Məhkəmə qərarları › İş №e-2-2(121)-583/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-583/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-583/2025 04.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Rüfət oğlu və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 179552.92 manat (ƏDV daxil) borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 17955 manat manat faizin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manatın, habelə ödənilmiş 488 manat dövlət rüsumunun əvəzinin, cəmi 198.345,92 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh nümayəndələri məhkəməyə ərizə təqdim edərək öz aralarında mübahisənin barışıq yolu ilə həll edilməsinə dair razılığa gəldiklərini, bu barədə barışıq sazişi tərtib edərək imzaladıqlarını bildirdilər və barışız sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Barışıq sazişi”nin şərtlərinə görə: 2.1-ci bəndinə əsasən, Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu Sazişin imzalandığı tarixə 002/07/23 saylı, 07 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçıya olan qalıq borcu 168004.20 manat (yüz almış səkkiz min dörd manat iyirmi qəpik) manat təşkil edir. 2.2-ci bəndinə əsasən, Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, aşağıdakı şərtlərlə (barter) və hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: Barışıq sazişi bağlandıqdan və hesablar üzərində həbs götürüldükdən dərhal sonra cavadbeh Cavabdeh MMC (VÖEN: **********) ilkin olaraq 35400 (otuz beş min dörd yüz) manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürür. Bundan sonra cavabdeh 15 000 manat dəyərində borcunun əvəzi olaraq 2 ədəd konteyneri iddiaçıya verməyi öhdəsinə götürür. Cavabdeh, - 28 fevral 2025-ci il tarixədək -29401.05 (iyirmi doqquz min dörd yüz bir manat 5 qəpik) manat (ƏDVdaxil) - 30 mart 2025-ci il tarixədək - 29401.05 (iyirmi doqquz min dörd yüz bir manat 5 qəpik) manat (ƏDV daxil); - 30 aprel 2025-ci il tarixədək - 29401.05 (iyirmi doqquz min dörd yüz bir manat 5 qəpik) manat (ƏDV daxil); -30 may 2025-ci il tarixədək - 29401.05 (iyirmi doqquz min dörd yüz bir manat 5 qəpik ) manat (ƏDV daxil); olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. 3-cü bəndinə əsasən, Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən iki ardıcıl müddət ərzində öhdəliklərini icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə, habelə müqavilə üzrə hesablanmış 198.345.92 (yüz doxsan səkkiz min üç yüz qırx beş manat 92 qəpik) manat məbləğində pulun hamısının Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. Məhkəmə barışıq sazişinin məzmununu və şərtlərini araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq və sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ilə Cavabdeh arasında 19 yanvar 2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu Sazişin imzalandığı tarixə 002/07/23 saylı, 07 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçıya olan qalıq borcu 168004,20 manat (yüz almış səkkiz min dörd manat iyirmi qəpik) manat təşkil edir; Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, aşağıdakı şərtlərlə (barter) və hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: Barışıq sazişi bağlandıqdan və hesablar üzərində həbs götürüldükdən dərhal sonra cavadbeh Cavabdeh MMC (VÖEN: **********) ilkin olaraq 35400 (otuz beş min dörd yüz) manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürür. Bundan sonra cavabdeh 15000 manat dəyərində borcunun əvəzi olaraq 2 ədəd konteyneri iddiaçıya verməyi öhdəsinə götürür. Cavabdeh, - 28 fevral 2025-ci il tarixədək -29401.05 (iyirmi doqquz min dörd yüz bir manat 5 qəpik) manat (ƏDVdaxil) - 30 mart 2025-ci il tarixədək - 29401.05 (iyirmi doqquz min dörd yüz bir manat 5 qəpik) manat (ƏDV daxil); - 30 aprel 2025-ci il tarixədək - 29401.05 (iyirmi doqquz min dörd yüz bir manat 5 qəpik) manat (ƏDV daxil); -30 may 2025-ci il tarixədək - 29401.05 (iyirmi doqquz min dörd yüz bir manat 5 qəpik ) manat (ƏDV daxil); olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən iki ardıcıl müddət ərzində öhdəliklərini icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə, habelə müqavilə üzrə hesablanmış 198.345,92 (yüz doxsan səkkiz min üç yüz qırx beş manat 92 qəpik) manat məbləğində pulun hamısının Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir.” İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar