Məhkəmə qərarları › İş №e-2-2(121)-466/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-466/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-466/2024 19.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35661.36 manat əsas borcun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən əldən çıxmış fayda olaraq əsas borc mənbləğinin 5 faizi olan 1783 manatın, 3000 manat əldən çıxmış faydanın, 200 manat mediasiya, 12 manat dövlət rüsumunun və 500 manat vəkilə ödənilmiş haqqın, ümumilikdə 41156,36 manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh nümayəndələri məhkəməyə ərizə təqdim edərək öz aralarında mübahisənin barışıq yolu ilə həll edilməsinə dair razılığa gəldiklərini, bu barədə barışıq sazişi tərtib edərək imzaladıqlarını bildirdilər və barışız sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Barışıq sazişi”nin şərtlərinə görə: - Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in “Birinci tərəf”ə olan borcu 35661,36 manat əsas və 700 manat mediasiya vəkilə çəkilmiş xərc hissəsi olmaqla cəmi 36361,36 (otuz altı min üç yüz altmış bir manat otuz altı qəpik) manat təşkil edir. - “İkinci tərəf” borc məbləğinin 01 may 2024-cü il tarixdən başlayaraq, hər ayın 1-dən 5-dək 1000 (bir min) manat olmaqla, 37 (otuz yeddi) ay müdddətinə, 01 iyun 2027-ci il tarixinədək ödəməyi öhdəsinə götürür. Ödəniş nağdsız qaydada sazişin 4.2-ci bəndində göstərilən “İkinci tərəf”ə aid bank hesabından sazişin 4.1-ci bəndində “birinci tərəf”ə aid bank hesabına nağdsız qaydada köçürüləcəkdir. Tərəflərin bir-birini ödəmə vaxtından 10 gün öncədən məlumatlandırma şərti ilə ödəməni nağd qaydada müvafiq təhvil qəbzi ilə də həyata keçirmək barədə razılığa gəlirlər. - Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. Məhkəmə barışıq sazişinin məzmununu və şərtlərini araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq və sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ilə cavabdeh Veron-2022 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 19 aprel 2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: - Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in “Birinci tərəf”ə olan borcu 35661,36 manat əsas və 700 manat mediasiya vəkilə çəkilmiş xərc hissəsi olmaqla cəmi 36361,36 (otuz altı min üç yüz altmış bir manat otuz altı qəpik) manat təşkil edir. - “İkinci tərəf” borc məbləğinin 01 may 2024-cü il tarixdən başlayaraq, hər ayın 1-dən 5-dək 1000 (bir min) manat olmaqla, 37 (otuz yeddi) ay müdddətinə, 01 iyun 2027-ci il tarixinədək ödəməyi öhdəsinə götürür. Ödəniş nağdsız qaydada sazişin 4.2-ci bəndində göstərilən “İkinci tərəf”ə aid bank hesabından sazişin 4.1-ci bəndində “birinci tərəf”ə aid bank hesabına nağdsız qaydada köçürüləcəkdir. Tərəflərin bir-birini ödəmə vaxtından 10 gün öncədən məlumatlandırma şərti ilə ödəməni nağd qaydada müvafiq təhvil qəbzi ilə də həyata keçirmək barədə razılığa gəlirlər. - Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar