Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-630/2025 11.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеh Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin хеyrinə 283,02 manat cari əsas borc, 390,49 manat cari faiz borcu və 83,85 manat dəbbə borcu; lizinq obyektinin satışından yaranmış 2340 manat fərq məbləğinin, cəmi isə 3097,36 manat məbləğində lizinq borcunun və işə məhkəmədə baхılması üçün ödənilmiş 51,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Lizinq Verən) ilə X6 (Lizinq Alan) arasında bağlanmış 21 noyabr 2023-cü il tarixli, ACAM2-7251-23928 saylı X8 Müqaviləsinə əsasən X2 istifadəsinə xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 497778 saylı şəhadətnaməsinə əsasən ** YC *** dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 13967,16 (on üç min doqquz yüz altmış yeddi) manat, onlardan 7 600 manat lizinqin məbləği, 1 900 manat avans məbləği və 4467,16 manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 21 noyabr 2023-cü il tarixli ödəniş qrafikinə əsasən 36 (otuz altı) ay ərzində X6 tərəfindən aylıq 336 manat ödənilməsi müəyyən olunmuşdur. 14 fevral 2024-cü il tarixində X6 ilə Cavabdeh arasında 21 noyabr 2023-cü il tarixli ACAM2- 7251-23928 saylı X8 Müqaviləsi üzrə “Hüquq və öhdəliklərin verilməsinə dair Saziş” bağlanmış və “İlkin lizin qalan”ın hüquq və öhdəlikləri X14 Cavabdeh keçmişdir. Qeyd edilən Sazişi həmçinin imzalmış və X11 Lizinq predmetinin yeni sahibi barədə məlumat AR DİN BDYPİ-nə təqdim edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 30 may 2024-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 283,02 manat cari əsas borc, 390,49 manat cari faiz borcu və 83.85 manat dəbbə borcunu, cəmi isə 757,36 manat borcu ödəməmişdir. X8 müqaviləsi iddiaçı tərəfindən bir tərəfli qaydada xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmış, lakin müvafiq akt imzalanmamışdır. Lizinq verən lizinq obyektini geri aldıqda ödənilməmiş əsas borc 6 840 (altı min səkkiz yüz qırx) manat təşkil etdiyi üçün həmin dəyərlə iddiaçı balansına qəbul etmişdir. Daha sonra lizinq obyektini 4 500 manata, yəni 2340 manat zərərlə satmışdır. X8 Müqaviləsinin 16.1-ci maddəsinə görə, Lizinq Alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1% (bir faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. DML müqaviləsinin 20.7-ci bəndinin tələbinə görə “lizinq obyektinin satışından əldə edilən məbləğ lizinq müqaviləsinin ləğvi məbləğindən azdırsa, Lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir.” “lizinq müqaviləsinin ləğvi məbləği”nin izahı DML müqaviləsinin 7-ci bəndində verilmişdir. Həmin bənddə göstərilir ki, Lizinq müqaviləsinin ləğvi məbləğləri – Lizinq alanın öhdəliklərinin məbləğidir. Həmin məbləğə lizinq оbyеktinin cari dəyəri, Lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv еdilməsi gününə Lizinq alan tərəfindən ödənilməli оlan cərimə və ya pеnya, lizinq оbyеktinin gеri alınması və satışı, müqavilənin icrası nəticəsində Lizinq vеrənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı Lizinq vеrənin zərər və itkilərinin ödənilməsi üçün lazım оlan məbləğ daxildir. Beləliklə, 21 noyabr 2023-cü il tarixli ACAM2-7251-23928 saylı X8 Müqaviləsi üzrə iddiaçının cavabdehdən 283,02 manat cari əsas borc, 390,49 manat cari faiz borcu və 83.85 manat dəbbə borcu; lizinq obyektinin satışından yaranmış 2340 manat fərq məbləğinin,cəmi isə 3 097,36 manat pul tələbi qanuni və əsaslıdır.
Tərəflərin izahatları:
3. Əvvəlki məhkəmə iclasında işitrak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, lizinq obyektinin satışından yaranmış 2340 manat fərq məbləği lizinq obyekti nəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərlə əlaqədardır. Belə ki, qəzadan sonra nəqliyyat vasitəsinin bazar dəyəri aşağı düşmüdür. Qeyd olunanları nəzərə alaraq o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Tərəflər məhkəmə elanı təxirə salınmış iclasın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin tərəflər iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.
8. Qeyd olunanları nəzərə alaraq məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********259000 nömrəli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Qurumun adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1999-cu il tarixdə qeydə alınmışdır.
11. İş materiallarında olan "xxxx" MMC-yə kreditlərin verilməsi üzün verilmiş Xüsusi Razılıqdan müəyyən olunur ki, lisenziya "xxxx" MMC-yə kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verir. Bu lisenziyanı almış "xxxx" MMC-nin girov əmanəti qəbul etmək hüququ yoxdur. Həmçinin qeyd edilir ki, lisenziya xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-yə verilmiş və müddətsizdir.
12. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən Satıcı, Lizinq alan tərəfindən seçilmiş və xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Alıcı-Lizinq verənə satır, Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini Lizinq alana lizinqə vermək üçün əldə edir və razılaşdırılmış haqqını Satıcıya ödəyir. -1.2-ci bəndinə əsasən, Lizinq alan barədə məlumat: X6 (Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsi: seriya AA2924380). Lizinq alan bu müqaviləni imzalayaraq bu müqavilənin 1.1 bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. -1.4-cü bəndinə əsasən, Tərəflər nəqliyyat vasitəsinin qiymətini 9.500 AZN (doqquz min beş yüz) manat məbləğində müəyyən edirlər. -3.2-ci bəndinə əsasən, Satıcı bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, Alıcı-Lizinq verənin tələbi ilə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün Alıcı-lizinq verənə əmlakın bu müqavilənin 1.4-cü bəndinə əsasən göstərilən qiymətinin 0.1% həcmində penya ödəməyi öhdəsinə götürür. -3.3-cü bəndinə əsasən, Bu müqavilənin 3.2-ci bəndinə göstərilən gecikmə 10 (on) və daha artıq təqvim günü təşkil edərsə, Alıcı-Lizinq verənə bu müqaviləni dərhal bir tərəfli qaydada ləğv edərək bu müqavilənin 3.2-ci bəndinə uyğun hesablanmış penyanın ödənilməsini tələb edə bilər.
13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli “X8 Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini/xüsusi texnikanı/avadanlığı (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. - 2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: - 2.1-ci bəndinə əsasən Lizinq müqaviləsi üzrə bütün məbləğlər Azərbaycan manatı ilə ifadə olunur; -2.2-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 13967,16 manat təşkil edir; -2.2.1-ci yarımbəndinə əsasən lizinq verənin mükafatı 4.467,16 manatdır; - 2.2.2-ci yarımbəndinə əsasən avans məbləği 1900 manatdır; - 2.2.3-cü yarımbəndinə əsasən lizinqin məbləği 7600 manatdır. -9.1.8-ci bəndinə əsasən, Lizinq verən bu müqavilə üzrə ödənişlər 5 (beş) təqvim günündən artıq gecikdirildisə Lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürə bilər. Lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərc lizinq alan tərəfindən ödənilir. Bu halda Lizinq alan 500 (beş yüz) manatadək komissiya ödənilməsini tələb edə bilər. -10.2.1-ci bəndinə əsasən, Lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə Lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anma qədər Lizinq verən tərəfindən hesab təqdim edilmədən Lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir -16.1-ci bəndinə əsasən,Tərəflər bu müqavilə üzrə öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşıyırlar.Lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin geçikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişin 1%-i məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. -20.7-ci bəndinə əsasən, Lizinq verən geri alınmış lizinq obyektini lizinq alanın razılığı olmadan sata və yaxud yenidən lizinqə vermək hüququna malikdir. Lizinq verən yeni lizinq alanı və ya lizinq obyektinin alıcısını müəyyən etdikdən sonra, yazıh olaraq Lizinq alanı xəbərdar edir və ona 5 (beş) təqvim günü ərzində lizinq obyektini daha üstün qiymətə ala biləcək alıcım və ya yeni lizinq alanı göstərmək üçün üstünlük hüququnu verir.
14. İş materiallarında olan “xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli daxili maliyyə lizinq müqaviləsinə 2 nömrəli əlavə olan, “Alıcı-Lizinqverən” qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “satıcı” qismində X5 və “Lizinq alan” qismində X6 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Təhvil-Təslim aktı”nın surətindən görünür ki, “Satıcı” xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Alıcı-Lizinqverən”in iştirakı ilə “Lizinq alan”a təhvil vermişdir.
15. xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli “X8 Müqaviləsi üzrə hüquq və öhdəliklərin verilməsinə dair” xx.xx.2024-cü il tarixli Sazişdən görünür ki, ilkin Lizinq X1 xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli X8 müqaviləsindən irəli gələn bütün hüquq və öhdəliklərini bu Sazişlə müəyyən edilmiş haqq müqabiləsində X11 yəni Cavabdeh verir, X14 isə bu Sazişlə müəyyən edilmiş haqqı X17 ödəyərək bu hüquq və öhdəliklərini qəbul edir, eyni zamanda Lizinq Verən bu sazişi imzalamaqla hüquq və öhdəliklərin verilməsinə ör razılığını bildirmişdir. Eyni zamanda bu saziş imzalandıqdan sonra X14 (Cavabdeh) xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi üzrə X18 əvəz edir və həmin müqavilədən irəli gələn və X17 aid bütün hüquqlara sahib olur və bütün öhdəliklərinə görə məsuliyyət daşıyır.
16. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2026-cı il kimi qeyd olunmuşdur.
17. İş materiallarında olan “Alıcı-Lizinqverən” “X20” (X6) və “X14” (Cavabdeh) tərəfindən təsdiq edilmişxx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, “Lizinqverən”lə “X20” (X6) arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi üzrə “Hüquq və öhdəliklərin verilməsinə dair xx.xx.2024-cü i tarixli Saziş”ə əsasən “X20” (X6) xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Lizinqverən”in iştirakı ilə “X14” a (Cavabdeh) təhvil verir, “X14” (Cavabdeh) isə həmin lizinq obyektini qəbul edir, “Lizinqverən” isə təhvil-təslimin baş tutmasını imza və möhürlə təsdiq edir.
18. İşdə olan iddia ərizəsindən və pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi iddiaçı tərəfindən bir tərəfli qaydada xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmış, lakin müvafiq akt tərtib edilməmişdir.
19. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 01/02-564TBC saylı “avtomobilə dəymiş zərər barədə” ekspert rəyindən görünür ki, "xxxx" MMC-ə məxsus “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qəza nəticəsində dəymiş zərərin həcminin müəyyən edilməsi qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı aparılan hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq illər əldə edilmiş avtomobil bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli avtomobil və ehtiyyat hissələrinə olan tələb və təklifən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-ə məxsus xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində xx.xx.2024-cü il tarixə olan dəymiş zərərin həcmi 2290 manat təşkil edir.
20. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 01/02-408TBC saylı “avtomobilin qiymətləndirilməsi barədə” ekspert rəyindən görünür ki, "xxxx" MMC-ə məxsus “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4700 manat, likvid dəyəri isə 4200 manat məbləğdə müəyyənləşdirilmişdir.
21. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin: -1.2-ci bəndinə əsasən, “Satıcı" AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş BB497778 saylı qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan **- YC-*** dövlət qeydiyyat nişanlı, X15 markalı, buraxılış ili - 2006-cı il, xetçbek tipli, BAN - KMHBT51GP6U610099, qırmızı rəngdə nəqliyyat vasitəsini “Alıcı”ya satır. -3.1-ci bəndinə əsasən, Müqavilənin məbləği ƏDV xaric 4 500 (dörd min beş yüz) manatdır. -3.3-cü bəndinə əsasən, Ödəniş alqı-satqı müqaviləsi imzalandığı gün ödənməlidir.
22. İş materiallarında olan “Satıcı” qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Alıcı” qismində X3 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, “nəqliyyat vasitəsinin təhvil-təslim edilməsi haqqında” Aktın surətindən görünür ki, “Satıcı” xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Alıcı”ya təhvil vermişdir. Bu akta əsasən nəqliyyat vasitəsi ilə bağlı “Alıcı”nın “Satıcı”ya hər hansı bir irad və etirazı yoxdur və gələcəkdə də olmayacaqdır.
23. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi üzrə “X14” (Cavabdeh) lizinq borcundan 333,18 manat ödəniş etmişdir. “X14”nın (Cavabdeh) xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 283,02 manat əsas borc, 390,49 manat faiz borcu və 83,85 manat cərimə borcu olmaqla, ümumilikdə 757,36 manat məbləğində borcu vardır.
24. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən borc yaranmışdır. Həmin vəsaitin xx.xx.2024-cü il tarixinə kimi ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. b) Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 751-ci maddəsinə əsasən Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin mövqeyinə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özüözlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
29. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020ci il tarixli Qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
32. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
34. Məhkəmə ilkin olaraq iş materialları və yuxarıda sadalanan maddi hüquq normalarına əsasən qeyd edir ki, hazırki iş üzrə iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında etibarlı şəkildə bağlanmış xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli X8 müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən seçilmiş 1 (bir) ədəd xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.
35. Məhkəmə hesab edir ki, 1 (bir) ədəd xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi sübut etmək vəzifəsi iddiaçının üzərinə, lizinq müqaviləsi üzrə ödənişləri həmin müqavilənin şərtləri əsasında ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
36. İş materialları araşdırılakən müəyyən edildi ki, mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan 1 (bir) ədəd xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq X1na təhvil versə də, daha sonra “Lizinqverən” ilə “X20” X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli “X8 müqaviləsi” üzrə “Hüquq və öhdəliklərin verilməsinə dair xx.xx.2024-cü i tarixli Saziş”ə əsasən “X20” X6 xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli X8 müqaviləsindən irəli gələn bütün hüquq və öhdəliklərini Lizin verənin razılığı ilə bu Sazişlə müəyyən edilmiş haqq müqabiləsində X11, yəni Cavabdeh vermiş, eyni zamanda “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Lizinqverən”in iştirakı ilə “X14” Cavabdeh təhvil verilmiş, lakin “X14” Cavabdeh xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli X8 müqaviləsindən və həmin müqavilə üzrə “Hüquq və öhdəliklərin verilməsinə dair xx.xx.2024-cü i tarixli Saziş”dən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməyərək ödəniş qrafiki üzrə lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir.
37. Eyni zamanda müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə avtomobil lizinq verənə qaytarılmaqla lizinq münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Hazırda iddiaçı cavabdehdən lizinq müqaviləsi üzrə borcun və “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəza nəticəsində dəymiş ziyanla əlaqədar həmin avtomobilin daha ucuz qiymətə satılmasına görə 2340 manat zərərin ödənilməsini tələb edir.
38. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.
39. İş materiallarından göründüyü kimi “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsindən geri alınıb. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə görə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
40. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
41. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsindən geri almışdır. Belə olan halda məhkəmə hesab edir ki, lizinq müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir.
42. Məhkəmə iş materiallarında olan Maliyyə Arayışına əsasən qeyd edir ki, xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi üzrə “X14” Cavabdeh xx.xx.2024-cü il tarixinədək lizinq borcundan 333,18 manat ödənişi etmiş və cavabdehin lizin müqaviləsi üzrə 283,02 əsas borcu, 390,49 manat faiz borcu və 83,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 757,36 manat borcu qalmışdır.
43. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddia tələbi əsas borc və faiz borcuna münasibətdə tam olaraq əsaslıdır. Belə ki, iddiaçı “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsindən geri alınması ilə müqaviləyə xitam vermiş sayıldığından və həmin tarixədək cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli X8 müqaviləsindən və həmin müqavilə üzrə “Hüquq və öhdəliklərin verilməsinə dair xx.xx.2024-cü i tarixli Saziş”dən irəli gələn öhdəliklər tam olaraq yerinə yetirilmədiyindən cavabdehin 283,02 manat məbləğində əsas, 390,49 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının həmin borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.
44. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan, xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli X8 müqaviləsinə əsasən hesablanmış 83,85 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli X8 müqaviləsinin 16.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə iddiaçı hər gecikdirilən gün üçün müvafiq kredit məbləği qalığının 0.1% məbləğində, cərimə borcu hesablamaq hüququna malikdir. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 15 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
45. Məhkəmə iddianı lizinq obyektinin satışından yaranmış 2340 manat fərq məbləğinə aid hissədə əsaslı hesab etmir.
46. Ona görə ki, həmin hissədə iddianın faktiki hüquqi əsası “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəza nəticəsində dəymiş ziyanla əlaqədar həmin avtomobilin daha ucuz qiymətə satılmasından ibarət olduğundan, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbinin mahiyyəti dəymiş ziyanla bağlıdır. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır.
47. Məhkəmə, Mülki Məcəllənin 751-ci maddəsinə əsasən hesab edir ki, iddiaçının dəymiş maddi ziyanla bağlı tələbi Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
48. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan normasının məzmununa əsasən qeyd edir ki, kirayəyə verənin (hazırki işdə lizinqə verənin) maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarəyə (lizinqə) verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı (lizinqə verən) əmlakı lizinq alandan geri aldığı andan 6 (altı) ay ərzində həmin əmlaka dəymiş maddi ziyanın ödənilməsinə dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
49. Yuxarıda qeyd olunuduğu kimi lizinq obyekti olan nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmış, belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu xx.xx.2024-cü il tarixdə bilmiş, hazırkı iddianı isə 13 dekabr 2024-cü ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 7 ay sonra qaldırmışdır.
50. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına əsasən iddiaçının cavabdehə qarşı maddi zərərin ödənilməsi ilə bağlı tələb hüququ olsa da, onun tələb etmək hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz.
51. Məhkəmə, həmçinin hesab edir ki, lizinq obyektinin satışından yaranmış 2340 manat fərq məbləğinə aid hissədə iddia tələbi yuxarıda qeyd olunduğu kimi müddətin keçməsinə görə təmin edilmədiyindən, prosessual qənaət prinsipi baxımından lizinq obyekti nəqliyyat vasitəsinə dəymiş ziyanın, onun qalıq dəyərinin müəyyən edilməsi üçün əlavə məhkəmə araşdırmasına lüzum yoxdur.
52. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi üzrə 283,02 manat əsas borc, 390,49 manat faiz borcu və 15 manat cərimə olmaqla, cəmi 688,51 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
53. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 125,74 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddinın təmin edilmiş hissəsinə mütənasib olaraq 11,4 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi (40 manat) isə iddiaçıya aid edilməlidir.
Nəticə
54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 283,02 manat əsas borc, 390,49 manat faiz borcu və 15 manat cərimə olmaqla, cəmi 688,51 (altı yüz səksən səkkiz manat, əlli bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 11,4 (on bir manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 40 (qırx) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev