Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-52/2022 14.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ("xxxx" MMC-nin) nümayəndəsi X3, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbi, Cavabdeh1 İddiaçınə və Cavabdeh2 qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbi barədə iddialarına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.264,01 manat, müqavilədə nəzərdə tutulan 3% olaraq 427,92 manat və iddia verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə fərdi sahibkar Cavabdeh1 arasında 20 noyabr 2018- ci il tarixli 88№-li alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilədə satıcı İddiaçı tərəfindən istehsal olunan istənilən həcmdə və çeşiddə spirtli içkilərin alıcı Cavabdeh1 təqdim edilməsi, alıcının isə malları almağı və satılan malların dəyərini bank hesabına köçürməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə əsasında İddiaçı tərəfindən fərdi sahibkar Cavabdeh1 müxtəlif çeşiddə spirtli içkilər təqim olunmuş və sonuncu tərəfindən qəbul olunmuşdur. Lakin Cavabdeh1 qəbul etdiyi malların dəyərini təşkil edən 14.264,01 manat pulu İddiaçınə ödəməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli qarşılıqlı borcların üzləşmə aktına əsasən Cavabdeh1 İddiaçınə qeyd edilən məbləğdə borcunun olmasını etiraf etmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən müqavilənin şərtlərini pozan tərəfin müqavilənin dəyərinin 3% həcmində cərimə olunması nəzərdə tutulmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2(121)- 1021/2021 saylı qərardadı ilə, Cavabdeh1 iş üzrə icraatın dayandırılması barədə vəsatətinin təmin edilməsi, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair e-2-2(121)/2021 saylı iş üzrə icraat hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-5129/2021 saylı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılması qərara alınmışdır. İddiaçı nümayəndəsi Şirvan Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2(121)-1021/2021 saylı qərardadından şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2(121)-1021/2021 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-1021/2021 saylı qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2(121)-1021/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması və həmin qərardaddan İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 cavabdehlər İddiaçınə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə onun arasında Cavabdeh2 vasitəçiliyi və iştirakı ilə imzalanmış xx.xx.2021-ci il tarixli üzləşmə aktının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Cavabdeh2 və İddiaçınə qarşı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, bu mübahisə Fidan Şirkəti ilə onun arasında Cavabdeh2 vasitəçiliyi və iştirakı ilə imzalanmış xx.xx.2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşmə aktı” ilə bağlıdır. Belə ki, Cavabdeh2 2021-ci il yanvar ayının əvvəlində zəng edərək ondan soruşmuşdur ki, rayonda gölün qırağına gələ bilərsən sənəd var ona qol çəkmək lazımdır. O da gələ biləcəyini bildirmişdir. Həmin vaxt İmişli rayonunda deyildi, qıraq kənddə idi. Yalçın bildirib ki, bir sənəd var ona imza çəkmək lazımdır. O da Yalçından sənədin nə ilə bağlı olduğunu bir neçə dəfə soruşmuşdur. Gözləri zəif görsə də, bunun adi kağızda yazılmış cədvəl olduğunu görmüşdür. Yalçın bildirmişdir ki, bu şirkət ilə sənin aranda olan borcla bağlı sənəddir. O da baxmışdır ki, 10.000 manat borc yazılıb. O vaxtı, yəni 2021-ci il yanvarında onun həqiqətən də İddiaçınə ümumi olaraq 10.000 manata yaxın borcu var idi. Üzləşmə aktı imzalanan zaman ona aktın əsl mahiyyəti izah olunmamışdır. Beləliklə, Cavabdeh2 onun etibarından sui-istifadə edərək, onu aldadaraq, aldatma yolu ilə aktın imzalanmasına nail olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(005)- 5129/2021 saylı qərardadı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər Cavabdeh2 və İddiaçınə qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-5129/2021 nömrəli qeydiyyat nömrəsində olan mülki iş Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e- 2-2(121)- 1021/2021 saylı nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilmiş, birləşdirilmiş iş üzrə e-2-2(121)-1021/2021 qeydiyyat nömrəsinin saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2-2(106)-07/2022 saylı qərardadı ilə, İddiaçı şikayətinin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2(121)-1021/2021 saylı qərardadının ləğv edilməsi, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya işi ilə Cavabdeh1 cavabdeh İddiaçınə qarşı 20 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və.s tələbinə dair işin bir icraatda birləşdirilməsi məsələsinə baxılması üçün hazırki kommersiya işinin Şirvan Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2-2(121)-52/2022 saylı qərardadı ilə, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə, Cavabdeh1 İddiaçınə qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbinə dair işin e-2-2(121)-52/2022 nömrə ilə bir icraatda baxılaraq davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ("xxxx" MMC-nin) (bundan sonra “Şirkət” adlandırılacaqdır) nümayəndəsi X4 məhkəmə iclasında öz iddia tələblərini müdafiə edərək, Cavabdeh1 iddiasına etiraz etdi. Öz iddiasının təmin edilməsini, Cavabdeh1 iddiasının isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək, məhkəmə iclasında öz iddia tələbini müdafiə edərək, “Şirkət”in iddiasına etiraz etdi. Öz iddiasının təmin edilməsini, “Şirkət”in iddiasının isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, “Şirkət”in pul tələbinə dair iddiasına etiraz etdi. Cavabdeh1 İddiaçınə və Cavabdeh2 qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək, Cavabdeh1 “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçınə və Cavabdeh2 qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan 20 noyabr 2018-ci il tarixli, 88 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı müəssisədə istehsal olunan istənilən həcmdə və çeşiddə spirtli içkiləri alıcıya təqdim etməyi öz boynuna götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən, alıcı ona təqdim edilən elektron qaiməni təsdiq etdikdən sonra göstərilən malları almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6-cı bəndinə əsasən, müqavilənin şərtlərini pozan tərəf müqavilənin dəyərinin 3 % həcmində cərimə olunur. Həmin müqavilənin 7-ci bəndinə əsasən, satılan malların dəyəri bank hesabına köçürülmə qaydasında aparılır. İş materiallarında olan EAAN seriyalı, 759672 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 3.762 manat məbləğində mallar göndərilmişdir. İş materiallarında olan EAAO seriyalı, 407255 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 6.072 manat məbləğində mallar göndərilmişdir. İş materiallarında olan EAAO seriyalı, 781571 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 4.812,01 manat məbləğində mallar göndərilmişdir. İş materiallarında olan EAAO seriyalı, 939277 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 9.118 manat məbləğində mallar göndərilmişdir. İş materiallarında xx.xx.2021-ci il tarixli, “qarşılıqlı borcların üzləşmə akt”ından görünür ki, Cavabdeh1 İddiaçınə xx.xx.2020-ci il tarixinə 14.264,01 manat məbləğində borcunun olması barədə qarşılıqlı üzləşmə aparılmışdır. Üzləşmə aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış alğı-satqı müqaviləsi üzrə yaranmış 14.264,01 manatın və müqavilədə nəzərdə tutulan 3 % olaraq 427,90 manatın İddiaçınə ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 məlumatlandırılmışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı müvafiq bank hesabına xx.xx.2018-ci il tarixində 2.000 manat, xx.xx.2019-cu il tarixində 1.500 manat, xx.xx.2019-cu il tarixində 2.000 manat, xx.xx.2019cu il tarixində 2.000 manat, xx.xx.2019-cu il tarixində 2.000 manat ödənişlər edilmişdir. İş materiallarında olan “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində (qəbzin nömrəsi: 7********) dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk öncə “Şirkət”in Cavabdeh1 qarşı pul tələbinə dair iddiasına münasibət bildirərək hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin müddəaları baxımından “Şirkət” ilə Cavabdeh1 arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və “Şirkət”in tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Şirkət” ilə Cavabdeh1 arasında spirtli içkilərə dair alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh1 23.764,01 manat məbləğində mallar verilmişdir. Cavabdeh1 tərəflər arasında bağlanılmış müqavilə şərtinə əsasən elektron-qaimə əsasında malları təhvil alsa da cəmi 9.500 manat məbləğində ödəniş etmiş, bununla da 14.264,01 manat məbləğində “Şirkət”ə borcu qalmışdır. Bundan əlavə, tərəflər arasında xx.xx.2021-ci il tarixli, “qarşılıqlı borclarının üzləşmə aktı” imzalanaraq malların alqı-satqı müqaviləsi üzrə yaranmış debitor borcun məbləğinin ümumilikdə ƏDV daxil 14.264,01 manat olması barədə qarşılıqlı nəticəyə gəlinmişdir. “Şirkət” ə olan borc pulun ödənilməsini təsdiq edən mötəbər sübutlar Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, 29 iyul 2021-ci il tarixində keçirilən məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında “Şirkət” tərəfindən ona xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli elektron qaimələr göndərildiyini, həmin dörd qaimədən üçünü qəbul etdiyini, lakin xx.xx.2019-cu il tarixli elektron qaiməni isə qəbul etmədiyini bildirmişdir. Daha sonra, yəni 07 iyun 2022-ci il tarixində keçirilən məhkəmə iclasında verdiyi izahatında isə “Şirkət” tərəfindən ona yalnız xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli elektron-qaimələr göndərildiyini və həmin qaimələr üzrə borcunu ödədəyini, eyni zamanda 2021-ci ilin yanvar ayında “Şirkət”ə 10.000 manata yaxın borcunun olduğunu bildirmişdir. Odur ki, “Şirkət” 14.264,01 manat borcun Cavabdeh1 tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, “Şirkət”in Cavabdeh1 qarşı pul tələbinə dair iddiasi 14.264,01 manat pulun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, Cavabdeh1 xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli elektronqaimələri qəbul etmədiyinə dair etirazına münasibət bildirərək qeyd edir ki, “Şirkət” Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən spirtli içkiləri göndərməsəydi, Cavabdeh1 “Şirkət” tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını “Şirkət”ə bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə Cavabdeh1 tərəfindən “Şirkət”in göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaiməfakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci – 3.4-cü bəndlərinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Bununla yanaşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il Qərarındakı hüquqi mövqeyinə əsasən, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, mallar həm tərəflər arasında bağlanılmış müqaviləyə, həm tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya və işgüzar adətlərə, həm Azərbaycan Respublikası Vergi Məcəlləsi, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun Cavabdeh1 təhvil verilmişdir. Məhkəmə, eyni zamanda Cavabdeh1 “Şirkət”ə olan borcunun Cavabdeh2 ödənilməsi ilə bağlı etirazını araşdıraraq hesab edir ki, Cavabdeh1 etirazı əsassızdır. Məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında həm Cavabdeh1, həm də Cavabdeh2 aralarında şəxsi borc münasibətlərinin yarandığını bildirmişdir. Eyni zamanda, Cavabdeh2 izahatlarında Cavabdeh1 tərəfindən köçürmə yolu ilə edilmiş ödənişlərin ona olan borcu ilə bağlı olduğunu qeyd etmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin 7-ci bəndinə əsasən “Alıcı” (Cavabdeh1) satılan malların dəyərinin “Şirkət”in bank hesabına köçürülməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişdirlər. Cavabdeh1 “Şirkət”in "xxxx" ASC-dəki bank hesabına ümumilikdə 9.500 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 “Şirkət”ə olan borcunu Cavabdeh2 deyil, “Şirkət”in bank hesabına ödəməli idi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla, elektron qaimələrlə və qarşılıqlı üzləşmə aktı ilə təqdim olunmuş mallar üzrə Cavabdeh1 “Şirkət”ə ümumilikdə 14.264,01 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən Cavabdeh1 tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən “Şirkət”in Cavabdeh1 qarşı pul tələbinə dair iddiası əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə, “Şirkət”in Cavabdeh1 qarşı iddiasının 427,92 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və “Şirkət”in mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdeh1 “Şirkət”in xeyrinə 45 manat məbləğində cərimə (dəbbə pulu) tutulmalıdır. Məhkəmə, həmçinin Cavabdeh1 İddiaçınə və Cavabdeh2 qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbinə dair iddiasını araşdıraraq hesab edir ki, Cavabdeh1 iddiası əsassızdır. Belə ki, Cavabdeh1 iddia ərizəsinin məzmunundan aydın olur ki, Cavabdeh1 tələbi üzləşmə aktı imzalanan zaman ona aktın əsl mahiyyətinin izah olunmamasıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qeyd olunan Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abasov X2 Yalçın Əli oğlunun vasitəçiliyi ilə 05 yanvar 2021-ci il tarixli qarşılıqlı borclarının üzləşmə aktını imzalamışdır. Cavabdeh2 aktı imzalamışdan əvvəl Cavabdeh1 həmin aktın “Şirkət”ə olan borc ilə bağlı olduğunu bildirmişdir. Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində də onun 2021-ci il yanvar ayına “Şirkət”ə 10.000 manata yaxın borcunun olduğunu qeyd etmişdir. Cavabdeh1 gözlərinin zəif görməsi ilə bağlı aktda qeyd olunmuş məbləği tam görmədiyini bildirmişdir. Bundan əlavə, Cavabdeh1 məhkəməyə təqdim etdiyi mübahisə tərəfi olan Cavabdeh2 ilə aralarındakı telefon danışığını əks etdirən diskdə isə Cavabdeh1 aldadılması halı müəyyən olunmur. Məhkəmə qeyd edir ki, Cavabdeh1 aldadılması səbəbindən “Şirkət” ilə aralarında bağlanılmış üzləşmə aktının etibarsız əqd olduğunu və pul öhdəliyinin yaranmadığını qeyd etsə də bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ümumiyyətlə, Cavabdeh1 istər 10.000 manat, istərsə də ƏDV daxil olmadan 10.638,99 manat borcun mövcudluğunu qəbul etmədiyi halda xx.xx.2021-ci il tarixli üzləşmə aktını aldadılmaqla imzaladığını, habelə həmin aktı imzalamaqla sözügedən borcu öz üzərinə götürməsi barədə ağlabatan izah verməsi iş materiallarından görünmür. Sadalan xüsusatlara əsasən məhkəmə hesab edir ki, “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbinə dair Cavabdeh1 iddiası əsassızdır. Odur ki, Cavabdeh1 iddiası rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbi barədə iddiası qismən təmin edildiyindən, həmçinin İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5 manatı İddiaçınə aid edilməli, 25 manatı isə Cavabdeh1 tutularaq İddiaçınə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı (VÖEN:**********) Cavabdeh1 qarşı pul tələbi barədə iddiası qismən təmin edilməli, Cavabdeh1 İddiaçınə və Cavabdeh2 qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı (VÖEN:**********) Cavabdeh1 qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. Cavabdeh1 14.264,01 manat əsas borc, 45 manat cərimə borcu və 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14.334,01 (on dörd min üç yüz otuz dörd manat, bir qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ("xxxx" MMC-yə) ödənilsin. Fidan” Şirkətinin ("xxxx" MMC-nin) Cavabdeh1 qarşı pul tələbi barədə iddiası qalan hissədə rədd edilsin. Cavabdeh1 İddiaçınə və Cavabdeh2 qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-52/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-52/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver