Məhkəmə qərarları › İş №e-2-2(121)-49/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-49/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-49/2024 15.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X2 filialının mütəxəssisi X6 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması və s " tələbinə dair və iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddialarına bir icraatda Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnə təbii qazdan istifadə ilə bağlı yaranmış 13.849,09 manat məbləğində borcun və mediasiya sesiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “İddiaçı arasında bağlanmış AMX-0618/20 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Kürdəmir rayon, Pirili kəndi ərazisində yerləşən Qlobal Aqro MMC-yə təbii qaz verilmiş bununla bağlı **********00002 hesab nömrəsi verilmişdir. Cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinin qaz xətti üzərində ELSTER tipli G-650 markalı qaz sayğacı quraşdırlmış və hesabat sözügedən qaz sayğacının göstəricisi əsasında aparılmışdır. Lakin cavabdeh tərəfindən istifadə edilmiş təbii qazın dəyərini tam ödəməmiş və nəticədə 13849.09 manat təbii qazdan istifadə ilə bağlı borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı tərəfimizdən dəfələrlə cavabdehə xəbərdarlıq məktubları göndərilsədə heç bir nəticəsi olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1840/2023 saylı qərardadı ilə, Cavabdeh MMC-nin nümayəndəsi X3 iş üzrə icraatın dayandırılması barədə vəsatətinin təmin edilməsi, İddiaçı Cavabdeh MMC-nə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması və s. tələbinə dair e-2-2(121)-1840/2023 saylı iş üzrə icraat hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair e-2-2(113)-4766/2023 saylı kommersiya mübahisəsi ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtarana və iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. İddiaçı Cavabdeh MMC cavabdeh Azəriqaz” İstehsalat Birliyinə qarşı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı tərəfindən əsassız hesablanmış 13.849,09 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4766/2023 saylı qərardadı ilə, Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair e-2-2(113)-4766/2023 saylı iş, İddiaçı Cavabdeh MMC-nə qarşı “borcun tutulması” tələbinə dair e-2-2(121)-1840/2023 saylı işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-2(121)- 1840/2023 saylı qərardadı ilə, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh MMC-nə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair və Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair işlərə e-2-2(121)-1840/2023 nömrə ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması və s." tələbinə dair iddiasının təmin edilməsini, Cavabdeh MMC-nin iddiasına etiraz edərək həmin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, birinci iş üzrə İddiaçı Cavabdeh MMC-nə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi və ikinci iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbləri qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 01 fevral 2020-ci il tarixli, AMX-0618/20 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, Cavabdeh MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Sözügedən müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh MMCnin 13.849,09 manat borcu yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC barəsində xx.xx.2022-ci il tarixində akt tərtib edilmişdir. İş materiallarında olan X13 İstismar İdarəsinin Cavabdeh MMC-yə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh MMC-yə təbii qazdan istifadəyə görə yaranmış 13.849,09 manat məbləğində borcunun 3 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı tərəfindən 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-140/24 nömrəli məktubda qeyd edilmişdir ki, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi və sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi ilə bağlı məlumata əsasən İddiaçı İB-nin xx.xx.2022-ci il tarixli müraciətinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestri”ndə adıçəkilən sahibkara münasibətdə xx.xx.2022-ci il tarixdən başlayaraq 3 iş günü müddətinə avtomatlaşdırılmış qaydada plandankənar yoxlama eydiyyata alınmışdır. İş materiallarında olan Energetika Nazirliyinin Enerji X1 Kürdəmir Filialının mütəxəssisi X8 tərəfindən tərtib edilmiş rəydən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən” KY221778338 nömrən çıxarış alınmışdır. Sözügedən çıxarışda yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2022-xx.xx.2022 qeyd edilmiş və yoxlamanın təyin edilməsi üçün əsas, sayğac göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və ya sayğac göstəricisnin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən, yoxlayıcı şəxs qismində İddiaçı İB-nin X14 İstismar İdarəsinin İstehlakçılara X11 Şöbəsinin rəisi X5 göstərilmişdir. Çıxarışa əsasən yoxlamanın keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt çıxarış üzrə yoxlama səlahiyyəti verilmiş şəxsin iştirakı olmadan tamamilə başqa şəxslər tərəfindən tərtib edilmiş və aktda sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qanunsun qoşulma və sayğaca müdaxilə halı ilə bağlı hər hansı fakt öz əksini tapmamış, bununla da sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Həmçinin, araşdırmam materiallarında olan Ağsu RQİİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-2-12/2-79/2024 nömrəli məktubundan görünür ki, qeyd olunan obyektə çıxarış üzrə yoxlama predmetinə aidiyyəti olmayan sahələrdə qanunsuz yoxlamalar aparılmış, sahibkarlıq subyektinə məxsus Elster tipli, G-650 markalı qaz sayğacı laboratoriyaya göndərilmədən, habelə sayğaca müdaxilə halının aşkar olunması barədə laboratoriya rəyi olmadan, yalnız sayğacın arxiv yaddaşında xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər 28 gün ərzində 517 saat olmaqla təbii qazın qeyd edilmədiyi göstərilərək, qanunsuz və əsassız hesabat (517 saat x 15.4=7962 m3, 7962/28 gün x 180= 51184 m3) aparılmış və nəticədə istehlakçının abonent hesabına 12796,0 manat məbləğində vəsait daxil edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1 -ci, 20.2-ci və 34.1 -ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə, ilk öncə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış 13.849,09 manat borcun silinməsi tələbinə dair iddiasını araşdıraraq hesab edir ki, Cavabdeh MMC-nin iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, "xxxx" MMC ilə İddiaçı ilə arasında 01 fevral 2020-ci il tarixli, AMX-0618/20 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən Cavabdeh MMC barəsində xx.xx.2022-ci il tarixində akt tərtib edilmişdir. Nəticədə İddiaçı tərəfindən ”Qlobal Aqro” MMC-yə 13849.09 manat məbləğində borc hesablanılmışdır. "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq həmin obyektdə İddiaçı əməkdaşları tərəfindən aparılmış yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. -1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. -1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. -5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Bundan başqa, məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı İB tərəfindən Cavabdeh MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən” KY221778338 nömrən çıxarış alınmışdır. Sözügedən çıxarışda yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2022-xx.xx.2022 qeyd edilmiş və yoxlamanın təyin edilməsi üçün əsas, sayğac göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və ya sayğac göstəricisnin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən, yoxlayıcı şəxs qismində İddiaçı İB-nin X14 İstismar İdarəsinin İstehlakçılara X11 Şöbəsinin rəisi X5 göstərilmişdir. Çıxarışa əsasən yoxlamanın keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt çıxarış üzrə yoxlama səlahiyyəti verilmiş şəxsin iştirakı olmadan tamamilə başqa şəxslər tərəfindən tərtib edilmiş və aktda sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qanunsun qoşulma və sayğaca müdaxilə halı ilə bağlı hər hansı fakt öz əksini tapmamış, bununla da sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Həmçinin, araşdırmam materiallarında olan Ağsu RQİİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-2-12/2-79/2024 nömrəli məktubundan görünür ki, qeyd olunan obyektə çıxarış üzrə yoxlama predmetinə aidiyyəti olmayan sahələrdə qanunsuz yoxlamalar aparılmış, sahibkarlıq subyektinə məxsus Elster tipli, G-650 markalı qaz sayğacı laboratoriyaya göndərilmədən, habelə sayğaca müdaxilə halının aşkar olunması barədə laboratoriya rəyi olmadan, yalnız sayğacın arxiv yaddaşında xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər 28 gün ərzində 517 saat olmaqla təbii qazın qeyd edilmədiyi göstərilərək, qanunsuz və əsassız hesabat (517 saat x 15.4=7962 m3, 7962/28 gün x 180= 51184 m3) aparılmış və nəticədə istehlakçının abonent hesabına 12796,0 manat məbləğində vəsait daxil edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə aparılan yoxlama qanunsuz olduğundan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış 13.849,09 manat borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı hesablanmış 12.796 manat məbləğində borc Cavabdeh MMC-nin abonent hesabından silinməlidir. Məhkəmə, həmçinin İddiaçı Cavabdeh MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış 13.849,09 manat məbləğində borcun tutulması tələbinə dair iddiasını araşdıraraq müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh MMC müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir və nəticədə onun İddiaçınə 13.849,09 manat məbləğində borcu yaranmışdır. Məhkəmə eyni zamanda müəyyən etdi ki, İddiaçı tələb etdiyi 13.849,09 manat məbləğində borcun 12.796 manat hissəsi qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmiş akt əsasında hesablanmışdır. Belə olduğu halda həmin akt əsasında hesablanmış 12.796 manat Cavabdeh MMC-nin abonent hesabından silinməli olduğundan İddiaçı iddiası 1.053,09 manat hissədə (13.849,09 – 12.796 = 1.053,09) təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli, 87 saylı qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də İddiaçı iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 1.053,09 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə, həmçinin birinci iddia üzrə 200 manat mediasiya xərcinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiası qismən təmin edilməli, birinci iş üzrə Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 1.053,09 manat və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 1.253,09 (bir min iki yüz əlli üç manat, doqquz qəpik) manat məbləğində pul tutularaq birinci iş üzrə İddiaçınə ödənilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiası 12.796 manat borcun cavabdehdən tutulması hissəsində təmin edilməməli, ikinci iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilməli, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən hesablanmış 12.796 manat məbləğində borc Cavabdeh MMC-nin abonent hesabından silinməli, Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası 1.053,09 manat borcun İddiaçı tərəfindən silinməsi hissəsində təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 1.053,09 manat və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 1.253,09 (bir min iki yüz əlli üç manat, doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiası 12.796 manat borcun cavabdehdən tutulması hissəsində təmin edilməsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən hesablanmış 12.796 manat məbləğində borc Cavabdeh MMC-nin abonent hesabından (abonent kodu: **********00002) silinsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası 1.053,09 manat borcun İddiaçı tərəfindən silinməsi hissəsində təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar