Məhkəmə qərarları › İş №e-2-2(121)-616/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-616/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-616/2025 10.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 Müşfiq oğlu və Cavabdeh1 Müşfiq oğlundan birgə qaydada iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti хеyrinə 2214,39 (iki min iki yüz on dörd) manat lizinq obyektindən istifadə haqqı borcu, 852.24 (səkkiz yüz əlli iki) manat dəbbə borcu; 119.84 (yüz on doqquz) manat sığorta haqqı və 912.00 (doqquz yüz on iki) manat “Yol hərəkəti qaydaları haqqında” AR Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq edilmiş inzibati cərimə borcunun və 1120.00 (min yüz iyirmi) manat lizinq predmetinin təmiri (sındırılmış şüşələrin dəyişdirilməsi) ilə bağlı çəkilmiş xərcin əvəzinin və lizinq obyektinin satışından yaranmış 2675,97 (iki min altı yüz yetmiş beş) manat fərqin, cəmi 7894,44 (yeddi min səkkiz yüz doxsan dörd) manat məbləğində pulun və ödənilmiş 99.40 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Lizinq Verən) ilə Cavabdeh2 Müşfiq oğlu (Lizinq Alan) arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli ACAM2-7865-1265 saylı X4 Müqaviləsinə əsasən sonuncunun istifadəsinə sedan tipli, ban KNADE**********23, M.İ.H. 1399 sm3, boz metallik rəngli, buraxılış ili 2008ci il, X8 markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 316885 saylı şəhadətnaməsinə əsasən 77 AF397 dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 14631,36 (on dörd min altı yüz otuz bir) manat, onlardan 9 100 (doqquz min yüz) manat lizinqin məbləği, 2 300 (iki min üç yüz) manat avans məbləği və 5 531,36 (beş min beş yüz otuz bir) manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 27 oktyabr 2022-ci il tarixli ödəniş qrafikinə əsasən 36 (otuz altı) ay ərzində cavabdeh tərəfindən aylıq 407.00 (dörd yüz yeddi) manat ödənilməsi müəyyən olunmuşdur. Əsas öhdəliyin vaxtında və lazımi qaydada icra edilməsini təmin etmək məqsədilə Cavabdeh1 Müşfiq oğlunun “Lizinq alan”la birgə məsuliyyətini müəyyən edən 27 oktyabr 2022-ci il tarixli ACAM2-7865- 1265+ACAM2-7899 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Cavabdeh2 Müşfiq oğlu tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 08 dekabr 2023-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 1 184,93 (min yüzsəksən dörd) manat cari əsas borc, 1 029,46 (min iyirmi doqquz) manat cari faiz borcu və 852.24 (səkkiz yüz əlli iki) manat dəbbə borcu, 119.84 (yüz on doqquz) manat sığorta haqqı və 912.00 (doqquz yüz on iki) manat “Yol hərəkəti qaydaları haqqında” AR Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq edilmiş inzibati cərimə borcunu, 1 120.00 (min yüz iyirmi) manat isə lizinq predmetinin təmiri (sındırılmış şüşələrin dəyişdirilməsi) ilə bağlı çəkilmiş xərcin, cəmi isə 5 218,47 (beş min iki yüz on səkkiz) manat borcu ödənilməmişdir. X4 müqaviləsi iddiaçı tərəfindən bir tərəfli qaydada xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmışdır. Lizinq verən lizinq obyektini geri aldıqda ödənilməmiş əsas borc 6 875,97 (altı min səkkiz yüz yetmiş beş) manat təşkil etdiyi üçün həmin dəyərlə İddiaçı balansa qəbul etmiş və sonra lizinq obyektini xx.xx.2024-cü il tarixdə 4 200 (dörd min iki yüz) manata, yəni əsas borc məbləğindən 2 675,97 (iki min altı yüz yetmiş beş) manat aşağı qiymətə satmışdır. X4 Müqaviləsinin 16.1-ci maddəsinə görə, Lizinq Alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1% (bir faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Cavabdeh DML müqaviləsi qüvvədə olduğu müddətdə yol hərəkət qaydalarını pozmuş və buna görə də tətbiq edilən 912.00 (doqquz yüz on iki) manat cərimələri ödəməmişdir. Cavabdeh eynizamanda müqavilə şərtlərinə uyğun olaraq lizinq obyektini KASKO sığorta etdirmək vəzifəsini də ta icra etməmiş və119.84 (yüz on doqquz) manat sığorta haqqını ödəməmişdir. Beləliklə, Cavabdeh müqavilənin 10.2.8 və 10.2.10cu bəndlərin tələbini pozmuşdur. DML müqaviləsinin 9.1.6-cı bəndinə əsasən “Lizinq verən” lizinq obyektinin sığortalanması üzrə, 9.1.9-cu bəndinə əsasən isə yol hərəkəti qaydalarının pozulması ilə bağlı özünün çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb etmək hüququ var. İddiaçı qeyd edilən 912.00 (doqquz yüz on iki) manat cərimələri və 119.84 (yüz on doqquz) manat sığorta haqqını“Lizinq alan”ın əvəzindən ödəmişdir. “Lizinq alan” lizinq predmetindən istifadə etdiyi müddətdə lizinq predmetinin istifadə qaydalarını kobudcasına pozmaqla mühərriki qeyri-işlək vəziyyətə salmış, eyni zamanda avtomobilin şüşələri cavabdehin tanışı tərəfindən sındırılmışdır. Lizinq predmeti qaytarıldıqdan sonra onun şüşələri dəyişdirilməsilə bağlı 1 120.00 (min yüziyirmi) manat xərc çəkilmişdir. Beləliklə, iddiaçıya 1 120.00 (min yüz iyirmi) manat lizinq predmetinin təmiri (sındırılmış şüşələrin dəyişdirilməsi) ilə bağlı çəkilmiş xərc və mühərrikin qeyri-işlək vəziyyətdə olmasına görə daha aşağı qiymətlə satılması ilə bağlı 2 675,97 (ikimin altı yüz yetmiş beş) manat məbləğində zərər dəymişdir. DML müqaviləsinin 20.7-ci bəndinin tələbinə görə “lizinq obyektinin satışından əldə edilən məbləğ lizinq müqaviləsinin ləğviməbləğindən azdırsa, Lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir.” “lizinq müqaviləsinin ləğvi məbləği”nin izahı DML müqaviləsinin 7-ci bəndində verilmişdir. Həmin bənddə göstərilir ki, Lizinq müqaviləsinin ləğvi məbləğləri – Lizinq alanın öhdəliklərinin məbləğidir. Həmin məbləğə lizinq оbyеktinin cari dəyəri, Lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv еdilməsi gününə Lizinq alan tərəfindən ödənilməli оlan cərimə və/və ya pеnya, lizinq оbyеktinin gеri alınması və satışı, müqavilənin icrası nəticəsində Lizinq vеrənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı Lizinq vеrənin zərər və itkilərinin ödənilməsi üçün lazım оlan məbləğ daxildir. Beləliklə, 27 oktyabr 2022-ci il tarixli ACAM2-7865-1265 saylı X4 Müqaviləsi üzrə iddiaçının cavabdehlərdən 7 894,44 (yeddi min səkkiz yüz doxsan dörd) manat pul tələbi qanuni və əsaslıdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və X2 məhkəmə baxış iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli, ACAM2-7865-1265 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Satıcı-Lizinq alan tərəfindən seçilmiş və sedan tipli, ban KNADE**********23, M.İ.H. 1399 sm3, boz metallik rəngli, buraxılış ili 2008-ci il, X8 markalı nəqliyyat vasitəsini Alıcı-Lizinq verənə satır, Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini Lizinq alana lizinqə vermək üçün əldə edir və razılaşdırılmış haqqını Satıcıya ödəyir. 1.2-ci bəndinə əsasən, Lizinq alan barədə məlumat: Cavabdeh2 (Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsi: seriya AA*******). Lizinq alan bu müqaviləni imzalayaraq bu müqavilənin 1.1 bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən, Tərəflər nəqliyyat vasitəsinin qiymətini 11.400,00 AZN (On bir min beş yüz manat 00 qəpik) manat məbləğində müəyyən edirlər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli ACAM2-7865-1265 nömrəli daxili maliyyə lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş sedan tipli, ban KNADE**********23, M.İ.H. 1399 sm3, boz metallik rəngli, buraxılış ili 2008-ci il, X8 markalı nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli ACAM2-7865-1265 nömrəli daxili maliyyə lizinq müqaviləsinə 2 nömrəli əlavə olan təhvil-təslim aktının surətindən görünür ki, “Alıcı- Lizinqverən”lə “Lizinq alan” arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli ACAM2-7865- 1265 saylı X4 və “Satıcı” ilə “Alıcı-Lizinqverən” arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli ACAM2-7865-1265 saylı Lizinq obyektinin Alqı-Satqı müqavilələrinə əsasən “Satıcı” sedan tipli, ban KNADE**********23, M.İ.H. 1399 sm3, boz metallik rəngli, buraxılış ili 2008ci il, X8 markalı nəqliyyat vasitəsini “Alıcı-Lizinqverən”in iştirakı ilə “Lizinq alan”a təhvil verir, “Lizinq alan” isə həmin lizinq obyektini qəbul edir. “Alıcı-Lizinqverən” isə təhviltəslimin baş tutmasını imza və möhürü ilə təsdiq edir. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, 27 oktyabr 2022-ci il tarixli ACAM2-7865-1265 nömrəli müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə cədvəlinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 26 oktyabr 2022-ci il tarixli, ACAM2-7865-1265 nömrəli müqaviləyə əsasən borcu 4098,47 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu Müqavilə “Lizinq alan”ın “Lizinq verən” qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün “Zamin” və “Lizinq alan” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. İş materiallarında olan törədilmiş yol hərəkəti qaydalarının pozuntusuna görə ödənilmiş cərimə məbləğlərinə dair mədaxil qəbzlərinin surətlərindən görünür ki, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol hərəkəti qaydalarının pozuntusuna görə cəmi 912 manat məbləğində inzibati cərimə ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Hesab faktura”ya əsasən, ** AF *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı X8 markalı minik avtomobilində olan nasazlıqların aradan qaldırılması üçün təmir və digər xərclərin ümumi məbləği 990 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli, ACAM2-7865-1265 nömrəli X4 müqaviləsi üzrə yaranmış 4200 manat borcun xx.xx.2024-cü il tarixədək ödənilməsi xahiş edilmiş, ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında nəqliyyat vasitəsinin lizinqə verilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər 7 oktyabr 2022-ci il tarixli ACAM2-7865-1265 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus nəqliyyat vasitəsinin lizinqə (istifadəyə) verilməsi barədə müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək lizinq obyektini cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin şərtləşdirilmiş haqqın məbləğini ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş borcunun qaldığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən etməyi və ona hüquqi qiymət verməyi zəruri hesab edərək bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarınə əsasən tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı aşkar olunur. Belə ki, baxılan işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə onu iştirakçıları (iş üzrə tərəflər) tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bundan irəli gələrək məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan lizinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməli və iddia həmin normaların tələbləri tətbiq ediləklə qiymətləndirilməlidir. Məhkəmə iddia ərizəsində qeyd olunanları və məhkəmə iclasında tədqiq olunmuş digər sübutları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və lizinq müqaviləsinə dair mülki qanunvericiliyin tələblərinə əsasən sübut edə bilmişdir. Məhkəmə qeyd edir ki, tələb olunan lizinq muzdunun və digər ödənişlərin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər, həmçinin iddia ərizəsinə qarşı etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, tələb olunan lizinq müqaviləsi üzrə əsas borcun və digər ödənişlərin cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna münasibətdə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.1, 748-10.2 və 74810.4-cü maddələrinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. İddiaçının lizinq müqaviləsi üzrə ödənişin cavabdehdən tutularaq ona ödənilməsinə dair tələb hüququ həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə lizinq ödənişinin gecikdirilməsi halında cərimə ödəmək öhdəliyini Cavabdeh2 öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh2 tərəfindən lizinq ödənişinin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 27 oktyabr 2022-ci il tarixli ACAM2-7865-1265 nömrəli müqavilə üzrə 852,24 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iş materiallarında olan qüsur aktına əsasən ** AF *** dövlət qeydiyyat nişanlı Kia Rio markalı minik avtomobilində olan nasazlıqların aradan qaldırılması üçün təmir və digər xərclərin ümumi məbləğinin 990 manat təşkil etməsini sübut edə bilmişdir. Buna görə də, həmin hissədə də iddia təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək lizinq obyekti olan avtomobili cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh avtomobilləri təhvil alaraq istifadəsində saxlasa da lizinq haqqını tam şəkildə ödəməmişdir, həmçinin ** AF *** dövlət qeydiyyat nişanlı Kia Rio markalı minik avtomobilində olan nasazlıqların aradan qaldırılması üçün təmir və digər xərclərin, eləcə də yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cəmi 912 manat cərimə üzrə borcun iddiaçıya ödənilməsindən yayınmışdır. Buna görə də, iddiaçının ödənilməmiş lizinq haqqının və digər xərclərin cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə Cavabdeh1 imzaladığı zaminlik müqaviləsi ilə borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliyini pozduğuna görə zaminin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2214,39 manat məbləğində izinq obyektindən istifadə haqqı borcu, 50 manat məbləğində cərimə borcu, 119,84 manat məbləğində sığorta haqqı, 912 manat məbləğində inzibati cərimə borcları, 990 manat məbləğində çəkilmiş xərcin əvəzi və 99,40 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4385,63 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar