Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-54/2024 11.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – 45.281 manat məbləğində əsas borc, 205 manat məbləğində ödənilmiş mediasiya xərci və 20,84 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 103D/2019 saylı, xx.xx.2019 cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, satıcı alıcının sifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan qida məhsullarını hissəhissə (“Kristal”, "xxxx", un məhsulları ilə yanaşı kəpək və s.) olmaqla, alıcıya satmağı üzərinə götürmüşdür. Alıcı isə 5 iş günü ərzində satıcının təqdim etdiyi elektron fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməlidir. Cavabdehlə qarşılıqlı etimad əsasında bəzən elə olurdu ki, götürdüyü məhsulun pulun müqavilədə göstərildiyi vaxt tam ödəyə bilmədiyi halda da ona nisyə şəklində mal buraxılırdı. Bu da onun işgüzar fəaliyyətinin daha da genişləndirilməsinə və partnyor kimi inam və etimadı daha da möhkəmləndirirdi. Lakin cavabdeh sonuncu dəfə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, iddiaçı ilə cavabdehin arasında xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən, cavabdehin borcu 46.671 manat təşkil etmişdir. Bundan sonra da işgüzar münasibətlər davam etmiş, əsas borcunu hissə-hissə ödəmək məqsədi ilə mal verilmişdir ki, cavabdeh borcunu ödəsin. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində iddiaçıdan buğda unu almışdır. Bundan sonra əməkdaşlıq etməmişdir və borcunu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh bu müddət ərzində əsas borcundan yalnız 1.390 manat pul ödəmişdir (sonuncu ödənişi 500 manat xx.xx.2023-cü il arixində etmişdir). İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək, iddianı qismən qəbul etmiş və göstərmişdir ki, onun iddiaçıya 20000 manat borcu olmuş, sonradan 2500 manat ödəmiş, hazırda cavabdehə 17500 məbləğində borcu qalmışdır. “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”ndakı xəttin ona məxsus deyil, həmin aktda adının qarşısındakı imza isə ona məxsusdur. 26000 manat borcun olmasını göstərən aktda olan imza ona məxsusdur. 2021-ci il tarixli akt onda olmalıdır. Pulu əlbə-əl ödəmiş və gücü çatdıqca ödəniş etmişdir. 17500 manat borcu qalmışdır, onu da ödəyəcəkdir, ödəməkdən yayınmır. Göstərilənlərə əsasən iddianı qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək, iddianı qismən qəbul etmiş və göstərmişdir ki, iddiaçıya 45281 manat məbləğində borcu qalmamışdır. Belə ki, onun hazırda iddiaçıya 17000 manat məbləğində borcu qalmışdır. Həmin borcu da hər ay hissə-hissə olmaqla ödəyəcəkdir. “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”ndakı xətt ona məxsus deyil, həmin aktda adının qarşısındakı imza isə onun imzasına oxşayır. Göstərilənlərə əsasən iddianı qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir (belə ki, məhkəməyə xx.xx.2024-cü il tarixdə cavabdehin adından məktub daxil olmuş olsa da, məktub imzalanmamışdır). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 103D/2019 nömrəli, xx.xx.2019-cu il tarixli malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 780831 saylı; xx.xx.2019-cu il tarixli 040407 saylı; xx.xx.2019-cu il tarixli 804935 saylı; xx.xx.2019-cu il tarixli 734039 saylı; xx.xx.2019-cu il tarixli 250873 saylı; xx.xx.2019-cu il tarixli 024571 saylı; xx.xx.2019-cu il tarixli 161060 saylı; xx.xx.2019-cu il tarixli 960199 saylı; xx.xx.2019-cu il tarixli 676468 saylı; xx.xx.2019-cu il tarixli 482358 saylı; xx.xx.2020-ci il tarixli 102248 saylı; xx.xx.2020ci il tarixli 143150 saylı; xx.xx.2020-ci il tarixli 806158 saylı; xx.xx.2020-ci il tarixli 123572 saylı; xx.xx.2020-ci il tarixli 290364 saylı və xx.xx.2020-ci il tarixli 772213 saylı elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh mallar göndərilmişdir. İşə əlavə edilən xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının surətindən görünür ki, cavabdehin borcu 46.671 manat təşkil edir. Həmin aktdan görünür ki, əlyazma ilə “Актла таныш олдум. доғрулғу имзамла тəсдиг етдим 13.04.21” yazılmışdır. İş materialında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış alqısatqısı müqavilə(lər)sinə əsasən Cavabdeh ödənilməmiş 45281 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə isə 500 manat, cəmi 3.000 manat məbləğində ödəniş etmişdir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 4/1877 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında “X1” qrafasındakı imza və “Актла таныш олдум. доғрулғу имзамла тəсдиг етдим 13.04.21” əlyazmaları; "xxxx" MMC ilə Cavabdeh arasında olan 103D/2019 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində “Cavabdeh” əlyazmaları və “Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə ünvanlanmış 3-16-16/2-9/2116/2024 saylı, xx.xx.2024cü il tarixli məktubuna əlavə edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmişdir. Beləliklə, işin həqiqi halları ilə və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, üzləşdirmə aktında və alqısatqı müqaviləsində olan əlyazmalar və imzaların cavabdeh tərəfindən icra olunması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Lakin, iş materiallarından görünür ki, cavabdeh iş məhkəmənin icraatında olduğu dövrdə borcdan 3.000 manat ödəniş etmişdir. Buna görə də, iddia qismən təmin edilməklə, 42281 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə üzləşdirmə aktında və alqı-satqı müqaviləsində olan əlyazmalar və imzaların cavabdeh tərəfindən icra olunması müəyyən edildiyindən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin alınmasına olan zərurət də aradan qalxmışdır. Məhkəmə həmçinin iddianın 205 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, iddiaçının mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş məhkəmənin icraatında olduğu dövrdə borcdan hissə-hissə ödənildiyindən, iddiaçının iddia ərizəsinin məhkəməyə verildiyi zaman ödəmiş olduğu 205 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya və dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 225,84 manat (yəni, 45.281 manata münasibətdə) dövlət rüsumunun 20,84 manatı cavabdehdən tutularaq iddiaçıya, 205 manatı isə dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 138 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 138 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 42281 manat əsas borc, 205 manat mediasiya xərci, 20,84 manat dövlət rüsumu, cəmi 42506,84 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 205 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 138 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-54/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-54/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver