Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-550/2025 03.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cahangirov Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 dekabr 2023-cü il tarixli ML/6868nömrəli Maliyyə Lizinqi müqaviləsi üzrə əsas borcun məbləği 122.380,96 manat, lizinq üzrə faiz borcunun məbləği 1.493 manat, lizinq üzrə hesablanmış cərimə məbləği 75,07 manat olmaqla,cəmi 23.949,03 manat məbləğdə lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 162 manat məbləğdə dövlət rüsumunun cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, lizinq predmetini təşkil edən “X13” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaqil)ə cavabdeh - Cavabdeh1 arasında 06 dekabr 2023cü il tarixli ML/6868 nömrəliMaliyyə Lizinqi Müqaviləsibağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh1 1 ədəd 2013-cü il buraxılışlı “X13” minik markalı, KMHSU81EDEU250640 banömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23 % dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmişdir. X5 üzrə kredit məbləği 26250 təşkil edir. 06 dekabr 2023cü il tarixli ML/6868nömrəli Lizinqi Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh2 arasında 06 dekabr 2023-cü il tarixli 6868 zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh2 06 dekabr 2023-cü il tarixli ML/6868nömrəli Lizinq Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Cavabdeh1uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehədəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 06 dekabr 2023-cü il tarixli ML/6868 nömrəli X2 lizinq borcu - lizinq üzrə əsas borcun məbləği 22.380,96 AZN, lizinq üzrə faiz borcunun məbləği 1.493 AZN, lizinq üzrə hesablanmış cərimə məbləği 75,07 AZN olmaqla,cəmi 23.949,03 AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə baxış iclasının onların iştirakı olmadna keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin Bakı filialının müdiri X7 ilə (Satıcı) X4 etibarnamə əsasında təmsil edən X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ML/6868 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, X1 adından 7E-12263 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X11- oğlu (Ş/V seriya AZEKal4639220 verilib Asan 1 tərəfindən xx.xx.2014-cü il tarixində) l(bir) ədəd (2013-cü il buraxılışı olan X14 minik markalı, KMHSU81EDEU250640 ban nömroli avtomobili (bundan sonra “Avtomobil" adlandırılacaq) Alıcının mülkiyyətinə verir, 1.2-ci bəndinə əsasən, Alıcı bu avtomobili xüsusi olaraq ML/6868 saylı, X5 əsasən Cavabdeh1 (gələcəkdə lizinq alan adlanacaqdır) lizinqə vermək məqsədilə alır. 3.1-ci bəndinə əsasən, Avtomobilin (2013-cü il buraxılışı olan olan X14 minik markalı, KMHSU81EDEU250640 ban Ks satış qiyməti 35 000 (otuz beş min) manat məbləğində müəyyən edilmişdir. 7.1-ci bəndinə əsasən, Müqavilə tərəflərin imza və möhürü olan tərəfin möhürü ib təsdiq olunduğu tarixdən qüvvəyə minir. Müqaviləyə olunan əlavə və dəyişikliklər onun ayrılmaz və tərkib hissəsidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin Bakı filialının müdiri X7 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ML/6868 nömrəli maliyyə lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, lizinqverən Lizinq alan tərəfindən seçilmiş 1 (bir) ədəd 2013-cü il buraxılışı X14 Minik markalı. KMHSUS1EDEU25O64O ban nömrəli nəqliyyat vasitəsini (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə elməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik va istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini hu müqavilənin şərtləri əsasında lizinqə qəbul elməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 6868 nömrəli zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən, lizinq müqaviləsinə əsasən borcalanın BOKT qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazmınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (lizinq müqaviləsi üzrə lizinq (əsas) borc, faizlər, cərimə faizi, dəbbə ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə tam məsuliyyət daşyır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli ML/6868 nömrəli müqaviləsinə əsasən 22380,96 manat əsas borc, 1493 manat faiz borcu və 75,07 manat cərimə borcu olmaqla, cəmi 23949,03 manat təşkil edir. İş materiallarında olan İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsi, borcun ödənilməsi və avtomobilin öz mülkiyyətçisinə qaytarılması barədə bildirişin surətindən görünür ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən 20605,03 manat yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin birtərəfli qaydada ləğv (xitam) ediləcəyi barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Qeyd olunan Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh xx.xx.2023-cü il tarixli ML/6868 nömrəli lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair öhdəliyi olduğundan, lakin cavabdeh müqavilə üzrə vəzifələrini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğinin ödənilməsini və lizinq obyektinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi lizinq müqaviləsi üzrə əsas borcun tutulması və lizinq obyektinin geri qaytarılması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22380,96 manat məbləğində əsas borc, 1493 manat məbləğində faiz borcu, 75,07 manat məbləğində cərimə borcu və ödənilmiş 162 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 24111,03 manat məbləğində pul tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Lizinq predmetini təşkil edən “X13” minik markalı avtomobil saz və işlək vəziyyətdə Cavabdeh1 alınaraq İddiaçı Bank olmayan Kredit Təşkilatı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-550/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-550/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver