Məhkəmə qərarları › İş №e-2-2(121)-576/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-576/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-576/2023 11.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı – borc tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 26 aprel 2021-ci il tarixli, 03-2021 saylı xidmət müqaviləsinə əsasən 14.336 manat məbləğində əsas borcun, 200 manat mediasiya təşkilatına ödənilmiş rüsumunun, 1.433,60 manat cərimə məbləğinin və 2.456,76 manat məbləğində dəymiş zərərin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “26” aprel 2021-ci il tarixli, 03-2021 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcraçı bu müqavilə, onun əlavələri və təhvil təslim aktlarında qeyd edilmiş xidmətləri (müxtəlif inşaat və izolyasiya işlərinin yerinə yetirilməsini) göstərir, Sifarişçi isə İcraçıya müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir. Qeyd olunan müqavilə üzrə öhdəliklər Sifarişçinin tapşırığına əsasən tam və vaxtında İcraçı tərəfindən yerinə yetirilmişdir. Müqaviləyə uyğun olaraq xidmətlərin icrasına Sifarişçi tərəfindən təqdim olunan sifarişlərin, sənədlərin və digər məlumatların rəsmi qaydada İcraçıya verilməsi əsasında tam və keyfiyyətli şəkildə icra edilmişdir. Müqavilənin 3cü bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı yekun təhvil-təslim aktında qeyd edilir. Müqavilənin 3.3-cü bəndinə əsasən Müqavilə üzrə nəzərdə tutulmuş ödənişlərin materiala aid olan hissəsi iş başlamadan öncə Sifarişçi tərəfindən icraçıya ödənilir. Nəzərdə tutulan müqavilə əsasında 26 aprel 2021-ci il tarixində tərəflər arasında Müqaviləyə 1 saylı Əlavə tərtib edilmiş, görüləcək işlər və istifadə olunacaq materialların siyahısı, ölçü vahidi, işin həcmi, materialın vahid qiyməti, işçiliyin vahid qiyməti əks olunaraq yekun məbləğ 9.125 manat qeyd edilmiş və tərəflər arasında təsdiq edilmiş 1 saylı Əlavə əsasında 30 aprel 2021ci il tarixində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənmiş və təhvil-təslim aktına əsasən görülən işlər və istifadə olunan materialların əvəzi olaraq Sifarişçi İcraçıya 9125 AZN + 18% ƏDV dəyəri olaraq 1642,50 AZN, yəni, toplam 10767,50 AZN ödəniş etməli olduğu təsdiqlənmişdir. 26 aprel 2021-ci il tarixində tərəflər arasında Müqaviləyə 2 saylı Əlavə tərtib edilmiş, görüləcək işlər və istifadə olunacaq materialların siyahısı, ölçü vahidi, işin həcmi, materialın vahid qiyməti, işçiliyin vahid qiyməti əks olunaraq yekun məbləğ 4641.00 AZN qeyd edilmiş və tərəflər arasında təsdiq edilmiş 2 saylı Əlavə əsasında 05 may 2021-ci il tarixində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənmiş və təhvil-təslim aktına əsasən görülən işlər və istifadə olunan materialların əvəzi olaraq Sifarişçi İcraçıya 4641.00 AZN +18% ƏDV dəyəri olaraq 835.38 AZN, yəni, toplam 5476,38 AZN ödəniş etməli olduğu təsdiqlənmişdir. 26 aprel 2021-ci il tarixində tərəflər arasında Müqaviləyə 3 saylı Əlavə tərtib edilmiş, görüləcək işlər və istifadə olunacaq materialların siyahısı, ölçü vahidi, işin həcmi, materialın vahid qiyməti, işçiliyin vahid qiyməti əks olunaraq yekun məbləğ 1625.00 AZN qeyd edilmiş və tərəflər arasında təsdiq edilmiş. 3 saylı Əlavə əsasında 02 may 2021-ci il tarixində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənmiş və təhvil-təslim aktına əsasən görülən işlər və istifadə olunan materialların əvəzi olaraq Sifarişçi İcraçıya 1625.00 AZN +18% ƏDV dəyəri olaraq 292,50 AZN, yəni, toplam 1917,50 AZN ödəniş etməli olduğu təsdiqlənmişdir. 30 iyul 2021-ci il tarixində tərəflər arasında Müqaviləyə 4 saylı Əlavə tərtib edilmiş, görüləcək işlər və istifadə olunacaq materialların siyahısı, ölçü vahidi, işin həcmi, materialın vahid qiyməti, işçiliyin vahid qiyməti əks olunaraq yekun məbləğ 18435,13 AZNqeyd edilmiş və tərəflər arasında təsdiq edilmiş. 4 saylı Əlavə əsasında 02 avqust 2021ci il tarixində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənmiş və təhvil-təslim aktına əsasən görülən işlər və istifadə olunan materialların əvəzi olaraq Sifarişçi İcraçıya 18435,13 AZN +18% ƏDV dəyəri olaraq 3318,32 AZN, yəni, toplam 21753,45 AZN ödəniş etməli olduğu təsdiqlənmişdir. 10 avqust 2021-ci il tarixində tərəflər arasında Müqaviləyə 5 saylı Əlavə tərtib edilmiş, görüləcək işlər və istifadə olunacaq materialların siyahısı, ölçü vahidi, işin həcmi, materialın vahid qiyməti, işçiliyin vahid qiyməti əks olunaraq yekun məbləğ 900,00 AZN qeyd edilmiş və tərəflər arasında təsdiq edilmiş. 5 saylı Əlavə əsasında 02 avqust 2021-ci il tarixində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənmiş və təhvil-təslim aktına əsasən görülən işlər və istifadə olunan materialların əvəzi olaraq Sifarişçi İcraçıya 900 AZN +18% ƏDV dəyəri olaraq 162 AZN, toplam olaraq 1062,00 AZN ödəniş etməli olduğu təsdiqlənmişdir. 14 sentyabr 2021-ci il tarixində tərəflər arasında Müqaviləyə 6 saylı Əlavə tərtib edilmiş, görüləcək işlər və istifadə olunacaq materialların siyahısı, ölçü vahidi, işin həcmi, materialın vahid qiyməti, işçiliyin vahid qiyməti əks olunaraq yekun məbləğ 7020.00 AZN qeyd edilmiş və tərəflər arasında təsdiq edilmiş. 6 saylı Əlavə əsasında 20 sentyabr 2021-ci il tarixində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənmiş və təhvil-təslim aktına əsasən görülən işlər və istifadə olunan materialların əvəzi olaraq Sifarişçi İcraçıya 7020,00 AZN +18% ƏDV dəyəri olaraq 1263.60 AZN, yəni, toplam 8283,60 AZN ödəniş etməli olduğu təsdiqlənmişdir. 12 oktyabr 2021-ci il tarixində tərəflər arasında Müqaviləyə 7 saylı Əlavə tərtib edilmiş, görüləcək işlər və istifadə olunacaq materialların siyahısı, ölçü vahidi, işin həcmi, materialın vahid qiyməti, işçiliyin vahid qiyməti əks olunaraq yekun məbləğ 2420.00 AZN qeyd edilmiş və tərəflər arasında təsdiq edilmiş. 7 saylı Əlavə əsasında 20 oktyabr 2021-ci il tarixində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənmiş və təhvil-təslim aktına əsasən görülən işlər və istifadə olunan materialların əvəzi olaraq Sifarişçi İcraçıya 2420.00 AZN +18% ƏDV dəyəri olaraq 435,60 AZN, yəni, toplam 2855,60 AZN ödəniş etməli olduğu təsdiqlənmişdir. 16 noyabr 2021-ci il tarixində tərəflər arasında Müqaviləyə 8 saylı Əlavə tərtib edilmiş, görüləcək işlər və istifadə olunacaq materialların siyahısı, ölçü vahidi, işin həcmi, materialın vahid qiyməti, işçiliyin vahid qiyməti əks olunaraq yekun məbləğ 6932,00 AZN qeyd edilmiş və tərəflər arasında təsdiq edilmiş. 8 saylı Əlavə əsasında 24 noyabr 2021-ci il tarixində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənmiş və təhvil-təslim aktına əsasən görülən işlər və istifadə olunan materialların əvəzi olaraq Sifarişçi İcraçıya6932,00 AZN +18% ƏDV dəyəri ödəniş etməli olduğu təsdiqlənmişdir. 17 noyabr 2021-ci il tarixində tərəflər arasında Müqaviləyə 9 saylı Əlavə tərtib edilmiş, görüləcək işlər və istifadə olunacaq materialların siyahısı, ölçü vahidi, işin həcmi, materialın vahid qiyməti, işçiliyin vahid qiyməti əks olunaraq yekun məbləğ 8424,00 AZNqeyd edilmiş və tərəflər arasında təsdiq edilmiş. 9 saylı Əlavə əsasında 24 noyabr 2022-ci il tarixində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənmiş və təhvil-təslim aktına əsasən görülən işlər və istifadə olunan materialların əvəzi olaraq Sifarişçi İcraçıya8424,00 AZN +18% ƏDV dəyəri olaraq ödəniş etməli olduğu təsdiqlənmişdir. 26 dekabr 2021-ci il tarixində tərəflər arasında Müqaviləyə 10 saylı Əlavə tərtib edilmiş, görüləcək işlər və istifadə olunacaq materialların siyahısı, ölçü vahidi, işin həcmi, materialın vahid qiyməti, işçiliyin vahid qiyməti əks olunaraq yekun məbləğ 1850,00 AZN qeyd edilmiş və tərəflər arasında təsdiq edilmiş. 10 saylı Əlavə əsasında 29 dekabr 2021-ci il tarixində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənmiş və təhvil-təslim aktına əsasən görülən işlər və istifadə olunan materialların əvəzi olaraq Sifarişçi İcraçıya1850,00 AZN +18% ƏDV dəyəri olaraq ödəniş etməli olduğu təsdiqlənmişdir. Tərəflər arasında təsdiqini tapmış ödəniş məbləğləri əsasında yekun olaraq Sifarişçinin İcraçıya 61.372,13 manat dəyərində ödəniş etməli olduğu təsdiqlənməsinə baxmayaraq həmin yekun borcdan Sifarişçi 03 may 2021-ci il tarixində 11.041 manat, 29 oktyabr 2021-ci ildə 30.705,13 manat, 11 avqust 2022-ci ildə isə 5.290 manat olmaqla, cəmi 47.036,13 manat dəyərində məbləğ Sifarişçi tərəfindən İcraçıya ödənilmişdir. Hal-hazırda isə, Sifarişçi tərəfindən İcraçıya 14.336 manat dəyərində edilməli ödəniş indiyədək edilməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək cavabdehdən 26 aprel 2021-ci il tarixli, 03-2021 saylı xidmət müqaviləsinə əsasən 14.336 manat məbləğində əsas borcun, 200 manat mediasiya təşkilatına ödənilmiş rüsumun, 1.433,60 manat cərimə məbləğinin və illik 5 faiz olmaqla hesablanmış 2.456,76 manat məbləğində dəymiş zərərin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Nümayəndə eyni zamanda bildirdi ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixində edilmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 26 aprel 2021-ci il tarixli, 03-2021 saylı “İnşaat və izolyasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC (“İcraçı”) və Cavabdeh MMC (“Sifarişçi”) arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən “Sifarişçi” müxtəlif inşaat və izolyasiya işlərinin yerinə yetirilməsini “İcraçı”ya sifariş verib “İcraçı” ilə razılaşdırılmış xidmət haqqını “İcraçı”ya müəyyən olunmuş qaydada ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada həmin xidmətləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı yekun Təhviltəslim aktında qeyd edilir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən işlər tam icra edilib başa çatdırıldıqdan sonra Tərəflər arasında müvafiq Təhvil-təslim aktları imzalanacaq. Təhvil-təslim aktı imzalandıqdan sonra bu Müqavilə üzrə nəzərdə tutulan yekun ödəniş tam olaraq “Sifarişçi” tərəfindən həyata keçirilir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 26 aprel 2021-ci il tarixli 1 saylı Əlavədən görünür ki, Abşeron rayonu, Mərdəkan qəsəbəsində inşa edilmiş şəxsi villa tipli evin terras hissəsinin demontajı və montajı üçün material və işçilik daxil razılaşdırılmış qiyməti ƏDV daxil olmadan 9.125 manat müəyyən edilmişdir. 1 saylı Əlavə tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, MMC-lərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 26 aprel 2021-ci il tarixli 1 saylı Əlavədə nəzərdə tutulmuş ƏDV daxil 10.767,50 manat dəyərində işlər "xxxx" MMC-nin usta heyəti tərəfindən yerinə yetirilmişdir. Təhvil-təslim aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq 10.767,50 manat dəyərində görülmüş işlər təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 26 aprel 2021-ci il tarixli 2 saylı Əlavədən görünür ki, Abşeron rayonu, Mərdəkan qəsəbəsində inşa edilmiş şəxsi villa tipli evin damının geomembranla hidroizolyasiyası üçün material və işçilik daxil razılaşdırılmış qiyməti ƏDV daxil olmadan 4.641 manat müəyyən edilmişdir. 2 saylı Əlavə tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, MMC-lərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 26 aprel 2021-ci il tarixli 2 saylı Əlavədə nəzərdə tutulmuş ƏDV daxil 5.476,38 manat dəyərində işlər "xxxx" MMC-nin usta heyəti tərəfindən yerinə yetirilmişdir. Təhvil-təslim aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq 5.476,38 manat dəyərində görülmüş işlər təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 26 aprel 2021-ci il tarixli 3 saylı Əlavədən görünür ki, Abşeron rayonu, Mərdəkan qəsəbəsində inşa edilmiş şəxsi villa tipli evin mövcud damının təmir olunaraq iki komponentli sürmə izolyasiya materialı ilə hidroizolyasiyası üçün material və işçilik daxil razılaşdırılmış qiyməti ƏDV daxil olmadan 1.625 manat müəyyən edilmişdir. 3 saylı Əlavə tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, MMC-lərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 26 aprel 2021-ci il tarixli 3 saylı Əlavədə nəzərdə tutulmuş ƏDV daxil 1.917,50 manat dəyərində işlər "xxxx" MMC-nin usta heyəti tərəfindən yerinə yetirilmişdir. Təhvil-təslim aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq 1.917,50 manat dəyərində görülmüş işlər təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 30 iyul 2021-ci il tarixli 4 saylı Əlavədən görünür ki, Saray qəsəbəsində yerləşən ofis binasının damında hidro və termo izolyasiya işlərinin razılaşdırılmış qiyməti ƏDV daxil olmadan 18.435,13 manat müəyyən edilmişdir. 4 saylı Əlavə tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, MMC-lərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 30 iyul 2021-ci il tarixli 4 saylı Əlavədə nəzərdə tutulmuş ƏDV daxil 21.753,45 manat dəyərində işlər "xxxx" MMC-nin usta heyəti tərəfindən yerinə yetirilmişdir. Təhvil-təslim aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq 21.753,45 manat dəyərində görülmüş işlər təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 10 avqust 2021-ci il tarixli 5 saylı Əlavədən görünür ki, Saray qəsəbəsində yerləşən ofis binasının damında bacaların tikintisi üçün görüləcək işlərin razılaşdırılmış qiyməti ƏDV daxil olmadan 900 manat müəyyən edilmişdir. 5 saylı Əlavə tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, MMC-lərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 10 avqust 2021-ci il tarixli 5 saylı Əlavədə nəzərdə tutulmuş ƏDV daxil 1.062 manat dəyərində işlər "xxxx" MMC-nin usta heyəti tərəfindən yerinə yetirilmişdir. Təhvil-təslim aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq 1.062 manat dəyərində görülmüş işlər təsdiq edilmişdir. İş materiallarında olan EBBG seriyalı, 630673 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 03-2021 saylı müqavilənin 4 və 5 saylı Əlavələrinə uyğun olaraq ümumilikdə 22.815,45 (21.753,45+ 1.062=22.815,45) manat məbləğində elektron qaimə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 14 sentyabr 2021-ci il tarixli 6 saylı Əlavədən görünür ki, Saray qəsəbəsində tikilməkdə olan anbarın döşəməsində beton yer örtük sisteminin tətbiqi üçün razılaşdırılmış işçilik qiyməti ƏDV daxil olmadan 7.020 manat müəyyən edilmişdir. 6 saylı Əlavə tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, MMClərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 14 sentyabr 2021-ci il tarixli 6 saylı Əlavədə nəzərdə tutulmuş ƏDV daxil 8.283,60 manat dəyərində işlər "xxxx" MMC-nin usta heyəti tərəfindən yerinə yetirilmişdir. Təhvil-təslim aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq 8.283,60 manat dəyərində görülmüş işlər təsdiq edilmişdir. İş materiallarında olan EBBJ seriyalı, 440428 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 03-2021 saylı müqavilənin 6 saylı Əlavəsinə uyğun olaraq 8.283,60 manat məbləğində elektron qaimə göndərilmişdir. İşdə olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 12 oktyabr 2021-ci il tarixli 7 saylı Əlavədən görünür ki, gözətçi otaqlarının damında izolyasiya işləri üçün işçilik dəyəri ƏDV daxil olmadan 2.420 manat müəyyən edilmişdir. 7 saylı Əlavə tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, MMC-lərin möhürü ilə təsdiq edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 12 oktyabr 2021-ci il tarixli 7 saylı Əlavədə nəzərdə tutulmuş ƏDV daxil 2.855,60 manat dəyərində işlər "xxxx" MMC-nin usta heyəti tərəfindən yerinə yetirilmişdir. Təhvil-təslim aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq 2.855,60 manat dəyərində görülmüş işlər təsdiq edilmişdir. İşdə olan EBBM seriyalı, 310467 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 03-2021 saylı müqavilənin 7 saylı Əlavəsinə uyğun olaraq 2.855,60 manat məbləğində elektron qaimə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 16 noyabr 2021-ci il tarixli 8 saylı Əlavədən görünür ki, damın hidroizolyasiya işləri üçün material və işçilik qiyməti ƏDV daxil olmadan 6.932 manat müəyyən edilmişdir. 8 saylı Əlavə tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, MMC-lərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 16 noyabr 2021-ci il tarixli 8 saylı Əlavədə nəzərdə tutulmuş 6.932 manat dəyərində işlər "xxxx" MMC-nin usta heyəti tərəfindən yerinə yetirilmişdir. Təhvil-təslim aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq 6.932 manat dəyərində görülmüş işlər təsdiq edilmişdir. İş materiallarında olan EBBM seriyalı, 778202 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 03-2021 saylı müqavilənin 8 saylı Əlavəsinə uyğun olaraq ƏDV daxil 8.179,76 manat məbləğində elektron qaimə göndərilmişdir. İşə əlavə edilən "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 17 noyabr 2021-ci il tarixli 9 saylı Əlavədən görünür ki, Saray qəsəbəsində yerləşən anbarın döşəməsinin izolyasiya üçün işçilik qiyməti ƏDV daxil olmadan 8.424 manat müəyyən edilmişdir. 9 saylı Əlavə tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, MMC-lərin möhürü ilə təsdiq edilmişdir. İşə əlavə edilən xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 17 noyabr 2021-ci il tarixli 9 saylı Əlavədə nəzərdə tutulmuş 8.424 manat dəyərində işlər "xxxx" MMC-nin usta heyəti tərəfindən yerinə yetirilmişdir. Təhvil-təslim aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq 8.424 manat dəyərində görülmüş işlər təsdiq edilmişdir. İşə əlavə edilən EBBM seriyalı, 544906 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 03-2021 saylı müqavilənin 9 saylı Əlavəsinə uyğun olaraq ƏDV daxil 9.940,32 manat məbləğində elektron qaimə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 27 dekabr 2021-ci il tarixli 10 saylı Əlavədən görünür ki, Bakı şəhəri, Abdulla Şaiq 241 ünvanında tikilmiş avto qarajın damında izolyasiya işləri üçün işçilik qiyməti ƏDV daxil olmadan 1.850 manat müəyyən edilmişdir. 10 saylı Əlavə tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, MMC-lərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 26 aprel 2021-ci il tarixli 03-2021 saylı müqaviləyə edilmiş 27 dekabr 2021-ci il tarixli 10 saylı Əlavədə nəzərdə tutulmuş 1.850 manat dəyərində işlər "xxxx" MMC-nin usta heyəti tərəfindən yerinə yetirilmişdir. Təhvil-təslim aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq 1.850 manat dəyərində görülmüş işlər təsdiq edilmişdir. İş materiallarında olan EBBP seriyalı, 317174 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 03-2021 saylı müqavilənin 10 saylı Əlavəsinə uyğun olaraq ƏDV daxil 2.183 manat məbləğində elektron qaimə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 26 aprel 2021-ci il tarixli, 03-2021 saylı inşaat və izolyasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə edilmiş əlavələrlə görüləcək işlərin dəyəri qiymətləndirilmişdir. Həmin Əlavələr tərəflərin nümayəndələri tərəfindən imzalanaraq MMC-lərin möhürləri ilə təsdiq edilmişdir. Sonradan işlər görüldükcə hər Əlavəyə uyğun olaraq təhvil-təslim aktları tərtib edilmiş və həmin aktlarla nəzərdə tutulmuş ümumilikdə 61.372,13 manat məbləğində işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin, cavabdeh tərəfindən görülmüş işlərin əvəzi olaraq sadəcə 47.036,13 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməyərək 14.336 manat məbləğində şərtləşdirilmiş muzd ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra edərək cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçı tərəfindən görülmüş işləri təkzib edəcək və ya borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan 14.366 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Bundan əlavə, məhkəmə qeyd edir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə, iddianın “dəymiş zərər olaraq illik 5 faiz olmaqla hesablanmış 2.456,76 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehə sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində işlər görüldüyündən və son 16 ay ərzində öhdəliyini icra etməməsi nəticəsində bank faizinin uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlər 954 manat məbləğində təşkil edir. Belə ki, 14.336 manat məbləğində əsas borcun bir illik faiz məbləği 716,80 manat (14.336/100x5=716,80) məbləğində, 716,80 manat məbləğin 16 ay üçün faiz məbləği isə 954 manat (716,80/12x16 ay=954) təşkil edir. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, həmin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə bank faizinin uçot dərəcəsi əsas götürülməklə 954 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın 1.433,60 manat dəbbə pulunun (cərimənin) ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə sadalanan qanunvericilik aktlarına əsasən hesab edir ki, dəbbə pulunun tutulması ilə şərt tərəflər arasında bağlanmış müqavilədə müəyyənləşdirilmədiyindən iddia həmin hissədə təmin olunmalıdır. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi İddia qismən təmin edilsin. Cavabdehndən 26 aprel 2021-ci il tarixli, 03-2021 saylı xidmət müqaviləsinə əsasən 14.336 manat məbləğində əsas borc, illik 5 faiz olmaqla hesablanmış 954 manat məbləğində faiz borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 15.490 (on beş min dörd yüz doxsan) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar