Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-550/2022 17.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Nümayəndə Cavabdehnə qarşı cavabdeh "xxxx" MMC-dən 27 aprel 2020-ci il tarixli, Hİ-069/2020 saylı müqavilə üzrə 5836,96 məbləğində əsas borcun, 3000 manat dəbbə pulunun (cərimənin) və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 100 manat məbləğində haqqın, cəmi ümumilikdə 8936,96 manat məbləğində pulun tutularaq iddiaçı Nümayəndənə ödənilməsi tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı Nümayəndə cavabdeh X2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 27 aprel 2020-ci il tarixli, Hİ-069/2020 saylı müqavilə üzrə 5836,96 məbləğində əsas borcun, 3000 manat dəbbə pulunun (cərimənin) və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 100 manat məbləğində haqqın, cəmi ümumilikdə 8936,96 manat məbləğində pulun tutularaq iddiaçı Nümayəndənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, Nümayəndə (bundan sonra “iddiaçı”) iləCavabdeh (bundan sonra “cavabdeh”) arasında 27 aprel 2020-ci il tarixli, Hİ-069/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Nümayəndə Cavabdeh mülkiyyətinə X3 (MBB) və xüsusi yapışdırıcı verməyi, sonuncu isə həmin malların dəyərini müqavilədə qeyd ediən qiymətlə ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə icra edilmiş və alqı-satqı müqaviləsi üzrə satılmalı olan mallar cavabdehin mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilən elektron qaimə fakturalardan (3 ədəd e-qaimə) da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə təqdim olunan malların ƏDV daxil ümumi məbləği 5836,96 manat təşkil edir. Müqavilənin 4.4-cü bəndinə uyğun olaraq isə müqavilə üzrə ödəniş öhdəliyi gecikdirildiyi təqdirdə, cavabdehin cərimə ödəmək öhdəliyi müəyyən olunmuşdur ki, bu günkü tarixə həmin cərimə məbləği 3000 (üç min) manat təşkil edir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq olunub, pretenziya məktubu və mediasiya prosesinin tətbiqi barədə təklif göndərilib. Lakin cavabdeh nə ödəniş edib, nə də pretenziya məktubuna və mediasiya prosesinin tətbiqinə dair təklifə münasibət bildirib. İddiaçı məcbur qalaraq mediasiya şurasına müraciət edib və ilkin mediasiya sesiyasının keçirilməsi üçün Samir Əliyev mediator təyin edilib. İlkin mediasiya sessiyasının keçirilmə vaxtı və yeri barədə məlumatı olan cavabdeh sessiyada iştirak etməyib. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İşdə olan 30.04.2020-ci il tarixli (EBAJ seriyalı, 359255 nömrəli), 19.08.2020-ci il tarixli, (EBAN seriyalı, 810869 nömrəli), 12.08.2020-ci il tarixli və (EBAN seriyalı, 576851 nömrəli), elektron qaimələrdən görünür ki, Nümayəndə 30.04.2020-ci il tarixdə 1437,03 manat, 12.08.2020-ci il tarixdə 2705,31 manat və 19.08.2020-ci il tarixdə 1694,60 manat dəyərində alıcı Cavabdeh MMC-yə “malların, işlərin və xidmətlərin təqdim edilməsi” haqqında elektron qaimələr göndərmişdir. İşdə olan 28.01.2022-ci il tarixli Qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin Nümayəndə MMC-yə olan borcu 5836,96 manat təşkil edir. İşdə olan Cavabdeh MMC-nin direktoru X1 Nümayəndənə ünvanladığı 31.01.2022ci il tarixli məktubundan görünür ki, Nümayəndə MMC ilə Cavabdeh MMC arasında bağlanmış 27 aprel 2020-ci il tarixli, Hİ-069/2020 saylı müqavilə üzrə təhvil verilmiş mala görə yaranmış 5836.96 borcun ödənilməsi ilə bağlı 2 ay müddətində möhlət verilməsini xahiş etmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 noyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələr və 28.01.2022-ci il tarixli Qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktına əsaslanır. Məhkəmə iddianın cərimə(lər)nin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan cərimə(lər) borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun həmin məbləğ(lər)də deyil, 300 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 27 aprel 2020-ci il tarixli, Hİ-069/2020 saylı müqavilə üzrə 5836,96 məbləğində əsas borc, 300 manat dəbbə pulu (cərimə) və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 100 manat məbləğində haqq, cəmi 6236,96 manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-550/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-550/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver