Məhkəmə qərarları › İş №e-2-2(121)-541/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-541/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-541/2022 06.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinə qarşı cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən 15.050 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,15 manatın, mediasiya xərci əvəzi olaraq 200 manatın və iddia ərizəsinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi üçün xidmət haqqı olaraq ödənilmiş 50 manatın alınıb X2 X1 Cəmiyyətinə ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinə qarşı cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən 15.050 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,15 manatın, mediasiya xərci əvəzi olaraq 200 manatın və iddia ərizəsinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi üçün xidmət haqqı olaraq ödənilmiş 50 manatın alınıb X2 X1 Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iddia ərizəsində qeyd olunan 15.050 manat pulun iş üzrə cavabdeh Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən ödənildiyi üçün heç bir iddia tələblərinin qalmadığını qeyd etmiş və qeyd olunanlara əsasən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinə qarşı cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən 15.050 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,15 manatın, mediasiya xərci əvəzi olaraq 200 manatın və iddia ərizəsinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi üçün xidmət haqqı olaraq ödənilmiş 50 manatın alınıb X2 X1 Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar