Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-580/2022 23.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlər X1 və Cavabdeh1 11 sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 115.544,06 manat, faiz borcuna görə 9.853,22 manat, dəbbə borcuna görə 4.118,66 manat, cəmi 129.515,94 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 19,52 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barəsində iddia ərizəsinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlər X1 və Cavabdeh1 11 sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 115.544,06 manat, faiz borcuna görə 9.853,22 manat, dəbbə borcuna görə 4.118,66 manat, cəmi 129.515,94 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 19,52 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası 23 iyun 2022-ci il tarixə, saat 11:45-ə təyin edilmiş və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini və iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və cavabdeh mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlər X1 və Cavabdeh1 11 sentyabr 2020-ci il tarixli, RBN-6506/BK saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 115.544,06 manat, faiz borcuna görə 9.853,22 manat, dəbbə borcuna görə 4.118,66 manat, cəmi 129.515,94 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 19,52 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-580/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-580/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver