Məhkəmə qərarları › İş №e-2-2(121)-521/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-521/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-521/2024 31.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Balayeva Sevinc Natiq qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh «X2 Fermer Təsərrüfatı» MMC-yə qarşı – lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh «X2 Fermer Təsərrüfatı» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə cavabdeh “X6 Təsərrüfat” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli № MK030 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X4 Müqaviləsinə xitam verilsin, lizinq predmeti olan 4 ədəd qoşqulu, pompalı 5000 litrlik su çəni, 4 ədəd asma beş gövdəli kotan, 4 ədəd asma diskli mala, 4 ədəd kultivator torpaqdarayıcı mala, 4 ədəd asma gübrəsəpən, 4 ədəd asma kultivator-bitkidarayıcı, 9 ədəd pnevmatik asma toxumsəpən , 4 ədəd asma rotasion mala, 4 ədəd beşgövdəlik torpaq qırıcılı kotan, 4 ədəd 24-lü taxılsəpən gübrəsəpənlə, avadanlıqları saz və işlək vəziyyətdə geri qaytarılsın və 28.268 manat gecikdirilmiş əsas borcu, 5.057.42 manat cərimə borcunun, 205 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 189.98 manat məbləğində məhkəmə rüsumunun cavabdeh “X6 Təsərrüfat” MMC-dən tutularaq, "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, iddiaçi Global Leasinq ASC ilə cavabdeh “X6 Təsərrüfat” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli № MK030 saylı lizinq müaviləsinə əsasən ödəniş tapşığına uyğun olaraq 60 ay (altmış ay) müddətinə ödəmə şərti ilə 150 840 manat (bir yüz əlli min səkkiz yüz qırx manat ) məğləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 395 955 manat (üç yüz doxsan beş min doqquz yüz əlli beş manat) təşkiletmişdir. Müqavilənin şərtlərinə əsasən cavadeh tərəfindən 94275 AZN ( doxsan dörd min iki yüz yetmiş beş manat) ilkin ödəniş və 1508.40 manat (bir min beş yüz səkkiz manat qırx qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Eyni zamanda, cavabdeh "xxxx"MMC müqavilənin şərtini pozaraq ödəməli olduğu Lizinq ödənişlərinə dair öhdəliyi vaxtında lazimi qaydada icra etməmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 28268 AZN (iyirmi səkkiz min iki yüz altmış səkkiz manat) gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 5057.42AZN (beş min əlli yeddi manat qırx iki qəpik) cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2023-cü il tarixində xs 1043/23 nömrəli printenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Bundan başqa, qeyd edirik ki, xx.xx.2024-cü il tarixə təyin olunmuş mediasiya sessiyasında cavabdeh "xxxx"MMC iştirak etməmişdir. Tərəfimizdən ilkin mediyasiya sesiyasının keçirilməsi ilə əlaqədar 205 manat həcmində mediyasiya xərci ödənilçmişdir. Beləliklə, cavabdeh “X6 Təsərrüfat”MMC iddiaçı Global Lizinq ASC qarşısında lizinq müqaviləsinə əsasənxx.xx.2024-cü il tarixə qədər 28268 AZN (iyirmi səkkiz min iki yüz altmış səkkiz manat) gecikdirilmiş əsas borcu, 5057.42 AZN (beş min əlli yeddi manat qırx iki qəpik) gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransada cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 43352 AZN (qırx üç min üç yüzəlli iki manat) manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında cavabdehin 18.386,44 manat borcunun qaldığını qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, MK030 saylı lizinq müqaviləsinin, həmin müqavilənin 1 saylı Əlavəsinin və təhvil-təslim aktının surətindən görünür ki, ödəniş tapşırığına uyğun olaraq 60 ay müddətinə ödəmə şərti ilə qalıq borcu 150.840 manat məbləğində müəyyən edilməklə 4 ədəd qoşqulu, pompalı 5000 litrlik su çəni, 4 ədəd asma beş gövdəli kotan, 4 ədəd asma diskli mala, 4 ədəd kultivator torpaqdarayıcı mala, 4 ədəd asma gübrəsəpən, 4 ədəd asma kultivator-bitkidarayıcı, 9 ədəd pnevmatik asma toxumsəpən , 4 ədəd asma rotasion mala, 4 ədəd beşgövdəlik torpaq qırıcılı kotan, 4 ədəd 24-lü taxılsəpən gübrəsəpən lizinqə verilmişdir. İş materiallarında olan hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, İddiaçı ASC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur. İş materiallarında olan İddiaçı QSC-nin «X2 Fermer Təsərrüfatı» MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X6 Təsərrüfat” MMC tərəfindən öhdəliklər icra edilməyəcəyi təqdirdə lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə «X2 Fermer Təsərrüfatı» MMC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 205 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh “X6 Təsərrüfat” MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh “X6 Təsərrüfat” MMC iddiaçıya olan borcundan 20.000 manat məbləğində ödəniş etdiklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh “X6 Təsərrüfat” MMC İddiaçı QSC qarşısında xx.xx.2019-cu il tarixli, MK030 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 18.386,44 manat öhdəliyi vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Qeyd olunan Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh xx.xx.2019-cu il tarixli, MK030 saylı lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına, o cümlədən lizinqə verilmiş texnikaların qaytarılmasına dair öhdəliyi olduğundan, lakin cavabdeh müqavilə üzrə vəzifələrini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğinin ödənilməsini və texnikaların geri qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi xx.xx.2019-cu il tarixli, MK030 saylı lizinq müqaviləsi üzrə əsas borcun tutulması və texnikaların geri qaytarılması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddianın lizinq müqaviləsinə xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin 19.2-ci bəndinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin müqavilənin 19.6.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 (iki) ay ardıcıl olaraq ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqaviləyə xitam verilməsi tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh lizinq müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 5.057,42 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 1000 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, MK030 saylı lizinq müqaviləsinə xitam verilməli, cavabdeh “X6 Təsərrüfat” MMC tərəfindən lizinq predmetləri olan 4 ədəd qoşqulu, pompalı 5000 litrlik su çəni, 4 ədəd asma beş gövdəli kotan, 4 ədəd asma diskli mala, 4 ədəd kultivator torpaqdarayıcı mala, 4 ədəd asma gübrəsəpən, 4 ədəd asma kultivator-bitkidarayıcı, 9 ədəd pnevmatik asma toxumsəpən, 4 ədəd asma rotasion mala, 4 ədəd beşgövdəlik torpaq qırıcılı kotan, 4 ədəd 24-lü taxılsəpən gübrəsəpən avadanlıqları saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalı, cavabdeh “X6 Təsərrüfat” MMC-dən 18.386,44 manat əsas borc, 1.000 manat cərimə borcu, ödənilmiş mediasiya xərcinin əvəzi 205 manat və 189,98 manat dövlət rüsumu olmaqla, ümumilikdə 19.781,42 (bir on doqquz min yeddi yüz səksən bir manat, qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “X2 Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 may 2019-cu il tarixli, MK030 saylı lizinq müqaviləsinə xitam verilsin. Lizinq predmeti olan 4 ədəd qoşqulu, pompalı 5000 litrlik su çəni, 4 ədəd asma beş gövdəli kotan, 4 ədəd asma diskli mala, 4 ədəd kultivator torpaqdarayıcı mala, 4 ədəd asma gübrəsəpən, 4 ədəd asma kultivator-bitkidarayıcı, 9 ədəd pnevmatik asma toxumsəpən , 4 ədəd asma rotasion mala, 4 ədəd beşgövdəlik torpaq qırıcılı kotan, 4 ədəd 24-lü taxılsəpən gübrəsəpən avadanlıqları cavabdeh “X2 Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Cavabdeh “X2 Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 18.386,44 manat əsas borc, 1.000 manat cərimə borcu, ödənilmiş mediasiya xərcinin əvəzi 205 manat və 189,98 manat dövlət rüsumu olmaqla, ümumilikdə 19.781,42 (bir on doqquz min yeddi yüz səksən bir manat, qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia 9.881,56 manat əsas borcun və 4.057,42 manat cərimə borcunun cavabdehdən tutulması hissələrində təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar