Məhkəmə qərarları › İş №e-2-2(121)-486/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-486/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-486/2021 06.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 may 2017-ci il tarixli, 0059-TTK-GM/17 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən 27.296,62 manat məbləğində borcun, hesablanmış cərimənin məbləği 9.281 manat, eyni tərəflər arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, 07/08/2019GM saylı icarə müqaviləsinə əsasən ödənilməmiş 6.107,05 və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 42.714,67 manat məbləğində vəsaitin Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətimizlə əlaqədar CavabdehASC ilə İddiaçı MMC arasında 23 may 2017-ci il tarixli, 0059-TTK-GM/17 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavələrinə əsasən Cavabdeh ASC-yə Cəmiyyətimiz tərə7indən ümumi dəyəri ƏDV daxil olmaqla 27,296.62 (iyirmi yeddi min iki yüz doxsan altı, 62) manat dəyərində ehtiyat hissələri satılmışdır. Ehtiyat hissələrinin Satışı müqaviləsinin 2.5-ci maddəsinə əsasən “Satıcı”nın təqdim etdiyi hesab əsasında “Alıcı” əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən öncə köçürmə yolu ilə 5 iş günü ərzində ödəməlidir. Lakin cavabdeh qeyd olunan məbləği müqavilədə göstərilən qaydada ödəməmiş olaraq qalmışdır. Beləliklə, Cavabdeh ASC -nin bu müqavilə üzrə əsas borcu 27,296.62 (iyirmi yeddi min iki yüz doxsan altı, 62) manat təşkil edir. Eyni zamanda, müqavilənin 4.1.3.-cü maddəsinə əsasən gecikdirilmiş günlərə görə hesablanmış cərimənin həcmi 9,281.00 (doqquz min iki yüz səksən bir) manat təşkil edir. Bununla yanaşı, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, 07/08/2019GM saylı İcarə müqaviləsinə əsasən icarəyə verilmiş texnikaya görə ödənilməli olan 6,107.05 (altı min bir yüz yeddi manat, 05) manat məbləği ödəməmişdir. 31 oktyabr 2019-cu il tarixində İHcarə müqaviləsi üzrə İddiaçı MMC ilə Cavabdeh ASC arasında şimlirətsöG“ xidmətlərin təhvil verilməsi haqqında” Akt №3 tərtib edilmişdir ki, bu akta görə Doosan Solar340 markalı 90N558 dövlət qeydiyyat nişanlı texnika 01.10.2019-21.10.2019-cu il tarixlərində icarədə olmuş və Masallı rayonunda 19 gün boyunca işləmişdir və icarə haqqı olaraq yekun məbləğ qismində 6,107.05 (altı min bir yüz yeddi manat, 05) manat məbləğ göstərilmişdir. Borcun mövcudluğuna dair 23 iyul 2020-ci il tarixində tərə7lər arasında qarşılıqlı ULzləşmə aktı bağlanmış və 33,403.67 (otuz üç min dörd yüz üç, 67) manat borc cavabdeh tərəfindən etiraf edilmişdir. Buna əsaslanaraq, cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə 17 iyun 2020-ci il tarixli 1281 saylı bildiriş və 15 yanvar 2021-ci il tarixli, 1725 saylı pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir. İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (satıcı) Cavabdeh ASC (alıcı) arasında bağlanılmış 23.05.2017-ci il tarixli, 0059 TTK-GM/17 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə ö növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: -1.2-ci bəndinə əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhviltəslim aktına uyğun olaraq həyata keçiriləcək. -2.5-ci bəndinə əsasən satıcı alıcı sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini təhvil-təslimdən öncə satıcıya köçürmə yolu ilə 5 iş günü ərzində ödəməlidir. -4.1.3-cü bəndinə əsasən əgər sifariş olunmuş malların təhvilə hazır olması haqında alıcıya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, alıcı hər bir ləngimə günü ödəniləcək məbləğin 0.01 %-i həcmində cərimə ödəyəcək. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 19.07.2029-cu il tarixli, 09 saylı “qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” aktdan görünür ki, yekun məbləği 10.680,06 manat təşkil edən mallar İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə təhvil verilmişdir və Cavabdeh ASC tərəfindən qəbul edilmişdir. Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmış və tərəflərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 29.02.2020-ci il tarixli, 10 saylı “qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” aktdan görünür ki, yekun məbləği 5.629,99 manat təşkil edən mallar İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə təhvil verilmişdir və Cavabdeh ASC tərəfindən qəbul edilmişdir. Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmış və tərəflərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 11.03.2020-ci il tarixli, 11 saylı “qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” aktdan görünür ki, yekun məbləği 10.986,54 manat təşkil edən mallar İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə təhvil verilmişdir və Cavabdeh ASC tərəfindən qəbul edilmişdir. Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmış və tərəflərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 20.07.2019-cu il tarixli, EAAX seriyalı, 419661 saylı, 25.11.2019-cu il tarixli, EBAC seriyalı, 915907 saylı, 03.03.2020-ci il tarixli, EBAH seriyalı, 111297 saylı və 12.03.2020-ci il tarixli, EBAH seriyalı, 571653 saylı elektron qaimələrdən də görünür ki, İddiaçı MMC tərəfindən, ümumilikdə 33.403,67 manat məbləğində mallar Cavabdeh ASC-yə təhvil verilmiş və malların dəyərinin ödənilməsi üçün elektron qaimələr göndərilmişdir. İş materiallarında olan 07.08.2019-cu il tarixli 07/08/2019 GM saylı icarə müqaviləsindən görünür ki, İddiaçı MMC mülkiyyətində olan Doosan Solar 340 markalı, 90N558 DQN-li sepli ekskavatoru Cavabdeh ASC-yə aylıq icarə haqqı 9.000 manat (18% ƏDV daxil) olmaqla bir il müddətində icarəyə verməyi, Cavabdeh ASC isə müqavilə üzrə təyin olunmuş müddətdə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 3 saylı aktdan görünür ki, 07.09.2019-cu il tarixli 07/08/2019 GM saylı icarə müqaviləsi əsasında Cavabdeh ASC tərəfindən icarəyə götürülmüş Doosan solar 340 markalı sepli ekskavator 01.10.2019 - 21.10.2019-cu il tarixlərində icarədə olmuş və icarə haqqı 6.107,05 manat müəyyən edilmişdir. İş materiallarında olan 25.11.2019-cu il tarixli, EBAC seriyalı, 915907 saylı elektron qaimədən görünür ki, icarə xidməti əsasında Doosan solar 340 markal sepli ekskavator icarəyə verilmiş və icarə haqqı olaraq 6.107,04 manat vəsaitin ödənilməsi üçün elektron qaimə göndərilmişdir. İş materiallarında olan 23.07.2020-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 23.07.2020-ci il tarixinə “ Cavabdeh” ASC-nin İddiaçı MMCyə kreditor borcunun məbləği təqdim olunmuş ehtiyat hissələri üzrə 27.296,62 manat, icarəyə verilmiş texnika üzrə 6.107,05 manat, ümumilikdə 33.403,67 manat təşkil edir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 08 fevral 2021-ci il tarixli, 1765 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh ASC-nin 23.05.2017-ci il tarixində bağlanmış 0059-TTK-GM/17 saylı Ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən 27.296,62 manat əsas borc və həmin borcun gecikdirilməsinə görə hesablanmış 9.281 manat cərimə pulu, 07.08.2019-cu il tarixində bağlanmış 07/08/2019 GM saylı icarə müqaviləsinə əsasən 6.107,05 manat borcu təşkil edir. İş materiallarında olan 15.01.2021-ci il tarixli 1725 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh ASC 23.05.2017-ci il tarixində bağlanmış 0059-TTK-GM/17 saylı Ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən 27.296,62 manat və 07.08.2019-cu il tarixində bağlanmış 07/08/2019 GM saylı icarə müqaviləsinə əsasən 6.107,05 manat, ümumilikdə 33.403,67 manat məbləğində borcunun olması barədə xəbərdar edilmişdir. Qeyd olunan borc məbləğinin 10 gün ərzində İddiaçı MMC-yə ödənilməsi xahiş edilmiş və borc ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülür. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli, 89 saylı Qərarı ilə müəyyən olunmuş qaydada, yəni elektron qaimə-faktura əsasında da təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı və icarə müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş malları cavabdehə təqdim etməklə (satmaqla), eyni zamanda texnikanı icarəyə (müvəqqəti istifadəyə) verməklə həmin müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların və icarəyə verilən texnikanın dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə 23.05.2017-ci il tarixli, 0059 TTK-GM/17 saylı Ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən yaranmış borcu 27.296,62 manat məbləğində və 07.08.2019-cu il tarixli 07/08/2019 GM saylı icarə müqaviləsinə əsasən yaranmış borcu 6.107,05 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 5 müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllıənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqavilələrdən yaranan öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən 23.05.2017-ci il tarixli, 0059 TTK-GM/17 saylı Ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən yaranmış 27.296,62 manat məbləğində və 07.08.2019-cu il tarixli, 07/08/2019 GM saylı icarə müqaviləsinə əsasən yaranmış 6.107,05 manat məbləğində borc, cəmi 33.403,67 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 23.05.2017-cı il tarixli, 0059-TTK-GM/17 saylı ehtiyyat hissələrinin satışı müqaviləsinə əsasən yaranmış 27.296,62 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 9.281 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış ehtiyyat hissələrinin satışı müqaviləsinin 4.1.3cü bəndinə əsasən, əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında alıcıya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, alıcı hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.01% həcmində cərimə ödənilməsini öhdəsinə götürmüşdür. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə borcun 33.403,67 manat təşkil etməsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 928 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İş materiallarında olan 18.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5,87 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 24,13 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC-dən 23.05.2017-ci il tarixli, 0059-TTK-GM/17 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən yaranmış 27.296,62 manat məbləğində əsas borc və həmin borcun gecikdirilməsinə görə 928 manat məbləğində dəbbə pulu və 07.08.2019cu il tarixli, 07/08/2019 GM saylı icarə müqaviləsinə əsasən yaranmış 6.107,05 manat məbləğində borc, cəmi 34.331,67 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,13 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 23.05.2017-ci il tarixli, 0059-TTK-GM/17 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən 27.296,62 manat məbləğində əsas borc və həmin borcun gecikdirilməsinə görə 928 manat məbləğində cərimə, 07.08.2019-cu il tarixli, 07/08/2019 GM saylı icarə müqaviləsinə əsasən yaranmış 6.107,05 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 24,13 manat olmaqla, ümumilikdə 34.355,80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar