Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-568/2020 07.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1 (Lənkəran şəhəri, Ş.Məmmədov küçəsi, ev 18-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyəmüraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 işin baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olmasımüəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsində Cavabdeh məxsus VÖEN (**********) qeyd edilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan müəyyən olunur ki, iddia ərizəsində qeyd olunmuş VÖEN (**********) eyni soyad, ad və ata adı olan başqa Cavabdeh adlı şəxsə məxsusdur. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən digər bir çıxarışdan görünür ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh xx.xx.2020-ci il tarixdə, ********** saylı VÖEN-lə vergi orqanlarından qeydiyyatdan keçmişdir. Hazırki iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmişdir. Həmçinin hazırki iddia ərizəsi ilə cavabdehdən tələb olunan 794,32 manat borc tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən tələb olunur. Qeyd olunan müqavilədən görünür ki, Cavabdeh fiziki şəxs kimi, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs kimi müqaviləni imzalamışdır. Müqavilədə cavabdehin hazırki müqaviləni məhz sahibkar kimi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bağlanılmasına dair hər-hansı qeyd mövcud deyildir. Həmçinin müqavilənin 8.2-ci maddəsində qeyd edilmişdir ki, bu müqavilənin icrası gedişində yaranan səmimi danışıqlar yolu ilə həll edilə bilməyən bütün mübahisə və ixtilaflar (fikir ayrılıqları) Azərbaycan Respublikasının İnzibati-İqtisad Məhkəməsinin həllinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Qanunvericiliyin tələblərindən görünüdüyü kimi, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Hazırki iş üzrə Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsa da, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığı müəyyən edilmədiyi üçün məhkəmə belə hesab edir ki, mübahisəyə müvafiq rayon (şəhər) məhkəməsi tərəfindən baxıla bilər. Belə olan halda isə, mübahisəli işin ərazi deyil, məhkəmə aidiyyəti dəyişdiyindən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2ci maddəsi hazırki işə şamil edilə bilməz. Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-568/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərardadı ilə hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 2-2(106)-79/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərardadı ilə həmin Qərardad ləğv edilmiş, bundan sonra Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-568/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərardadı ilə hazırki iddia ərizəsi icraata qəbul edilərək, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Beləliklə iş materiallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və hazırki iddia məhz həmin alqı-satqı müqaviləsi üzrə yaranmış borcla bağlıdır. Müqavilə bağlanarkən hazırki iş üzrə cavabdeh olan Cavabdeh fərdi sahibkar olmamışdır və bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisə onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. Digər tərəfdən, hazırki iddia ərizəsi xx.xx.2020-ci il tarixdə icraata qəbul edilərkən də, Cavabdeh fərdi sahibkar olmamışdır. O, yalnız xx.xx.2020-ci il tarixdə, ********** saylı VÖEN-lə vergi orqanlarından qeydiyyatdan keçmiş və fərdi sahibkar statusu almışdır. Yəni iş məhkəmənin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edilməmişdir. İş materiallarından görünür ki, cavabdeh Bağırov X2 rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatdadır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-568/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-568/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver