Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-60/2021 16.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC ( və ya “xxxx” ASC) Cavabdeh MMC-yə qarşı – 8435,20 manat məbləğində əsas borc, 2684,69 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış 1608-GL/16 saylı xx.xx.2016-cı il tarixli, 2957-GL/16 saylı xx.xx.2016-cı il tarixli, 1711- GL/17 saylı xx.xx.2017-ci il tarixli və 691-GL/19 saylı xx.xx.2018-ci il tarixli müqaviləy(lər)ə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 8435,20 manat məbləğində, lizinq müqaviləsinə əsasən hesablanmış cərimə üzrə isə 2684,69 manat məbləğində borcu qalmışdır. Cavabdehə öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1608-GL/16 saylı, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 1760 manat məbləğində əsas borc, 795,52 manat məbləğində cərimə; 2957-GL/16 saylı, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 6084 manat məbləğində əsas borc, 3067,67 manat məbləğində cərimə; 1711-GL/17 saylı, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2888 manat məbləğində əsas borc, 1320,50 manat məbləğində cərimə, 691-GL/19 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 4588,20 manat məbləğində əsas borc, 1866,67 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 22400,56 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmədə iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 1608-GL/16 saylı xx.xx.2016-cı il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən kənd təsərrüfatı texnikas(lar)ının ilkin dəyərinin güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan 3183/ü saylı, xx.xx.2016-cı il tarixli əmrin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanılmış 1608-GL/16 saylı xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının (Traktor Belarus-892) Cavabdeh ASC-yə lizinqə verilməsi qərara alınmışdır. İşə əlavə olan 700 nömrəli, xx.xx.2016-ci il tarixli aktın surətindən görünür ki, kənd təsərrüfatı texnikası - Traktor Belarus-892 Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 2957-GL/16 saylı xx.xx.2016-cı il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən kənd təsərrüfatı texnikas(lar)ının ilkin dəyərinin güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan 5860/ü saylı, xx.xx.2017-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanılmış 2957-GL/16 saylı xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının (Mala ağır diskli asılan AG-MDH 32, Kotan 4 gövdəli təkərli P4, Otbiçən (rotorlu) AGS165 və Traktor Belarus-892) Cavabdeh ASC-yə lizinqə verilməsi qərara alınmışdır. İşə əlavə olan sənədlərdən görünür ki, 258 nömrəli, xx.xx.2016-ci il tarixli aktın əsasında kənd təsərrüfatı texnikası Traktor Belarus-892; 981 nömrəli, xx.xx.2016-cı il tarixli aktın əsasında kənd təsərrüfatı texnikası Kotan 4 gövdəli təkərli P4; 982 nömrəli, xx.xx.2016-ci il tarixli aktın əsasında kənd təsərrüfatı texnikası Otbiçən (rotorlu) AGS165 və 355 nömrəli, xx.xx.2016-cı il tarixli aktın əsasında kənd təsərrüfatı texnikası Mala ağır diskli asılan AG-MDH 32 Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 1711-GL/17 saylı xx.xx.2017-ci il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən kənd təsərrüfatı texnikas(lar)ının ilkin dəyərinin güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan 5862/ü saylı, xx.xx.2017-cı il tarixli əmrin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanılmış 1711-GL/17 saylı xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının (Traktor qoşqusu 6 ton 4 təkərli (arxa və yana boşalan) Karataş) Cavabdeh ASC-yə lizinqə verilməsi qərara alınmışdır. İşə əlavə olan 5/322 saylı, xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, kənd təsərrüfatı texnikası Traktor qoşqusu 6 ton 4 təkərli (arxa və yana boşalan) Karataş Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 691-GL/19 saylı xx.xx.2020-ci il (əslində xx.xx.2018-ci il) tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən kənd təsərrüfatı texnikas(lar)ının ilkin dəyərinin güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan 424/ü saylı, xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanılmış 691-GL/19 saylı xx.xx.2020-ci (xx.xx.2018-ci) il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının (Çəltik əkən, özüyeriyən – 6 cərgəli DUO 60S) Cavabdeh ASC-yə lizinqə verilməsi qərara alınmışdır. İşə əlavə olan 254 saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, kənd təsərrüfatı texnikası Çəltik əkən, özüyeriyən – 6 cərgəli DUO 60S) Cavabdeh MMC-yə təhvil verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış 1608-GL/16 saylı xx.xx.2016-cı il tarixli, 2957-GL/16 saylı xx.xx.2016-cı il tarixli, 1711-GL/17 saylı xx.xx.2017-ci il tarixli və 691-GL/19 saylı xx.xx.2018-ci il tarixli müqaviləy(lər)ə əsasən Cavabdeh MMC-nin gecikdirilmiş borcu 8435,20 manat və hesablanmış cərimə 2684,69 manat, təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1608-GL/16 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 1140 manat və hesablanmış cərimə 588,96 manat, xx.xx.2017ci il tarixli, 1711-GL/17 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 2368 manat və hesablanmış cərimə 981,11 manat, xx.xx.2016-cı il tarixli, 2957-GL/16 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 5088 manat və hesablanmış cərimə 2363,41 manat və xx.xx.2018-ci il tarixli, 691-GL/19 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 3670,20 manat və hesablanmış cərimə 1335,39 manat təşkil etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1608-GL/16 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 1.760 manat və hesablanmış cərimə 795,52 manat, qalıq borc 4.960 manat, xx.xx.2017-ci il tarixli, 1711-GL/17 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 2.888 manat, hesablanmış cərimə 1.320,50 manat, qalıq borc 4.149 manat, xx.xx.2016-cı il tarixli, 2957-GL/16 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 6.084 manat və hesablanmış cərimə 3.067,67 manat, qalıq borc 15.321 manat və xx.xx.2018-ci (yəni, xx.xx.2020-ci) il tarixli, 691-GL/19 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 4.588,20 manat və hesablanmış cərimə 1866,67 manat, qalıq borc 17.440,20 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan damazlıq heyvanların sağlam vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4450 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, xx.xx.2016-cı il tarixli, 1608-GL/16 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnika(lar)ının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 1440 manat, cərimə borcu 588,96 manat məbləğində müəyyən edilmiş, xx.xx.2016-cı il tarixli, 2957-GL/16 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnika(lar)ının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 5088 manat, cərimə borcu 2363,41 manat məbləğində müəyyən edilmiş, xx.xx.2017-ci il tarixli, 1711-GL/17 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnika(lar)ının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 2368 manat, cərimə borcu 981,11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli ekspertiza təyini haqqında qərardadı ilə ekspert qarşısında qoyulmuş sual üzrə qeyd edilir ki, iş materiallarında İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 691-GL/19 nömrəli xx.xx.2018-ci il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnika(lar)ının lizinqə verilməsi barədə müqavilə mövcud olmamışdır. Bundan başqa, tərəflər arasında rəsmiləşdirilmiş 691-GL/19 nömrəli müqavilə xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir. xx.xx.2020-ci il tarixli, 691-GL/19 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnika(lar)ının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 3670,2 manat, cərimə borcu 1335,39 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış lizinq müqavilələri ilə iddiaçı tərəfindən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Müqavilələr əsasında cavabdeh lizinq məbləğlərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı işə əlavə edilmiş sənədlərlə və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 691-GL/19 saylı lizinq müqaviləsinin tarixində rəsmiləşdirilmə zamanı səhvə yol verilmiş və müqavilənin tarixi “xx.xx.2018-ci” il olduğu halda, “xx.xx.2020-ci” il kimi göstərilmişdir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə(lər)nin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan cərimə(lər) borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, 1608-GL/16 saylı müqavilə üzrə 70 manat məbləğində; 2957-GL/16 saylı müqavilə üzrə 300 manat məbləğində; 1711-GL/17 saylı müqavilə üzrə 130 manat məbləğində; 691-GL/19 saylı müqavilə üzrə 180 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, lizinq borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manata cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 450 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 450 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçıdan, 400 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1608-GL/16 saylı müqavilə üzrə 1760 manat məbləğində əsas borc, 70 manat məbləğində cərimə; 2957-GL/16 saylı müqavilə üzrə 6084 manat məbləğində əsas borc, 300 manat məbləğində cərimə; 1711-GL/17 saylı müqavilə üzrə 2888 manat məbləğində əsas borc, 130 manat məbləğində cərimə; 691-GL/19 saylı müqavilə üzrə 4588,20 manat məbləğində əsas borc, 180 manat məbləğində cərimə; ümumilikdə 16000,20 manat məbləğində borc və 25 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq “xxxx” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 450 manat məbləğində pul vəsaitinin 400 manatı Cavabdeh MMC-dən, 50 manatı isə “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-60/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-60/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver