Məhkəmə qərarları › İş №e-2-2(121)-543/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-543/2020

15.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-543/2020 15.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə bağlanmış O000539518 saylıalqı-satqımüqaviləsi üzrə Cavabdeh MMCtərəfindən iddiaçı Holcim (Azərbaycan) ASC-nin xeyrinə59.055 manat məbləğində əsas borcun, 7.017,7 manat cərimə məbləğinin, cəmi66.072,7 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMCilə Holcim(Azərbaycan) ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış O000539518 saylıalqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə klinker məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında cavabdehə klinker məhsulları göndərmişdirlər. Lakin, cavabdeh göndərilmiş klinker məhsulların dəyərini tam olaraq ödəməmişdir. Belə ki, 59.055 manat məbləğində borc bu günə kimi ödənilməmiş qalmışdır. xx.xx.2020-ci il tarixdə şirkətləri cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin xx.xx.2019-cu il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdirlər. Pretenziya məktubu xx.xx.2020-ci il tarixində cavabdehə çatdırılmışdır. Lakin, cavabdeh indiyədək borcunu ödəməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış O000539518 saylıalqı-satqımüqaviləsinin 7.2-cimaddəsinə əsasən, satıcı həminmüqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqısatqı müqaviləsi üzrə ödənişi gecikdirdiyinə görə indiki tarixədək yaranmış cərimə məbləği 7.017,7 manat təşkiledir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixli üzləşmə aktından sonra cavabdeh tərəfindən terminallar vasitəsi ilə 9.000 manat ödəniş olmuşdur. Cavabdehin borcu hazırda 59.054,92 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2019-cu il tarixli, O000539518 saylı müqavilədən görünür ki, “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “Satıcı” 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü “Alıcı”ya satmağı, “Alıcı” isə malı almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixli “Qiymət” əlavəsindən görünür ki, “Holcim (Azərbaycan)” ASC-nin daxili qiymət siyasətinə uyğun olaraq xx xxxxxx 2019-cu il tarixinə kimi “Qaradağ Klinker” adlı məhsulun qiymətinin 105 manat (çatdırılma daxil, ƏDV xaric) və 123,90 manat (çatdırılma və ƏDV daxil), xx.xx.2019-cu il tarixli “Qiymət” əlavəsindən görünür ki, “Holcim (Azərbaycan)” ASC-nin daxili qiymət siyasətinə uyğun olaraq xx xxxxxx 2019-cu il tarixinə kimi “Qaradağ Klinker” adlı məhsulun qiymətinin 89 manat (çatdırılma daxil, ƏDV xaric) və 105,02 manat (çatdırılma və ƏDV daxil), xx.xx.2019-cu il tarixli “Qiymət” əlavəsindən görünür ki, “Holcim (Azərbaycan)” ASC-nin daxili qiymət siyasətinə uyğun olaraq xx xxxxxx 2019-cu il tarixinə kimi “Qaradağ Klinker” adlı məhsulun qiymətinin 100,80 manat (çatdırılma daxil, ƏDV xaric) və 118,94 manat (çatdırılma və ƏDV daxil) müəyyən olunmuşdur. İş materiallarında olan yük-nəqliyyat qaimələrindən görünür ki, “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, O000539518 saylı alqı-satqı müqaviləsinə əsasən, “Holcim (Azərbaycan)” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə “Klinker Normal” adlı məhsullar “xxxx” MMC-yə göndərilmiş, yük-nəqliyyat qaimələri məhsullar imzalanmış və möhürlənmiş, mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti olan borcunun miqdarı 68.054,92 manat təşkil edir. Üzləşmə aktı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti vəCavabdeh MMC tərəfindən imzalanaraq, möhürlərlə təsdiq olunmuşdur. İş materiallarında olan elektron qaimə fakturalardan görünür ki, “Holcim (Azərbaycan)” ASC-tərəfindən “xxxx” MMC-yə xx xxxx 2019-cu il tarixdə verilmiş 56.800 ton və 439.600 ton “X1” markalı sement məhsulun dəyəri olan 7.037,52 manat və 54.466,44 manat, xx xxxxxx 2019-cu il tarixdə verilmiş 200.360 ton sement məhsulunun dəyəri olan 21.041,80 manat, xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 86.940 ton sement məhsulunun dəyəri olan 9.130,43 manat, xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 114,640 ton məhsulun dəyəri olan 12.039,49 manat pulların ödənilməsi Cavabdeh MMC-dən tələb olunmuş, Cavabdeh MMC elektron qaimələri elektron qaydada qəbul edərək təsdiq etmişdir. İş materiallarında olan “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, xx xxxxx 2019-cu il tarixli, O000539518 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MMC-yə klinker məhsulu satılmışdır. Müqavilə əsasında tərəflərindən göndərilən malların dəyəri tam ödənilməmişdir. 65.054,9 manat məbləğində borc bugünə qədər ödənilməmişdir. Həmçinin aralarında bağlanmış müqavilənin 7.2-ci maddəsinə əsasən 7.017,7 manat cərimə hesablanmışdır. Xəbərdarlıqlara baxmayaraq bugünə qədər borc məbləğini ödəməmişdir. Qanunun tələblərinə uyğun olaraq ondan xx xxxxxx 2020-ci il tarixədək 65.054,9 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun, əsas borcla yanaşı mülki qanunvericiliyə əsasən hesablanmış faizlərin, dəymiş maddi ziyanın və məhkəmə xərclərinin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır. İş materiallarından görünür ki, “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında xx xxxxx 2019-cu il tarixli, O000539518 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, hazırki müqavilə əsasında “Satıcı” 3-cü maddədə göstərilən və gələcəkdə Mal adlandırılacaq sement növünü “Alıcı”ya satmağı, “Alıcı” isə malı almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri xx xxxxx 2019-cu il tarixli, O000539518 saylı alqı-satqı müqaviləsindənirəli gəlir. İddiaçı qarşılıqlı borcların üzləşdirilməsi barədə xx xxxxxxxx 2019-cu il il tarixli akta əsasən, cavabdehin həmin tarixə 68.054,92 manat borcu olduğuna, lakin sonradan terminallar vasitəsilə cəmi 9.000 manat ödəniş edilərək, hazırda 59.054,92 manat borcunun qaldığını bildirir. Beləliklə, cavabdehin xx xxxxx 2019-cu il tarixli, O000539518 saylı alqı-satqı müqaviləsinə əsasən, qarşılıqlı borcların üzləşdirilməsi barədə xx xxxxxxxx 2019-cu il il tarixli akta, yük-nəqliyyat qaimələrinə və elektron qaimələrə əsasən, iddiaçıya 59.054,92 manat məbləğində borcunun olması iş materialları ilə tam təsdiq olunduğundan, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə cavabdehdən 59.054,92 manat borc (iddia ərizəsində 59.055 manat tələb edilir) tutulmalıdır. Azərbaycan Respublikası Mülki 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə əsasən, 7.017,7 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 200 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 3 manatı iddiaçıya aid edilməli, 27 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 59.054,92 manat əsas borc, 200 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 27 manat olmaqla, cəmi 59.281,92 manat pul tutularaq iddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar