödəməli olduğunu etiraf etmişdir. Qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddiaçı pul ödədiyini qeyd etsə də, həmin pul məbləğlərinin bağlanmış 10 oktyabr 2020-ci il tarixli müqaviləyə və müqavilə üzrə ödəniləcək məbləğə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin məbləğlər qarşılıqlı iddia üzrə iddiaçının şəxsi sifarişləri (kompüter və s. avadanlıqların alınması ilə bağlı) ilə ödənilmiş məbləğlərdir və həmin sifarişlər də yerinə yetirilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında ilkin iddia ərizəsinə etiraz edərək, qarşılıqlı iddia ərizəsini müdafiə etdi. Məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ilkin iddia ərizəsi üzrə c iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçınının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia əsassız, qarşılıqlı iddia isə əsaslıdır. Buna görə də, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, tərəflər arasında bağlanmış 10 oktyabr 2020-ci il tarixdə podrat müqaviləsinə əsasən sifariş əsasında müqavilədə göstərilən xidmələrin yerinə yetirilməsi barədə razılığa gəlinmişdir. Müqavilənin predmeti olaraq müqaviləyə 2 nömrəli Əlavə ilə təsbit edilmiş xidmətlərin icrasını icraçı öz üzərinə götürmüşdür. Sifarişçi olaraq MMC isə müqavilə ilə razılaşdırılmış qaydada xidmət haqqını tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə görüləcək işlərin dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəsinə əsasən 14.000 manat (ƏDVsiz) təşkil edir. Müqavilənin 2.1.1 bəndinə əsasən icraçının göstərəcəyi xidmətlərin göstərilməsi tələb etmək sifarişçinin hüququ olaraq göstərilmişdir. Müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilmişdir ki, icraçı müqavilə üzrə özü 30 gün ərzində icra etməli və icra etdiyi işlərə 3 ay zəmanət verməlidir. İş materiallarında olan 10.10.2020-ci il 1 saylı müqavilə üzrə 2 nömrəli əlavəyə əsasən cari şəbəkənin optimallaşdırılması; Windows server 2016 əməliyyat sisteminin virtual platformada qurulması; yeniserverin sazlanması; windows server 2016 ƏS Lisenziya (1 ədəd); müştərilərin sorğuları üçün DNS sisteminin qurulması; müştəri sorğularının DNS-ə yönləndirilməsi və DNS-in konfiqurasiya olunması; domain controllerin qurulması; domain topologiyasının hazırlanması; RDP portların qurulması; Bootstrapda responsive GUİ, PHP Laravelileveb proqram təminatının hazırlanması; ödəniş məlumatlarının saxlanılması və axtarış; sürət həddinin tənzimlənməsi və loglarının saxlanılması; internetə blok qoyulması və ya aktiv edilməsi və onun loglarının saxlanılması; istifadəçilərin yaradılması, icazə və səlahiyyətlərin verilməsi; avadanlıqdan gələn logların saxlanılması və loglar üzərində axtarış; logların həcminin kiçildilməsi; sifarişçinin istəyinə uyğun olaraq proqram təminatının dizayn olunması, sazlanması və istifadəçi imkanlarının yaradılması müəyyən edilmişdir. İş materiallarında olan 10.10.2020-ci il 1 saylı müqavilə üzrə 1 nömrəli əlavəyə əsasən 06.11.2020-ci il tarixdə 1.500 manat, 06.12.2020-ci il tarixdə 1.500 manat, 06.01.2021-ci il tarixdə 2.500 manat, 06.02.2021-ci il tarixdə 2.500 manat, 06.03.2021-ci il tarixdə 3.000 manat, 06.04.2021-ci il tarixdə 3.000 manat ödəniş olunması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktından görünür ki, sifarişçi Cavabdeh MMC-in direktoru X3 və icraçı İddiaçı 03.11.2020-ci il tarixdə aktı imzalamışlar. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin rəhbəri X3 və İddiaçı arasında olan “Whatsapp” səs yazışmalarında İddiaçı sözlərindən “yaranan problemlər mənim İT işçilərimin səhvləri deyil. Görünür ki, kənardan qoşulma var. Məsləhət görürəm ki, provayderi dəyişək. Digər tərəfdən, akt məsələsi hələ qalır. Xahiş edirəm, aktı imzalayın. Vergi orqanları yoxlanış edərsə, sanksiya qoyub, rüsumu qaldıracaqlar. Xahiş edirəm, birbirimizi başa düşək. Bu müqavilədən kənardır. İşçilərin support pulunu aylıq ödəniş pulundan verirəm. Akt imzalanmalıdır ki, mən müqaviləni təsdiqləyim, vergi orqanları artıq məndən əl çəksin.”,- aydın olur. İş materiallarında olan 04.10.2020-ci il tarixli qəbzə əsasən 1.350 manat, 05.10.2020-ci il tarixli qəbzə əsasən 150 manat, 17.11.2020-ci il tarixli qəbzə əsasən 250 manat, 27.11.2020-ci il tarixli qəbzə əsasən 100 manat, 09.04.2021-ci il tarixli qəbzə əsasən 500 manat, köçürmə yolu ilə 1500 manat məbləğində pul vəsaiti sifarişçi Cavabdeh MMC tərəfindən icraçı İddiaçı bank hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 29.04.2022-ci il tarixli məlumatında bildirilir ki, "xxxx"xxxx"GSP' MMC ilə aralarında bağlanmış təhvil-təslim aktının, işlərin yerinə yetirilməsi barədə auditi keçirildi. Bu auditə əsasən aşağıdakı nəticələrə gəlinmişdir: 1.Cari şəbəkələrin optimallaşdırılması, nəticə: hər hansı optimallaşma aparılmayıb; 2.Windows server 2016 əməliyyat sisteminin (OS) virtual platformada qurulması, nəticə: quraşdırılmayıb; 3.Yeni serverin (OS) sazlanması, nəticə: standart əməliyyat sistemi yaranıb və nəyin sazlanması qeyd olunmayıb; 4. Windows server 2016 OS Lisenziya (1 ədəd), nəticə: hər hansı lisenziya yoxdur və əməliyyat sistemi aktivləşdirilməyib; 5. Müştərilərin sorğuları üçün DNS sisteminin qurulması, nəticə: DNS sistemi qurulub, amma tam funksional deyil və internet provayder üçün yararsızdır; 6. Müştəri sorğularının DNS-ə yönləndirilməsi və DNS-in konfiqurasiya olunması, nəticə: müştəri sorğuları zamanı birbaşa provayderin DNS-dən istifadə olunur və DNS-nə yönləndirilir; 7. Domain controllerin qurulması, nəticə: Domain controlleri qurulub, ancaq hər hansı domainə qoşulma yoxdur və həmçinin internet provayder sistemində bundan istifadə olunmur; 8. Domain texnologiyasının hazırlanması, nəticə: Domain controllerine hər hansı bir qoşulma olmadığı üçün Domain texnologiyası yoxdur; 9. RDP portlarının qurulması, nəticə: RDP portlar windows əməliyyat sisteminin standart paketinə daxil olan funksiyadır; 10. Bootstrapda responsive GUi, PHP Laravel ilə veb proqram təminatının hazırlanması, nəticə: Veb proqram teminatı hazırlanıb, ancaq internet provayder üçün yaramır; 11. Ödəniş məlumatlarının saxlanılması və axtarış, nəticə: var; 12. Sürət həddinin tənzimlənməsi və loglarının saxlanılması, nəticə: sürət həddi tənzimlənməsi yoxdur, yalnız müştəri qoşulmalarının logları saxlanılıb; 13. İnternetə blok qoyulması və ya aktiv edilməsi və onun loglarının saxlanılması, nəticə: Proqram təminatında bu funksiya yoxdur; 14. İstifadəçilərin yaradılması, icazə və səlahiyyətlərin verilməsi, nəticə: proqram təminatında bu funksiya yoxdur; 15.Avadanlıqdan gələn logların saxlanılması və loglar üzərində axtarış, nəticə: proqram təminatında bu funksiya yoxdur; 16.Logların həcminin kiçildilməsi, nəticə: proqramda bu funksiya yoxdur; 17.Sifarişçilərin istəyinə uyğun olaraq proqram təminatının dizayn olunması, sazlanması və istifadə imkanlarının yaradılması, nəticə: proqram təminatında yalnız "Net-Ekspress” MMC-nin loqosu yerləşdirilmişdir. Son nəticə olaraq yaradılmış proqram təminatı internet provayder avtomatik olaraq abunəçilərin sistemdə aktiv və deaktiv etmir, hər hansı ödəniş sisteminə bağlanmayıb. Həmçinin müştəri hər hansı sürət limiti qoyulmayıb. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq abuneçilərin aktivlik və istifadə etdiyi tarfikin səmtinin tam dolğun olaraq qeydə alınması yoxdur. Bununla baglı olaraq "xxxx" MMC şirkəti qərara gəlmişdir ki, yuxarıda göstərilənlərə əsaslanaraq görülən işlər internet provayderin normal fəaliyyəti üçün tam yararsızdır. Məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarları). Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ, ilk növbədə, iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciətin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı). İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən, Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən, Sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən, Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 769-cu maddəsinə əsasən, Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 10.10.2020-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, xidmətlərin icrasını icraçı öz üzərinə götürmüşdür. Sifarişçi olaraq MMC isə müqavilə ilə razılaşdırılmış qaydada xidmət haqqını tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər icra olunmamış, cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən iddiaçıya ödənişlər edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan müqavilə üzrə götürdüyü öhdəliyə əməl etmək, yəni razılaşdırılmış işləri görmək tələb olunsa da, bunlar yerinə yetirilməmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən qarşılıqlı iddia ərizəsində qeyd olunan hallara dair heç bir tutarlı dəlil irəli sürülməmişdir. İddiaçı yanlız müqavilənin və təhvil-təslim aktının olmasına istinad etməklə, həmçinin cavabdeh tərəfindən ona edilmiş ödənişlərin aidiyyətsiz səbəbdən başqa işlər üçün verildiyini qeyd etməklə kifayətlənmiş, digər işlərin nədən ibarət olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə əksinə aparılmış ödənişləri təsdiq edən sənədləri, həmçinin iddiaçı tərəfindən müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə dair kifayət qədər sübutlar (“Whatsapp”səs yazısı, yazışmalar və "xxxx" MMC-nin 29.04.2022-ci il tarixli rəyi) təqdim etmişdir. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik icra edilməmiş, yanlız formal, heç bir əsası olmayan təhvil-təslim aktına istinad olunmaqla cavabdehdən pul tələb olunmuş, həmçinin dəymiş ziyan istənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilsə də, o bunun müqabilində cavabdehin fasiləsiz və qənaətbəxş fəaliyyət göstərməsinə imkan yarada biləcək proqram təminatının quraşdırılması və s. işləri görməmiş, podrat müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etmək əvəzinə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin olunmalı, İddiaçı və Cavabdeh arasında bağlanmış 10 oktyabr 2020-ci il tarixdə bağlanmış tam podrat müqaviləsi ləğv edilməli, İddiaçı 3.850 manat məbləğində pul tutularaq Cavabdehnə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı – tərəflər arasında bağlanmış 10.10.2020-ci il tarixli, 01 saylı müqavilə üzrə ödənilməli olan 14.000 manat məbləğində pulun və müqavilə öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə dəymiş 12.000 manat məbləğində maddi ziyanın, ümumilikdə 26.000 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış 10 oktyabr 2020-ci il tarixdə bağlanmış tam podrat müqaviləsi ləğv edilsin, İddiaçı 3.850 manat məbləğində pul tutularaq Cavabdehnə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar